Məhkəmə qərarları › İş №2(054)-308/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-308/2025

21.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-308/2025 21.08.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X4 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1963-cü ildə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuşdur. X2 ilə xx.xx.1981-ci il tarixdə nikaha daxil olmuşdur. Onların birgə nikahından xx.xx.1997-ci il tarixdə X3, xx.xx.1998-ci il tarixdə X7 və xx.xx.1983-cü il tarixdə Maraqlı şəxs adlı 3 övladı anadan olmuşdur. Onun xx.xx.1983-cü il tarixdə anadan olmuş qızı Maraqlı şəxs Oğuz RMX poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatda olmaqla birinci qrup əlildir. Maraqlı şəxs DSMF Oğuz Şöbəsindən 1-ci qrup əlil kimi müddətsiz pensiya alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, ona təyin edilmiş diaqnoz qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyac vardır. Maraqlı şəxs anadan olandan xəstə olmaqla onun himayəsindədir. O, öz hərəkətlərini başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Hazırda övladı Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan sayılması zərurəti yaranmışdır. Onun fəaliyyət qabiliyyəti olmayan sayılması isə yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi oğlu ərizəni müdafiə edərək məzmununa uyğun izahat verərək göstərdi ki, xx.xx.1963-cü ildə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuşdur. Qızı Maraqlı şəxs xx.xx.1983-cü ildə Oğuz rayonu Şirvanlı kəndində doğulmuşdur. Fatimə 1996-cı ildən Oğuz RMX poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatda olmaqla birinci qrup əlildir. Fatimə xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Fatimə onun himayəsində yaşayır. O əvvəllər 2-ci qrup əlilliyə görə sosial müavinət almışdır. xx.xx.2025-ci il tarixdən Fatimənin xəstəliyi ilə bağlı yenidən qiymətləndirmə keçirilmiş, ona 1-ci qrup əlillik müəyyən edilmişdir. Hazırda Fatimənin sənədlərinin yenidən hazırlanması zərurəti yaranmışdır. Onun hüquqlarının müdafiə edilməsi üçün ona qəyyum təyin edilməlidir. Bunun üçün isə Fatimənin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz olması müəyyən edilməlidir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə nın nümayəndəsi X1 Fatimə Məzahir qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında İİ-JQ 373351 saylı şəhadətnamənin surətindən görünür ki, X5 və X9 xx.xx.1981-ci il tarixdə nikah bağlamış, bu barədə Vartaşen rayon Qumlaq kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 16 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ərə “Məmmədov”, arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan İX-JQ 446962 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1983-cü il tarixdə Oğuz rayonu Şirvanlı kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cü ildə 10 nömrə ilə qeyd edilmiş, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli elektron məlumatın işə əlavə edilmiş surətindən görünür ki, Maraqlı şəxs ümumi xəstəlik səbəbli orqanizmin funksiyalarının 85 faiz pozulması ilə müddətsiz birinci dərəcəli əlil olub, xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş, onun “ F72.1qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması” diaqnozu ilə kənar şəxslərin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 18-1-64/2-M-247-31-216/2025 saylı arayışından görünür ki, Maraqlı şəxs 1996-cı ildən Oğuz MRX poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “ağır dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. Xəstəliyə görə İ qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 445 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs xx.xx.1983-cü il təvəllüdlü təvəllüdlü Maraqlı şəxs “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” aşkar olunmuşdur. Yoxlanılan şəxs Maraqlı şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Yoxlanılan şəxs Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 445 saylı rəyinə əsasən Maraqlı şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Maraqlı şəxs tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi oğlu onun atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, Maraqlı şəxs öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1983-cü il təvəllüdlü təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1983-cü il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar