Məhkəmə qərarları › İş №2(054)-200/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-200/2022

23.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-200/2022 23.06.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN - 706A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər öz tələblərini onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.1984-cü il tarixdə Ermənistan SSR Amasiya rayonu Qarabulaq kəndində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. Ərizəçi2 xx.xx.1959-cu il tarixdə Ermənistan SSR Amasiya rayonu Qarabulaq kəndində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. Ərizəçilər hazırda Oğuz şəhərində yaşayırlar. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, ərizəçilər və onların digər ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,05 hektar həyətyanı torpaq sahəsinə dair xx.xx.2006-cı il tarixli JN - 706A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 soyadı, adı və ata adı “Ərizəçi1” kimi qeyd edilməli olduğu halda, səhvən “X1” kimi, Ərizəçi2 adı “Gülnaz” kimi qeyd edilməli olduğu halda səhvən “Gülnar” kimi qeyd edilmiş, ata adı isə, ümumiyyətlə, qeyd edilməmişdir. Həmin sənədin ərizəçilərə məxsus olması faktını təsdiq edən lazımi sənədlərin başqa qaydada əldə edilməsi və hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi mümkün deyildir. Hazırda qeyd olunan sənədin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının yalnız məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Ona görə də ərizəçilər hazırki tələblə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənəddə onun və anasının soyadı, adı və ata adlarının düzgün qeyd edilməməsi texniki bir səhvdir. Onun “Samir” adlı qardaşı və ya ailədə “Samir” adlı digər hər hansı şəxs olmamışdır. Adı çəkilən sənəddə onların soyadı, adı və ata adlarının düzgün qeyd edilməməsi həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə və qeyd olunan sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etmələrinə maneçilik törədir. O, qeyd olunan sənədə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin adı çəkilən orqanda həmin sənədə düzəliş edilməsi mümkün olmamış və onlara məhkəməyə müraciət etmək hüquqlarının olduğu izah edilmişdir. Qeyd etdiklərinə əsasən hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənəddə onun adı “Gülnaz” kimi qeyd edilməli olduğu halda səhvən “Gülnar” kimi qeyd edilmiş, ata adı isə, ümumiyyətlə, qeyd edilməmişdir. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ərizəçilərin izahatlarının məzmununa uyğun ifadə verərək göstərdi ki, o, xx.xx.1985-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Qarabulaq kəndində anadan olmuşdur, hazırda isə Oğuz şəhərində yaşayır. Ərizəçi1 onun bacısı, digər Ərizəçi2 isə anasıdır. Onların ailə üzvlərinin adına tərtib edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə ailə üzvlərinin soyadı, adı və ata adları texniki səhv olaraq düzgün qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi1 məxsus olan, AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.1984-cü il tarixdə verilmiş İİİ-СЛ 456989 nömrəli doğum haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan SSR Amasiya rayonu Qarabulaq kəndində anadan olmuşdur və hazırda Oğuz şəhərində yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi2 məxsus olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin, xx.xx.1984-cü il tarixdə verilmiş İİ-СЛ 345469 nömrəli nikahın bağlanması haqqında və xx.xx.1973-cü il tarixdə verilmiş İ-СЛ 349495 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1984-cü il tarixdə Ermənistan SSR Amasiya rayonu Qarabulaq kəndində anadan olmuşdur və hazırda Oğuz şəhərində yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi2 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli JN - 706A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 75 nömrəli qərarı ilə ərizəçilər və onların ailə üzvlərinin mülkiyyətinə verilmiş, 0,05 hektar həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 soyadı, adı və ata adı “Ərizəçi1” kimi qeyd edilməli olduğu halda, səhvən “X1” kimi, Ərizəçi2 adı “Gülnaz” kimi qeyd edilməli olduğu halda, səhvən “Gülnar” kimi qeyd edilmiş, ata adı isə, ümumiyyətlə, qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Oğuz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10- 0/247 nömrəli arayışda qeyd edilmişdir ki, hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənəddə texniki səhv olaraq Ərizəçi1 soyadı, adı və ata adı “X1” kimi, Ərizəçi2 adı “Gülnar” kimi qeyd edilmiş, ata adı isə, ümumiyyətlə, qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********92 nömrəli müraciətə cavab məktubundan görünür ki, Ərizəçi1 hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənəddə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda onun müraciətinin müsbət həll edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, 0,05 hektar həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN - 706A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 soyadı, adı və ata adı “Ərizəçi1” kimi qeyd edilməli olduğu halda, səhvən “X1” kimi, Ərizəçi2 adı “Gülnaz” kimi qeyd edilməli olduğu halda səhvən “Gülnar” kimi qeyd edilmiş, ata adı isə, ümumiyyətlə, qeyd edilməmişdir. Hazırda ərizəçilər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçilərin izahatlarını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənəddə Ərizəçi1 soyadı, adı və ata adının, Ərizəçi2 adının düzgün qeyd edilməməsi, ata adının isə, ümumiyyətlə, qeyd edilməməsi ərizəçilərin həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə maneçilik törədir. Hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi, habelə, ərizəçilərin həmin sənədin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması, lakin həmin sənəddə onların soyad, ad və ata adlarının düzgün qeyd edilməməsi ərizəçilərin dəlilləri ilə yanaşı şahidin ifadəsi və iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından hazırki ərizədə qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN - 706A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar