Məhkəmə qərarları › İş №2(054)-23/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-23/2022

07.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-23/2022 07.01.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Babayeva Ülviyyə Hümbət qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçi məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25.12.1998-ci il tarixli JN - 245 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və 21.08.2006-cı il tarixli JN - 245A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Onun şəxsiyyət vəsiqəsində və özünə məxsus olan digər sənədlərində soyadı, adı və ata adı “Ərizəçi” kimi yazılmışdır. Buna baxmayaraq Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə onların ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,25 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25.12.1998-ci il tarixli JN - 245 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və 21.08.2006-cı il tarixli JN - 245A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun adı “Samid” əvəzinə “Samir” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədlərə düzəliş edilməsi və həmin hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktını təsdiq edən sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Hazırda həmin hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənədlərdə adının “Samir” kimi qeyd edilməsi texniki bir səhvdir. Adı çəkilən sənədlərdə adının düzgün qeyd edilməməsi onun həmin sənədlərdə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə və qeyd olunan sənədlərdə göstərilən torpaq sahələrinə dair mülkiyyət sənədi əldə etməsinə maneçilik törədir. Qeyd olunan sənədlərə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanda həmin sənədlərə düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qeyd etdiklərinə əsasən həmin hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X4 məhkəmə iclasında ərizəçinin izahatının məzmununa uyğun ifadə verərək göstərdi ki, o, 01.12.1987-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ərizəçi onun əmisi oğludur. Onlar həmyaşıd olmaqla, o, ərizəçinin barəsində dəqiq və ətraflı məlumatlara malikdir. Ərizəçinin adi “Samir” deyil, Samiddir. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında və Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun adının “Samir” kimi qeyd edilməsi texniki səhvdir. İş üzrə şahid qismində dindirilmiş, ərizəçinin arvadının atası X1 da məhkəmə iclasında şahid X3 ifadəsinin məzmununa uyğun ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə ərizəçinin adının “Samid” olduğunu bildirdi. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan, 23.03.1988-ci il tarixdə verilmiş Xİİİ-ЖГ 259317 nömrəli doğum haqqında şəhadətnamənin və 12.10.2021-ci il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, ərizəçi xx.xx.1988-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ərizəçiyə məxsus sənədlərdə onun soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 25.12.1998-ci il tarixli JN - 245 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və 21.08.2006-cı il tarixli JN - 245A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətlərindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,25 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə ərizəçinin adı “Samid” əvəzinə “Samir” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06.10.2021-ci il tarixli 10- 25/417 və 10-25/416 nömrəli arayışlarda qeyd edilmişdir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə Ərizəçi soyadı, adı və ata adı texniki səhv olaraq “X5” kimi yazılmışdır. Həmin ərazidə X5 adlı şəxs qeydiyyatda deyildir və yaşamır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli **********40 nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi özünə məxsus hüquqmüəyyənedici sənədlərdə adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda ərizəçinin müraciətinin müsbət həll edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, həmçinin, iş materialları ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarları ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənədlərdə ərizəçinin soyadı, adı və ata adı “Ərizəçi” kimi qeyd edilməli olduğu halda, səhvən “X5” kimi qeyd edilmişdir. Hazırda ərizəçi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərdə ərizəçinin adının düzgün qeyd edilməməsi onun həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə həmin hüquqmüəyyənedici sənədlərdə düzəliş edilməsi, eyni zamanda, ərizəçinin həmin sənədlərin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədlərin ərizəçiyə məxsus olduğu, lakin həmin sənədlərdə onun adının düzgün qeyd edilmədiyi ərizəçinin dəlilləri ilə yanaşı şahidlərin ifadələri və iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və lazımi sənədlərin başqa qaydada əldə edilməsi mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədlərin ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,85 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı və 0,25 hektar həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş 25.12.1998-ci il tarixli JN - 245 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının və 21.08.2006-cı il tarixli JN - 245A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar