Məhkəmə qərarları › İş №2(054)-37/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-37/2023

23.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-37/2023 23.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (maraqlı şəxs) qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 70 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 151 (kod ********) saylı Dövlət aktının onlara və mərhum X16 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, Ərizəçi5 məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1951-ci ildə Oğuz rayonu Qarabulaq kəndində anadan olmuşdur. xx.xx.1970-ci ildə Oğuz rayon sakini X24 ilə rəsmi nikahla ailə qurmuşdur. Ərizəçi2 qızı, Ərizəçi3 onun əri, Elmin və Məhbubə onların övladlarıdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 70 saylı qərarı ilə Oğuz rayonu Böyük Söyüdlü kəndində ona, ərinə, qızı Ruqiyyə, kürəkəni Namiq, nəvələri Elmin və Məhbubəyə 7,51 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 151 (kod ********) saylı Dövlət aktı əri Abzara təqdim edilmişdir. Torpaqla bağlı subsidiya alınarkən məlum olmuşdur ki, dövlət aktında əri Abzar barədə məlumatlar texniki səhv olaraq X10, onun soyadı Hacıəliyeva, qızı Ruqiyyə barədə məlumatlar X8, kürəkəninin və nəvələrinin soyadı Hacıəliyev, kürəkəninin ata adı Mütəllif kimi yazılmışdır. X1 2019-cu ildə ailə qurmuş, ərinin soyadı olan Kərimova soyadını qəbul etmişdir. Məhbubə hal-hazırda Rusiya Federasiyasında yaşayır. X48 xx.xx.2014-cü ildə ölmüşdür. Maraqlı şəxsin Ərizəçi3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********43 saylı məktubu ilə sənədin şəxsə məxsus olması barədə ərizə ilə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər ərizəçilər Ərizəçi1 izahatını təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdilər. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1951-ci il tarixdə Oğuz rayon Qarabulaq kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Böyük Söyüdlü kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1974-cü il tarixdə Oğuz rayon Bala Söyüdlü kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Böyük Söyüdlü kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1971-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 xx.xx.1996-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2022-ci il tarixli, 181/12 saylı arayışından görünür ki, X21 xx.xx.1951-ci ildə Oğuz rayon Qarabulaq kəndində anadan olmuş, bu barədə xx.xx.1952-ci il tarixdə Oğuz rayon Böyük Söyüdlü kənd sovetində doğum haqqında akt qeydləri kitabında 09 nömrə qeyd olunmuşdur. X7, anası X22r. İşə əlavə edilmiş evlənmək haqqında İ-İE 358415 saylı şəhadətnamənin surətindən görünür ki, X25 və X21 xx.xx.1970-ci ildə nikah bağlamış, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd sovetində vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 10 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Hacalıyev soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında İİ-JQ 427259 saylı şəhadətnamənin surətindən görünür ki,X23 xx.xx.1974-cü ildə Oğuz rayon Bala Söyüdlü kəndində anadan olmuş, bu barədə Oğuz rayon Bala Söyüdlü kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1974-cü ildə 37 nömrə ilə qeyd edilmiş, atası X25, anası Ərizəçi1dır. İşə əlavə edilmiş doğum haqqında AZ-1953722 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 Mutalif oğlu xx.xx.1971-ci ildə Oğuz rayon Vladimirovka kəndində anadan olmuş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1971-ci ildə 15 nömrə ilə qeyd edilmiş, atası X11, anası X12r. İşə əlavə edilmiş nigahın bağlanması haqqında V-JQ 459783 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 Mutallif oğlu və X18 xx.xx.1994-cü il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd sovetində nigahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 10 nömrə ilə qeyd edilmiş, nigah bağlandıqdan sonra ər-arvada İbrahimov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında Vİİ-JQ 433840 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1995-ci ildə Oğuz rayonu Böyük Söyüdlü kəndində anadan olmuş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1995-ci ildə 45 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi3 Mütəllif oğlu, anası Ərizəçi2 Abuzər qızıdır. İşə əlavə edilmiş doğum haqqında AZ-T 105488 saylı şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1996-cı ildə Oğuz rayonu Böyük Söyüdlü kəndində anadan olmuş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1996-cı ildə 42 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi3 Mütəllif oğlu, anası Ərizəçi2 Abuzər qızıdır. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 276378 saylı şəhadətnamənin surətindən görünür ki, X29 və X17 xx.xx.2019-cu il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ər-arvada Kərimov soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş ölüm haqqında xx.xx.2022-ci il tarixli, 77/12 saylı arayışından görünür ki, X25 xx.xx.2014-cü ildə ölmüş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş JN 151 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 70 saylı qərarı ilə X4, X9, X3, X5, X19 və X6 7,51 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Böyük Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022ci il tarixli, 10/25-397 saylı arayışından görünür ki, JN 151 (kod ********) saylı dövlət aktında texniki səhv olaraq X13, X20, X8, X14, X26 və X2 yazılmış şəxslər X25, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Kərimova (İbrahimova) Məhbubə Namiq qızıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 70 saylı qərarına əsasən 7,51 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 151 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə həqiqətən ərizəçilərə və onların ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 151 (kod ********) saylı dövlət aktının mərhum X16, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Kərimova (İbrahimova) Məhbubə Namiq qızına məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 70 saylı qərarı ilə verilmiş 7,51 ha torpağa mülkiyyət hüququna dair JN 151 (kod ********) saylı dövlət aktının mərhum X16, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Kərimova (İbrahimova) Məhbubə Namiq qızına məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar