Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-202/2023 13.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X56 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun, 3-cü şəxslər X17, X5 və X7 iştirakı ilə, İddiaçı cavabdehlər Abdurahmanova (Şəkərəliyeva) Şərqiyyə İbrahim qızına və Cavabdeh2, 3-cü şəxslər X8, X10, X39, X23, X40 və X18, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı miras əmlakın qəbul edilməsi faktının və miras əmlakda payının müəyyən olunması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) cavabdehlər Abdurahmanova (Şəkərəliyeva) Şərqiyyə İbrahim qızına və Cavabdeh2 (cavabdehlər), üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı (üçüncü şəxs) xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa, torpaq sahəsinin A 839795 saylı planı və ölçüsü sənədinə əsasən 1,8984 ha həyətyanı torpaq sahəsi, A 122033 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,4001 ha və A 122034 saylı torpaq sahəsinin planı və ölçüsü sənədinə əsasən 0,1339 ha həyətyanı torpaq sahəsi, 1989-cu il tarixli texniki pasporta əsasən fərdi yaşayış evi üzrə valideynlərindən qalmış mirasın qanun üzrə vərəsə kimi iddiaçı tərəfindən qəbul edilməsi faktının və həmin əmlaklardakı miras payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin təşəbbüsü ilə X15, X19, X44, X32, X45 və X25 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər, habelə 3cü şəxslər X44, X45 və X25 məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbini bildirməmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1970-ci ildə Oğuz rayonu Şirvanlı kəndində anadan olub. X1 xx.xx.2003-cü ildə, anası X41 xx.xx.2001-ci ildə vəfat edib. Onların birgə nikahından X33 (xx.xx.2015-ci ildə vəfat edib), X19 (1958), X15 (1960), X34 (1962), X12 (1965) adlı bacı-qardaşları doğulub. X61 rayon Şirvanlı kəndində yerləşən, atasının adına olan fərdi yaşayış evində ailəsi-arvadı Rübanə, övladları İbrahim, Ümid və Məlahətlə birlikdə yaşamışdır. Arifin vəfatından sonra da ailəsi həmin evdə yaşayır. Evə dair atasının adına 1989-cu ildə 12 inventar nömrəli texniki pasport işlənmişdir.Torpaq islahatı keçirilərkən atasına, anasına və ona Oğuz rayon Şirvanlı kəndində 1,8984 ha həyətyanı torpaq sahəsi verilib. Həmin torpaq sahəsinə xx.xx.2022-ci ildə Dövlət reyestrindən çıxarış almışdır. Bundan əlavə Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli, 108/2001 saylı qərarı ilə atasına fərdi yaşayış evi tikmək üçün Şirvanlı kəndində 4000,85 ha və 1339,64 ha həyətyanı torpaq sahələri verilmişdir. Torpaq sahələrinə müvafiq olaraq A 122033 və A 122034 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi verilmişdir. Göründüyü kimi ona ata-anası ilə birgə torpaq sahəsi verilərək qeydə alınsa da cavabdeh olan qardaş-bacısı, eləcə də mərhum qardaşı Arifin arvadı digər yerdə torpaq sahələri olmasına baxmayaraq nəinki valideynlərindən qalmış miras əmlakdan, hətta öz mülkiyyətində olan fındıq bağından isifadə etməsinə icazə vermirlər. Qardaşı arvadı onu torpaq sahəsinə yaxın buraxmır, torpaq sahəsindən özü istifadə edir. Əslində atasının adına olan digər torpaq sahələri və fərdi yaşayış evində gözü yoxdur, yalnız özünə məxsus torpaq sahəsindən istifadə edərək mülkiyyət hüquqlarını həyata keçirmək istəyir. Bacıları Züleyxa və Hakimə vərəsəlik müəyyən edilərkən özlərinə düşən payı ona verməyə razıdırlar. Vərəsəliyi notarial qaydada müəyyən etmək istəsə də, qardaşı Azər və bacısı Şərqiyyə razı olmayıb. Atadan və anadan miras qalmış əmlakın qəbul edilməsi və həmin əmlakdakı payının müəyyən edilməsi barədə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, iddiaçının atadan və anadan qalan mirası qəbul etdiyini cavabdehlər, eləcə də digər varislər inkar etmirlər. İddiaçı miras əmlakın bir hissəsinin mülkiyyətçisidir, deməli qalan əmlakı da qəbul etmiş sayılır. Buna baxmayaraq cavabdehlər və qardaşı Arifin ailəsi iddiaçıya mülkiyyətindən istifadəyə imkan yaratmır. Əslində iddiaçı vərəsəliklə bağlı məsələni notariat qaydasında həll etmək istəsə də digər vərəsələr razılaşmamışlar. İddianın təmin edilməsini, iddiaçı tərəfindən valideynlərindən miras qalan əmlakı qəbul edilməsi faktının və həmin mirasdan ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X34 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, X1 və anası X24 birgə nikahından o və Arif olmaqla iki qardaş, iddiaçı, Şərqiyyə, Hakimə və Züleyxa olmaqla dörd bacı doğulub. Atası 2003-cü ildə, anası 2001-ci ildə, qardaşı 2015-ci ildə ölmüşlər. Onun özünün ayrıca evi və torpağı var.Valideynlərindən qalan miras əmlakla bağlı heç bir tələbi olmayıb, iddiaçı ilə aralarında mübahisə yoxdur. Həmçinin iddiaçı ilə digər varislər arasında güman edilən mübahisəyə qarışmaq istəmir. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. 3-cü şəxs X19 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı bacısıdır. Ondan başqa Şərqiyyə və Züleyxa adlı bacıları, Arif və Azər adlı qardaşları vardır. Arif 2015-ci ildə vəfat edib. Onun arvadı Rübanə, İbrahim və Ümid adlı iki oğlu, Məlahət adlı qızı atası İbrahimdən qalma evdə yaşayırlar. Uşaqlar 1999, 2001 və 2003 təvəllüdlüdür. Bacısı Şərqiyyənin əri icazə vermir, ona görə də o heç bir işə qarışmır, məhkəmə iclasında da iştirak etmir. Özü 1980-ci ildə ailə qurub Oğuz rayon Ərmənət kəndinə köçüb, lakin orada yaşamayıb, Oğuz şəhərinə köçüblər. 16 ildir xəstə ərinə baxır. Qanunu bilməyib, ona görə nə faktiki, nə də notariat qaydasında mirası qəbul etməyib.Valideynlərindən qalan mirası qəbul etməsə də ona düşən payı istəyir. Qanuni qərar çıxarılmasını xahiş etdi. 3-cü şəxs X15 məhkəmə iclasında bacısı X7 izahatına uyğun izahat verdi, valideynlərindən qalan mirası qəbul etmədiyini, buna baxmayaraq ona düşən payı istədiyini bildirdi və qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş etdi. 3-cü şəxs X46 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı baldızıdır. Əri Arif 2015-ci ildə vəfat edib. 3 övladı var. Qaynatasından qalma evdə yaşayırlar. Torpaq sahəsindən istifadə edirlər. Amma iddiaçı ondan torpağını istədiyini deməyib. 2 il əvvəl Nəsibə ona zəng edib evdən çıxmağını tələb etmişdir. Əslində onun və övladlarının iddiaçı ilə heç bir münaqişəsi yoxdur. Qanunla torpaq neçə bölünməlidirsə elə də olsun. Evdən pay düşürsə iddiaçının onu da almağına etirazı yoxdur. Qanuni qətnamə çıxarılmasını xahiş etdi. 3-cü şəxs X32 məhkəmə iclasında anası X35 izahatını təsdiq etdi və qanunla onlara düşən paya etiraz etmədiklərini bildirdi, qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirməklə iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş 05 yanvar 2021-ci il tarixli, **********01 saylı, xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-1612/2023 saylı məktublarından və ona əlavə edilmiş sənədlərdən görünür ki, Oğuz rayon Şirvanlı kəndində X4 adına Oğuz rayon AİK-nın xx.xx.2001-ci il tarixli, 108/2001 saylı qərarı ilə ayrılmış 4000,85 kv.m və 1339,64 kv.m torpaq sahələrinə dair A 122033 və A 122034 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi, habelə fərdi yaşayış evinə dair 12 inventar nömrəsi ilə texniki pasport tərtib edilmişdir. Mülki işə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və torpaq sahəsinin A 839795 saylı planı və ölçüsü sənədinin surətindən görünür ki, Oğuz rayon Şirvanlı kəndində yerləşən 1,8984 ha həyətyanı torpaq sahəsi DTXK Oğuz şöbəsi torpaq sahəsinin AN 122032 saylı planı və ölçüsü əsasında ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri İddiaçı, X4 və X24 adına daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş evlənmək haqqında İE-284249 saylı şəhadətnamənin surətindən görünür ki, X13 və X52 xx.xx.1957-ci ildə evlənmiş, bu barədə həmin tarixdə Qumlax kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının nikah kitabında 11 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Şekərəliyev familiyası verilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Oğuz rayon Şirvanlı kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1970ci il tarixdə 56 nömrə ilə qeyd edilmiş, atası X14, anası X26r. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İİ 253214 saylı şəhadətnamənin surətindən görünür ki, X41 xx.xx.2001-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İİ 253215 saylı şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2003-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş ölüm haqqında xx.xx.2022-ci il tarixli, 50/12 saylı arayışından görünür ki, X33 xx.xx.2015-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015-ci il tarixdə 06 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 149 saylı arayışından görünür ki, xx.xx.1970-ci ildə Oğuz rayon Şirvanlı kəndində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2022-ci ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. X3 (xx.xx.2003-cü ildə vəfat edib), ana X41 (xx.xx.2001-ci ildə vəfat edib), qardaş X33 (xx.xx.2015-ci ildə vəfat edib), bacı X19 (xx.xx.1958), bacı X15 (xx.xx.1960), bacı X12 (xx.xx.1965), qardaş X34 (xx.xx.1962) Oğuz rayon İHB Qumlaq kənd İƏD üzrə nümayəndəliyinin mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 646 saylı və xx.xx.2022-ci il tarixli, 10-25/378 saylı arayışlarından görünür ki, X9 X1 xx.xx.2003-cü ildə, anası X41 xx.xx.2001-ci ildə vəfat etmiş, mərhumların X19, X15, X34, Şəkərəliyeva (Abdurahmanova) Şərqiyyə İbrahim qızı, X20 və X16 (vəfat edib) ibarət vərəsələri qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mərhum X11 İddiaçı, cavabdehlər Abdurahmanova (Şəkərəliyeva) Şərqiyyə İbrahim qızının və Cavabdeh2, 3-cü şəxslər X6, X7, habelə mərhum X21 atası, X41 isə həmin şəxslərin anasıdır. 3-cü şəxslər X44 mərhum X21 arvadı, X32, X45 və X25 onun övladlarıdır. İbrahim Şəkərəliyev 2003-cü ildə, Şəkər Şəkərəliyeva 2001-ci ildə, Arif Şəkərəliyev 2015-ci ildə vəfat edib. İbrahim Şəkərəliyev, Şəkər Şəkərəliyeva və İddiaçı torpaq islahatı zamanı Oğuz rayon Şirvanlı kəndində 1,8984 ha həyətyanı torpaq sahəsi verilib. Həmin torpaq sahəsi dövlət reyestrində qeydiyyatdan keçməklə hər üç mülkiyyətçinin adına çıxarış, habelə torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilib. Bundan əlavə İbrahim Şəkərəliyevin adına 0,1339 ha və 0,4001 ha torpaq sahələrinə dair planölçü sənədi, fərdi yaşayış evinə texniki pasport tərtib edilsə də, həmin daşınmaz əmlakların dövlət reyestrində İbrahim Şəkərəliyevin mülkiyyəti kimi qeydə alınmadığı müəyyən edilmişdir. Məhkəmə icraatı zamanı iddiaçı və mərhum X33 (3-cü şəxslər X44, X32, X40 münasibətdə) istisna olmaqla cavabdehlərin və 3-cü şəxslər X19 və X6 vərəsə kimi miras əmlakı istər qanuni, istərsə də faktiki qəbul etməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, buna baxmayaraq 3-cü şəxslər miras əmlakdan paylarının müəyyən edilməsini xahiş etmişlər. Beləliklə,məhkəmə yuxarıda qeyd olunan mülki qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia qismən təmin olunmalı, daşınmaz əmlakın dövlət reyestrində iddiaçının, onun mərhum ata-anasının adına qeydə alınmış 1,8984 ha torpaq sahəsinin mərhum İbrahim Şəkərəliyev və Şəkər Şəkərəliyevanın payına düşən 2/3 hissəsinin iddiaçı və mərhum Arif Şəkərəliyev, onun ölümündən sonra ailə üzvləri tərəfindən qəbul edilməsi faktı təsdiq olunmalı iddiaçının payı 1/2 hissədə və 3-cü şəxslər-vəfat etmiş Arif Şəkərəliyevin arvadı və üç övladının, yəni Rübanənin, İbrahimin, Ümid və Məlahətin payı birlikdə 1/2 hissədə olmaqla onların vərəsə kimi mülkiyyət hüququ tanınmalı, İbrahim Şəkərəliyevin adına plan-ölçü sənədi tərtib edilmiş 0,1339 ha və 0,4001 ha torpaq sahələri və texniki pasport tərtib edilmiş fərdi yaşayış evi daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmadığından, buna görə də miras kütləsinə daxil olmadığından həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Bundan əlavə 1,8984 ha torpaq sahəsinin 1/3 hissəsinin iddiaçının mülkiyyətində olduğu nəzərə alınmalı, onun payı ümumi əmlakın 2/3 hissəsində, X46 və övladları İbrahim, Ümid və Məlahət Şəkərəliyevlərin birlikdə ümumi əmlakda payı 1/3 hissədə olmaqla müəyyən edilməli, həmin paylara mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. “İnsan Hüquqlarının və X31 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, iddiaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Oğuz rayonu Şirvanlı kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa və torpaq sahəsinin A 839795 saylı planı və ölçüsü sənədinə əsasən ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri İddiaçı, X4 və X24 adına daşınmaz əmlakın dövlət reyestrində 134 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində qeydiyyata alınmış 1,8984 ha həyətyanı torpaq sahəsinin mərhum X2 və X22 miras qalmış 2/3 hissəsinə İddiaçı payı ½ hissədə və mərhum X21 varisləri olan 3-cü şəxslər X44, X32, X36 birlikdə payı ½ hissədə olmaqla vərəsəlik hüququ tanınsın, İddiaçı ümumi əmlakdakı payı özünün mülkiyyətində olan 1/3 hissə də nəzərə alınmaqla 2/3 hissədə, 3-cü şəxslər X44, X32, X36 birlikdə payı 1/3 hissədə müəyyən edilsin, onların mülkiyyətinə verilsin və qeydə alınsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-202/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-202/2023
13.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver