Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-311/2024 15.07.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X16 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi və Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 15 iyul 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarı ilə verilmiş 0,52 ha torpağın mülkiyyətə verilməsinə dair JN 098F (kod ********) saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçilər Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi və Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1969-cu ildə Oğuz rayonu, Dəymədağlı kəndində anadan olmuşdur. Soyadı Məcidova olmuşdur. xx.xx.1989-cu ildə Oğuz rayon Tərkəş kənd sakini X6 ilə nikaha daxil olmuş, soyadını dəyişmişdir. Digər ərizəçilər doğma övladlarıdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarı ilə Oğuz rayon Tərkəş kəndində ona, ərinə və övladlarına 0,52 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 098F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərinə təqdim edilmişdir. Torpaq sahəsindəki paylarını mülkiyyətçilərin adına rəsmiləşdirmək üçün aidiyyəti orqana müraciət edərkən məlum olmuşdur ki, şəhadətnamədə onun soyadı Salamova əvəzinə Məcidova, atasının adı Yunis əvəzinə Yunus kimi yazılıb. Bundan əlavə övladlarının hər üçünün soyadı Salamzadə olsa da şəhadətnamədə Salamov (Salamova), oğlu Ümidin adı isə Ülvi olaraq qeyd edilmişdir. Bu da mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur, çünki hazırki vəziyyətdə torpağa öz adlarına çıxarış almaqdan və üzərində sərəncam verməkdən məhrum olmuşlar.Bundan əlavə torpaq islahatı zamanı ailəyə pay torpaq sahəsi də verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı verilmiş JN-0002 (********) saylı dövlət aktında da texniki səhvlər var, lakin torpaq sahəsi kanala düşdüyü üçün onlara pul verilib, dövlət aktını alıb əvəzinə yalnız ərinin adına plan-ölçü sənədi verilmişdir. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında Ərizəçi2 ərizəçi olan anasının izahatını təsdiq edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, 1989-cu ildə Ərizəçi1 ilə ailə həyatı qurub. Həmin nikahdan 1990-cı ildə Ləman, 1993-cü ildə Nərmin və 1996-cı ildə Ümid adlı üç övladı doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarı ilə Oğuz rayon Tərkeş kəndində ailəsinə və özünə 0,52 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 098F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona təqdim edilmişdir. Həmin sənəddə Mahirənin soyadı Məcidova, atasının adı Yunus kimi, övladlarının soyadı Salamzadə əvəzinə Salamov, oğlu Ümidin adı isə Ülvi kimi yazılıb. Onun Ülvi adlı övladı yoxdur və olmayıb. Sözügedən şəhadətnamənin həqiqətən ərizəçilərə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçilər Ərizəçi3 və Ərizəçi4 nümayəndəsi və Ərizəçi1 izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1969-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-cı ildə Azərbaycan Respublikası Vartaşen rayonu Tərkəş kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Qumlaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1993-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1996-cı ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1969-cu il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Sincan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 24 nömrə ilə qeyd edilmiş, atası X14, anası X1r. İşə əlavə edilmiş nikahın bağlanması haqqında V-JQ 271535 saylı şəhadətnamənin surətindən görünür ki, X6 və X10 xx.xx.1989-cu il tarixdə nikah bağlamış, bu barədə Vartaşen rayonu Sincan kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Salamov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında XV-JQ 353556 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-cı il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu Tərkəş kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Sincan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 67 nömrə ilə qeyd edilmiş, atası X6, anası Ərizəçi1 Yunus qızıdır. İşə əlavə edilmiş doğum haqqında XVİİ-JQ 324442 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1993-cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Tərkəş kəndində anadan olmuş, bu barədə Oğuz rayonu Sincan kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü il tarixdə 23 nömrə ilə qeyd edilmiş, atası X6, anası Ərizəçi1 Yunus qızıdır. İşə əlavə edilmiş doğum haqqında XİX-JQ 299951 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Tərkəş kəndində anadan olmuş, bu barədə Oğuz rayonu Sincan kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1996-cı il tarixdə 41 nömrə ilə qeyd edilmiş, atası X6, anası Ərizəçi1 Yunus qızıdır. İşə əlavə edilmiş JN 098F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 63 saylı qərarı ilə X2, X4, X7, X5 və X12 0,52 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Sincan kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-31/2024, 5-68-12/2-32/2024, 5-68-12/2-33/2024 və 5-68-12/2-34/2024 saylı arayışlarından görünür ki, JN 098F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X10, X13, X11 və X3 yazılmış şəxslər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 63 saylı qərarına əsasən 0,52 ha həyətyanı torpaq sahəsi JN 98F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçilərə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 098F (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 63 saylı qərarı ilə verilmiş 0,52 ha torpağın mülkiyyətə verilməsinə dair JN 098F (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-311/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-311/2024
15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver