Məhkəmə qərarları › İş №2(054)-359/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-359/2023

23.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-359/2023 23.06.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X16 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 235A (kod ********) saylı şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1968-ci ildə Oğuz rayonu Sincan kəndində anadan olmuşdur. xx.xx.1988-ci il tarixdə həmkəndlisi X2 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 1989-cu ildə Babək, 1990-cı ildə Günay, 1994-cü ildə Süsən adlı övladları doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə Oğuz rayon Sincan kəndində ona, ərinə və övladlarına 0,71 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 235A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərinə təqdim edilmişdir. Həyətyanı torpaq sahəsində yerləşən evə və torpaq sahəsinə dair çıxarış almaq üçün aidiyyəti orqana müraciət edərkən məlum olmuşdur ki, torpaq şəhadətnaməsində onun barəsində məlumat X7 qeyd edilmiş, yəni adı Ağgün deyil, Aygün yazılmışdır. Bu da mülkiyyətçi kimi onların hüquqlarının pozulmasına səbəb olur, çünki fərdi yaşayış evini və torpağı qeydiyyatdan keçirə bilmirlər. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirdi ki, ərizəçi Ağgül arvadıdır. Onunla xx.xx.1988-ci il tarixdə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan 3 övladı doğulmuşdur. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə Oğuz rayon Sincan kəndində ona, Ağgülə və övladlarına 0,71 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 235A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona təqdim edilmişdir. Həmin həyətyanı torpaq sahəsində tikilmiş evdə yaşayırlar, lakin ev qeydiyyatdan keçməyib. Evin sənədləşməsi zamanı müraciət edərkən məlum olub ki, şəhadətnamədə arvadının adı Ağgül əvəzinə Aygün yazılıb. Əslində ərizəçiyə o özü və yaxın qohum-əqrəba Ağca deyə müraciət edir. Şəhadətnamədə texniki səhv olaraq Aygün yazılıb. JN 235A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqətən ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X6 ərizəçi Ağgünün anası olduğunu bildirdi, digər şahid olan atasının izahatına uyğun izahat verdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA 11195646 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1968-ci il tarixdə Oğuz rayonu Sincan kəndində anadan olmuş, bu barədə Oğuz rayon Sincan kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1969-cu il tarixdə 02 nömrə ilə qeyd edilmiş, atası X17, anası X9r. İşə əlavə edilmiş nikah haqqında İV-JQ 379311 saylı şəhadətnamənin surətindən görünür ki, X2 və X15 xx.xx.1988-ci il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Sincan kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Məmmədov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında XİV-JQ 304514 saylı, XV-JQ 353566 saylı və XVİİ-JQ 468908 saylı şəhadətnaməlarin surətindən görünür ki,1989-cu il təvəllüdlü Babəkin, 1990-cı il təvəllüdlü Günayın və 1994-cü il təvəllüdlü Süsənin atası X2, anası Ərizəçidır. İşə əlavə edilmiş JN 235A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X1, X12, X5, X3 və X4 0,71 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Sincan kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 395 saylı arayışından görünür ki, JN 235A (kod ********) saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X7 yazılmış şəxs Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 66 saylı qərarına əsasən 0,71 ha həyətyanı torpaq sahəsi JN 235A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 235A (kod ********) saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş 0,71 ha torpağın mülkiyyətə verilməsinə dair JN 235A (kod ********) saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar