Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-379/2025 19.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Musayev Kamran İbrahim oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuşdur. Onun xx.xx.1980-ci il tarixdə anadan olmuş qardaşı Maraqlı şəxs Oğuz RMX-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F73 çox ağır dərəcə əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. Xəstəliyə görə İ qrup əlildir. Maraqlı şəxs DSMF Oğuz rayon Şöbəsindən İ qrup əlil kimi müddətsiz pensiya alır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, ona təyin edilmiş diaqnoz qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, özünə qulluq qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyac vardır. Xəstəliyinin diaqnozu Oliqofreniya səviyyəsidir. Maraqlı şəxs anadan olandan xəstə olmaqla onların himayəsindədir. O, öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Hazırda Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan sayılması zərurəti yaranmışdır. Onun fəaliyyət qabiliyyəti olmayan sayılması isə yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 Ramin Vidadi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan Vİİ-ЖГ 283855 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1980-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd XD sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1980-ci ildə 108 nömrə ilə qeyd edilmiş, atası Məhiyev Vidadi oğlu, anası X4r. İş materiallarında olan Vİİ-ЖГ 452532 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd XD sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci ildə 26 nömrə ilə qeyd edilmiş, atası Məhiyev Vidadi oğlu, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli elektron məlumatın işə əlavə edilmiş surətindən görünür ki, Maraqlı şəxs ümumi xəstəlik səbəbli müddətsiz birinci dərəcəli əlilliyi olan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 18-1-64/2-M-340-31-294/2025 saylı arayışından görünür ki, xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs Oğuz MRX poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “F73 Çox ağır dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır və xəstəliyə görə İ qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 740 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs xx.xx.1980-ci il təvəllüdlü təvəllüdlü Maraqlı şəxs “dərin əqli gerilik” aşkar olunmuşdur. Yoxlanılan şəxs Maraqlı şəxs öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə şüurlu rəhbərlik edə bilmək iqtidarında deyildir. Yoxlanılan şəxs Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs “dərin əqli gerilik” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 740 saylı rəyinə əsasən Maraqlı şəxs öz hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə şüurlu rəhbərlik edə bilmək iqtidarında deyildir. Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə ərizəçi X3 onun atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, Maraqlı şəxs öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1980-ci il təvəllüdlü təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1980-ci il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №2(054)-379/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-379/2025
19.12.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver