Məhkəmə qərarları › İş №2(054)-247/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-247/2023

06.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-247/2023 06.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X16 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, üçüncü şəxs Qəbələ Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, miras əmlakın 2/3 hissəsində onun, 1/3 hissəsində cavabdehin payının müəyyən edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, üçüncü şəxs Qəbələ Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının və miras əmlaka tam həcmdə payının müəyyən olunması tələbinə dair mülki işə 06 iyul 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh), üçüncü şəxs Qəbələ Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı xx.xx.2007-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmış əmlakın-Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qəbul edilməsi müddətinin uzadılması və vərəsəliyin açılması, miras qalan əmlakdan tam payın müəyyən olunaraq mülkiyyətinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə xx.xx.2023-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək iddiaçı Cavabdeh X5ndan miras qalmış, Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında yerləşən 110,6 kv.m fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsindən ibarət əmlakın onun qanuni vərəsəsi kimi qəbul etməsi faktının və miras əmlaka tam həcmdə payının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə xx.xx.2007-ci il tarixdə vəfat etmiş X5ndan miras qalmış əmlakın- Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qəbul edilməsi müddətinin uzadılması və vərəsəliyin açılması, miras qalan əmlakdan anası da nəzərə alınaraq ona 2/3 hissədə, Cavabdeh 1/3 hissədə payın müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməklə iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Üçüncü şəxs Qəbələ Regional “ASAN xidmət” mərkəzi Notariat ofisi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubla məhkəmə hazırlıq iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmiş, qalan məhkəmə iclaslarında nümayəndənin iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında izahat verərək bildirmişdir ki, xx.xx.1978-ci ildə Oğuz şəhərində anadan olub. Bakı şəhərində yaşayır. 2003-cü ildə Vüqar adlı şəxslə ailə qurub, bir qızı var. 2021-ci ilin yanvarında hazırki ərilə rəsmi nikaha daxil olub. X5 xx.xx.2007-ci ildə vəfat edib. Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evi atasının mülkiyyətində olmuşdur. Ailədə iki bacı, bir qardaş olublar. Bacısı 1990-cı ildə qəzada rəhmətə gedib. Atası vəfat etdikdən sonra bir müddət həmin evdə anası ilə birgə yaşamış, sonra anası tək yaşamış, mütəmadi olaraq gəlib həmin evdə anası ilə birlikdə qalmışdır. 2013-2015-ci illər ərzində evdə mətbəx, sanitar qovşağı, balkon və çardaqdan ibarət əlavə tikililəri inşa etdirmişdir. Eyni zamanda anasına lazım olduğu qədər dəstək olmağa çalışmışdır. X1 xx.xx.2023-cü ildə vəfat etmişdir. 2013cü ildən anası vəfat edənədək hər il “ASAN xidmət” mərkəzinə, notariat kontoruna müraciət etsələr də onlara qardaşının-yəni cavabdehin etibarnamə verməli olduğu bildirilmişdir.Qardaşı yaşadığı Rusiya Federasiyasından etibarnamə göndərmədiyindən məsələ uzanaraq həll edilməmiş qalmışdır. Anasının vəfatından sonra 40 mərasiminədək mübahisəli mənzildə təmir işləri görmüşdür. Anasının vəfatından 3 gün keçdikdən sonra Bakıya getmiş, qardaşı isə mənzildə ona aid əşyaları satıb qohumlarla içki məclisi qurmuş, evin bir hissəsini yandırmışdır. Polis şöbəsinə müraciət etmiş, məsələ araşdırılmaqla ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ümumiyyətlə Müşviq valideynlərinə və ona hörmətsiz davranmış, ata-anaya maddi və mənəvi cəhətdən kömək etməmişdir. 2007ci ildə atası vəfat etdikdən sonra Müşviq atasının üzərində borc qoyaraq getmiş, anası və özü həmin borcu ödəmişlər. Mübahisəli evə atasının adına çıxarışı 2015-ci ildə anasının xahişi ilə almış, bundan sonra atadan qalmış mirasın qəbulu üçün notariat orqanına müraciət etsə də, xx.xx.2023-cü il tarixli məktubla ona müddət ötürüldüyündən mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Müşviq evin anasının adına keçirilməsinə razı olmayıb. Orta təhsilli şəxs olduğundan qanunla mirasın qəbulu üçün müddətin müəyyən edildiyindən məlumatı olmamış, buna baxmayaraq müəyyən vaxtlarda həmin evdə təmir işləri görmüşdür. Atasının ölümü övlad kimi ona pis təsir etmiş, övladını tək böyütməklə onun bütün əziyyətinin üzərinə düşməsi, nəticədə başının öz həyatına qarışması, hüquqi savadsızlığı nəticəsində sənədləşmə işlərini vaxtında həll edə bilməmiş, 2013-cü ildən isə onu və anasını doğru başa salmadıqlarından evin sənədini qaydaya sala bilməmişdir. Buna görə də mirasın qəbulu üçün ötürülmüş müddət üzrlü hesab olunmaqla uzadılmalıdır. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia ərizəsində mirasda tam payının müəyyən edilməsini tələb etdiyinə baxmayaraq cavabdehin yeganə qardaşı və başqa vərəsənin olmadığı nəzərə alınmaqla, habelə hər bir övladın haqqını tanımaq və halallıq məqsədilə mirasın qəbulu müddətinin uzadılmaqla hər birinin ½ hissədə payının müəyyən olunmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə iddiaçı iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək bildirmişdir ki, atasının vəfatından sonra anası miras qalmış evdə yaşamış, fasilələrlə o da anası ilə birlikdə həmin evdə yaşamışdır. Atasından miras qalmış evə onun, anasının və qardaşının hər birinin 1/3 hissədə payının müəyyən edilməsinə etirazı yoxdur. Anası xx.xx.2023-cü ildə vəfat etdikdən sonra ondan qalan mirası faktiki olaraq yalnız özü qəbul etmişdir. Buna görə də hesab edir ki, anasının vəfatından sonra ondan miras qalan 1/3 hissə pay da ona verilməlidir. Qeyd etdiklərini nəzərə almaqla Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin qəbul edilməsi müddətinin uzadılması və vərəsəliyin açılması,miras qalan əmlakdan anası da nəzərə alınaraq ona 2/3 hissədə, X10 1/3 hissədə payın müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh atasının xx.xx.2007-ci il tarixdə vəfatından sonra ondan miras qalmış, Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evini və evin yerləşdiyi torpaq sahəsini faktiki qəbul etmiş, hal-hazıradək həmin ünvanda qeydiyyatda olmaqla həmin əmlak onun faktiki istifadəsindədir. Həmin evdə onun ailə üzvləri olan arvadı X11, 2004 və 2005-ci il təvəllüdlü qızları da qeydiyyatda olmaqla yaşamışlar. Onlar da mirasın Müşfiq Əsədov tərəfindən faktiki qəbul edilməsi faktını təsdiq edə bilərlər. Əslində İddiaçı özü də qardaşının mirası faktiki qəbul etməsini mübahisələndirmir. Bunu iddia tələbinin dəqiqləşməsi barədə ərizəsi ilə də təsdiq edir. Əksinə İddiaçı öz izahatı və ərizəsi ilə təsdiq edir ki, qanunu bilmədiyindən mirası nə faktiki, nə də notarial qaydada qəbul etməmiş, buna görə də mirası qəbul etmək üçün müddətin üzrlü səbəbdən buraxıldığını nəzərə alaraq bunun məhkəmə qaydasında təsdiq edilməsini xahiş etmişdir. İddiaçı hələ atası vəfat etməzdən xeyli əvvəl ailə quraraq ər evinə köçmüş, həmin tarixdən sonra da uzun müddət hazırki iddianın predmeti olan ünvanda yaşamamış, miras əmlakı qanunla müəyyən edilmiş hər iki halda qəbul etməmişdir. Onun miras əmlakı anasının xx.xx.2023-cü ildə vəfatından sonra faktiki qəbul etməsi məsələsinə gəldikdə təqdim edilmiş sənədlərdən də göründüyü kimi miras əmlaka 2015-ci ildə mərhum X12 adına çıxarış və texniki pasport tərtib edilmiş, həmin əmlaka mərhum Şərqiyə Abdullayevanın miras payı müəyyən edilməmişdir. Deməli iddiaçının mirası anasının vasitəsilə qəbul etməsi də sübut olunmur. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh mirası faktiki qəbul etdiyindən miras üzərində tam hissədə payı müəyyən edilməklə miras əmlaka mülkiyyət hüququnun tanınması zərurəti yaranmışdır. Nümayəndə ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirməklə iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1977-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 6-dır. Şəxsiyyət vəsiqəsi xx.xx.2027-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE 14317191 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1978-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu, Yemişənli kəndində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8-dir.Şəxsiyyət vəsiqəsi xx.xx.2028-ci il tarixədək etibarlıdır. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2004-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Mülki işə əlavə edilmiş evlənmək haqqında AZ 226434 saylı şəhadətnamənin surətindən görünür ki, X17 və X4 xx.xx.1975-ci ildə evlənmiş, bu barədə həmin tarixdə Vartaşen rayon VVAQ şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının nikah kitabında 05 nömrə ilə qeyd edilmiş, evlənmə qeyd ediləndən sonra ərə Əsədov, arvada Abdullayeva familiyası verilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında V-JQ 443716 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildə Vartaşen rayonunda anadan olmuş, bu barədə Vartaşen rayon XDS VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1978-ci il tarixdə 95 nömrə ilə qeyd edilmiş, X5 oğlu, X1dır. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 47/12 saylı arayışından görünür ki, Cavabdeh xx.xx.1977-ci ildə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1977-ci il tarixdə 92 nömrə ilə qeyd edilmiş, X5 oğlu, X1dır. Mülki işə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli Çıxarışın və fərdi yaşayış evinin 405-1/636 inventar nömrəli, xx.xx.2015-ci il tarixli texniki pasportunun surətindən görünür ki, Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında, 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 110,6 kv.m olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə hüquq sahibi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş 19 may 2023-cü il tarixli, 3-21-3-42/2-2541/2023 saylı məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, **********02-10301 reyestr nömrəli çıxarışla X12 adına qeydiyyata alınmış, Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki poçt ünvanı ünvan 1Z-İ 217686 saylı şəhadətnamənin surətindən görünür ki,X17 xx.xx.2007-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 19 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İİ 317941 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə Şəki rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. Qəbələ Regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin İddiaçı ünvanlanmış, mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 620 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən, mərhum X5ndan qalmış mirası qanunvericilikdə mirasın qəbulu üçün nəzərdə tutulmuş müddətdə notariat orqanına ərizə verməklə qəbul etmədiyindən, o cümlədən miras əmlakın faktiki idarəçiliyinə dair sübutlar təqdim edilmədiyindən vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilməklə ərizəçiyə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. 6 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 05/09İS/100933-23 saylı arayışından görünür ki, xx.xx.1978-ci ildə Oğuz rayonunda anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama xx.xx.2023-cü ilədək aparılmış və ailə tərkibinə dair aşağıdakı məlumatlar əldə edilmişdir. X5 (xx.xx.2007-ci ildə vəfat edib), X1 (xx.xx.2023-cü ildə vəfat edib), əri X14 (xx.xx.1979), qardaşı Cavabdeh (xx.xx.1977), qızı X13 (xx.xx.2004) Oğuz RPŞ-nin TQ-nun təhqiqatçısının mülki işə əlavə edilmiş cinayət işinin başlamasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı və Cavabdeh şikayətləri əsasında araşdırma aparılmış, hər iki şəxsin əməlində oğurluq cinayətinin tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə ilk öncə bildirir ki, Cavabdeh şəxsiyyət vəsiqəsində yaşayış yerinin Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 6 kimi qeyd edilməsinə baxmayaraq məhkəmə iclasında miras əmlakın dəqiq ünvanının Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 olması və Cavabdeh həmin ünvanda qeydiyyatda olması mübahisələndirilməmişdir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mərhum X17 iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh atasıdır. Əsəd Əsədov xx.xx.2007-ci il tarixdə vəfat edib. xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Oğuz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 8 ünvanında 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. İddiaçı 2003-cü ildə ailə qurmuş, evdən köçüb getmiş, xx.xx.2004-cü ildə qızı doğulmuşdur. Əsəd Əsədov vəfat etdikdən sonra arvadı X4 həmin evdə yaşayıb, xx.xx.2023-cü ildə vəfat edib. İddiaçı mirası qəbul etmək müddətini üzrlü səbəbdən ötürdüyünü orta təhsilli şəxs olduğundan qanunla mirasın qəbulu üçün müddətin müəyyən edildiyindən məlumatı olmaması, müəyyən müddətlərdə həmin evdə təmir işləri görməsi, atasının ölümünün övlad kimi ona pis təsir etməsi, övladını tək böyütməklə onun bütün əziyyətinin üzərinə düşməsi, nəticədə başının öz həyatına qarışması, hüquqi savadsızlığı nəticəsində sənədləşmə işlərini vaxtında həll edə bilməməsi, 2013-cü ildən isə onu və anasını doğru başa salmadıqlarından evin sənədini qaydaya sala bilməməsi ilə əsaslandırmaqla müddətin uzadılmasını, əmlakdan payının anası vəfat etdikdən sonra ona düşən 1/3 hissədə payı faktiki qəbul etdiyi nəzərə alınmaqla 2/3 hissədə müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən qardaşı Cavabdeh miras əmlakı faktiki qəbul etməsi mübahisələndirilməmiş, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizədə onun payının 1/3 hissədə müəyyən edilməsi xahiş olunmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində İddiaçı tərəfindən mərhum Əsəd Əsədovdan miras qalmış fərdi yaşayış evinin istər faktiki, istərsə də qanunla müəyyən edilmiş müddətdə notarial qaydada qəbul etməsi müəyyən olunmamış, bu fakt onun özünün izahatı və iddia ərizəsində öz əksini tapmışdır. İddiaçı müddətin ötürülməsi səbəblərini bildirməklə həmin halların üzrlü hesab edilməsini istəyir. Məhkəmə hesab edir ki, onun göstərdiyi səbəblər müddətin ötürülməsinin üzrlü hesab edilməsi üçün əsas ola bilməz. Buna görə də məhkəmə yuxarıda qeyd olunan mülki qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia tələbinin təmin edilməsi üçün əsas olmadığından təmin olunmamalıdır. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddia tələbinə münasibətdə məhkəmə hesab edir ki, onun atadan qalma miras əmlakı faktiki qəbul etməsi faktı həm sənədlərlə, həm də İddiaçı özünün izahatı və iddia tələbinə dəqiqləşdirmə barədə ərizəsi ilə öz təsdiqini tapdığından qarşılıqlı iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən mərhum atasının mülkiyyətində olan və ondan miras qalmış fərdi yaşayış evinin torpaq sahəsi ilə birgə qəbul edilməsi faktı təsdiq olunmalı, payı tam olmaqla vərəsə kimi mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. “İnsan Hüquqlarının və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlkin iddia tələbi təmin edilmədiyindən, habelə qarşılıqlı iddia tələbi təmin edilsə də, qarşılıqlı iddiaçı ödədiyi dövlət rüsumunu tələb etmədiyindən ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, üçüncü şəxs Qəbələ Regional “ASAN xidmət” mərkəzi Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi müddətinin uzadılması, miras əmlakın 2/3 hissəsində onun, 1/3 hissəsində cavabdehin payının müəyyən edilməsi tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. ünvan 5 ünvanında, 0,06 ha torpaq sahəsində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********02-10301 reyestr nömrəli Çıxarışa və fərdi yaşayış evinin 405- 1/636 inventar nömrəli, xx.xx.2015-ci il tarixli texniki pasportuna əsasən tam mülkiyyət hüququ ilə hüquq sahibi X12 adına daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 58 nömrəli vərəqində qeydiyyata alınmış və ondan miras qalmış fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsinə Cavabdeh vərəsəlik hüququ tanınsın, onun payı tam olmaqla mülkiyyətinə verilsin və qeydə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar