Məhkəmə qərarları › İş №2(054)-235/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-235/2023

13.03.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-235/2023 13.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya reyestrində M-00137 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 apardığı mediasiya prosesi nəticəsində mediator, o və Maraqlı şəxs arasında bağlanmış 17 iyul 2022-ci il tarixli, 2022-MŞŞ/1/-00078 saylı barışıq sazişinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə Maraqlı şəxs tərəfindən könüllü icra edilməyən 2.1.1-ci bəndinin məcburi icra edilməsi üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.Ərizəçi xx.xx.2023-cü il tarixdə məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin edilməsini xahiş etmiş, maraqlı şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi tələbini əsaslandıraraq bildirmişdir ki, onunla Maraqlı şəxs arasında Azərbaycan Respublikası Mediasiya Şurası Şəki şəhər Mediasiya Təşkilatında aparılmış mediasiya prosesi zamanı xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmış, həmin sazişin 2.1.1-ci bəndinə əsasən onlar birgə nikahdan xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 və X1 faktiki olaraq və rəsmi qaydada Ərizəçi himayəsinə verilməsi və onun yanında saxlanması barədə razılaşmışlar. Ərizəçi uşaqların onun himayəsinə verilməsi və yanında saxlanmasına razılıq vermiş və uşaqların yetkinlik yaşına çatanadək aliment tələb etməyəcəyini bildirmişdir. Barışıq sazişi ilə tərəflər uşaqların anası ilə görüşmə qaydası barədə də razılığa gəlmişlər. Maraqlı şəxs barışıq sazişinin 2.1.1-ci bəndinin şərtinə riayət etməmişdir. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Ərizəçi xx.xx.2022-ci il tarixdə barışıq sazişinin 5 gün ərzində icrası ilə bağlı xəbərdarlıqla maraqlı şəxsə müraciət etmiş, həmin xəbərdarlıq xx.xx.2022-ci il tarixdə alıcı Maraqlı şəxs çatdırılmış, göründüyü kimi sazişin şərtinə əməl edilməmişdir. Bu səbəbdən də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işdə olan AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1989-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşdə olan doğum haqqında AZ-İV 275839 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Şəki rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 21 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi, anası Maraqlı şəxsdır. İşdə olan doğum haqqında AZ-İV 275840 saylı şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2019-cu il tarixdə Şəki rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 22 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi, anası Maraqlı şəxsdır. İşdə olan xx.xx.2022-ci il tarixli, 2022-MŞŞ/1/-00078 saylı barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi və Maraqlı şəxs aralarındakı fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək məqsədilə mediasiya reyestrində M-00137 nömrə ilə qeydiyyatdan keçmiş mediator X2 iştirakı ilə birgə nikahdan xx.xx.2019-cu il tarixdə anadan olmuş Turan və Tunar Şirinovların faktiki olaraq və rəsmi qaydada Ərizəçi himayəsinə verilməsi və onun yanında saxlanılması barədə razılığa gəlmişlər. Həmin razılıq barışıq sazişinin 2.1.1-ci bəndində öz əksini tapmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cümaddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1 ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı ver, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu ver üzrə məhkəməyə verilir. MPM-in 355-25-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixdə mediasiya qaydasında barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs tərəfindən həmin barışıq sazişinin şərtləri könüllü qaydada icra edilməmişdir. Bu səbəbdən də Ərizəçi qızı xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin 2.1.1-ci bəndinin təsdiq edilməsini tələb etməkdə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23 və 355-25-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 17 iyul 2022-ci il tarixli barışıq sazişi (2.1.1-ci bənd) aşağıdakı məzmunda təsdiq edilsin. Maraqlı şəxs və Ərizəçi birgə nikahdan xx.xx.2019-cu il tarixdə anadan olmuş X3 və X1 faktiki olaraq və rəsmi qaydada Ərizəçi himayəsinə verilməsi və onun yanında saxlanması barədə razıdır. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar