Məhkəmə qərarları › İş №2(054)-367/2024

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-367/2024

03.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-367/2024 03.06.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, iddiacı İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən hesablanmış 1650 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 30 may 2024-cü il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin həcminin dəqiqləşməsi barədə ərizə ilə abonent koduna işlənmiş 6480 kub.m (1620 manat) debitor borcun 216 kub.m, yəni 54 manatı saxlanılmaqla 6264 kub.m, 1566 manat hissədə silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Oğuz şəhəri Cavanşir küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi obyektdə işlətdiyi qazın dəyərini vaxtlı-vaxtında ödəmişdir. Yaxın vaxtlarda ona bildiriş təqdim olunarkən bilmişdir ki, cavabdeh təşkilat ona əsassız və qanunsuz olaraq 1650 manat debitor borc yazmışdır. halbuki həmin məbləğin ondan tələb eilməsi düzgün deyil. Belə ki, 16-17 dekabr 2023-cü il tarixlərdə işlətdiyi kafedə qaz xəttinin yerinin dəyişilməsi ilə bağlı qaynaq işi aparmış, ola bilsin ki, həmin vaxt sayğaca hansısa zərər dəymişdir. 20 dekabr 2023-cü ildə həmin sayğac dəyişilmiş, aktda sayğacın çıxış borusunda dəlik aşkar olunduğu qeyd edilmişdir. Buna baxmayaraq hesabat 90 gün üçün aparılmışdır. Buna görə iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. Adına ********** VÖEN açılmışdır və aktiv fəaliyyətdədir. Ərizəni təqdim edərkən aidiyyət qaydaları barədə məlumatı olmamışdır. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 85 saylı hesab-fakturadan və elektron çıxarışdan görünür ki, İddiaçı ********** VÖEN-lə Azərbaycan Respublikası Vergilər Nazirliyində qeydiyyatdan keçməklə hazırda aktiv fəaliyyətdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Həmin Məcəllənin 32.4-cü maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin 32.5-ci maddəsinə görə aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir (Həmin Məcəllənin 32.6-cı maddəsi). Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. (Həmin Məcəllənin 32.7-ci maddəsi). Hazırki iş üzrə tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərdən keçirilərkən müəyyən edildi ki, İddiaçı vergi ödəyicisi, cavabdeh isə hüquqi şəxs olmaqla onların arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olub iddiaya baxılması MPM-in hazırda qüvvədə olan 30-cu maddəsinin tələbləri nəzərə alınmaqla kommersiya məhkəməsinin səlahiyyətinə aid olduğundan iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 267-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Şəki Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Oğuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar