Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-30/2025 06.03.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ X11 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 06 mart 2025-ci il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs) anası -xx.xx.1973-cü il tarixdə anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, xx.xx.1998-ci ildə Rusiya Federasiyasında anadan olmuşdur. Oğuz rayonu Çayqovuşan kəndində qeydiyyatda olmaqla Bakı şəhərində kirayədə yaşayır, Bakı Dənizkənarı Bulvar İdarəsində baş operator işləyir. Anası xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs Oğuz rayonunda qeydiyyatda olmaqla onunla birlikdə yaşayır. X1 xx.xx.2008-ci ildə vəfat etmişdir. Anası 2015-ci ildən Oğuz rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “ruhi-əsəb” kabinetində “paranoid şizofreniya” diaqnozu ilə müddətsiz 2-ci qrup əlil kimi dispanser qeydiyyatındadır. Əslində anasının psixi vəziyyətində ailə qurduqdan sonra problemlər yaranmışdır. Atası vəfat etdikdən sonra bu problemlər daha da artmışdır. Anasını nəzarətsiz qoymaq mümkün deyil, evdən çıxb gedir, sonra qayıda bilmir. Artıq iki dəfə belə hal olub, tapıb gətiriblər. Bacısı ərdədir, Bakıda onların qaldıqları evə yaxın yerdə yaşayır. O, işə gedəndə bacısı anasına nəzarət edir. Anasına qəyyum təyin edilməlidir, çünki onunla bağlı bir sıra məsələləri həll etmək lazım gəlir, bu zaman qəyyumu olmadığından onun hüquqları pozulur. Məhkəmənin qərarı ilə anası ekspertizadan keçirilib, onun psixi vəziyyətinə qiymət verilib. Rəylə razıdır. Anası xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Onun hüquqlarının qorunması üçün üzərində qəyyumluq müəyyən edilməlidir. Bunun üçün isə anasının məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz olması müəyyən edilməlidir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Humayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, iş materiallarında olan sənədlərdən, o cümlədən aparılmış ekspertizanın nəticələrinə dair rəydən göründüyü kimi Maraqlı şəxs psixi xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Həmin şəxs məhz eyni xəstəlik səbəbli müddətsiz 2-ci qrup əlil hesab edilmişdir. Ailə Bakı şəhərində yaşadığından maraqlı şəxslə bağlı məlumatı mülki iş materialları vasitəsilə əldə etmişlər. Hər bir halda ərizəçi və anası Oğuz rayon sakinləridir. Onların problemləri Komissiyanın səlahiyyətləri daxilində həll olunmalıdır. Qanunamüvafiq çıxarılacaq qərara etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçini, habelə Komissiyanın nümayəndəsini dinləyərək iş materiallarını araşdırmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi xx.xx.1998-ci ildə Rusiya Federasiyasında anadan olmuş, yaşayış yeri Azərbaycan Respublikası Oğuz rayon Vladimirovka kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Maraqlı şəxs xx.xx.1973-cü ildə Azərbaycan Respublikası Vartaşen rayonu Vladimirovka kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Çayqovuşan kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZB 068119 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1973-cü il tarixdə Vartaşen rayonu Vladimirovka kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Böyük Söyüdlü kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1973-cü ildə 13 nömrə ilə qeyd edilmiş, atası X9, anası X6r. İşə əlavə edilmiş nigahın bağlanması haqqında V-JQ 415101 saylı şəhadətnamənin surətindən görünür ki, X8 və X3 xx.xx.1992-ci ildə nigah bağlamış, bu barədə Oğuz rayon VVAQ şöbəsində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 75 nömrə ilə qeyd edilmiş, nigah bağlanandan sonra ər-arvadın familiyası Əliyev olmuşdur. İşə əlavə edilmiş doğum haqqında İ-BA 309849 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1998-cı il tarixdə Rusiya Federasiyası Krasnoyarsk ölkəsi Norilsk şəhərində anadan olmuş, bu barədə Norilsk şəhər VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1998-ci ildə 919 nömrə ilə qeyd edilmiş, X1, anası Maraqlı şəxsdır. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 310956 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci ildə ölmüş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi PHŞ “Oğuz rayon Mərkəzi Xəstəxanası” X18in işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 18-1-64/2-Ə-554-31- 349/2024 saylı arayışından görünür ki, Maraqlı şəxs xəstəliyə görə 2-ci qrul əlil olmaqla Oğuz MRX poliklinika şöbəsinin “ruhi-əsəb” kabinetində 2015-ci il tarixdən “Paranoid şizofreniya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN TSEK-in işə əlavə edilmiş sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli elektron məlumatın surətindən görünür ki, Maraqlı şəxs müddətsiz ikinci dərəcəli əlil olub, xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş, ümumi xəstəlik səbəbli əmək qabiliyyətsiz olmzqla, ona “F20.0 paranoid şizofreniya, ruhi sferanın qüsuru ilə. intellektin enməsi, R 46.2 qeyri-adi və anlaşılmaz davranış, davranış pozğunluğu, R 44.0 Tez-tez baş verən eşitmə halyusinasiyaları” diaqnozu verilmişdir. Məhkəmənin 2(054)-623/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasına uyğun olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən məhkəməyə daxil olmuş və işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 49 saylı rəyindən görünür ki, Maraqlı şəxs şizofreniya paranoid forma psixi qüsur halı xroniki psixi xəstəliyi aşkar olunduğundan psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs məhkəmə psixiatrik ekspertizası keçirilərkən onda şizofreniya paranoid forma psixi qüsur halı xroniki psixi xəstəliyi aşkar olunduğundan psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığından ekspert onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu nəticəsinə gəlmiş və bu barədə xx.xx.2025-ci il tarixli, 49 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.1973-cü il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1973-cü il tarixdə Oğuz rayonunda anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-30/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-30/2025
06.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver