Məhkəmə qərarları › İş №2(054)-298/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-298/2023

15.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-298/2023 15.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 15 sentyabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) qızı -xx.xx.2004-cü ildə anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Maraqlı şəxs səhhətilə əlaqədar məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1971-ci ildə Oğuz rayonunda anadan olmuşdur. Qızı Maraqlı şəxs xx.xx.2004-cü ildə doğulmuşdur. Fidan anadangəlmə “çox ağır əqli gerilik və özünə qulluğun olmaması” diaqnozu ilə Oğuz MRX poliklinika şöbəsinin nevroloji kabinetində dispanser qeydiyyatında olmaqla 1-ci dərəcəli əlildir. Fidan xəstəliyinə görə 18 yaşınadək sosial müavinət almış, sonradan onun əlilliyi ləğv edilmişdir. Aidiyyəti orqanlara təkrar müraciətindən sonra Fidan yenidən Tibbi Sosial Ekspert Komissiyasında müayinədən keçirilmiş və xx.xx.2022-ci il tarixdə ona birinci dərəcəli əlillik verilmişdir. Fidan xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Ona təqaüd təyin edilsə də, üzərində qəyyumluq müəyyən edilmədiyindən həmin təqaüdün alınması mümkün olmamışdır. Bunun üçün isə Fidanın məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz olması müəyyən edilməlidir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Humayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, iş materiallarında olan sənədlərdən, o cümlədən aparılmış ekspertizanın nəticələrinə dair rəydən göründüyü kimi Maraqlı şəxs psixi xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Fidan məhz həmin xəstəlik səbəbli müddətsiz 1-ci qrup əlildir. Ərizəçinin təqaüd kartı ilə bağlı problemini istənilən vaxt həll edə bilərlər. Qanunamüvafiq çıxarılacaq qərara etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçini dinləyərək iş materiallarını araşdırmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin 2(054)-298/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmış və mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmişdir. Sözügedən iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2004-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İ 493402 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2004-cü il tarixdə Oğuz rayonu Filfilli kəndində anadan olmuş, bu barədə Oğuz rayon Filfilli kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 06 nömrə ilə qeyd edilmiş, atası X2, anası Ərizəçidır. Oğuz rayon İHB Oğuz rayon Filfilli kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-37/2023 saylı arayışından görünür ki, Oğuz rayon Filfilli kənd sakini Maraqlı şəxs həqiqətən anası Ərizəçi himayəsində yaşayır. Azərbaycan Respublikası ƏƏSMN TSEK-in müayinə olunan şəxs üzrə işə əlavə edilmiş elektron məlumatının surətindən görünür ki, Maraqlı şəxs müddətsiz birinci dərəcəli əlil olub, xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “çox ağır əqli gerilik, nitq qabiliyyətinin olmaması, özünə xidmət qabiliyyətinin olmaması” diaqnozu ilə ümumi xəstəlik səbəbli əlil olmaqla kənar şəxsin köməyinə ehtiyacı vardır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” X8 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-R-xx-xx/2023 saylı arayışından görünür ki, Maraqlı şəxs xəstəliyə görə 1-ci qrul əlil olmaqla Oğuz MRX poliklinika şöbəsinin Nevroloji kabinetində xx.xx.2008-ci il tarixdən “F73.0 çox ağır əqli gerilik və özünə qulluğun olmaması” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X8 X5 Şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 419 saylı rəyindən görünür ki, Maraqlı şəxs keçirdiyi ağır dərəcəli əqli gerilik,davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadığından psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs məhkəmə psixiatrik ekspertizası keçirilərkən Maraqlı şəxs keçirdiyi ağır dərəcəli əqli gerilik,davranış pozuntuları ilə XBT-10 F72.1 xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı, buna görə də psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu nəticəsinə gəlmiş və Maraqlı şəxs tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2023-cü il tarixli, 419 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2004-cü ildə Oğuz rayonu Filfilli kəndində anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar