Məhkəmə qərarları › İş №2(054)-21/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-21/2023

27.02.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-21/2023 27.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Xudiyev Araz Sadəddin oğlunun Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyası) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi (ərizəçi) Maraqlı şəxs qarşı onun, yəni xx.xx.1975-ci ildə anadan olmuş qardaşının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1979-cu ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuşdur. Qardaşı Maraqlı şəxs xx.xx.1975-ci ildə Oğuz rayon Xaçmaz kəndində doğulmuşdur. O, 2008-ci ildən Oğuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Poliklinika şöbəsinin “Ruhi Əsəb” Kabinetində “uşaq serebral iflicin qalıqları, tetraparez, orta dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatda olmaqla, 1-ci qrup əlildir, Qardaşı hazırda da xəstə olmaqla onun himayəsindədir, çünki atası vəfat etmişdir, anası 1952-ci il təvəllüdlü X2 xəstədir. onun özünün himayəyə ehtiyacı vardır. Atası vəfat etmişdir. Buna görə də məhkəməyə özü müraciət etmişdir. Qardaşının pensiya kartının müvafiq bankdan alınması üçün onun üzərində qəyyum təyin edilməsi lazımdır.Bu isə məhkəmə qətnaməsi olmadan mümkün deyil. İşə əlavə edilmiş ekspert rəyi ilə razıdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçinin nümayəndəsi və vəkili Araz Xudiyev məhkəmə iclasında izahatı təsdiq etdi, əlavə olaraq bildirdi ki, Maraqlı şəxs öz hərəkətlərinin mənasını anlamır və öz hərəkətləriniidarə edə bilmir. Onun məhkəmə iclasında iştirak etməsi də mümkün deyildir. Onun bütün hüquqlarının həyata keçirilməsi üçün üzərində qəyyum təyin edilməlidir, bu isə məhkəmə qətnaməsinin çıxarılmasını labüd edir.Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X7 izahat verərək bildirdi ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş yetkinlik yaşına çatmayanlara qəyyum təyin edilməsi ilə bağlı məsələlərə komissiya iclaslarında baxılaraq müvafiq qərarlar çıxarılır. Yetkinlik yaşına çatmış insanların fəaliyyət qabiliyyətsiz hesab edilməsilə bağlı məhkəmə qətnaməsinin qəbul edilməsi zəruridir. Baxılan iş üzrə ərizəçinin ailə vəziyyəti ilə bağlı Komissiyanın məlumatlı olduğunu bildirdi, ərizəçinin tələbinə etiraz etmədi, ekspertizanın nəticələrinə uyğun olaraq qanunamüvafiq qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin 2(054)-554/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmış və mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmişdir. Sözügedən iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 02731009 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1952-ci ildə Azərbaycan Respublikası Oğuz rayon Kərimli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu ildə Azərbaycan Respublikası Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1975-ci ildə Azərbaycan Respublikası, Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xaçmaz kəndidir. İşə əlavə edilmiş doğum haqqında İV-JQ 318570 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1979-cu il tarixdə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 56 nömrə ilə qeyd olunmuş, atası X8, anası X1r. İşə əlavə edilmiş doğum haqqında İİİ-JQ 364691 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1975-ci il tarixdə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci il tarixdə 84 nömrə ilə qeyd olunmuş, atası X8, anası X1r. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 643243 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2014-cü ildə ölmüş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə22 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İHB Qumlaq İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10-25/282 saylı arayışından görünür ki, ruhi-əsəb xəstəsi olan Maraqlı şəxs qardaşı Ərizəçi ailəsində yaşamaqla onun himayəsindədir. Oğuz rayon ƏSMM-nin işə əlavə edilmiş xx.xx.2010-cu il tarixli, 246485 saylı vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs uşaqlıqdan İ qrup əlil olmaqla vəsiqə müddətsiz verilmişdir. Azərbaycan Respublikası TƏBİB “Oğuz Rayon Mərkəzi Xəstəxanası” X11 işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1054 saylı arayışından görünür ki, Maraqlı şəxs 2008-ci ildən Oğuz MRX poliklinika şöbəsinin “ruhi-əsəb” kabinetində “uşaq serebral iflicin qalıqları, tetraparez, orta dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatındadır və xəstəliyə görə 1-ci qrup əlildir. Oğuz rayon İHB Xaçmaz kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 617 saylı arayışından görünür ki, Maraqlı şəxs 1-ci qrup əlil olmaqla kənddə qeydiyyatda olmaqla yaşayan qardaşı Ərizəçi himayəsindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 3473 saylı rəyindən görünür ki, Maraqlı şəxs “uşaq serebral iflici ilə əlaqədar ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” qeyd olunmaqla o, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, şüurlu idarə etmək iqtidarında deyil. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1975-ci il təvəllüdlü Maraqlı şəxs məhkəmə psixiatrik ekspertizası keçirilərkən onda “uşaq serebral iflici ilə əlaqədar ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində)” qeyd olunmaqla onun öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək, şüurlu idarə etmək iqtidarında olmadığı müəyyən olunmuş və bu barədə xx.xx.2022-ci il tarixli, 3473 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1975-ci ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar