Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-356/2022 14.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun vəkili X2, Cavabdeh, Üçüncü şəxs Oğuz rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X10, Üçüncü şəxs Oğuz rayon Oğuz Bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X9 iştirakı ilə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X11 Yanğın Nəzarəti İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, Oğuz rayon İcra Hakimiyyəti və Oğuz rayon Oğuz Bələdiyyəsi üçüncü şəxslər qismində cəlb edilməklə, Cavabdeh qarşı qanunsuz inşa edilmiş yarımçıq tikilinin ara məsafəsi hissəsində cavabdehin vəsaiti hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət yanğın Nəzarəti Xidməti X11 Yanğın Nəzarəti İdarəsi və Oğuz rayon İcra Hakimiyyəti üçüncü şəxslər qismində cəlb edilməklə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik, cavabdeh tərəfindən özbaşına inşa edilmiş yarımçıq tikilinin cavabdehin öz vəsaiti hesabına, 1,5 metr tikililər arası məsafə hissəsində sökülməsi və həmin hissədə torpaq sahəsinin boşaldılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində məhkəmənin müvafiq qərardadlarına əsasən Oğuz rayon Oğuz Bələdiyyəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi iddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış binası xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinə və həmin tarixli Texniki Pasporta əsasən hazırda tam şəkildə onun xüsusi mülkiyyətindədir. Cavabdeh isə onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasının cənub tərəfində, həmin binaya bitişik hissədə müvafiq layihə sənədləri olmadan, təxminən, 5-6 metr hündürlüyündə, istifadə təyinatı bəlli olmayan bir mərtəbəli qeyri-yaşayış obyekti inşa etməyə başlamışdır. O, qeyd olunan tikilinin inşa edilməsinə hansı icazə sənədlərinin mövcud olduğunu müəyyən etmək üçün atası Xanlar Əliyevin vasitəsilə cavabdehə müraciət etsə də, cavabdeh qeyd olunan tikilinin yerləşdiyi yerdə ona məxsus əmlak payının mövcud olduğunu, həmin tikilinin yerində hazırki tikilini inşa etdiyini demiş, lakin yeni tikilinin inşa edilməsi üçün razılıq verilməsinə dair sənədləri ona təqdim etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən inşa edilmiş hazırki tikili özbaşına inşa edilmiş, bununla da şəhərsalma, tikinti, yanğın təhlükəsizliyi haqqında qanunvericiliyin tələbləri kobudcasına pozulmuşdur. Cavabdeh həmin tikilini inşa edərkən onun xüsusi mülkiyyətində olan binanın havalandırma, işıqlandırma, rütubət, yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizliyini qətiyyən nəzərə almamış və bu baxımdan onun xüsusi mülkiyyətində olan bina üçün real təhlükə yaratmışdır. Ona görə də o, həmin yarımçıq tikilinin sökülərək tikililər arası məsafə qaydalarına riayət edilməsi üçün aidiyyəti üzrə hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında öz iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, hazırda onun xüsusi mülkiyyətində olan qeyri-yaşayış binası (“Rəndə sexi”) “28 May” kənd təsərrüfatı məhsulları istehsalı kooperativinin balansında olmaqla Oğuz rayon X19 Komissiyasının müvafiq qərarı ilə X8 adlı şəxsin mülkiyyətinə verilmişdir. O, xx.xx.2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında həmin əmlakı X1 satın almışdır. Bundan sonra o, qeyd olunan əmlaka dair öz adına hüquqmüəyyənedici sənədlər almışdır və qeyri-yaşayış binası hazırda tam şəkildə onun xüsusi mülkiyyətindədir. Lakin xüsusi mülkiyyətində olan binaya bitişik ərazidə cavabdeh tərəfindən istifadə təyinatı bəlli olmayan yarımçıq tikili inşa edilmişdir. Həmin tikili inşa edilərkən onun özünün xüsusi mülkiyyətində olan əmlakın yerləşdiyi əraziyə müdaxilə edilib-edilmədiyini müəyyən etmək üçün “X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmiş və cavabdehə məxsus tikili inşa edilərkən 60 sm enində hissədə ona məxsus qeyriyaşayış binasının ərazisinə müdaxilə edildiyi, tikili standartlarına uyğun məsafə saxlanılmadığı məlum olmuşdur. Nəticədə xüsusi mülkiyyətində olan əmlaka münasibətdə onun mülkiyyət hüquqları pozulmuşdur. Qanunsuz tikilinin sökülməsi və ərazinin əvvəlki vəziyyətə qaytarılması barədə cavabdehə xəbərdarlıq etsə də, heç bir nəticə verməmişdir. Ona görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Hazırda o, özünün xüsusi mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik, cavabdeh tərəfindən özbaşına inşa edilmiş yarımçıq tikilinin cavabdehin öz vəsaiti hesabına, 1,5 metr tikililər arası məsafə hissəsində sökülməsini və həmin hissədə torpaq sahəsinin boşaldılmasını tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, o, 1991-ci ilin əvvəllərindən indiyədək ailə üzvləri ilə birlikdə Oğuz şəhərində yaşayır. Oğuz rayon “28 May” kənd təsərrüfatı məhsulları istehsalı kooperativində aparılan islahat zamanı X19 Komissiyası tərəfindən kolxozun əmlakından ona ailə üzvləri ilə birlikdə həmin bölgüdən qanunauyğun şəkildə əmlak payı olaraq pay torpaq və bağ sahəsi, həmçinin, Əmlakdan pay haqqının verilməsi barədə 394 nömrəli aktla əmlak payı kimi ünvan 1 ünvanındakı qeyri-yaşayış binasından “Yama Navesi” və “KDU yem doğrayan aqreqat”ı verilmişdir. Hazırda iddiaçının adına qeydiyyata alınmış qeyri-yaşayış binası (“Rəndə sexi”) “28 May” kənd təsərrüfatı məhsulları istehsalı kooperativinin balansında olmaqla Oğuz rayon X19 Komissiyasının qərarı ilə X3 mülkiyyətinə verilmişdir. İslahat Komissiyasının müvafiq qərarı və aktı ilə onun özünə qanuni şəkildə, əmlak payı kimi verilmiş “Yama navesi”nin isə iddiaçıya heç bir aidiyyəti yoxdur və həmin əmlak tam mülkiyyət hüququ ilə ona məxsusdur. İslahat Komissiyasının qərarı ilə ona və X6 əmlak verilərkən həmin əmlaklar bir tirin altında olmuşdur. Onun özünə məxsus “Yama navesi”nin üzərindəki tikili qəzalı vəziyyətdə olduğu üçün o, bir neçə il əvvəl özünə məxsus həmin əmlakı tir altından ayırmış sexin üzərindəki tikili konstruksiyanı öz vəsaiti hesabına yenidən inşa etdirmişdir. Tikinti işləri aparılan zaman heç kim, o cümlədən, tir altındakı digər əmlakın mülkiyyətçisi X8, hər hansı dövlət qurumu və ya bələdiyyə tikinti qaydasını pozduğu üçün ona heç bir irad bildirməmişdir. Onun mülkiyyətinə verilmiş əmlakın altındakı torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla, iddiaçıya məxsus olan əmlakın yerləşdiyi ərazidə deyildir. O, iddiaçıya məxsus tikilinin ərazisinə müdaxilə etməmişdir və onun inşa etdiyi tikili iddiaçının və ya hər hansı digər şəxsin mənafeyinə toxunmur. Ona görə də əsasən iddiaçının hazırki iddia tələbini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayon İcra Hakimiyyətinin etibarnamə üzrə nümayəndəsi X14 məhkəmə iclasında verdiyi izahatında iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayon Oğuz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə Ruzvan oğlu məhkəmə iclasında izahat verərək göstərdi ki, mübahisə predmetinə aid olan, cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikilinin yerləşdiyi torpaq sahəsinin Oğuz rayon Oğuz Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinə aid olub-olmadığı barədə Oğuz Bələdiyyəsində hər hansı rəsmi məlumat yoxdur. Bu səbəbdən hazırda Oğuz rayon Oğuz Bələdiyyəsinin cavabdehə qarşı hər hansı tələbi və iddiası da yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Oğuz rayon Oğuz Bələdiyyəsinin sonuncu məhkəmə iclasında iştirak edən nümayəndəsi X12 da iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X11 Yanğın Nəzarəti İdarəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin orqanların nümayəndələri heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına təkrarən gəlməmiş, gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinə hər hansı münasibət bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının həmin üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin və həmin tarixli **********20-06301 reyestr nömrəli Texniki Pasportun surətlərindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına dair iddiaçının adına Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən hüquqmüəyyənedici sənədlər tərtib edilmişdir. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədinin və **********20-06301 reyestr nömrəli Texniki Pasportun verilməsi üçün əsas olmuş sənədlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsindən tələb edilərək alınmışdır. Həmin sənədlərə əsasən müəyyən edilmişdir ki, qeyd olunan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədi və Texniki Pasport iddiaçı ilə X8 arasında bağlanmış və xx.xx.2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında verilmişdir. “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 022-019 nömrəli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatda qeyd edilmişdir ki, İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik yeni sex binası tikilərkən 60 sm enində hissədə qonşu tikilinin ərazisinə müdaxilə edilmiş, tikili standartlarına uyğun məsafə saxlanılmamışdır. Həmçinin, həmin hissənin sökülərək standartlara uyğun yenidən inşası üçün ümumilikdə 700 manat məbləğində xərc tələb olunur. Cavabdeh qeyd olunan mütəxəssis arayışının nəticələri ilə razı olmadığına görə mülki işin məhkəmə araşdırılması ilə əlaqədar qeyri-yaşayış binasına bitişik yeni sex binası inşa edilərkən qonşu tikilinin (iddiaçıya məxsus tikilinin) ərazisinə müdaxilə edilib-edilmədiyini dəqiqləşdirmək üçün məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müvafiq sorğu göndərilmişdir. Həmin orqandan verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində və rəyə əlavə edilmiş yerquruluğu planında göstərilmişdir ki, adı çəkilən idarənin mütəxəssisləri ünvan 1 ünvanında yerləşən, iddiaçının mülkiyyətinə verilmiş sahəsi 0,01028 hektar (102,8 kv.metr) olan qeyri-yaşayış binasına xx.xx.2022-ci il tarixdə tərəflərin iştirakı ilə baxış keçirilmiş və GPS aləti vasitəsilə ölçmə işləri aparılmışdır. Kameral qaydada elektron məlumat bazasına əsasən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik yeni sex binası inşa edilərkən qonşu tikilinin (iddiaçıya məxsus tikilinin) ərazisinə müdaxilə edilməmişdir. (Aparılmış müayinə və tədqiqatın dəyəri 95 manat təşkil edir və həmin məbləğ iddiaçı tərəfindən ödənilmişdir). İş materiallarına əlavə edilmiş Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 1 / 2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinin surətindən müəyyən edilir ki, hazırki iş üzrə iddiaçının atası X7 hazırki iş üzrə Cavabdeh qarşı eyni məzmunlu iddia tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qeyd olunan qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin mülki işə məhkəmədə baxılarkən hazırda iddiaçının adına qeydiyyata alınmış əmlakın Oğuz rayon X19 Komissiyasının müvafiq qərarı ilə əmlak payı kimi X8 adlı şəxsin, ona bitişik olan avtomobil təmiri sexinin binasının (“Yama navesi”) isə əmlak payı kimi hazırki iş üzrə cavabdehə verildiyi müəyyən edilmişdir. Eyni zamanda, həmin mülki işin məhkəmə araşdırılması ilə əlaqədar cavabdeh tərəfindən inşa edildiyi qeyd edilən və sökülməsi tələb edilən yarımçıq tikilinin yerləşdiyi ərazinin kimin mülkiyyətində (dövlət, bələdiyyə və ya xüsusi mülkiyyət) olduğunu müəyyən etmək məqsədi ilə mütəxəssis rəyi verilməsi üçün müvafiq orqana müraciət edilmiş, həmin orqandan verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində və rəyə əlavə edilmiş yerləşmə sxemində qeyd edilmişdir ki, qeyd olunan yarımçıq tikilinin yerləşdiyi ərazi elektron baza məlumatlarına əsasən yaşayış məntəqələri torpaqlarına aid olub bələdiyyə mülkiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, ünvan 1 ünvanında yerləşən, sahəsi 0,01028 hektar (102,8 kv.metr) olan qeyri-yaşayış binası hazırda iddiaçının mülkiyyətindədir və qeyd olunan əmlaka dair onun adına hüquq müəyyənedici sənədlər tərtib edilmişdir. İddiaçı həmin əmlakı xx.xx.2022-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Həmin qeyri-yaşayış binasına bitişik olan avtomobil təmiri sexinin binası (“Yama navesi”) də Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarına əsasən əmlak payı kimi hazırki iş üzrə cavabdehə verilmiş, qeyd olunan əmlaka dair cavabdehin adına “Əmlakdan pay haqqının verilməsi barədə” akt tərtib edilmişdir. Hazırda iddiaçı özünün mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik, cavabdeh tərəfindən özbaşına inşa edilmiş yarımçıq tikilinin cavabdehin öz vəsaiti hesabına, 1,5 metr tikililər arası məsafə hissəsində sökülməsi və həmin hissədə torpaq sahəsinin boşaldılmasını tələb edir. İddiaçı öz iddia tələbinin əsası kimi özünün adına tərtib edilmiş hüquqmüəyyənedici sənədlərə və “X5” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata istinad edir. İddiaçı cavabdeh tərəfindən inşa edilmiş və ona aid olan tikilinin özünün xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasına qanunla yol verilən məsafə saxlanılmadan, həmin binaya bitişik hissədə və müvafiq layihə sənədləri olmadan və hazırda ona məxsus olan əmlakın yerləşdiyi torpaq sahəsinə müdaxilə edilməklə inşa edildiyini iddia edir. Cavabdeh isə iddiaçının qeyri-qanuni inşa edildiyini iddia etdiyi tikilinin onun özünə məxsus olduğunu və aqrar islahat komissiyasının qərarına əsasən ona əmlak payı kimi verilmiş həmin tikilini tir altından ayıraraq yenidən inşa etdiyini, bu zaman iddiaçıya məxsus tikilinin ərazisinə müdaxilə edilmədiyini və tikilinin iddiaçının mənafeyinə toxunmadığını, tikilini inşa edərkən hər hansı şəxs tərəfindən ona etiraz bildirilmədiyini, ona görə də iddiaçının hazırki iddia tələbini əsassız hesab etdiyini bildirməklə həmin iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdeh iddia tələbinə etirazlarının əsası olaraq Oğuz rayon “28 May” İstehsal Kooperativinin balansında olan avtomobil təmiri sexinin binasının (“Yama navesi”) Oğuz rayon Aqrar İslahat Komissiyasının qərarı ilə əmlak payı kimi ona verilməsi barədə sənədlərə istinad edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Hazırki iş üzrə mübahisə predmetinə aid olan əmlakın 2000-ci ildə aqrar islahat komissiyasının qərarı ilə X8 adlı şəxsin mülkiyyətinə verildiyi və həmin vaxt qeyd olunan əmlakın cavabdehə əmlak payı kimi verilmiş tikili ilə bir tirin altında olduğu Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2 (054) - 1 / 2022 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə də müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 172.3-cü maddəsinə əsasən əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. İddiaçının öz iddia tələbinin əsaslarından biri olaraq istinad etdiyi, özünün xüsusi mülkiyyətində olan qeyri-yaşayış binasına bitişik hissədə cavabdeh tərəfindən qanunla yol verilən məsafə saxlanılmadan və müvafiq layihə sənədləri olmadan inşa edilən tikilinin onun mənafeyinə toxunduğu barədə göstərdiyi xüsusatlarla əlaqədar məhkəmə qeyd edir ki, işin məhkəmədə müəyyən edilmiş hallarına əsasən iddiaçının ünvan 1 ünvanında yerləşən əmlakı xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında əldə etdiyi və bundan sonra həmin əmlakı xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakı dövlət resyestrində öz adına qeydiyyata aldıraraq Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədi aldığı müəyyən edilmişdir. İddiaçının bir hissəsinin sökülməsini tələb etdiyi əmlakın isə bundan uzun illər əvvəlki dövrdə inşa edildiyi hazırki işin mübahisəsi halıdır. Tərəflərin izahatlarından və iş materiallarından görünür ki, cavabdeh özünə məxsus tikilidə müəyyən yenidənqurma işləri aparmışdır. Ancaq məhkəməyə təqdim edilmiş sənədlərdən həm də görünür ki, tikinti işləri aparılarkən nə bu tikili ilə eyni tir altındakı digər əmlakın mülkiyyətçisi X3 və ya hüquqları pozulmuş ola biləcək digər şəxslərin, nə də bu tikinti işlərinə nəzarət etməli olan müvafiq orqanların cavabdehə hər hansı etirazının, yaxud iradının olması halları müəyyən edilməmişdir. Eyni zamanda, adı çəkilən orqanlar tərəfindən cavabdehə qarşı hazırda da hər hansı tələb irəli sürülməmişdir. İddiaçı isə 2022-ci ildə qeyd olunan əmlakı X8 adlı şəxsdən satın alarkən hazırki vəziyyəti ilə qəbul edib öz mülkiyyətinə keçirmiş, bununla da, həmin əmlakın mövcud vəziyyəti ilə razılaşdığını nümayiş etdirmişdir. İddiaçı öz iddia tələbinin digər əsası olaraq özünün xüsusi mülkiyyətində olan qeyriyaşayış binasına bitişik hissədə cavabdeh tərəfindən yeni sex binası inşa edilərkən ona məxsus tikilinin ərazisinə müdaxilə edildiyini, bununla da cavabdehin onun mənafeyinə toxunduğunu iddia etsə də, həmin xüsusatlar məhkəmə araşdırması zamanı təkzib olunmuş, iddiaçı isə öz iddia tələbinin əsası kimi istinad etdiyi dəlilləri təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə araşdırdığı faktlara məcmu halında və bir-biri ilə əlaqəli şəkildə qiymət verərək hesab edir ki, iddiaçının mülkiyyətində olan, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət resyestrindən Çıxarış sənədi və həmin tarixli **********20-06301 reyestr nömrəli Texniki Pasportda göstərilən, sahəsi 0,01028 hektar (102,8 kv.metr) olan qeyri-yaşayış binasına bitişik yeni sex binası inşa edilərkən qonşu tikilinin (iddiaçıya məxsus tikilinin) ərazisinə müdaxilə edildiyi, bununla da iddiaçının mənafeyinə toxunulduğu sübuta yetirilmədiyindən hazırki vəziyyətdə iddiaçının iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Həmin Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X11 Yanğın Nəzarəti İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, Oğuz rayon İcra Hakimiyyəti və Oğuz rayon Oğuz Bələdiyyəsi üçüncü şəxslər qismində cəlb edilməklə, cavabdehə qarşı özbaşına inşa edilmiş yarımçıq tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılması tələbi barədə iddiası həmin iddianın tələb hüququ olmayan şəxs tərəfindən verilmiş olması və iddia tələbi üzrə iddiaçının subyektiv hüququnun olmaması əsası ilə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyinə görə iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Eyni zamanda, məhkəmə iddia tələbinin təmin edilmədiyini, habelə, iş üzrə mütəxəssis rəyi verilməsi zərurətinin yaranma əsaslarını nəzərə almaqla, iddiaçı tərəfindən ödənilmiş 95 manat müayinə və tədqiqat xərcinin də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun özünə aid edilməsini qanunauyğun hesab edir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti X11 Yanğın Nəzarəti İdarəsi, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X4 Agentliyi, Oğuz rayon İcra Hakimiyyəti və Oğuz rayon Oğuz Bələdiyyəsi üçüncü şəxslər qismində cəlb edilməklə, Cavabdeh qarşı özünün mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasına bitişik, cavabdeh tərəfindən özbaşına inşa edilmiş yarımçıq tikilinin cavabdehin öz vəsaiti hesabına, 1,5 metr tikililər arası məsafə hissəsində sökülməsi və həmin hissədə torpaq sahəsinin boşaldılması tələbi barədə iddiası təmin edilməsin. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği, həmçinin, müayinə və tədqiqat üçün ödənilmiş 95 manat xidmət haqqı İddiaçı aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-356/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-356/2022
14.12.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver