Məhkəmə qərarları › İş №2(054)-34/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-34/2025

23.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-34/2025 23.01.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Giriş hissə: X14 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1 Mayıl oğlunun, cavabdehlər Cavabdeh1, Cavabdeh6 və Cavabdeh2, onların və digər cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X2 və Cavabdeh5 qarşı paylı mülkiyyətdə olan torpaq sahəsində payların, həmçinin, mərhum X3 miras qalmış torpaq sahəsində miras paylarının müəyyən edilməsi tələbinə dair mülki işə 23 yanvar 2025-ci il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə müəyyənetdi: Təsviri hissə: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X2 və Cavabdeh5 (cavabdehlər) qarşı Oğuz rayonu Dəymədağlı kəndi ərazisində yerləşən, JN – 018İ kod 40507038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,15 ha, JN – 018 H kod 40507038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,27 ha, JN – 018F kod 40507038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,66 ha və JN – 018G kod 40507038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən 0,45 ha həyətyanı torpaq sahələrində iddiaçının, mərhum X4, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin payının miqdarının müəyyən edilməsi, mərhum X7 düşən payın qanun üzrə vərəsələri olan İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bərabər bölünərək paylarına əlavə edilməsi, iddiaçıya düşən torpaq paylarının Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylarından naturada bölünərək ayrılması barədə qətnamə qəbul edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilmiş, paylı mülkiyyətdə olan 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələrində iddiaçının və digər mülkiyyətçilərin paylarının, həmçinin həmin torpaq sahələrində mərhum X4 payına düşən, ondan miras qalmış torpaq sahələrində bütün cavabdehlərin miras paylarının müəyyən edilməsi, həmin payların mülkiyyətçilərin paylarına əlavə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehlər Cavabdeh3, X8 və Cavabdeh5 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Oğuz rayon Aqrar islahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kəndində ona, mərhum atası X7, anası Cavabdeh1, qardaşları Cavabdeh2 və Cavabdeh3 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələri verilmiş, həmin torpaq sahələri üçün müvafiq olaraq JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr atasına təqdim edilmişdir. Atası xx.xx.2023-cü ildə vəfat etmişdir. Hazırda torpaq sahələrində ona düşən payın, habelə həmin torpaq sahələrində mərhum atasından qalan mirasdan ona düşən payın müəyyən edilməsi zərurəti yaransa da cavabdehlərlə aralarında bu barədə razılıq əldə edilməsi mümkün olmamışdır. Onun mülkiyyətində olan 0,35 ha torpaq sahəsinin və üzərində olan yarımtikilinin bütün xərcini özü çəkib, bu sahənin heç kimə aidiyyəti yoxdur. İlkin iddia tələbində özünə aid torpaq sahələrinin naturada bölgüsünün aparılmasını da tələb etmişdir, lakin hazırda nümayəndəsi və vəkili ərizə təqdim etmiş, iddia tələbini dəqiqləşdirmişdir. Həmin iddia tələbinə görə hələlik ona düşən torpaq sahələrinin naturada bölgüsünü istəmir. Bu barədə daha sonra müraciət edəcək. Həmçinin hazırda atasından qalan miras torpaq payının cavabdeh olan bütün vərəsələr arasında bərabər şəkildə bölünməsinə etiraz etmir. Buna görə də nümayəndə və vəkili Nümayəndə1 ərizəsini nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddiaçının izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, torpaq islahatı zamanı iddiaçıya, onun ata-anasına, qardaşları Mübariz və Fəxrəddinə verilmiş torpaq sahələri onların mülkiyyəti hesab edilir və payları bərabər olaraq müəyyən edilməlidir. X13 miras payı isə qüvvədə olan qanunvericiliyə görə bütün qanun üzrə vərəsələr arasında bölünməlidir. İddiaçı naturada bölgü ilə bağlı əvvəlcə tələb irəli sürsə də, hazırda iddia tələbini həmin hissədə azaltmışlar, çünki həm mülkiyyətə verilmiş, həm də miras torpaq payı dəqiq müəyyən edilmədən naturada bölgünün aparılması mümkün olmayacaqdır. JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə göstərilmiş, paylı mülkiyyətdə olan torpaq sahələrində payların, həmçinin, mərhum X3 miras qalmış torpaq sahələrində miras paylarının müəyyən edilməsi barədə iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh6 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddiaçı qardaşıdır. Qardaşı 2-ci qrup əlildir. Xəstə olduğu üçün ona həmişə güzəşt edilib. Buna görə ərköyündür. Evlidir, həyat yoldaşı Gürcüstandandır. Həyat yoldaşı iddiaçını idarə etdiyindən Tərlana ayrı yaşamaq istədiyini bildirmiş, buna görə ona ayrı yerdən 35 sot torpaq alıb vermişlər, sənədləşmə də birbaşa onun adına aparılmışdır. Həmin torpaq sahəsində ev də tikiblər, lakin iddiaçı inadla onlardan islahat zamanı verilmiş torpaq sahələrindən pay istəyir, evinə isə köçüb yığışmaq istəmir. Hər axşam atadan qalma evə gəlib orada qalırlar. Həyətdən də ona 15 sot torpaq veriblər. İddiaçının payı verilib. Buna görə də torpaq sahələrindəki payından imtina etməyini və ona alınmış torpaq sahəsində tikilmiş evinə köçməyini, gələcəkdə heç bir iddiasının olmayacağı barədə ərizə təqdim etməyini tələb edirlər. Bundan əlavə torpağın bir hissəsi-5 sota yaxın hissə tikinti altındadır, atadan qalma ev orada yerləşir. Ev qeydə alınmayıb. Paylar hər torpaq sahəsi üzrə ayrıca müəyyən edilməlidir. İddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclaslarında digər cavabdehlər Cavabdeh6 izahatını təsdiq edərək iddianın qismən təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaçıların izahatını təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, iddia ərizəsinə etiraz qeydlərini məhkəməyə təqdim etmişdir. Həmin etirazda da göstərildiyi kimi iddiaçıya torpaq payı əvəzinə 2014-cü ildə kənarda 35 sot torpaq alınıb verilib. Həmin torpaqda cavabdehlər ona müasir tipli ev də tikmişlər. İddiaçının ona norma daxilində verilmiş olan 4 sənəd üzrə cəmi 0,27 ha torpaq sahəsinin bir ərazidən ayrılıb verilməsini tələb etməsi qeyri-mümkündür, çünki həmin torpaq sahəsi cavabdehlər tərəfindən birgə istifadə olunur, bütün vergilər cavabdehlər tərəfindən ödənilir. Əslində şəhadətnamələr üzrə torpaq sahəsi bütünlükdə X13 olub, ona görə də 7 nəfər vərəsə arasında bölünməlidir, lakin bu zaman iddiaçıya ayrıca torpaq payının alınıb verildiyi nəzərə alınmalıdır. İddianın qeyd edilən şəkildə vərəsələrin payının müəyyən edilməsi hissəsində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirməklə iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 018F (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,66 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X9 təqdim edilmişdir Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 018G (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,45 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X9 təqdim edilmişdir Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 018H (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,27 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X9 təqdim edilmişdir Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 018İ (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayonu Dəymədağlı kənd sakinləri X9, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və İddiaçı 0,15 ha həyətyanı torpaq sahəsi verilmiş, şəhadətnamənin bir nüsxəsi X9 təqdim edilmişdir Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş ölüm haqqında xx.xx.2024-cü il tarixli, 90/12 saylı arayışından görünür ki, X10 xx.xx.2023-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 60 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 163 saylı arayışından görünür ki, xx.xx.1984-cü ildə Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2024-cü ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. Ata: X10 (xx.xx.2023-cü ildə vəfat edib), ana: Cavabdeh1-xx.xx.1953, qardaş: Cavabdeh6 xx.xx.1973, bacı: İsmayılova Hicran Kərəm qızı xx.xx.1975, qardaş: X8 xx.xx.1976, qardaş: Cavabdeh2 xx.xx.1978, qardaş: Cavabdeh3 xx.xx.1980. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-42/2-74/2025 saylı məktubundan görünür ki, JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, habelə X5 və Cavabdeh1 adına dövlət reyestrində qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə ilk öncə bildirir ki, məhkəmə icraatı zamanı mübahisə obyekti olan torpaq sahələrinə aid şəhadətnamələrdə mərhum X4 atasının adının Möylam yazılması mübahisələndirilməmişdir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı və cavabdehlər Cavabdeh2, X11, Cavabdeh3, X8 və Cavabdeh5 doğma bacı-qardaş olmaqla onların anası digər Cavabdeh1dır. Onların atası X10 xx.xx.2023-cü ildə vəfat etmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə Kərəm İsmayılova, Cavabdeh1, Tərlan, Mübariz və Fəxrəddin adlı qardaşlara Oğuz rayon Dəymədağlı kəndində 4 yerdə-0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha olmaqla həyətyanı torpaq sahələri verilmişdir. İddiaçı həmin torpaq sahələrindən özünə düşən payların müəyyən edilməsini xahiş etmişdir. Cavabdehlər onun bu tələbinə etiraz edərək iddiaçıya başqa yerdə torpaq sahəsi aldıqlarını, buna görə də qeyd edilən torpaq sahələrində onun payının olmadığını bildirirlər.Məhkəmə araşdırması zamanı torpaq sahələrinə dair verilmiş şəhadətnamələrin qüvvədə olduğu, həmçinin İddiaçı sözügedən torpaq sahələrində olan payından imtina etdiyi ilə bağlı sübutun olmadığı müəyyən edilmişdir. Beləliklə, göstərilən hüquq normalarının məzmunundan və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələri 5 nəfərin – iddiaçının, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, habelə mərhum X4 ümumi birgə mülkiyyətinə verilmiş torpaq sahələridir. Hazırki vəziyyətdə paylı mülkiyyətin mülkiyyətçilərinin payları digər qaydada müəyyən edilə bilmədiyindən və bütün mülkiyyətçilərin razılaşması ilə də müəyyənləşdirilmədiyindən onların payları bərabər sayılır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, mübahisə predmetinə aid, Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, JN 018 F, 018G, 018H və 018İ (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrlə göstərilən, ümumi birgə mülkiyyətdə olan 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələrinin hər birində iddiaçının, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, habelə mərhum X4 hər birinin 1/5 hissədən ibarət payı müəyyən edilməlidir. Bundan əlavə iddiaçı sözügedən torpaq sahələrindən hər birində mərhum atası Kərəm İsmayılovun miras qalmış 1/5 hissədə payına mütənasib olaraq 7 nəfərdən ibarət vərəsələrdən biri olaraq onun payının digər vərəsələrlə birlikdə müəyyən edilməsini xahiş etmişdir. Beləliklə,məhkəmə yuxarıda qeyd olunan mülki qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmalı, sözügedən torpaq sahələrinin hər birində Kərəm İsmayılovdan miras qalmış 1/5 hissəyə münasibətdə həm iddiaçının, həm də bütün cavabdehlərin hər birinin 1/7 hissədə payına vərəsəlik hüququ tanınmalı və onların mülkiyyəti hesab edilməlidir. Qeyd edilənlərə uyğun olaraq məhkəmə tərəfindən vərəsə kimi mülkiyyət hüququ tanınmış İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələrinin hər birində 1/5 hissəyə mülkiyyət hüququ və vərəsəliklə əldə etdikləri 1/7 hissədə payları da nəzərə alınmaqla onların hər birinin ümumi əmlakda payı 8/35 hissədə müəyyən edilməli, mülkiyyət hüququ tanınmalıdır. Buna uyğun olaraq digər cavabdehlər X8, Cavabdeh6 və Cavabdeh5 0,66 ha, 0,45 ha, 0,27 ha və 0,15 ha həyətyanı torpaq sahələrinin hər birində olan miras əmlakda payı üç nəfərin hər birinə münasibətdə 1/35 hissədə müəyyən edilməli və mülkiyyət hüququ tanınmalıdır. “İnsan Hüquqlarının və X6 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə: Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 018F (kod ********) saylı şəhadətnaməyə əsasən 0,66 ha həyətyanı torpaq sahəsində İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mərhum X16 (Mövlam) oğlunun payı hər birinə münasibətdə 1/5 hissədə müəyyən olunsun. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 018G (kod ********) saylı şəhadətnaməyə əsasən 0,45 ha həyətyanı torpaq sahəsində İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mərhum X16 (Mövlam) oğlunun payı hər birinə münasibətdə 1/5 hissədə müəyyən olunsun. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 018H (kod ********) saylı şəhadətnaməyə əsasən 0,27 ha həyətyanı torpaq sahəsində İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mərhum X16 (Mövlam) oğlunun payı hər birinə münasibətdə 1/5 hissədə müəyyən olunsun. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 018İ (kod ********) saylı şəhadətnaməyə əsasən 0,15 ha həyətyanı torpaq sahəsində İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və mərhum X16 (Mövlam) oğlunun payı hər birinə münasibətdə 1/5 hissədə müəyyən olunsun. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 018F (kod ********) saylı şəhadətnaməyə əsasən 0,66 ha həyətyanı torpaq sahəsinin mərhum X16 (Mövlam) oğlundan miras qalmış 1/5 hissəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X1 və Cavabdeh5 hər birinin 1/7 hissədə payı müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 018G (kod ********) saylı şəhadətnaməyə əsasən 0,45 ha həyətyanı torpaq sahəsinin mərhum X16 (Mövlam) oğlundan miras qalmış 1/5 hissəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X1 və Cavabdeh5 hər birinin 1/7 hissədə payı müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 018H (kod ********) saylı şəhadətnaməyə əsasən 0,27 ha həyətyanı torpaq sahəsinin mərhum X16 (Mövlam) oğlundan miras qalmış 1/5 hissəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X1 və Cavabdeh5 hər birinin 1/7 hissədə payı müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 018İ (kod ********) saylı şəhadətnaməyə əsasən 0,15 ha həyətyanı torpaq sahəsinin mərhum X16 (Mövlam) oğlundan miras qalmış 1/5 hissəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Cavabdeh3, X1 və Cavabdeh5 hər birinin 1/7 hissədə payı müəyyən edilməklə vərəsəlik hüququ tanınsın. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hər birinin mərhum X15 (Möylam) oğlundan miras qalmış hər bir torpaq sahəsinə münasibətdə olan miras payları və torpaq sahələrindən hər birində olan 1/5 hissədə payları da nəzərə alınmaqla hər birinin ümumi əmlaklarda payı 8/35 hissədə müəyyən edilsin və mülkiyyətlərinə verilsin. Mərhum X15 (Möylam) oğlundan miras qalmış hər bir torpaq sahəsinə münasibətdə cavabdehlər X1, Cavabdeh6 və Cavabdeh5 hər birinin ümumi əmlaklarda payı 1/35 hissədə müəyyən edilsin və mülkiyyətlərinə verilsin. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar