Məhkəmə qərarları › İş №2(054)-234/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-234/2023

08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-234/2023 08.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X41 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi4 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 180 (kod ********) saylı Dövlət aktının onlara və mərhum X8, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 247F saylı (kod ********) şəhadətnamələrin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, Ərizəçi3 əvvəlki məhkəmə iclasında ərizə təqdim edərək 4 aylıq körpə uşağı olduğundan məhkəmə iclasında iştirak etməyəcəyini bildirmiş, işə iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1962-ci ildə Qəbələ rayonu Aydınqışlaq kəndində anadan olmuşdur. Soyadı Mütəllimova olub. xx.xx.1986-cı ildə X20 ilə rəsmi nikahla ailə qurmuş, onun soyadını qəbul etmişdir. Birgə nikahdan 1987-ci ildə Vüsal, 1988-ci ildə Vüsalə,1989-cu ildə Aygün adlı övladları doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə Oğuz rayonu Sincan kəndində ona, ərinə və övladlarına 1,35 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bu barədə torpağa mülkiyyət hüququna dair JN 180 (kod ********) saylı dövlət aktı ərinə təqdim edilmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə Oğuz rayonu Sincan kəndində ona və övladlarına 0,76 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 247F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona təqdim edilmişdir. X43 xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Qızları Vüsalə və Aygün rəsmi nikahla ailə qurmuş, ərlərinin soyadını qəbul etmişlər. Torpaqları dövlət reyestrində qeydiyyatdan keçirmək istəyərkən məlum olmuşdur ki, həm dövlət aktında, həm də şəhadətnamədə bütün ailə üzvlərinin soyadı texniki səhv olaraq Zülfüqarov əvəzinə Zülfiqarov yazılmışdır, bundan əlavə dövlət aktında mərhum əri Rövşənin ata adı Cəlal əvəzinə Calal, onun atasının adı isə həm Dövlət aktında, həm də şəhadətnamədə Yusif əvəzinə İzzət, yazılmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 Ərizəçi1 izahatını təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişlər. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1962-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1987-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1988-ci ildə Azərbaycan Respublikasının Oğuz rayonu, Sincan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu, Xaçmaz kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1989-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 211/12 saylı arayışından görünür ki, X21 xx.xx.1962-ci ildə Oğuz rayonu Sincan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Sincan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1962ci il tarixdə 58 nömrə ilə qeyd edilmiş, atası X26, anası X3r. İşə əlavə edilmiş doğum haqqında AZ-T 205409 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1962-ci ildə Qəbələ rayonu Aydınqışlaq kəndində anadan olmuş, bu barədə Qəbələ rayon Böyük Pirəlli kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1962-ci ildə 216 nömrə ilə qeyd edilmiş, atası X4, anası X2r. İşə əlavə edilmiş nigahın bağlanması haqqında İİİ-JQ 464349 saylı şəhadətnamənin surətindən görünür ki, X20 və X9 xx.xx.1986-cı il tarixdə nigah bağlamış, bu barədə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 nömrə ilə qeyd edilmiş, nigah bağlandıqdan sonra ər-arvada Zülfüqarov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında Xİİ-JQ 280926 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1987-ci ildə Oğuz rayon Sincan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Sincan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 20 nömrə ilə qeyd edilmiş, atası X20, anası Ərizəçi1dır. İşə əlavə edilmiş doğum haqqında Xİİİ-JQ 346353 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1988-ci ildə Oğuz rayon Sincan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Sincan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci ildə 39 nömrə ilə qeyd edilmiş, atası X20, anası Ərizəçi1dır. İşə əlavə edilmiş nikah haqqında AZ-İ 992919 saylı şəhadətnamənin surətindən görünür ki, X16 və X10 xx.xx.2014-cü il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 50 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Feyzullayev soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında Xİİ-JQ 347748 saylı şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1989-cu ildə Oğuz rayon Sincan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Sincan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu ildə 108 nömrə ilə qeyd edilmiş, atası X21, anası Ərizəçi1dır. İşə əlavə edilmiş nikah haqqında AZ-İ 763538 saylı şəhadətnamənin surətindən görünür ki, X32 və X17 xx.xx.2012-ci il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 20 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Abbasov soyadı verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında V-JQ 335592 saylı şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1998-ci ildə ölmüş, bu barədə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş JN 180 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X11, X5, X12, X6 və X7 1,35 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 247F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X5, X12, X6 və X7 0,76 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Sincan kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 468 saylı və 469 saylı arayışlarından görünür ki, JN 180 (kod ********) saylı dövlət aktında və JN 247F (kod ********) saylı şəhadətnamədə texniki səhv olaraq X22, X13, X23, X14 və X1 yazılmış şəxslər X24, Ərizəçi1, Ərizəçi2, Zülfüqarova (Feyzullayeva) Vüsalə Rövşən qızı və Zülfüqarova (Abbasova) Aygün Rövşən qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 66 saylı qərarına əsasən 1,35 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 180 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 66 saylı qərarına əsasən 0,76 ha həyətyanı torpaq sahəsi JN 247F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçilərə və onların ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 180 (kod ********) saylı dövlət aktının X8, Ərizəçi1, Ərizəçi2, Zülfüqarova (Feyzullayeva) Vüsalə Rövşən qızına və Zülfüqarova (Abbasova) Aygün Rövşən qızına, torpağın mülkiyyətə verilməsinə dair JN 247F (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Zülfüqarova (Feyzullayeva) Vüsalə Rövşən qızına və Zülfüqarova (Abbasova) Aygün Rövşən qızına məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 06 iyun 1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş 1,35 ha torpağa mülkiyyət hüququna dair JN 180 (kod ********) saylı dövlət aktının X15, Ərizəçi1, Ərizəçi2, Zülfüqarova (Feyzullayeva) Vüsalə Rövşən qızına və Zülfüqarova (Abbasova) Aygün Rövşən qızına və 0,76 ha torpağın mülkiyyətə verilməsinə dair JN 247F (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Zülfüqarova (Feyzullayeva) Vüsalə Rövşən qızına və Zülfüqarova (Abbasova) Aygün Rövşən qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar