Məhkəmə qərarları › İş №2(054)-369/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-369/2023

29.09.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-369/2023 29.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi ((maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2, Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 29 sentyabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2) oğlu-xx.xx.1986-cı ildə anadan olmuş Maraqlı şəxs1 və qızı -xx.xx.1992-ci ildə anadan olmuş Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 səhhətlərinə görə məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1965-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur, hazırda Oğuz rayon Padar kəndində qeydiyyatda olmaqla yaşayır. Oğlu Maraqlı şəxs1 xx.xx.1986-cı idə, qızı Maraqlı şəxs2 xx.xx.1992-ci ildə doğulmuşdur. Anar “əqli gerilik, ağır dərəcəli” diaqnozu ilə, Nazilə isə “uşaq serebral iflici, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə Oğuz MRX poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatında olmaqla 1-ci dərəcəli əlildirlər. Anar xəstəliyinə görə hər ay 220 manat müavinət, Nazilə 270 manat müavinət, 200 manat Prezident təqaüdü alır. Anar və Nazilə xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildirlər. Onlara təqaüd təyin edilsə də, üzərlərində qəyyumluq müəyyən edilmədiyindən hüquqlarının qorunmasında çətinlik yaranır. Bunun üçün isə Anarın və Nazilənin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz olması müəyyən edilməlidir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Humayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X3 məhkəmə iclasında bildirdi ki, iş materiallarında olan sənədlərdən, o cümlədən aparılmış ekspertizanın nəticələrinə dair rəydən göründüyü kimi Maraqlı şəxs1 və Maraqlı şəxs2 psixi xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Hər iki şəxs məhz həmin xəstəlik səbəbli müddətsiz 1ci qrup əlil hesab edilmişlər. Qanunamüvafiq çıxarılacaq qərara etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçini və Komissiyanın nümayəndəsini dinləyərək iş materiallarını araşdırmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin 2(054)-369/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmış və mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 publik hüquqi şəxsi X5 şöbəsinə göndərilmişdir. Sözügedən iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1965-ci ildə Azərbaycan Respublikası Mingəçevir şəhərində anadan olmuş, yaşayış yeri Oğuz rayon Padar kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1986-cı ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1992-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında Xİ-JQ 399546 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, bu barədə Mingəçevir şəhər VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cı ildə 1071 nömrə ilə qeyd edilmiş, atası X4, anası Ərizəçidır. İşə əlavə edilmiş doğum haqqında XVİ-JQ 430324 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, bu barədə Mingəçevir şəhər VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1992-ci ildə 738 nömrə ilə qeyd edilmiş, atası X4, anası Ərizəçidır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” X9 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-Y-3xx-xx/2023 saylı arayışından görünür ki, Oğuz rayon Padar kənd sakini, 1986-cı il təvəllüdlü Maraqlı şəxs1 xəstəliyə görə 1-ci qrul əlil olmaqla Oğuz MRX poliklinika şöbəsinin “Ruhi əsəb” kabinetində 2003-cü il tarixdən “əqli gerilik, ağır dərəcəli” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” X9 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-Y-3xx-xx/2023 saylı arayışından görünür ki, Oğuz rayon Padar kənd sakini, 1992-ci il təvəllüdlü Maraqlı şəxs2 xəstəliyə görə 1-ci qrul əlil olmaqla Oğuz MRX poliklinika şöbəsinin “Ruhi əsəb” kabinetində “uşaq serebral iflici, ağır dərəcəli əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X9 1 saylı Şəki-Zaqatala Regional filialının (Qəbələ-Oğuz) işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Y-90934/2023 saylı arayışından görünür ki, Maraqlı şəxs1 orqanizmin funksiyalarını 61-80 faiz itirdiyinə görə hər ay 220 manat müavinət alır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X9 1 saylı Şəki-Zaqatala Regional filialının (Qəbələ-Oğuz) işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-Y-90929/2023 saylı arayışından görünür ki, Maraqlı şəxs2 orqanizmin funksiyalarını 81-100 faiz itirdiyinə görə hər ay 270 manat müavinət və 200 manat Prezident təqaüdü alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X2” X9 X5 Şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 490 saylı rəyindən görünür ki, Maraqlı şəxs1 yüngül dərəcəli kəmağılıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyinə görə öz hərəkətlərini tam idarə etmək qabiliyyətində olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X2” X9 X5 Şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 491 saylı rəyindən görünür ki, Maraqlı şəxs2 keçirdiyi ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1986-cı il təvəllüdlü Maraqlı şəxs1 məhkəmə psixiatrik ekspertizası keçirilərkən Maraqlı şəxs1 yüngül dərəcəli kəmağılıq (ifadə olunmuş debillik səviyyəsində), davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F70.1 xəstəliyinə görə öz hərəkətlərini tam idarə etmək qabiliyyətində olmadığı, buna görə də psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu nəticəsinə gəlmiş və Maraqlı şəxs1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi barədə xx.xx.2023-cü il tarixli, 490 saylı rəy verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, xx.xx.1992-ci il təvəllüdlü Maraqlı şəxs2 məhkəmə psixiatrik ekspertizası keçirilərkən Maraqlı şəxs2 keçirdiyi ağır dərəcəli əqli gerilik, uşaq serebral iflicinin qalıq əlamətləri, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F72.1 xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və hərəkətlərini idarə etmək qabiliyyətində olmadığı, buna görə də psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu nəticəsinə gəlmiş və Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2023-cü il tarixli, 491 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Maraqlı şəxs1 və Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş Maraqlı şəxs1 və xx.xx.1992-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş Maraqlı şəxs2 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilsinlər. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar