Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-281/2023 12.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X25 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı anası X2 miras qalmış, Oğuz rayon Xalxal kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair mülki işə 12 iyul 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı anası X2 miras qalmış, Oğuz rayon Xalxal kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1968-ci ildə Oğuz rayonu Xalxal kəndində anadan olub. X1 xx.xx.1995-ci ildə, anası X19 xx.xx.2008-ci ildə vəfat edib. Onların birgə nikahından cavabdeh olan Cavabdeh adlı qardaşı vardır. Oğuz rayon Qarabulaq kəndinə ərə gedib.1997-ci ildə oğlu ilə birlikdə mərhum anasından Oğuz rayon Xalxal kəndində miras qalmış fərdi yaşayış evinə qayıtmışdır. Əri həmin vaxt ruhi xəstə olduğundan xəstəxanada olmuş, 1997-ci ildə vəfat etmişdir. Evə qayıtdıqdan 2 il sonra Oğuzda gözəllik salonunda işlədiyindən 2018-ci ilədək şəhərdə kirayədə qalsa da, ata evinə gedib-gəlmişdir. Kəndə əşyalarını götürməyə gedəndə qardaşı ailəsi ilə birlikdə üzərinə hücum etdiyindən polisə şikayət etmişdir. Cavabdeh olan qardaşı analarından qalmış miras əmlaka təkbaşına sahiblənib, onun evdə yaşamağına icazə vermir. Dəfələrlə ona varis olduğunu bildirmiş və mirasın aralarında qanuni şəkildə bölünməsini tələb etmişdir. Buna baxmayaraq cavabdeh mirasın bölünməsindən imtina edir.Torpaq islahatı zamanı anasına, ona, oğlu Toğrula, qardaşına və onun ailəsinə verilmiş torpaq sahələri ilə bağlı aralarında heç bir problem yoxdur. Mülki mübahisəsi yalnız evlə bağlıdır. Anasından miras qalmış, Oğuz rayon Xalxal kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması barədə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi, izahat verərək bildirdi ki, iddiaçı 1997-ci ildə 1 ay ata evində yaşayıb, sonra gedib. Onun evdə heç nəyi qalmayıb. Mübahisəli ev 20 ildən çoxdur ki, öz-özünə uçub-dağılıb. O özü 25 sot torpağın içində 1998-ci ildə ayrı ev tikib ora köçüb. Evin sənədi yoxdur. Torpağa dair şəhadətnamədə anası Göhərin, onun, arvadı və oğlunun, iddiaçı və oğlunun adı vardır. 24 sot torpaq sahəsindən artıq olan torpaq sahələrini çəpərləyib. İddiaçı onlarla birgə mülkiyyətdə olan 1 ha-dan artıq pay torpağını həyətyanı torpaq sahələri ilə əvəzləşdirib, digər şəxsə satıb. İddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirməklə iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Azərbaycan Respublikası Oğuz rayonu Xalxal kəndində anadan olmuş, Oğuz rayonu Xalxal kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1966-cı ildə Azərbaycan Respublikası Oğuz rayon Xalxal kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Xalxal kəndidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş 22 may 2023-cü il tarixli, 3-21-3-42/2-2557/2023 saylı, məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Oğuz rayon Xalxal kəndində sənəd üzrə 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X8 adına yanvar 1989-cu il tarixli texniki pasport tərtib edilib. Şərifova Gövhər (Kövhər) Cabbar qızının adına paylı mülkiyyətdə olan torpaq sahələrinə JN 119F saylı, JN 119H saylı (kod ********) şəhadətnamə və JN 119 saylı dövlət aktı tərtib edilib. Qeyd edilən texniki pasport, müvafiq olaraq 0,43 ha və 0,65 ha həyətyanı torpaq sahələrinə aid şəhadətnamələr və 1,03 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair dövlət aktı məktuba əlavə edilmişdir. Dövlət aktına əsasən 1,03 ha torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 59 saylı qərarı ilə X14, Şərifov Namiq (Nafiq) Zakir oğlu, Şərifova Güllər (Gülər) Zakir qızı və X15, 0,43 ha və 0,65 ha həyətyanı torpaq sahələri X9, Cavabdeh, Şərifova Güllər (Gülər) Zakir qızına, X15, X3 və X11 verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş nikah haqqında N-28/12 saylı, xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, X18 və X20 xx.xx.1956-cı ildə nikah bağlamış, bu barədə həmin tarixdə Oğuz rayon Qumlax kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının nikah kitabında 01 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Şərifov soyadı verilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında AZ-T 085018 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1968-ci ildə Oğuz rayon Xalxal kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xalxal kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci il tarixdə 19 nömrə ilə qeyd edilmiş, X1, anası X12r. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İİ 080970 saylı şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.1995-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xalxal kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.1995-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş ölüm haqqında N-104/12 saylı, xx.xx.2019-cu il tarixli arayışının surətindən görünür ki, X16 xx.xx.2008-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xalxal kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Dövlət arxivinin mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 97 saylı arayışının surətindən görünür ki, Oğuz rayon Xalxal kənd İƏV 2006-2010-cu il tarixli, 02 saylı təsərrüfatbaşına uçot kitabında X10 təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan 1959-cu il tarixdə tikilmiş yaşayış evinin, təsərrüfatın xüsusi mülkiyyətində olan 2,11 ha torpaq sahəsinin, qızı İddiaçı, nəvəsi X22, Durna və İntiqam adlı qohumlarından ibarət ailə üzvlərinin qeydiyyatı aparılmış, X10 xx.xx.2008-ci il tarixdə vəfat etdiyi qeyd edilmişdir. Oğuz rayonu Xalxal bələdiyyəsinin mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 09 saylı arayışının surətindən görünür ki, X21 anası rəhmətə gedənə qədər həmin evdə yaşamış, yas mərasimlərində iştirak etmiş, təsərrüfatı əvvəllər və sonra idarə etmişdir. 2018-ci ilin iyun ayından sonra ailədə mübahisələr başlayıb. Qardaşı və qardaşı arvadı Gülləri ailəsi ilə birlikdə evdən çıxartmışlar. Oğuz Rayon Məhkəməsinin mülki işə əlavə edilmiş xx.xx.2019-cu il tarixli, 2(054)-401/2019 saylı qətnaməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(102)-2591/2020 saylı qərarının surətindən görünür ki, iddiaçı X13 Cavabdeh qarşı cavabdehin Oğuz rayonu Xalxal kəndində yerləşən fərdi yaşayış evindən çıxarılması və özünün həmin evə köçürülməsinə dair iddiası təmin olunmamış, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə X13 apelyasiya şikayəti təmin edilməmiş, Ali Məhkəmənin sözügedən qərarı ilə həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Oğuz Rayon Məhkəməsinin mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 2(054)-85/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X22 və X13 cavabdehlər Cavabdeh, X4 və X11 qarşı ümumi birgə mülkiyyətlərində olan torpaq sahələrində payların miqdarının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilmiş, torpağın mülkiyyətə verilməsinə dair JN 119H saylı (kod ********) şəhadətnamədə göstərilən 0,65 ha və JN 119F saylı (kod ********) şəhadətnamədə göstərilən 0,43 ha torpaq sahələrində iddiaçıların hər birinin 1/6 hissədə payı müəyyən edilmişdir. Oğuz Rayon Məhkəməsinin mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 2(054)-86/2021 saylı və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(107)-1015/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçılar X22 və X13 Cavabdeh qarşı Oğuz rayonu Xalxal kəndində cavabdehlə ümumi birgə mülkiyyətlərində olan torpaq sahəsinin üzərindəki, mərhum X5 miras qalmış fərdi yaşayı evinə köçürülmələri tələbinə dair iddiası iddiaçı X15 aid hissədə təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə Oğuz Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Oğuz Rayon Məhkəməsinin mülki işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 2(054)-86/2021 saylı qərardadının surətindən görünür ki, iddiaçılar X22 və X13 Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə barədə iddia tələbinin iddiaçı X17 aid hissəsi üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ilə cavabdeh doğma bacı-qardaş olmaqla Oğuz rayon Xalxal kəndində qeydiyyatdadırlar. Onların X1 xx.xx.1995-ci ildə, anası X19 xx.xx.2008-ci ildə vəfat edib. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Oğuz rayon Xalxal kəndində sənəd üzrə 0,25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə X8 adına yanvar 1989-cu il tarixli texniki pasport tərtib edilib. Şərifova Gövhər (Kövhər) Cabbar qızının adına paylı mülkiyyətdə olan torpaq sahələrinə JN 119F saylı, JN 119H saylı (kod ********) şəhadətnamə və JN 119 saylı dövlət aktı tərtib edilib. Dövlət aktına əsasən 1,03 ha torpaq sahəsi Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 59 saylı qərarı ilə X14, Şərifov Namiq (Nafiq) Zakir oğlu, Şərifova Güllər (Gülər) Zakir qızı və X15, 0,43 ha və 0,65 ha həyətyanı torpaq sahələri X9, Cavabdeh, Şərifova Güllər (Gülər) Zakir qızına, X15, X3 və X11 verilmişdir. İddiaçı iddia tələbində mərhum anası X2 miras qalmış, Oğuz rayonu Xalxal kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etsə də, mərhum anasından qalmış miras əmlak olan fərdi yaşayış evi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmiş, məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən adları qeyd olunan sənədlər məhkəməyə təqdim edilmiş, həmin sənədlərlə isə mərhum Gövhər Şərifovadan miras qalmış əmlakın həyətyanı və pay torpaq sahələrində olan payından ibarət olduğu müəyyən edilmişdir. İddiaçı torpaq sahələri ilə bağlı cavabdehlə aralarında heç bir problemin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan mülki qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, mərhum X6 adına qeydə alınmış və miras qalmış fərdi yaşayış evinin olması barədə sübut təqdim edilmədiyindən iddia tələbi təmin olunmamalıdır. “İnsan Hüquqlarının və X7 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı anası X2 miras qalmış, Oğuz rayon Xalxal kəndində yerləşən fərdi yaşayış evi üzərində vərəsəlik hüququnun tanınması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-281/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-281/2023
12.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver