Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-3/2022 11.03.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi ilə İddiaçı, Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin Cavabdeh2 alınaraq ona qaytarılması tələbi barədə iddiası, Cavabdeh2 İddiaçı qarşı borc məbləğlərinin ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh2 da İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizələr təqdim edərək ilk iddia ərizəsində göstərilən tələblərdən başqa 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 31.08.2020ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, həmçinin, Cavabdeh2 ona məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını da tələb etdiyini bildirmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh2la 2012-ci ildə özünün sahibkarlıq fəaliyyəti ilə bağlı tanış olmuşdur. Bu tanışlıq sonradan səmimi münasibətlərin və işgüzar əlaqələrin yaranmasına səbəb olmuş, eləcə də, onların bir-birinə olan inam va etibarını artırmışdır. O, 2012-ci ildən xüsusi mülkiyyətində Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinin olması barədə cavabdehə bildirdikdə, cavabdeh həmin torpaq sahəsini ona satmasını xahiş etmişdir. Həmin torpaq sahəsinin 1 sotu 1200 manat olmaqla, cəmi 69.000 manat təşkil etmişdir. Cavabdeh torpaq sahəsinə görə 40.000 manat ödəniş edəcəyini demiş və qalan 29.000 manatın ödənilməsi üçün vaxt istəmişdir. O da cavabdehin səmimiyyətinə inanaraq və tanışlıq münasibətlərini nəzərə alaraq cavabdehə o şərtlə etibarnamə verməyə razlaşmışdır ki, pulun qalan hissəsini ödədikdən sonra torpaq sahəsini öz adına rəsmləşdirsin. Bir müddət sonra cavabdeh həmin torpaq sahəsini istəmədiyini bildirmiş və verdiyi 40.000 manatı qaytarmasını xahiş etmişdir. O, cavabdehə 20.000 manat pul vermiş və bildirmişdir ki, qalan pulu torpaq sahəsini satdıqdan sonra verəcəkdir. Həmin razılaşmadan sonra cavabdehlə dəfələrlə telefon vasitəsi ilə əlaqə saxlamağa və onunla görüşmək istəməsinə baxmayaraq cavabdeh müxtəlif bəhanələrlə onunla görüşməkdən yayınmışdır. Nəhayət, 03.09.2020-ci il tarixdə cavabdehlə görüşərək torpaq sahəsinin sənədlərini geri qaytarmasını tələb etdikdə o, sənədləri verməkdən imtina etmişdir. Ertəsi gün o, notariat kontoruna gedərək 2018-ci il tarixdə cavabdehə verdiyi etibarnaməni ləğv etdirmiş, lakin sonrada məlum olmuşdur ki, cavabdeh onun mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini ondan xəbərsiz həmin etibarnamə ilə Bakı şəhəri 38 saylı natoriat kontorunda öz anası Cavabdeh1 17.000 manata satmışdır. Beləliklə cavabdeh ona qarşı olan səmimi münasibətdən və onun etibarından sui-istifadə etməklə onu aldatmış, onun xüsusi mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsini onun razılığı və məlumatı olmadan ələ keçirib 10.08.2020-ci il tarixdə anası Cavabdeh1 satmışdır. Bununla da cavabdehlər onun xüsusi mülkiyətində olan 0,5708 hektar torpaq sahəsini dələduzluq yolu ilə öz mülkiyyətlərinə keçirmiş, nəticədə onun mülkiyyət huquqları kobudcasına pozulmuşdur. Eyni zamanda, alqısatqı müqaviləsinə görə torpaq sahəsi onun adından 17.000 manat məbləğində satılmışdır. 0,5708 hektar torpaq sahəsinin bazar dəyəri 17.000 manat deyil, hazırda 1 sotu, təxminən, 1500 manatdan başlayır. Belə olan halda Cavabdeh2 0,5708 hektar torpaq sahəsinin onun razılığı va məlumatı olmadan 17.000 manata satılması qanunvericiliyə əsasən həmin əqdin etibarsızlığına səbəb olur. Eyni zamanda, o, özünə məxsus olan torpaq sahəsini heç kimə satmamış və satmaq fikrində də olmamış, Cavabdeh2 etibarnamə versə də, torpaq sahəsinin stılması ilə əlaqədar ona heç bir tapşırıq verməmiş, belə bir iradə ifadəsi olmamışdır. Qeyd olunan etibarnaməni və torpaq sahəsinin sənədlərini Cavabdeh2 ona olan borcunun təminatı kimi vermişdir. Əgər onun xüsusi mülkiyyətində olan torpaq sahəsini satmaq fikri olsaydı, alqısatqıda özü şəxsən iştirak edərdi. Torpaq sahəsinə dair alqı-satqı müqaviləsi bağlanmış olduğundan isə özünə məxsus avtomobillə bağlı cavabdehlə aralarında mübahisə yarandıqdan sonra məlumatı olmuşdur. Hesab edir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair baglanmış 10.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibardan sui-istifadə və aldatma nəticəsində bağlandığından etibarsızdır. Ona görə də Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə İddiaçı 2018-ci ilin mart ayında ona 42.000 manat məbləğində, 2018-ci ilin sonunda isə əlavə olaraq 14.000 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı borcunu bir dəfəyə ödəyə bilməcəyini bildirmiş və borcun bir qismini özünə məxsus torpaq sahəsinin hesabına ödənilməsini təklif etmişdir. Aralarında əldə olunmuş razılığa əsasən İddiaçı borcun əvəzində 19.03.2018-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” Mərkəzində qeydiyyata alınmış etibarnamə verərək xüsusi mülkiyyətində olan, Oğuz rayonunun Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətləri ona etibar etmişdir. İddiaçı arvadı Günay Əbdürəhimova da həmin torpaq sahəsinin özgəninkilləşdirilməsi ilə bağlı 27.03.2018-ci il tarixdə notariat qaydasında razılıq ərizəsi vermişdir. O, bir müddət borcun ödənilməsini gözləmiş, lakin iddiaçı ona olan borcunu qaytarmamışdır. İddiaçı özü torpaq sahəsini sataraq satış nəticəsində əldə olunan pul vəsaitini borc besabına götürməsini ona təkidlə demişdir. O, həmin torpaq sahəsinə sərfəli qiymət təklif edən alıcılar tapa bilmədiyi üçün qardaşı Nümayəndə bu işdə ona kömək etməsini xahiş etmişdir. Qardaşı isə ona həmin torpaq sahəsini alıb anaları Cavabdeh1 hədiyyə etmək istədiyini demiş, bunun üçün ona 17.000 manat pul təklif etmişdir. Torpaq sahəsinə daha artıq qiymət verən digər alıcılar olmadığından o, qardaşının təklifini qəbul etmiş və həmin torpaq sahəsini anası Cavabdeh1 17.000 manata satmışdır. Bakı şəhəri 38 saylı Notariat Ofisində alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün bütün zəruri sənədlərin qaydasında olduğu müəyyən edildikdən sonra müvafiq alqı-satqı müqaviləsi qeydiyyata alınaraq notariat qaydasında təsdiq edilmişdir. İddiaçı isə onun adına verdiyi etibarnamənin ləğv olunması barədə hazırkı iddiaya qədər ona hər hansı məlumat bildirməmişdir. O, alqı-satqı müqaviləsi üzrə torpaq sahəsinin 17.000 manat dəyərində olduğunu İddiaçı bildirmiş, borcun qalan hissəsinin - 25.000 manat və 14.000 ABŞ dolları məbləğlərinin də ödənilməsini xahiş etmişdir. İddiaçı ona olan borcunun qalan hissəsini ödəyəcəyini vəd etsə də, sonradan borcun ödənilməsindən yayınmağa başlamış, bununla bağlı aralarında mübahisə yaranmış və münasibətləri pozulmuşdur. Hətta İddiaçı torpaq sahəsini onlardan geri alacağını, əvəzində isə heç bir məbləğ verməyəcəyini demiş, sonradan da bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda da İddiaçı ona borclu olduğu məbləğin qalan hissəsini ödəməkdən imtina edir. Ona görə də o, borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında öz iddia tələbini müdafiə etdiyini, Cavabdeh2 qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirdi və məhkəmə iclasında öz iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı həmin tələbə aydınlıq gətirərək göstərdi ki, onunla Cavabdeh2 arasında olan borc məsələsi torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar deyil, cavabdehin qardaşı Nümayəndə tərəfindən Almaniyadan avtomobil gətirilməsi ilə əlaqədar yaranmışdır. Belə ki, onlar Nizami ilə birlikdə biznes fəaliyyəti ilə məşğul olmaları üçün avtomobil satın almışlar. Nizami ona torpaq sahəsinin dəyəri kimi hər hansı məbləğdə pul verməmiş, bununla bağlı onlar arasında heç bir razılaşma olmamışdır. Ancaq Nizaminin xahişi ilə 2018-ci ilin əvvəllərində Nəsiminin Almaniyadan ona “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobil gətirməsi ilə əlaqədar onun Nizamiyə həmin avtomobilin dəyəri kimi 31.500 manat miqdarında borcu yaranmışdır. O, həmin avtomobillə Rusiyaya sərnişin və yük daşıyaraq gəlir əldə etmək niyyətində olduğundan sərhəd buraxılış məntəqələrində hər hansı çətinliklə üzləşməmək üçün avtomobilin onun adına rəsmiləşdirilməsini qərara almışlar. Avtomobil onun mülkiyyəti kimi qeydiyyata alınmış, bundan əlavə, işə başlamaq üçün Nizami ona 8500 manat nağd pul da vermiş, bununla da, onun Nizamiyə olan borcu 40.000 manat təşkil etmişdir. O, işləyərək gəlir əldə edib Nizamiyə olan borcunu ödəməli olmuş, lakin bir neçə dəfə Rusiyaya gedib-gələndən sonra bu cür işləməyin sərfəli olmadığını görmüşdür. O, avtomobildən istifadə edib gəlir əldə edə bilmədiyindən həmin avtomobili satmaq qərarına gəlmişdir. 2018-ci ilin may ayında avtomobili Sadiq Mürsəlov adlı tanışına vermiş, həmin şəxs avtomobilin tipini “5+1 YER”-dən “18+1 YER”-ə dəyişib oturacaqların sayını artırmaqla yığacağını, bununla da daha çox sərnişin daşımaq imkanlarının olacağını bildirmişdir. Həmin ilin oktyabr ayında o, avtomobilə dair alqı-satqı müqaviləsi bağlamış, lakin avtomobilin pulunu hissə-hissə olmaqla bir neçə dəfəyə almışdır. Əldə etdiyi pullardan ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla Nizamiyə cəmi 20.000 manat pul vermiş və bundan sonra ona 20.000 manat borcu qalmışdır. Eyni zamanda, Nizami ona vermək üçün digər şəxslərdən borc pul aldığını, ona görə də əlavə faiz ödədiyini bildirdiyinə görə o, 20.000 manatdan başqa Nizamiyə faiz olaraq 5000 manat da ödəyəcəyini vəd etmişdir. Ancaq borcunu vaxtında verə bilmədiyinə görə özünə məxsus olan 0,5708 hektar torpaq sahəsini satıb Nizamiyə olan borcunu ödəmək qərarına gəlmişdir. Onlar Nizami ilə birlikdə həmin torpaq sahəsinə müştəri tapıb satışdan əldə olunan puldan Nizaminin borcunun qalan hissəsi ödənildikdən sonra qalan məbləğ mülkiyyətçi kimi onun özünə çatmalı idi. Həmin vaxtlarda Oğuz rayonu Xalxal kəndində uyğun torpaq sahələrinin bir sotu ən azı 1200 manata satılırdı. Onun tərəfindən 28.04.2018-ci il tarixdə elanlar saytına yerləşdirilmiş elanın məzmunundan da görünür ki, o, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, özünə məxsus olan 0,5708 hektar torpaq sahəsinin bir sotu 1500 manat olmaqla, cəmi 90.000 manat həddində qiymətləndirilərək satış üçün elan vermiş, real alıcı ilə qiymətdə razılaşa biləcəyini də qeyd etmişdir. Elanlar saytına yerləşdirilmiş və hazırda vaxtı bitmiş digər elanda isə torpaq sahəsinin 60 sot olduğu göstərilsə də, 15.000 manat bütöv torpaq sahəsinin deyil, onun həmin vaxtlarda qeyd olunan torpaq sahəsindən ayırıb satmaq istədiyi 10 sot torpaq sahəsinin dəyəri kimi qeyd edilmişdir. Onlar Nizami ilə birlikdə torpaq sahəsinə uzun müddət müştəri axtarmış, hətta onun Novxanı qəsəbəsində yaşayan tanışı Şahid3 da yanına birgə gedib torpaq sahəsini satmaq istədiklərini demişlər. Şahid3 torpaq sahəsini satın almaq istəmədiyini dedikdə, o, Nizamiyə olan borcunu ödəmək üçün Kahindən borc olaraq 25.000 manat pul istəmiş, əvəzində borcun təminatı olaraq özünə məxsus torpaq sahəsinin sənədlərini Kahinə təqdim etmişdir. Nizami borcunu ondan təkidlə tələb etdiyinə, hətta qardaşı Nəsimi ona təsir və təzyiq göstərdiyinə görə Nizaminin borcunu verib, Kahindən aldığı pulu sonradan hssə-hissə qaytarmaqla torpaq sahəsinin sənədlərini geri almaq niyyətində olmuşdur. Sənədlər bir neçə gün Kahində qalsa da, Kahin pul tapıb ona verə bilməmiş, sonradan sənədləri ona qaytarmışdır. Həmin vaxtdan sonra da torpaq sahəsinin sənədləri bir müddət Nizamidə olmuşdur. Nizami ilə aralarında olan etibarlı münasibətə güvənərək, o, Nizamiyə öz adından etibarnamə də vermiş, həmçinin arvadı Günay Əbdürəhimovanın adından notariat qaydasında təsdiq edilmiş razılıq ərizəsi də tərtib edilmişdir. Eyni zamanda, sonrakı vaxtlarda pandemiya dövrü ilə əlaqədar Nizaminin dövlət müəssisəsi olan "xxxx" ASC-də işləyən şəxs kimi Oğuz rayonuna gəlib-getmək imkanlarının daha çox olması səbəbindən torpaq sahəsini uyğun qiymətə satmaq üçün münasib müştəri tapmaq məsələsini də Nizamiyə həvalə etmişdir. Nizami isə 10.08.2020-ci il tarixdə torpaq sahəsini ondan xəbərsiz, həm də real dəyərindən bir neçə dəfə ucuz qiymətə öz anasına satmışdır. Nizami torpaq sahəsinin satışından əldə olunan vəsait kimi ona hər hansı məbləğdə pul da verməmişdir. Bundan əlavə, iddia tələbinin avtomobilin qaytarılması ilə əlaqədar hissəsi ilə bağlı qeyd edir ki, 2018-ci ildə pula ehtiyacı olduğuna görə Bakı şəhərində 9-cu mikrorayon ərazisində yerləşən lombarddan pul götürmək üçün müraciət etmiş, lombardın sahibi yalnız avtomobili girov qoymaqla, habelə avtomobil lombardın işçisi olan Nahid Ağayev adlı şəxsin adına rəsmiləşdiriləcəyi təqdirdə ona borc pul verə biləcəyini demişdir. O da razılaşaraq avtomobilə dair Nahid Ağayevin adına rəsmiləşdirməklə borc pul götürmüşdür. Onun lombarda olan borcu 14.000 ABŞ dolları təşkil edəndə özünə məxsus olan torpaq sahəsinin bir hissəsini satıb borcunu ödəmək istəmiş və bu barədə Nizamiyə də bildirmişdir. Nizami isə torpaq sahəsini satmamasını təklif edərək onun lombarda olan borcunu bağlamağa kömək edə biləcəyini demişdir. Bundan sonra Nizami onunla birgə lombarda gedib borcun ödənilməsini bir ay da gözləmələrini xahiş etmiş və lombardın sahibi onunla razılaşmışdır. Lakin o, bir ay sonra da borcunu ödəyə bilməmişdir. Bir müddət sonra Nizami onun lombarda olan borcunu bağlamış, ancaq avtomobili də özünün tanışının adına rəsmiləşdirmişdir. Nizami hazırki vəziyyətdə də onun avtomobilini qaytarmamışdır. Cavabdeh2 qarşılıqlı iddia tələbləri ilə əlaqədar olaraq isə qeyd edir ki, Almaniyadan gətirilmiş avtomobillə əlaqədar onun Nizamiyə 25.000 manat deyil, cəmi 20.000 manat borcu qalmış, Nizami ondan ötrü digər şəxslərə əlavə faiz ödədiyini bildirdiyinə görə o, 20.000 manatdan başqa Nizamiyə faiz kimi əlavə olaraq 5000 manat ödəyəcəyini özü könüllü olaraq öhdəsinə götürmüşdür. Ancaq Nizaminin onunla birgə iş qurmaq və icarəyə obyekt götürərək ticarətlə məşğul olub gəlir əldə etmək məqsədi ilə ona 14.000 ABŞ dolları pul verməsi həqiqətə uyğun deyildir. O, Nizamidən belə bir məqsədlə hər hansı məbləğdə pul almamışdır. Cavabdehin torpaq sahəsinin yolu olmadığı, bu səbəbdən də həmin torpaq sahəsinin dəyərinin 17.000 manatdan artıq olmadığı barədə bildirdikləri də yanlışdır. Çünki, mülkiyyət sənədləri mövcud olan hər bir torpaq sahəsinin olduğu kimi, ona məxsus olan bu torpaq sahəsinin də sənəd üzrə gediş-gəliş yolu mövcuddur. Torpaq sahəsinin özünün iddia tələbində qeyd etdiyi 69.000 manata uyğun olması ilə əlaqədar da kifayət qədər sübutları vardır. Həmin əsaslara görə qarşılıqlı iddia tələbini əsassız hesab edir. Qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla özünün hazırki iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini, Cavabdeh2 ona qarşı borcun ödənilməsi barədə qarşılıqlı iddia tələbi üzrə isə izahatında qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 da ilk iddia tələbini müdafiə etdiyini, Cavabdeh2 qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirdi və iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iddiaçının xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsi Cavabdeh2 tərəfindən dələduzluq yolu ilə, iddiaçının razılığı və məlumatı olmadan, real dəyərindən xeyli ucuz qiymətə 10.08.2020-ci il tarixdə Cavabdeh1 satılmışdır. Torpaq sahəsinin satılması ilə bağlı İddiaçı Cavabdeh2 tapşırığı da olmamışdır. Hesab edir ki, Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair bağlanmış 10.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibardan sui-istifadə və aldatma təsiri nəticəsində bağlandığından etibarsızdır. Ona görə də Cavabdeh2 ilə anası Cavabdeh1 arasında bağlanmış 10.08.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi, 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 31.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, həmçinin, iddiaçıya məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması, qarşılıqlı iddia tələbi üzrə isə iddiaçının izahatında qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə prosesinin sonrakı mərhələsində nümayəndəsi və vəkili olan X7 da ilk iddia tələbini müdafiə etdiyini, Cavabdeh2 qarşılıqlı iddia tələbini isə qəbul etmədiyini bildirdi və iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatında iddiaçının izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə Cavabdeh2 ilə anası Cavabdeh1 arasında bağlanmış 10.08.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsi, 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 31.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, həmçinin, iddiaçıya məxsus olan, 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılması, qarşılıqlı iddia tələbi üzrə isə iddiaçının izahatında qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 İddiaçı ona qarşı olan iddia tələbini qəbul etmədiyini, özünün qarşılıqlı iddia tələbini isə müdafiə etdiyini bildirdi və məhkəmə iclasında öz iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı həmin tələbə aydınlıq gətirərək göstərdi ki, Almaniyadan gətirilmiş avtomobillə əlaqədar Raminin ona 2018-ci ildə 42.000 manat deyil, avtomobilin dəyəri kimi 31.500 manat və nağd olaraq verilmiş 8500 manat olmaqla, cəmi 40.000 manat borcu yaranmasını qəbul edir və həmin məbləğə hazırda etirazı yoxdur. Ancaq Ramin avtomobilin dəyərindən ona 20.000 manat deyil, ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla cəmi 12.000 manat pul ödəmişdir. Ramin avtomobilin dəyərindən ona borclu qaldığı pulun əvəzində özünə məxsus torpaq sahəsini satıb borcunu ödəmək istəmiş, lakin sata bilmədiyi üçün torpaq sahəsini borcun əvəzində ona vermişdir. Torpaq sahəsini avtomobildən qalan borcun əvəzində ona verməyi Ramin özü təklif etmiş, öz aralarında hər kəs torpaq sahəsinin artıq onun olduğunu qəbul etmişdir. Hətta, Ramin özü Xalxal kəndindəki qonşularına, əmisigilə zəng edərək onlara yol yeri verməsini xahiş etmişdir. Raminə məxsus olmuş torpaq sahəsini 20.000-25.000 manata satın alan adam olmadığından o, həmin torpaq sahəsini daha aşağı qiymətə satmışdır. Həmin vaxtlarda onun digər şəxsə 17.000 manat borcu olduğundan və borcu təcili qaytarmalı olduğuna görə alqı-satqı müqaviləsində də torpaq sahəsini qeyd olunan məbləğə uyğun qiymətləndirib satmışdır. Həmin torpaq sahəsinin faktiki olaraq yolu mövcud olmadığından, yol ilə bağlı digər qonşularla mübahisələr olduğundan torpaq sahəsinin real dəyəri, həqiqətən də, 17.000 manatdan artıq olmamışdır. Onlar 0,5708 hektar torpaq sahəsinə gediş-gəliş yolu əldə etmək üçün qonşu torpaq sahələrinin istifadəçilərindən torpaq sahəsi satın almış, 2020-ci ilin avqust ayında qeyd olunan ərazidə abadlıq və tikinti işlərinə başlamışlar. Alqı-satqı nəticəsində əldə edilən 17.000 manat məbləği Raminə verməmişdir, ancaq həmin məbləği hazırda avtomobilin dəyəri olaraq Ramindən tələb etdiyi borc puldan azaldaraq borcun miqdarını 25.000 manat qeyd etmişdir. Hazırda Oğuz rayonu ərazisində həmin qiymətlərə uyğun torpaq sahələri yenə də satışa çıxarılaraq alıcılara təklif olunuır. Bir neçə ay bundan əvvəl həmin ərazidə 0,012 torpaq sahəsi onun anası tərəfindən 300 manata satın alınmışdır. O, 0,5708 hektar torpaq sahəsinin əvəzində Xalxal kəndi ərazisində iki yerdə, təxminən, 57-60 sot miqdarında torpaq sahələrini uyğun qiymətə satın almağı Raminə də təklif etmiş, lakin Ramin həmin təkliflə razılaşmamışdır. Eyni zamanda, özünün qarşılıqlı iddia tələbinin 14.000 ABŞ dolları miqdarında borcla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, Ramin 2018-ci ilin yaz-yay aylarında birgə iş qurmaq və icarəyə obyekt götürərək ticarətlə məşğul olub gəlir əldə etmək niyyətində olduğunu ona deyərək işə başlamaq üçün borc pul tapmasını ondan xahiş etmişdir. Həmin vaxtlarda onun özündə nağd pul olmadığına görə tanışı Şahid2 bu barədə xahiş etmişdir. Şahid2 bankda 14.000 ABŞ dolları miqdarında pul vəsaitinin olduğunu və həmin məbləğin bankda qalmasına görə bank tərəfindən ona müəyyən qədər faiz ödənildiyini bildirmişdir. O da Orxandan həmin məbləği bankdan götürüb ona verməsini xahiş etmiş, ona həmin faizi özü ödəyəcəyini vəd etmişdir. Orxan da onunla razılaşmış və 14.000 ABŞ dolları miqdarında pul vəsaitini bankdan götürərək ona vermişdir. O, həmin məbləği Raminə vermiş və təxminən, 3 il ərzində həmin pula görə Orxana faiz ödəmişdir. Ancaq sonradan Ramin ticarət işinin alınmadığını, satıcıların onu aldatdığını, bununla da biznesinin uğursuzluqla nəticələndiyini deyərək ondan aldığı 14.000 ABŞ dolları miqdarında borc məbləğini də qaytarmamışdır. Bundan əlavə, 2018-ci ilin yaz aylarında Ramin ona demişdir ki, lombarddan pul götürmək üçün öz avtomobilini girov qoymuş, həmin avtomobili lombardın işçisi olan Nahid Ağayev adlı şəxsin adına rəsmiləşdirərək borc pul götürmüşdür. Ramin lombarda olan borcunun faizlərini də ödəyə bilmədiyini, hazırda lombarda 18.000 ABŞ dolları borcu olduğunu, borcu qaytara bilmədiyini və borca görə hər ay faiz hesablandığını demişdir. O, Raminə köməklik etmək məqsədi ilə onunla birgə lombarda gedib borcun ödənilməsini bir ay gözləmələrini xahiş edərək bir ay ərzində borcun ödəniləcəyinə zəmanət vermiş və lombardın sahibi də onunla razılaşmışdır. Həmçinin, borca hesablanmış faizlərə görə onun xahişi ilə Raminə 4000 ABŞ dolları güzəşt edilmişdir. Həmin bir ay müddətində Ramin borcu ödəmədiyinə görə lombardın sahibi yenidən onun xahişi ilə 20 gün də əlavə vaxt vermişdir. Lakin Ramin bundan sonra da borcunu ödəyə bilməmiş, o da lombardın sahibinə söz verdiyinə və üzərinə öhdəlik götürdüyünə görə Raminin lombarda olan borcunu ödəməli olmuşdur. Borc götürmək üçün Raminin lombarda girov qoyduğu və lombardın işçisi olan Nahid Ağayev adlı şəxsin adına rəsmiləşdirdiyi avtomobil isə alqı-satqı yolu ilə onun öz qohumunun adına rəsmiləşdirmişdir. O, Raminin əvəzinə lombarda verdiyi pulu digər şəxsdən borc almış və sonradan həmin şəxsə hər ay 500 ABŞ dolları ödəmək şərti ilə qaytarmışdır. Hazırda da Raminin avtomobili onda deyldir və o, həmin avtomobili nə almamış, nə də satmamışdır. Ramin onun əvəzinə lombarda ödənilmiş 14.000 ABŞ dollarını qaytaracağı təqdirdə avtomobilin hazırki mülkiyyətçisi avtomobilin ona qaytarılmasına etiraz etmir. Ona görə İddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və avtomobilin qaytarılması barədə hazırki iddia tələblərini əsassız hesab edir. Qeyd etdiklərinə əsasən İddiaçı ilk iddia tələbinin təmin edilməməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilərək İddiaçı 25.000 manat və 14.000 ABŞ dolları borc məbləğlərinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 vəkili Vəkil2 iddiaçıya məxsus olmuş torpaq sahəsinin satış qiymətiin hələ bir neçə il əvvəl elanlar saytında bir sot üçün 1500 manat olması barədə iddiasına münasibət bildirərək qeyd etdi ki, həmin saytlarda verilmiş elanların elan sahibi tərəfindən istənilən vaxt yenidən dəyişdirilmək imkanları vardır. Bu səbəbdən ilk iddia tələbini əsassız hesab edir. Ona görə də qarşılıqlı iddia tələbində və Cavabdeh2 izahatında qeyd edilənlər nəzərə alınmaqla İddiaçı ilk iddia tələbinin təmin edilməməsi, Cavabdeh2 qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclaslarının Cavabdeh1 iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının Cavabdeh1 ştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. Cavabdeh1 məhkəməyə göndərdiyi etiraz ərizəsində 0,5708 hektar torpaq sahəsinin satılmasına dair 10.08.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin İddiaçı verdiyi etibarnamə və onun arvadının razılıq ərizəsi əsasında qanuni əsaslarla bağlanaraq notariat qaydasında təsdiq edildiyini, həmin müqavilənin etibarsiz hesab edilməsinə hər hansı əsasların olmadığını bildirərək İddiaçı iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi Nümayəndə da iştirak etdiyi məhkəmə iclasında İddiaçı 10.08.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsinin etibarsiz hesab edilməsinə dair iddia tələbini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, Nizami onun qardaşıdır və Ramini də Nizaminin dostu kimi tanımışdır. O, uzun müddətdir ki, Avropada yaşayır və 2018-ci ildə Raminin xahişi ilə ona Almaniyadan avtomobil gətirmişdir. Ramin həmin avtomobillə Rusiya Federasiyasına gedib gələrək gəlir əldə edəcəyini dediyinə görə avtomobili onun adına rəsmiləşdirmişlər. Bir müddət sonra isə məlum olmuşdur ki, Ramin onlara bildirmədən avtomobili satmışdır. O, avtomobilin harada olduğunu Ramindən soruşmuş, ancaq Raminə başqa şəkildə təsir və ya təzyiq göstərməmişdir. Bundan sonra Ramin avtomobilin borcundan onlara cəmi 12.000 manat pul vermiş, borcun qalan hissəsinin əvəzində isə ondan torpaq sahəsini almışlar. Əslində onların torpaq sahəsinə ehtiyacı olmamış, əvvəlcədən Oğuz rayonu Xalxal kəndində torpaq sahəsi almaq niyyətində də olmamışlar. Oğuz rayonu Xalxal kəndindəki torpaq sahəsini satmaq istədiyini İddiaçı özü onlara demişdir. Bundan sonra onlar bir gün Oğuz rayonu Xalxal kəndinə gəlmişlər. Həmin vaxt Ramin özü də vasitəçi (makler) gətirmiş, torpaq sahəsini almaq istəyən şəxs 10 sot torpaq sahəsi istədiyini bildirmişdir. Həmin şəxs torpaq sahəsinə sağdan və soldan yol istəmiş, bununla da həmin şəxsə satılacaq torpaq sahəsinin 20 sota qədər artırılması lazım gəlmişdir. Ona görə də 10 sot torpaq sahəsini satmaq sərfəli olmamışdır. Torpaq sahəsinin arxa tərəfində əvvəllər yol olsa da, Raminin öz əmisi uşaqları yolu zəbt etmiş və onların gəldiyi, cığır şəklində olan yol Raminin əmisinin sənədində olan yer kimi görünmüşdür. Torpaq almağa gələn şəxs də torpaq sahəsinin yolu olmadığı halda, almaq istəmədiyini demişdir. Ancaq qardaşı Nizamiyə pul lazım olduğundan o özü pul verib torpaq sahəsini almaq qərarına gəlmiş və fikirləşmişdir ki, sonradan istirahət mərkəzi inşa edə bilər və ya başqa bir məqsədə istifadə edə bilər. O, qardaşının Orxan adlı şəxsə borcu olduğunu bilsə də, borcun 14.000 ABŞ dolları miqdarında olduğunu bilməmişdir. Torpaq sahəsini satın almaq qərarına gəldikdən sonra yol açmaq üçün qonşulardan - Raminin əmisindən və Sirac adlı digər şəxsdən pul verib torpaq almışdır və hazırda hər kəs o yoldan istifadə edir. Bundan sonra layihə smeta sənədlərini təsdiq etdirərək qanuni sənədlər əsasında istirahət mərkəzi inşa etdirmişdir. Həmin ərazidə gördüyü işlərə indiyədək 500.000 manata yaxın xərc çəkmişdir. Həmin torpaq sahəsinin satılmasına dair 10.08.2020-ci il tarixli AN-1 N-0861021 nömrəli alqı-satqı müqaviləsi İddiaçı verdiyi etibarnamə və onun arvadının razılıq ərizəsi əsasında qanuni əsaslarla bağlanaraq notariat qaydasında təsdiq edilmişdir. Qeyd olunan müqavilənin etibarsiz hesab edilməsinə hər hansı əsas yoxdur. Ona görə də İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı iddia tələbi üzrə cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikir bidirilməmiş, məhkəməyə hər hansı etiraz və ya vəsatət təqdim edilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçı iddia tələbi üzrə cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Bakı şəhəri 38 saylı Notariat Ofisi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə göndərilən müraciətlərdə işə nümayəndəsinin iştirakı olmadan baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının üçüncü şəxs Bakı şəhəri 38 saylı Notariat Ofisi nümayəndəsinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Xalxal Bələdiyyəsinin sədr müavini vəzifəsində işləyir və hazırda bələdiyyənin sədrini əvəz edir. Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Oğuz rayonu Xalxal Bələdiyyəsinə ünvanlanmış 13.11.2020-ci il tarixli 1980 nömrəli məktubda bələdiyyənin satışa çıxardığı torpaq sahələrinin bazar məzənnəsinin 1 (bir) sot üçün ***-**** manatdan az olmamaqla müəyyən edilməli olduğu qeyd edilmişdir. O vaxtdan sonra bələdiyyə torpaqları qeyd olunan göstəricilər nəzərə alınmaqla satışa çıxarılmışdır. Həmin vaxtadək isə bələdiyyə torpaqlarının dəyəri 1 (bir) sot üçün 120 manatdan başlamaqla müəyyən edilirdi. Məhkəməyə təqdim edilmiş arayışda da o, 2020-ci il üzrə Şəki Regional Ədliyyə İdarəsi tərəfindən bələdiyyəyə məktub daxil olmazdan əvvəlki dövr üçün olan qiymətləri nəzərə almaqla torpaq sahəsinin dəyərinin 1 (bir) sot üçün 400 manat olduğunu qeyd etmişdir. Cavabdeh2 vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Xalxal kəndində yaşayır, yaşadığı kənddə və yaxın ərazidə daşınmaz əmlakların alqı-satqısı üzrə vasitəçi kimi fəaliyyət göstərir. İddiaçı da Xalxal kəndinin keçmiş sakini kimi tanıyır. 2018-2019-cu illərdə Ramin ona müraciət edərək özünün Xalxal kəndindəki torpaq sahəsini Cavabdeh2 adlı dostuna satdığını bildirmiş, həmin dostunun kəndə gələcəyini deyərək torpaq sahəsini ona göstərməsini ondan xahiş etmişdir. O da torpaq sahəsini Cavabdeh2 göstərmiş, eyni zamanda, torpaq sahəsinin problemləri olduğunu Raminə deyərək kəndə gəlib həmin problemləri birlikdə həll etmələrini təklif etmişdir. Ancaq Ramin gələ bilməyəcəyini, həmçinin, Nizaminin də həmin torpaq sahəsini başqa şəxsə satmaq istədiyini deyərək bu işdə Nizamiyə kömək etməsini ondan xahiş etmişdir. O da Nizami ilə danışmış və Nizami torpaq sahəsini istəmədiyini, uyğun qiymətə satmaq istədiyini demişdir. O, cəmi 0,5708 hektar torpaq sahəsini əvvəlcə 30.000-40.000 manata, sonralar isə 20.000 manata bir neçə şəxsə təklif etmiş, ancaq həmin torpaq sahəsi ilə bağlı Raminin qohumları ilə aralarında mübahisə olduğundan və faktiki olaraq torpaq sahəsinin yolu mövcud olmadığından torpaq sahəsini almaq istəyən olmamışdır. Torpaq sahəsinə əvvəlcə 30.000-40.000 manat, son olaraq isə 20.000 manat qiymət qoyulmasını ona Ramin özü deyil, Nizami demişdir. Eyni zamanda, bildirir ki, Oğuz rayonu Xalxal kəndində yerləşməsindən asılı olaraq bir sotu 800 manata da, 1500-1600 manata da torpaq sahəsi satılır. Cavabdeh2 vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X3 məhkəmə iclasında ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Xalxal kəndində yaşayır və həmin kənddə Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamə ilə onun ailə üzvlərinə məxsus olan 1,79 hektar torpaq sahəsi vardır. Onlar həmin torpaq sahəsini bir sotu 300 manatdan olmaqla satmaq istəyirlər. Həmin torpaq sahəsindən 60 sota qədər hissəni ayırıb satmağa da razıdırlar. Qeyd olunan torpaq sahəsi kəndin aşağı hissəsində yerləşməklə içərisində fındıq bağı da vardır. Lakin həmin torpaq sahəsində sahibkarlıq obyektinin tikintisinə icazə verilib-verilməyəcəyini dəqiq deyə bilmir. Cavabdeh2 vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Cavabdeh2 onun dostudur. İddiaçı da Nizaminin vasitəsilə tanımışdır. 2018-ci ilin yaz-yay aylarında Nizaminin xahişi ilə ona 14.000 ABŞ dolları pul vermişdir. Belə ki, Nizami Raminlə birgə iş qurmaq niyyətində olduğunu ona deyərək işə başlamaq üçün ondan borc pul istəmişdir. Həmin vaxtlarda onun bankda istiqraz şəklində 14.000 ABŞ dolları miqdarında pul vəsaiti olmuş və bu məbləğin bankda qalmasına görə bank tərəfindən ona faiz ödənilmişdir. Nizami ondan həmin məbləği bankdan götürüb ona verməsini xahiş etmiş, bank tərəfindən ona ödənilən faizi özü ödəyəcəyini vəd etmişdir. O da Nizami ilə razılaşmış və 14.000 ABŞ dolları miqdarında pul vəsaitini bankdan götürərək ona vermişdir. Nizami həmin məbləği onun yanında sayıb Raminə verməmiş, ancaq o, uzaqdan, təxminən, 20-30 metr məsafədən Nizaminin pulu Raminə verməsini görmüşdür. Həmin vaxt onların yanında başqa heç kim olmamışdır. Sonradan Nizami onun borcunu qaytara bilmədikdə, Oğuz rayonu Xalxal kəndində torpaq sahəsi olduğunu və 25.000 manata satdığını deyərək həmin torpaq sahəsini borcun əvəzində almasını ona təklif etmiş, lakin o, torpaq sahəsinə ehtiyacı olmadığını bildirmişdir. Bundan sonra Nizami ondan aldığı borcu hissə-hissə ödəmişdir. İş materiallarına əlavə edilmiş 06.06.2012-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və həmin tarixli AA 012425 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin surətlərindən görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsi daşınmaz əmlakın Dövlət reyestrində 06.06.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında hazırki iş üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 2020-ci ildə tərtib edilmiş bölgü planının surətindən görünür ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 0,5708 hektar torpaq sahəsinin şimal-qərb tərəfindən 0,10 hektardan ibarət hissəsinə dair özgəninkiləşdiriləcək torpaq sahəsi kimi bölgü planı tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş 19.03.2018-ci il tarixdə verilmiş etibarnamənin surətindən görünür ki, İddiaçı Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, dəyişdirmək, bu barədə adından ərizələr vermək, müqavilələr bağlamaq, imza etmək, ona çatası pulu almaq, daşınmaz əmlakın üzərində məhdudiyyətin olub-olmaması barədə arayış almaq və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi Cavabdeh2 etibar etmiş, etribarnamə 3 il müddətinə verilmişdir. İş materiallarına əlavə edilmiş 16.02.2002-ci il tarixli AZ-İ 015292 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və 27.03.2018-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizənin surətlərindən görünür ki, İddiaçı arvadı Günay Əbdürəhimova iddiaçının xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 10.08.2020-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizələrin, daşınmaz əmlaka dair həmin tarixli arayışın və 10.08.2020-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin tarixli mədaxil orderinin surətlərindən görünür ki, İddiaçı xüsusi mülkiyyətində olan, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin satılması ilə bağlı İddiaçıla (müqaviləni onun adından etibarnamə əsasında imzalayan şəxs Cavabdeh2) Cavabdeh1 arasında alqı-satqı müqaviləsi 10.08.2020-ci il tarixdə Bakı şəhəri 38 saylı Notariat Ofisində qeydə alınaraq notariat qaydasında təsdiq edilmiş, alqı-satqı predmeti olan torpaq sahəsi müqavilədə 17.000 manat miqdarında qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş 31.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin surətindən müəyyən edilir ki, mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsi 10.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın Dövlət reyestrində 31.08.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Qeyd olunan alqı-satqı müqaviləsinin bağlanması və Çıxarış sənədinin verilməsi üçün əsas olmuş sənədlərin surətlərindən müəyyən edilir ki, Cavabdeh1 satılmış 0,5708 hektar torpaq sahəsi 28.07.2011-ci il tarixdə İddiaçı tərəfindən 30.000 manata satın alınmışdır. İş materiallarına əlavə edilmiş, 28.04.2018-ci il tarixdə elanlar saytına yerləşdirilmiş elanın mətnində iddiaçı tərəfindən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 58 sot torpaq sahəsinin 1 (bir) sotu 1500 manat olmaqla, cəmi 90.000 manat həddində (real alıcıyla razılaşmaq olar) qiymətləndirilərək satış üçün elan verildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, elanlar saytına yerləşdirilmiş və hazırda vaxtı bitmiş kimi qeyd edilən digər elanlardan birinin mətnində iddiaçı tərəfindən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 60 sot torpaq sahəsinin 15.000 manat həddində, digərində isə 60 sot torpaq sahəsinin hər sotu 1300 ABŞ dolları olmaqla 128.330 manat həddində qiymətləndirilərək satış üçün elan verildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Oğuz rayonu Xalxal Bələdiyyəsi tərəfindən Cavabdeh1 şifahi müraciətinə cavab olaraq verilmiş 13.01.2022-ci il tarixli 01 nömrəli məktubda Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahəsinin 1 (bir) sot üçün bazar dəyərinin 2020-ci ildə 400 manat təşkil etdiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Şəki Regional Ədliyyə İdarəsi tərəfindən Oğuz rayonu Xalxal Bələdiyyəsinə ünvanlanmış, bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılmasının nəticəsi barədə 13.11.2020-ci il tarixli 1980 nömrəli müraciətdə bələdiyyənin satışa çıxardığı torpaq sahələrinin bazar məzənnəsinin 1 (bir) sot üçün ***-**** manatdan az olmamaqla müəyyən edilməli olduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon Notariat Ofisinin 25.02.2021-ci il tarixli 246 nömrəli sorğuya cavab məktubunda Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin 1 (bir) sotunun 2018-2020-ci illər ərzində 500 - 1500 manat həddində qiymətləndirildiyi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, İkram Nəbiyev adlı fiziki şəxs (VÖEN 6********) tərəfindən verilmiş 15.01.2021-ci il tarixli arayışda qeyd edilmişdir ki, daşınmaz əmlak bazarında aparılmış araşdırma nəticəsində Oğuz rayonu Xalxal kəndi ərazisində daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahələrinin bazar qiymətləri, yerləşməsindən asılı olaraq, təxminən, 1700 - 2200 manat həddində müəyyən edilir. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsinin hazırki vəziyyətdə dəyərini, 10.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanana qədər torpaq sahəsinin əvvəlki faktiki vəziyyətində dəyərini, eyni zamanda, torpaq sahəsinin 10.08.2020-ci il tarixə qədər olan vəziyyətində dəyərinin həmin ərazidə yaxın ətrafdakı digər torpaq sahələri ilə müqayisədə hansı nisbətlərdə dəyişə biləcəyini müəyyən etmək məqsədi ilə mütəxəsssis rəyi verilməsi üçün “X1” MMC-nə müvafiq sorğu göndərilmişdir. “X1” MMC-dən verilmiş 30.06.2021-ci il tarixli sorğuya cavab məktubu və məktuba əlavə edilmiş mütəxəssis rəyində aparılmış araşdırma və hesablamalar əsasında 0,5708 hektar torpaq sahəsinin hazırki bazar dəyərinin, yol mövcud olduqda 91.200 manat, yol mövcud olmadıqda isə 72.960 manat miqdarında müəyyən olunduğu qeyd edilmişdir. Cavabdehlər tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş, "xxxx" MMC (Qiymətləndirmə xidməti) tərəfindən verilmiş 10.07.2021-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsinin tələblə təklifin qarşılıqlı təəsiri nəticəsində yararnan dəyəri, yol infrastrukturu mövcud olduqda 39.956 manat, yol infrastrukturu mövcud olmadıqda isə 22.832 manat miqdarında müəyyən edilir. Mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsinin real bazar dəyəri barəsində iki müstəqil qiymətləndiricinin verdiyi rəylərin nəticələri bir-birindən kəskin şəkildə fərqləndiyinə və tərəflər həmin rəylərin nəticələrini mübahisələndirdiklərinə görə məhkəmənin öz təşəbbüsü ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş 13.12.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, iş materiallarında olan məlumatlara, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 12.11.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatına, internet saytlarında olan, habelə, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərdən şifahi sorğu əsasında əldə edilmiş məlumatlara əsasən Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətdə olan 0,5708 hektar həyətyanı torpaq sahəsinin nəzəri qaydada orta bazar qiyməti 85.620 manat (1 sot 1500 manat), likvid orta bazar qiyməti 68.496 manat (1 sot 1500 manat - 20% = 1200 manat) miqdarında müəyyən edilir. Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən torpaq sahələrinə mövcud olan tələb və təklifdən asılı olaraq hazırda müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. 0,5708 hektar həyətyanı torpaq sahəsinin qiyməti nəzəri qaydada müəyyən edildiyindən həmin torpaq sahəsinə gediş-gəliş yolunun mövcudluğunun olub-olmaması nəzərə alınmamışdır. (Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13.12.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyinə əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin 12.11.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatında qeyd edilmişdir ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən həyətyanı torpaq sahələrinin alqı-satqısına dair 2019- 2021-ci illərə aid müqavilələrdə tərəflər arasında razılaşdırılmış qiymətlər 0,01 hektara görə 500 - 1500 manat arasında həddində qiymətləndirildiyi qeyd edilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə 13.12.2021-ci il tarixli 9/6463 nömrəli ekspert rəyini vermiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X4 cavabdeh tərəfinin vəsatətinə əsasən məhkəmə iclasına dəvət edilmişdir. X4 qeyd olunan ekspert rəyinin məzmununa və nəticələrinə şərh verərək rəydə qeyd edilən faktları təsdiq etməklə yanaşı bildirdi ki, məhkəmənin qərardadı əsasında Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən, xüsusi mülkiyyətdə olan 0,5708 hektar həyətyanı torpaq sahəsinin orta bazar qiyməti və likvid dəyəri ilə bağlı nəzəri qaydada hesablama yolu ilə rəy verilmişdir. Rəy verilərkən mübahisə predmetinə aid olan torpaq sahəsinə yerində baxış keçirilməsinə zərurət qalmamışdır. Belə ki, iş materiallarında ekspert qarşısında qoyulmuş suallara cavab vermək üçün zəruri materiallar olmuş, həmin sənədlərdə kifayət məlumatlar öz əksini tapmışdır. Eyni zamanda, əmlakın qiymətləndirilməsi üçün uyğun dövrə aid alqı-satqı müqavilələri üzrə orta göstəricini müəyyən etmək məqsədi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə də sorğu göndərilmişdir. Həmin idarənin 12.11.2021-ci il tarixli 05/8147-7 nömrəli məlumatında qeyd olunan ərazidə 0,01 hektar torpaq sahəsinin alqısatqı müqavilələri üzrə ***-**** manat miqdarında olduğu qeyd edilmişdir. Bundan əlavə iş materiallarında müstəqil qiymətləndiricilər tərəfindən əraziyə yerində baxış keçirilməklə verilmiş mütəxəssis rəyləri, habelə, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan şəxs tərəfindən verilmiş arayış da mövcuddur. Həmin sənədlərin ümumi və müqayisəli məzmununa əsasən qeyd olunan ərazidə 0,01 hektar torpaq sahəsi 500 manatdan 2200 manatadək qiymətləndirilir. Ekspertizaya təqdim edilmiş mövcud sübutlara, internet saytlarında olan, habelə, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan şəxslərdən şifahi sorğu əsasında əldə edilmiş məlumatlara əsasən qeyd olunan ərazidə 0,01 hektar torpaq sahəsinin orta bazar qiyməti ekspertiza vasitəsilə 1500 manat, likvid orta bazar qiyməti isə 1200 manat miqdarında müəyyən edilmişdir. Həmçinin, tələb və təklifdən asılı olaraq həmin qiymətlərdə dəyişiklik olması istisna edilmir. Ekspert rəyi verilərkən əsas məsələ xüsusi mülkiyyətdə olan əmlakın dəyərinin müəyyən edilməsindən ibarətdir, digər məsələlər isə az əhəmiyyətli olan ikinci dərəcəli məsələlərdir. Belə ki, torpaq sahəsi daşınmaz əmlak kimi xüsusi mülkiyyət hüququ əsasında müvafiq orqanda qeydiyyata alındığı halda, onun sənəd üzrə yolunun mövcudluğu da istisna edilmir. Torpaq sahəsinə yolun faktiki olaraq mövcud olmaması, habelə, yol mövcud olub-olmaması şəraitində qiymət fərqinin müəyyən edilməsi hazırki ekspertizanın səlahiyyətləri dairəsində deyildir. Bununla yanaşı qeyd edir ki, yolun faktiki olaraq mövcud olmaması şəraitində daşınmaz əmlakın qiymətində əhəmiyyətli dərəcədə dəyişiklik baş verməz. İş materiallarına əlavə edilmiş 23.01.2018-ci il tarixli gömrük bəyannaməsinin və 27.01.2018-ci il tarixli qeydiyyat şəhadətnaməsinin surətlərindən görünür ki, “MERCEDES- BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı “VAQON 5+1 YER” tiplli minik avtomobili 23.01.2018-ci il tarixdə Nümayəndə tərəfindən dövlət gömrük nəzarətindən keçirilməklə ölkəyə idxal edilmiş, həmin avtomobil 27.01.2018-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsində tərtib edilmiş 17.11.2020-ci il tarixli arayışın və ona əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, İddiaçı ona məxsus olan “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı avtomobilin qaytarılması ilə əlaqədar şikayət ərizəsi ilə polisə müraciət etmiş, həmin müraciət əsasında polis orqanlarında araşdırma aparılaraq müraciətin mahiyyəti mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspetin izahını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk və qarşılıqlı iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iştirak edən şəxslərin izahatları, şahidlərin ifadələri, ekspetin izahı və iş materialları ilə işin mübahisələndirilməyən halları olaraq müəyyən edildi ki, Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən 0,5708 hektar torpaq sahəsi 06.06.2012-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi ilə iddiaçı tərəfindən 19.03.2018-ci il tarixdə Cavabdeh2 adına etibarnamə verilmişdir. Cavabdeh2 həmin etibarnamə əsasında 0,5708 hektar torpaq sahəsini 10.08.2020-ci il tarixdə iddiaçının adından alqı-satqı müqaviləsi bağlamaqla öz anası Cavabdeh1 17.000 manata satmış, əldə etdiyi vəsaiti iddiaçının ona olan borcuna hesablamışdır. Bundan sonra qeyd olunan torpaq sahəsi 31.08.2020-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına qeydiyyata alınmışdır. Hazırda 0,5708 hektar torpaq sahəsi faktiki olaraq cavabdehlərin istifadəsindədir. Hazırda iddiaçı 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 31.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinin ləğv edilməsi, həmçinin, Cavabdeh2 ona məxsus olan, 2010cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin alınaraq ona qaytarılmasını tələb edir. İddiaçı öz tələbinin əsası kimi xüsusi mülkiyyətində olmuş 0,5708 hektar torpaq sahəsinə dair öz adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə istinad edir və həmin torpaq sahəsinin onun iradəsi ziddinə və real dəyərindən xeyli ucuz satıldığını bildirir. Eyni zamanda, iddiaçı ona məxsus olmuş “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin də Cavabdeh2 vasitəsilə ondan alındığını iddia edir. Lakin iddiaçı tələbinin həmin hissəsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia tələbini isə qəbul etmir, həmin iddia tələbinə etirazının əsası olaraq “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə cavabdehə olan borcunun cəmi 40.000 manat olduğunu, həmin borcdan 20.000 manatı qaytardığını, 14.000 ABŞ dolları miqdarında pulu isə, ümumiyyətlə, almadığını və cavabdehə belə bir borcunun olmadığını bildirir. Cavabdeh2 ilk iddia tələbini qəbul etmir, iddiaçıdan 25.000 manat və 14.000 ABŞ dolları məbləğində borc pulun tutulmasını tələb edir. Cavabdeh2 ilk iddia tələbinə eirazlarının əsası olaraq iddiaçı tərəfindən ona verilmiş etibarnaməyə, iddiaçı ilə aralarında olan şifahi danışıq və razılaşmalara istinad etməklə 0,5708 hektar torpaq sahəsinin iddiaçının özü tərəfindən ona borcun əvəzində verildiyini bildirir. Cavabdeh2 öz iddia tələbinin əsası kimi “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçının ona 25.000 manat borcu qaldığını, 14.000 ABŞ dollarını isə iddiaçıya birgə iş quraraq ticarətlə məşğul olmaq üçün verdiyini, iddiaçının həmin məbləği də qaytarmadığını bildirir. Cavabdeh2 qarşılıqlı iddia tələbinin 25.000 manat borcla bağlı hissəsinin əsası kimi avtomobilin gömrük bəyannaməsinə, avtomobilin qeydiyyat şəhadətnaməsinə və iddiaçı ilə aralarında şifahi danışıq və razılaşmalara, qarşılıqlı iddia tələbinin 14.000 ABŞ dolları borcla bağlı hissəsinin əsası kimi isə Şahid2 ifadəsinə istinad edir. Cavabdeh2 “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə yaranmış borcun 42.000 manat deyil, 40.000 manat olduğunu qəbul edir və həmin borcun 12.000 manatdan ibarət hissəsinin iddiaçı tərəfindən nağd olaraq ödənildiyini, 17.000 manatdan ibarət hissəsini isə torpaq sahəsinin satışından əldə etdiyini bildirir. Cavabdeh1 da ona qarşı olan iddia tələbini qəbul etmədiyini bildirir, lakin həmin iddia tələbinə etirazlarının əsası olaraq məhkəməyə Cavabdeh2 adına verilmiş etibarnamədən başqa hər hansı sübut təqdim etməmişdir. Cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Bakı şəhəri 38 saylı Notariat Ofisinin nümayəndələri məhkəmə iclaslarına gəlməmiş və iddia tələbinə hər hansı münasibət bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı Cavabdeh2 olan borcunun ödənilməsini təmin etmək üçün özünə məxsus 0,5708 hektar torpaq sahəsinə dair etibarnamə vermiş və həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin əslini, həmçinin, torpaq sahəsinin satılmasına iddiaçının arvadının da etiraz etmədiyi barədə ərizəni də Cavabdeh2 təqdim etmişdir. Hətta iddiaçı özü də borcunun ödənilməsini təmin etmək məqsədi ilə uzun müddət Cavabdeh2la birgə qeyd olunan torpaq sahəsini münasib qiymətə alacaq müştəri tapmağa çalışmış, lakin bu və ya digər səbəblərdən onlar buna nail ola bilməmişlər. Cavabdeh2 iddiaçının borcun ödənilməsi ilə əlaqədar çətin vəziyyətdə olduğunu və belə bir vəziyyətdən çıxmaq üçün özünə məxsus əmlakı (torpaq sahəsini) dəyər-dəyməz qiymətə satmaq məcburiyyəti ilə üzləşdiyini əminliklə bildiyi halda, bu vəziyyətdən istifadə edib iddiaçının nümayəndəsi olaraq həmin torpaq sahəsinin alqı-satqısı ilə əlaqədar qarşı tərəflə pis niyyətlə razılğa gəlmişdir. Belə ki, Cavabdeh2 iddiaçının xəbəri olmadan, əmlakın satış qiyməti barədə qabaqcadan ona məlumat vermədən alqı-satqı müqaviləsi ilə həmin əmlakı real dəyərindən əhəmiyyətli dərəcədə fərqlənən ucuz qiymətə alıcı tərəf kimi öz anasına - hazırki iş üzrə digər cavabdehə satmış və həmin torpaq sahəsinin öz ailə üzvünün mülkiyyətinə keçməsinə nail olmuşdur. Bununla da, Cavabdeh2 etibarnamə ilə ona verilən hüquqlardan iddiaçının mənafeyi ziddinə sui-istifadə etməklə, həmin əmlakı iddiaçının mülkiyyətindən çıxarmışdır. Hazırki məhkəmə araşdırması zamanı Oğuz rayonu Xalxal kəndi ərazisində yerləşən uyğun növlü torpaq sahələrinin dəyəri ilə bağlı verilmiş ekspert rəyi, müstəqil qiymətləndiricilər tərəfindən verilmiş arayışlar, daşınmaz əmlak bazarında aparılmış araşdırmalar və işin digər faktiki halları nəzərə alınmaqla, 0,5708 hektar torpaq sahəsinin real dəyərinin alqı-satqı müqaviləsində qeyd edildiyindən dəfələrlə artıq olduğu müəyyən edilmişdir. Hətta, cavabdehlərin özü tərəfindən məhkəməyə təqdim edilmiş, "xxxx" MMC (Qiymətləndirmə xidməti) tərəfindən verilmiş 10.07.2021-ci il tarixli mütəxəssis rəyində də mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsi yol infrastrukturu mövcud olmadıqda belə, cəmi 22.832 manat miqdarında, yəni hər sotu 395 manat olmaqla qiymətləndirilmişdir ki, bu da 10.08.2020-ci il tarixli alqı-satqı müqaviləsində qeyd edilmiş cəmi 17.000 manat, yəni hər sot üçün, təxminən, 295 manat miqdarından xeyli artıq (təxminən, 34 %) olduğu müəyyən edilir. Eyni zamanda, iş materiallarında olan alqı-satqı müqaviləsindən də görünür ki, 10.08.2020-ci il tarixdə Cavabdeh1 satılmış 0,5708 hektar torpaq sahəsi 28.07.2011-ci il tarixdə İddiaçı tərəfindən 30.000 manata satın alınmışdır. Belə olan halda, həmin vaxtdan 9 (doqquz) ildən daha artıq müddət keçəndən sonra iddiaçı tərəfindən qeyd olunan torpaq sahəsinin 17.000 manata satılmasına razılıq verilməsi inandırıcı deyildir və işin faktiki halları ilə təzad təşkil edir. Cavabdeh2 isə torpaq sahəsinin alqı-satqı müqaviləsində qeyd olunan dəyərini müqavilə bağlanmazdan əvvəl iddiaçı ilə razılaşdırmamış, hətta müqavilə bağlanandan sonra da bu barədə iddiaçıya məlumat verməmiş, sonradan iddiaçı özü müvafiq notariat orqanlarından araşdırma apararaq müqavilənin bağlanmasından xəbərdar olmuşdur. Eyni zamanda, Cavabdeh2 alqı-satqı müqaviləsi bağlanması nəticəsində əldə etdiyi məbləği də iddiaçıya verməmiş, həmin məbləği iddiaçının ona olan borcunun əvəzi kimi qəbul etmişdir. Qeyd olunanlar ümumilikdə belə bir nəticəyə gəlməyə əsas verir ki, Cavabdeh2 iddiaçının ona etibar etdiyi əmlakı həmin əmlakın mülkiyyətçisinin mənafeyi naminə idarə etməmiş, ona verilən etibarnamədən həmin etibarnaməyə uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız öz niyyətini həyata keçirmək üçün istifadə edib əmlakı özgəninkiləşdirmişdir. Cavabdeh2 təmsilçi kimi təmsil edilənin adından öz ailə üzvü (anası) ilə və öz mənafeyi üçün əqd bağlamışdır. Cavabdeh2 bunu etməkdə niyyəti, özünün də qeyd etdiyi kimi, iddiaçının ona olan borcunun ödənilməsini təmin etmək olmuş və iddiaçıya məxsus əmlakı da məhz digər şəxsə olan borcunun miqdarına uyğun olaraq öz istəyi ilə 17.000 manat miqdarında qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. İddiaçının Cavabdeh2 verdiyi etibarnamədə 0,5708 hektar torpaq sahəsini satmaq, bağışlamaq, ipoteka ilə yüklü etmək və özgəninkiləşdirməklə bağlı sair səlahiyyətlərin sonuncuya etibar edildiyi qeyd olunsa da, məhkəmə iclasında tərəflərin izahatlarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin etibarnamənin verilməsində məqsəd məhz torpaq sahəsinin satılması ilə əlaqədar hüquqların Cavabdeh2 həvalə edilməsi olmuşdur. Eyni zamanda, iddiaçının niyyəti özünə məxsus olan torpaq sahəsini istənilən qiymətə deyil, torpaq sahəsinin real dəyərinə uyğun bir qiymətə satmaqla borcunun ödənilməsini təmin etməkdən ibarət olmuşdur. İddiaçı 0,5708 hektar torpaq sahəsinin mülkiyyətçisi olaraq həmin əmlakı digər şəxsin adına özgəninkiləşdirməyə, əmlakın satış qiymətini müəyyən etməyə tam hüquqlu şəxs olsa da, Cavabdeh2 onun verdiyi etibarnamədə nəzərdə tutulan hüquqlarından yalnız öz mənafeyi naminə sui-istifadə etməklə həmin əmlakın satışı ilə bağlı iddiaçının həqiqi iradəsinin ifadəsi olmayan bir əməliyyatı həyata keçirmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, Cavabdeh2 iddiaçı tərəfindən ona verilmiş etibarnamə əsasında Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair iddiaçının adından Cavabdeh1 ilə bağlamış olduğu 10.08.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir. Mübahisə predmetinə aid olan 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 31.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi də 10.08.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi əsasında verildiyindən həmin Çıxarış sənədi də ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, 0,5708 hektar torpaq sahəsi Cavabdeh1 alınaraq İddiaçı qaytarılmalıdır. Qanunvericiliyə əsasən bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətinə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır. 10.08.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin nəticəsi olaraq əldə edilmiş 17.000 manat vəsait hazırki iş üzrə iddiaçıya verilməsə də, iddiaçı etibarnamə verdiyi nümayəndəsinin (Cavabdeh2) həmin müqavilə üzrə əldə etdiyi məbləğə görə mülki hüquq və vəzifələr daşıyır. Həmin əsaslara görə məhkəmə hesab edir ki, hazırda 0,5708 hektar torpaq sahəsinin Cavabdeh1 alınaraq iddiaçıya qaytarılması qərara alındığına görə, Cavabdeh1 torpaq sahəsini əldə etmək üçün həmin torpaq sahəsinin dəyəri kimi sərf etdiyi 17.000 manat vəsait də iddiaçıdan tutularaq Cavabdeh1 ödənilməlidir. Məhkəmə ilk iddia tələbinin 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin avtomobili lombarda girov qoymaqla və avtomobili lombardın işçisinin adına rəsmiləşdirməklə həmin lombarddan borc pul götürmüşdür. İddiaçı ona məxsus olmuş avtomobilin Cavabdeh2 tərəfindən əldə olunması, bununla da özünün hüquqlarının pozulması ilə bağlı məhkəməyə hər hansı mötəbər və əsaslı sübut təqdim etməmişdir. Bu səbəbdən Cavabdeh2 qeyd olunan avtomobilin iddiaçıya qaytarılmasına cavabdeh olan şəxs hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Həmin Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ilk iddia tələbinin 2010-cu il buraxılışlı, qara rəngli, “MERCEDES BENZ E250” markalı ** TV *** dövlət qeydiyyat nişanlı, BAN NWDD2120031A316015 nömrəli minik avtomobilinin Cavabdeh2 alınaraq iddiaçıya qaytarılmasına dair hissəsi Cavabdeh2 iddiaçının hazırki iddia tələbinin həmin hissəsinə cavab verməli olan şəxs olmaması əsası ilə təmin edilməməlidir. Məhkəmə Cavabdeh2 qarşılıqlı iddia tələbinin 25.000 manat borc məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 iddiaçı üçün Almaniyadan “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin gətirilməsi ilə əlaqədar iddiaçının ona 42.000 manat borcu yarandığını iddia etsə də, hazırki məhkəmə iclasında qeyd olunan avtomobillə bağlı iddiaçının borcunun avtomobilin dəyəri və digər xərclər də daxil olmaqla 40.000 manat olduğu müəyyən edilmiş, Cavabdeh2 da həmin məbləğlə razı olduğunu bildirmişdir. İddiaçı qeyd olunan məbləğdən Cavabdeh2 20.000 manat ödədiyini iddia etsə də, Cavabdeh2 ayrı-ayrı vaxtlarda hissə-hissə ona qaytarılan məbləğin cəmi 12.000 manat olduğunu bildirmişdir. Borcdan ödənilən məbləğin 12.000 manatdan daha artıq olması ilə bağlı iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həmin əsaslara görə məhkəmə “MERCEDES-BENZ SPRİNTER” markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçının cavabdehə olan 40.000 manat borcunun cəmi 12.000 manatdan ibarət hissəsinin qaytarıldığının sübuta yetirildiyini qəbul edir və hesab edir ki, həmin məbləğ borcun ümumi miqdarından azaldılmalıdır. Eyni zamanda, Cavabdeh2 özü qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 10.08.2020-ci il tarixli alqı-satqı müqaviləsi nəticəsində iddiaçıya məxsus torpaq sahəsini satmaq yolu ilə əldə etdiyi 17.000 manat məbləği borcun ümumi miqdarından azaldıb həmin məbləği borcun bir hissəsinin əvəzi kimi nəzərə alaraq iddiaçıya alqı-satqı müqaviləsinin nəticəsi olaraq əldə edilən vəsaitdən hər hansı məbləğ ödəməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 qarşılıqlı iddia tələbinin 25.000 manat borc məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair hissəsi 11.000 manat həddində (40.000 manat – 12.000manat – 17.000 manat = 11.000 manat) təmin edilməlidir. Məhkəmə Cavabdeh2 qarşılıqlı iddia tələbinin 14.000 ABŞ dolları borc məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 iddia tələbinin həmin hissəsinin əsası kimi yalnız Şahid2 ifadəsinə istinad etmiş, bununla bağlı məhkəməyə digər hər hansı sübut təqdim etməmişdir. Cavabdeh2 iddiaçıya 14.000 ABŞ dolları verdiyini təsdiq edən yegənə Şahid2 isə Cavabdeh2 iddiaçıya pul verərkən bilavasitə onların yanında olmadığını, bunu 25-30 metr məsafədən uzaqdan seyr etdiyini, Cavabdeh2 iddiaçıya pulu sayıb verməsini də şəxsən müşahidə etmədiyini bildirmişdir. İddiaçı isə Cavabdeh2 14.000 ABŞ dolları borc pul aldığını qətiyyətlə inkar etmişdir. Şahid2 ifadəsi konkret faktlara əsaslanmadan, pulun miqdarı və verilmə şəraiti ilə bağlı qeyri-müəyyən əsaslarla əhatə olunduğundan mötəbər sübut kimi qəbul edilə və Cavabdeh2 qarşılıqlı iddia tələbinin 14.000 ABŞ dolları borc məbləği ilə bağlı hissəsinin təsdiqi üçün yetərli sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 qarşılıqlı iddia tələbinin 14.000 ABŞ dolları borc məbləğinin iddiaçıdan tutularaq ona ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, ilk və qarşılıqlı iddia tələblərinin, həmin iddia tələbləri üzrə təmin edilmiş hissələrin bir-biri ilə əlaqədar olması nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinin tələbinə əsasən qətnamə hər iki iddia tələbi üzrə eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, ilk iddia tələbi qismən təmin edilsə də, iddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğini tələb etmədiyinə görə ilk iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Cavabdehin qarşılıqlı iddia tələbi də qismən təmin edilsə də, o da məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğini tələb etmədiyinə görə cavabdeh tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu məbləği də onun özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə iş üzrə ekspert rəyi verilməsi zərurətinin mübahisə predmetinə aid olan torpaq sahəsinin dəyərinin müəyyən edilməsi ilə əlaqədar yarandığını, ilk iddia tələbinin torpaq sahəsi ilə bağlı hissəsinin təmin edildiyini, habelə, işin digər faktiki hallarını nəzərə almaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iş üzrə cəmi 100 manat ekspertiza xərcinin cavabdehlərdən müştərək qaydada tutulmasını qanunauyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214.3, 214.4, 216-220, 226, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı ilk iddia tələbi qismən təmin edilsin. Oğuz rayonu Xalxal kəndində yerləşən 0,5708 hektar torpaq sahəsinə dair İddiaçı adından Cavabdeh2 ilə Cavabdeh1 arasında bağlanmış 10.08.2020-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. 0,5708 hektar torpaq sahəsinə dair Cavabdeh1 adına verilmiş 31.08.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi ləğv edilsin. 0,5708 hektar torpaq sahəsi Cavabdeh1 alınaraq İddiaçı qaytarılsın. Torpaq sahəsinin dəyəri kimi ödənilmiş 17.000 manat İddiaçı tutularaq Cavabdeh1 ödənilsin. İddiaçı iddia tələbi digər hissədə təmin edilməsin. Cavabdeh2 qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı 11.000 manat tutularaq Cavabdeh2 ödənilsin. Cavabdeh2 qarşılıqlı iddia tələbi 25.000 manat məbləğin qalan 14.000 manatdan ibarət hissəsi və 14.000 ABŞ dolları məbləğində borc pulun İddiaçı tutulmasına dair hissədə təmin edilməsin. İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 10 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Cavabdeh2 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu məbləği cavabdehin özünə aid edilsin. İş üzrə cəmi 100 manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamə hər iki iddia tələbinə aid hissələrdə eyni vaxtda icra edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-3/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-3/2022
11.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver