Məhkəmə qərarları › İş №2(054)-307/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-307/2022

12.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-307/2022 12.08.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN - 061A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara və mərhum X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər öz tələblərini onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.1941-ci il tarixdə Gürcüstan Respublikası Tbilisi vilayəti Adigen rayonunda anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı və adı Ərizəçi1 kimi qeyd edilmiş, ata adı isə qeyd edilməmişdir. Ərizəçi2 xx.xx.1947-ci il tarixdə Özbəkistan Respublikası Sırdərya vilayəti Gülüstan rayonunda anadan olmuşdur. O, xx.xx.1967-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Ərizəçi1 ilə evlənmiş, nikah qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Aslanova” soyadını qəbul etmiş, nikah qeyd edilənədək isə soyadı “Usmanova” olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı və adı Aslanova (Usmanova) Xadije kimi qeyd edilmişdir. Ərizəçi3 xx.xx.1978-ci il tarixdə Özbəkistan Respublikasının Sırdərya vilayətində anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı Ərizəçi3 kimi qeyd edilmişdir. Ərizəçi4 xx.xx.1981-ci il tarixdə Özbəkistan Respublikasının Sırdərya vilayətində anadan olmuşdur. O, xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Ərizəçi3 ilə evlənmiş, nikah qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Aslanova” soyadını qəbul etmiş, nikah qeyd edilənədək isə soyadı “Bədəlova” olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı Aslanova (Bədəlova) Narqiza Karimjanovna kimi qeyd edilmişdir. Ərizəçi5 xx.xx.1967-ci il tarixdə Özbəkistan Respublikası Sırdərya vilayəti Gülüstan rayonunda anadan olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı Ərizəçi5 kimi qeyd edilmişdir. Onun mərhum arvadı X6 xx.xx.1971ci il tarixdə Özbəkistan Respublikası Sırdərya vilayəti Sırdərya rayonunda anadan olmuşdur. O, xx.xx.1991-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Ərizəçi5 ilə evlənmiş, nikah qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Aslanova” soyadını qəbul etmiş, nikah qeyd edilənədək isə soyadı “Kançadze” olmuşdur. Onun şəxsiyyət vəsiqəsində və digər sənədlərində soyadı, adı və ata adı Aslanova (Kançadze) Kimmat Bekirovna kimi qeyd edilmiş, o, xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçilər hazırda Oğuz rayonu Calud kəndində yaşayırlar. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş, Oğuz rayonu Calud kəndi ərazisində yerləşən 0,24 hektar həyətyanı təyinatlı torpaq sahəsinə dair tərtib edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə Ərizəçi1 soyadı, adı və ata adı “X8” kimi, Ərizəçi2 soyadı, adı və ata adı “X5” kimi, Ərizəçi3 ata adı “Fəhim oğlu” kimi, Ərizəçi4 soyadı, adı və ata adı “X4” kimi, digər Ərizəçi1yeviçin ata adı “Famil oğlu” kimi, onun mərhum arvadı X2 soyadı, adı və ata adı “X7” kimi qeyd edilmişdir. Qeyd olunan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ərizəçilərə və mərhum X3 məxsus olması faktını təsdiq edən lazımi sənədlərin başqa qaydada əldə edilməsi və hazırki vəziyyətdə qeyd olunan sənəddə düzəliş edilməsi mümkün deyildir. Hazırda həmin sənədin adı çəkilən şəxslərə məxsus olması faktının yalnız məhkəmə qaydasında müəyyən edilməsi mümkündür. Ona görə də ərizəçilər hazırki tələblə məhkəməyə müraciət etmişlər. Ərizəçi1 öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, o və ailə üzvləri Azərbaycan Respublikasına gəlməzdən əvvəl Özbəkistan Respublikasında yaşamaqla onlara məxsus olan şəxsiyyəti təsdiq edən sənədlərdə soyad, ad və ata adları özbək dilinə uyğunlaşdırılmaqla yazılmışdır. Onlar Axısqa türkləri olduqlarına görə, əksər vaxtlarda onların sənədlərində ata adı yazılmır. Onun özünə və arvadı Ərizəçi2 məxsus olan sənədlərdə də onların ata adları yazılmamışdır. Buna baxmayaraq onun və ailə üzvlərin adına tərtib edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun soyadı və adı ilə yanaşı, ata adı da yazılmış, eyni zamanda, adı da yanlış olaraq “Faymi” əvəzinə “Fəhmi” kimi yazılmışdır. Digər ailə üzvlərinin də soyadı, adı və ata adlarında müəyyən yanlışlıqlar vardır. Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun və ailə üzvlərinin soyadı, adı və ata adlarının düzgün qeyd edilməməsi texniki bir səhvdir. Adı çəkilən sənəddə ailə üzvlərinin soyadı, adı və ata adlarının düzgün qeyd edilməməsi onların həmin sənəddə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə və qeyd olunan sənəddə göstərilən torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etmələrinə maneçilik törədir. O, qeyd olunan sənədə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmişlər, lakin adı çəkilən orqanda həmin sənədə düzəliş edilməsi mümkün olmamış və onlara məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Qeyd etdiklərinə əsasən ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 də öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə onun soyadı və adı ilə yanaşı, ata adı da yazılmış, eyni zamanda, adı da yanlış olaraq “Xadija” əvəzinə “Xədicə” kimi yazılmışdır. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi3 də öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə onun ata adı “Faymiyeviç” əvəzinə səhvən “Fəhim oğlu” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi4 də öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə soyadı, adı, ata adı “Ərizəçi4” əvəzinə səhvən “X4” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Ərizəçi5 də öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə onun ata adı “Faymiyeviç” əvəzinə səhvən “Famil oğlu” kimi, onun mərhum arvadı X2 soyadı, adı və ata adı səhvən “X7” kimi qeyd edilmişdir. Onlarin ailə üzvləri və yaxın qohumları arasında “Aişət” adlı şəxs olmamışdır. Hazırki vəziyyətdə müvafiq icra hakimiyyəti orqanında həmin sənədə düzəliş edilməsi mümkün deyildir. Ona görə də qeyd olunan sənədin ona və mərhum arvadına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, Ərizəçi1 məxsus olan, xx.xx.1959-cu il tarixdə verilmiş İİ-ТЮ 617330 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.1967-ci il tarixli İ-УЗ 090823 nömrəli nikah haqqında şəhadətnamənin və xx.xx.2003-cü il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1941-ci il tarixdə Gürcüstan Respublikası Tbilisi vilayəti Adigen rayonunda anadan olmuşdur və hazırda Oğuz rayonu Calud kəndində yaşayır. Ona məxsus sənədlərdə soyadı və adı Ərizəçi1 kimi qeyd edilmiş, ata adı isə qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi2 məxsus olan, xx.xx.1967-ci il tarixdə verilmiş İ- УЗ 881195 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.1967-ci il tarixli İ-УЗ 090823 nömrəli nikah haqqında şəhadətnamənin və xx.xx.2003-cü il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1947-ci il tarixdə Özbəkistan Respublikası Sırdərya vilayəti Gülüstan rayonunda anadan olmuşdur, hazırda isə Oğuz rayonu Calud kəndində yaşayır. O, xx.xx.1967-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Ərizəçi1 ilə evlənmiş, nikah qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Aslanova” soyadını qəbul etmiş, nikah qeyd edilənədək isə soyadı “Usmanova” olmuşdur. Ona məxsus sənədlərdə soyadı və adı Aslanova (Usmanova) Xadije kimi qeyd edilmiş, ata adı isə qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi3 məxsus olan, xx.xx.1978-ci il tarixli İ-BП 437216 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.2005-ci il tarixli AZ-İ 185990 nömrəli nikah haqqında şəhadətnamənin və xx.xx.2019-cu il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1978-ci il tarixdə Özbəkistan Respublikasının Sırdərya vilayətində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Calud kəndində yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi3 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi4 məxsus olan, xx.xx.1981-ci il tarixdə verilmiş İ- BП 491011 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.2005-ci il tarixli AZ-İ 185990 nömrəli nikah haqqında şəhadətnamənin və xx.xx.2019-cu il tarixdə verilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1981-ci il tarixdə Özbəkistan Respublikasının Sırdərya vilayətində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Calud kəndində yaşayır. O, xx.xx.2005-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Ərizəçi3 ilə evlənmiş, nikah qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Aslanova” soyadını qəbul etmiş, nikah qeyd edilənədək isə soyadı “Bədəlova” olmuşdur. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Aslanova (Bədəlova) Narqiza Karimjanovna kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi5 məxsus olan, xx.xx.1967-ci il tarixli İİ-УЗ 109609 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.1991-ci il tarixli V-ЖГ 384449 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və xx.xx.2018-ci il tarixdə verilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, həmin ərizəçi xx.xx.1967-ci il tarixdə Özbəkistan Respublikası Sırdərya vilayəti Gülüstan rayonunda anadan olmuşdur, hazırda isə Oğuz rayonu Calud kəndində yaşayır. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Ərizəçi5 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, mərhum X3 aid olan, xx.xx.1971-ci il tarixli İ-BП 255671 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.1991-ci il tarixli V-ЖГ 384449 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətlərindən, xx.xx.2022-ci il tarixdə verilmiş 33/12 nömrəli ölüm haqqında akt qeydinə dair arayışdan və elektron informasiya sistemi üzrə çıxarışdan müəyyən edilir ki, X6 xx.xx.1971-ci il tarixdə Özbəkistan Respublikası Sırdərya vilayəti Sırdərya rayonunda anadan olmuşdur. O, xx.xx.1991-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Ərizəçi5 ilə evlənmiş, nikah qeyd edilərkən ərinin soyadına uyğun olaraq “Aslanova” soyadını qəbul etmiş, nikah qeyd edilənədək isə soyadı “Kançadze” olmuşdur. Ona məxsus sənədlərdə soyadı, adı və ata adı Aslanova (Kançadze) Kimmat Bekirovna kimi qeyd edilmiş, o, xx.xx.2013-cü il tarixdə vəfat etmiş, vəfat edənədək Oğuz rayonu Calud kəndində yaşamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli JN - 061A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 18 nömrəli qərarı ilə ərizəçilər və onların ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Calud kəndi ərazisində yerləşən 0,24 hektar həyətyanı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə Ərizəçi1 soyadı, adı və ata adı “X8” kimi, Ərizəçi2 soyadı, adı və ata adı “X5” kimi, Ərizəçi3 ata adı “Fəhim oğlu” kimi, Ərizəçi4 soyadı, adı və ata adı “X4” kimi, digər Ərizəçi1yeviçin ata adı “Famil oğlu” kimi, onun mərhum arvadı X2 soyadı, adı və ata adı “X7” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Calut İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/80 nömrəli arayışda qeyd edilmişdir ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə X8, X5, Ərizəçi3 Fəhim oğlu, X4, Ərizəçi5 Famil oğlu və X1 qeyd edilmiş şəxslər hazırki iş üzrə ərizəşilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və mərhum X6 ilə eyni şəxslərdirlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli **********68 nömrəli müraciətə cavab məktubundan görünür ki, Ərizəçi1 hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədə ad, soyad və ata adlarına düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda onun müraciətinin müsbət həll edilməsi mümkün olmamış və onlara məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Calud kəndi ərazisində yerləşən 0,24 hektar həyətyanı təyinatlı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə Ərizəçi1 soyadı, adı və ata adı “X8” kimi, Ərizəçi2 soyadı, adı və ata adı “X5” kimi, Ərizəçi3 ata adı “Fəhim oğlu” kimi, Ərizəçi4 soyadı, adı və ata adı “X4” kimi, digər Ərizəçi1yeviçin ata adı “Famil oğlu” kimi, onun mərhum arvadı X2 soyadı, adı və ata adı “X7” kimi qeyd edilmişdir. Hazırda ərizəçilər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN - 061A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin onlara və mərhum X3 məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə ərizəçilərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənəddə ərizəçi mərhum anası Ərizəçi1nın ata adının, Ərizəçi2 adı və ata adının, digər Ərizəçi3 isə adının düzgün qeyd edilməməsi ərizəçilərin həmin sənəddə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə maneçilik törədir. Hazırki vəziyyətdə həmin hüquqmüəyyənedici sənəddə düzəliş edilməsi, eyni zamanda, ərizəçilərin bu sənədin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənədin ərizəçilər və mərhum X3 məxsus olması, lakin həmin sənəddə onların soyad, ad və ata adlarının düzgün qeyd edilməməsi iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənədin ərizəçilərə və mərhum X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Oğuz rayonu Calud kəndi ərazisində yerləşən 0,24 hektar həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN - 061A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və mərhum X3 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar