Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-283/2023 24.05.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X21 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (maraqlı şəxs) qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 247 (kod ********) saylı Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1987-ci ildə Qəbələ rayonu, Nic kəndində anadan olmuşdur, ata soyadı Məhərrəmova olub. 14 yanvar 2008-ci ildə Oğuz rayon sakini X15 ilə ailə qurmuş, nikahdan sonra ərinin soyadını qəbul etmişdir. Oğuz rayon Mollalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə Qəbələ rayonu Nic kəndində ona, atasına, anasına, bacıları Savad, Nurlanə və Güllüyə, qardaşı Cavada 1,59 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 247 (kod ********) saylı Dövlət aktı atasına təqdim edilmişdir. Torpaqda olan payını öz adına rəsmiləşdirmək istəyərkən ona məlum olmuşdur ki, dövlət aktında barəsində olan məlumatlar X1 yazılmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X11 izahat verərək bildirdi ki, Qəbələ rayonu Nic qəsəbəsində ailəsi ilə yaşayır. Ərizəçi (Məhərrəmova) X7 ilə nikahından doğulmuş qızıdr. Birgə nikahdan Baratdan başqa Savad, Nurlanə və Güllü adlı qızları, Cavad adlı oğlu vardır. Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə ona ailə üzvləri ilə birgə 1,59 ha pay torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 247 (kod ********) saylı Dövlət aktı ona təqdim edilmişdir. Dövlət aktında ərizəçi olan qızı Barat barədə məlumatlar texniki səhv olaraq X1 qeyd edilmişdir. Onun Barat adlı oğlu yoxdur. Torpağa mülkiyyət hüququna dair JN 247 (kod ********) saylı Dövlət aktının qızı Ərizəçi məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X7 ərizəçinin qızı olduğunu bildirdi, əri olan digər şahidin izahatına uyğun izahat verərək torpağa mülkiyyət hüququna dair JN 247 (kod ********) saylı Dövlət aktının qızı Ərizəçi məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Azərbaycan Respublikası Qəbələ rayonu Nic kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Mollalı kəndidir. İşə əlavə edilmiş doğum haqqında Xİİ-JQ 480187 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1987-ci ildə Qutqaşen rayonu Nic kəndində anadan olmuş, bu barədə Nİc kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 214 nömrə ilə qeyd edilmiş, atası X11, anası X3r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş nihah haqqında arayışından görünür ki, X15 və X10 xx.xx.2008-cı il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Məsimov soyadı verilmişdir. İşə əlavə edilmiş JN 247 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli, 06 saylı qərarı ilə X8, X4, X5, X9, X2, X6 və Həmzəzadə Cavad Hİkmət oğluna 1,59 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Qəbələ rayon İHB Nic qəsəbə İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-59-14/2-314/2023 saylı arayışından görünür ki, JN 247 (kod ********) saylı dövlət aktında texniki səhv olaraq X1 yazılmış şəxs Məsimova (Məhərrəmova) Barat Hikmət qızıdır. Qəbələ rayon Nic qəsəbəsində X12 adlı şəxs qeydiyyatda olmayıb və yaşamayıb. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.2002-ci il tarixli, 06 saylı qərarına əsasən 1,59 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 247 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 247 (kod ********) saylı dövlət aktının ərizəçi Məsimova (Məhərrəmova) Barat Hikmət qızına məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 20 iyun 2002-ci il tarixli, 06 saylı qərarı ilə verilmiş 1,59 ha torpağa mülkiyyət hüququna dair JN 247 (kod ********) saylı dövlət aktının ərizəçi Məsimova (Məhərrəmova) Barat Hikmət qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-283/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-283/2023
24.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver