Məhkəmə qərarları › İş №2(054)-387/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-387/2023

20.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-387/2023 20.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X51 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun, 3-cü şəxs X8 iştirakı ilə, İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və X15 qarşı vərəsəlik şəhadətnaməsinin, çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair mülki işə 20 noyabr 2023-ci il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) cavabdeh Oğuz rayon Notariat ofisinə (cavabdeh), 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və X15 (3-cü şəxslər) qarşı Oğuz rayon Bayan kəndində yerləşən, mərhum valideynlərindən miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinə 3-cü şəxs X8 adına olan qanun üzrə vərəsəlik hüququ haqqında 30 iyul 2021-ci il tarixli şəhadətnamənin, həmin şəhadətnamə əsasında X8 adına hazırlanmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Məhkəmə icraatı gedişində X9, X16, X24, X33, X28, X41 və X19 3-cü şəxs (3-cü şəxslər) qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaşı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir.Cavabdeh Oğuz rayon Notariat ofisi məhkəməyə ünvanladığı məktublarla iş yükünün çoxluğunu nəzərə alaraq işə iştirakları olmadan baxılmasını xahiş etmiş, 3-cü şəxs 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Digər 3-cü şəxslər də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, xx.xx.1974-cü ildə Oğuz rayon Bayan kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayır. 1-ci Qarabağ müharibəsi əlilidir. Dövlət tərəfindən ona atasından miras qalmış evin həyətyanı torpaq sahəsində ev tikilməsi üşüm sənədlər hazırlanan zaman məlum olmuşdur ki, qardaşı X25 yaşamadığı halda öz adına həmin evə və evin yerləşdiyi torpaq sahəsinə hüquqlarını qeydiyyata aldıraraq çıxarış almışdır. Bu məsələdən nə onun, nə də digər bacı-qardaşlarının xəbəri və razılığı olmamışdır.Cavabdeh gizli olaraq saxta sənədlər əsasında əmlaka yiyələnməklə onun mülkiyyət və vərəsəlik hüququnu pozmuşdur. Həmin şəxs ona həyətdə ev tikilməsinə də icazə vermir.Onun və digər vərəsələrin razılıq ərizələri saxtadır, həmin ərizələrə imza etməyiblər. Çingizlə heç bir razılıq ola bilməz. İddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bildirmişdir ki, iddiaçı və 3-cü şəxs Çingiz qardaş olmaqla ailədə 9 uşaqdırlar. İddiaçının ata-anasına və qardaşı Ayaza torpaq islahatı zamanı 0,25 ha həyətyanı torpaq sahəsi verilib. Ata 2004-cü ildə, ana 2008-ci ildə vəfat edib.Torpaq sahəsinə üzərindəki yaşayış evi ilə birgə xx.xx.2009-cu ildə iddiaçının atası X20 adına çıxarış verilib. Həmin əmlaka dair 30 iyul 2021-ci ildə Oğuz rayonu notariat ofisi tərəfindən X8 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilib. Həmin şəhadətnamə əsasında Çingiz Abdulxalıqovun adına xx.xx.2021-ci il tarixdə çıxarış və texniki pasport verilmişdir. Notariat ofisinin digər vərəsələrin razılığı olmadan miras əmlaka bütünlükdə Çingizi vərəsə tanıması qanunsuzdur, çünki əmlakda iddiaçının anasının payının hansı əsasla ərinin adına keçməsi barədə sənəd mövcud deyil. Bundan başqa digər vərəsələr atalarının payının ananın üzərinə keçməsini istəyiblər. Miras əmlakın Çingizin adına keçməsinə razılıq olmayıb. Bu məsələ tam araşdırılmadan vərəsəliyin müəyyən edilməsi mümkün deyildi. Çıxarışın ləğv edilməsi tələbi ilə inzibati məhkəməyə müraciət etmişlər, lakin məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış, iddiaçıya çıxarışın verilməsinə əsas olmuş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin mülki qaydada mübahisələndirilməsi barədə iddia tələbi ilə aidiyyəti məhkəməyə müraciət etməsi izah edilmişdir. Mülki işdə tərəf olan qardaşlar arasında barışığın olması üçün iddiaçının razılığının alınması lazımdır. İddiaçı isə buna razı deyil. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs X25 izahat verərək bildirmişdir ki, ata evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi 1998-ci ildə atasının, anası Gülçöhrənin və qardaşı Ayazın mülkiyyətinə verilib.Ev atasının adına olub. Elşən də daxil olmaqla digər bacı-qardaşlar atadan qalmış mirası qəbul etməyib, bununla bağlı ərizələr təqdim ediblər. Ayaz isə hətta özünə məxsus olan torpağı da ona verib. Sənədlər qanuni şəkildə tərtib edilib.Qardaşı Elşən 1-ci Qarabağ müharibəsi əlilidir. Ona 12 sot torpaq sahəsi verilib, lakin ora getməkdən imtina edib. Buna görə ona həyətdən 5 sot torpaq sahəsi verib, dövlət orada ev tikib təhvil verib, orada yaşayır. Qaz, işıq və suyun çəkilməsinə ona kömək edib.Evin kənardan çəkilmiş şəkillərini məhkəməyə təqdim edib. İddiaçı ilə normal münasibət qurmaq mümkün deyil, çünki qardaşı əsəbi olduğundan onunla danışmaq olmur, dərhal dalaşır. Sənədləri qaydasında olsa da ona müəyyən məbləğdə maddi yardım etmək istəyir, lakin qardaşı 5000 manat pul tələb edir, buna isə maddi imkanı yoxdur.İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs X33 izahat verərək bildirmişdir ki, Bayan kəndində torpaq islahatı keçirilərkən atasına, anasına və ona 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin üzərində yerləşən ev atasının adına olmuş, atası öldükdən sonra bütün varislər mirasdan imtina etmişlər. Torpaq sahəsinin ona aid hissəsini öz razılığı ilə qardaşı Çingiz Abdulxalıqova vermişdir. Hazırda da qardaşının adına verilmiş əmlak və bununla bağlı sənədlərə etirazı yoxdur. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında 3-cü şəxs X9 bildirmişdir ki,18 il Türkmənistan Respublikasında yaşayıb.2002-ci ildə qayıdıb. 2004-cü ildə atası Allahyar Abdulxalıqov, 2008-ci ildə anası Abdulxalıqova Gülçöhrə vəfat edib. Anası deyib ki, evi onun adına keçirsinlər. Notariusa buna görə gediblər. Bütün övladlar fikirləşib ki, anaları evi kimə istəyir, ona da versin. Elşən həmin evdə yaşayıb. Sonrakı mərhələdən xəbəri olmayıb. Hazırda heç nə istəmir, mirası da qəbul etməyib. Qardaşlarının razılaşmasını istəyir.Qanuni qərar çıxarılmasını xahiş etmişdir. X28 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, insititut bitirib. 1997-ci ilədək kursa gedib. 2001-2003-cü ildə Oğuz rayon Qarabulaq kəndində, ondan sonra və hal-hazıradək İsmayıllıda işləyib. 2007-ci ildə Çingiz gəlib onlara ərizə yazdırıb. Ərizənin yazılması sənədlərin Çingizin adına yazılması üçün əsas deyil. Elşən evin kiçiyidir. Onunla birgə payını istəyir. İddianın təmin olunmasını xahiş etmişdir. X41 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1995-ci ildə ailə qurub Oğuz rayon Yemişənli kəndinə köçüb, hazırda orda yaşayır. İşləmir.Payını istəyir.İddianın təmin edilməsini xahiş etmişdir. X19 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 1986-cı ildə ərə gedib. 5 il ərdə olub. 1990-cı ildə ata yurduna qayıdıb.2008-ci ildə Bayanda başqa ev tikib, köçüb. 2007-ci ildə ərizəni analarının adına keçməsi üçün yazıblar. Çingizin heç bir əziyyəti olmayıb. Ata-anasına özü baxıb. Yurddan payını istəyir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X16 və X24 dəfələrlə dəvət edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişlər. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini, 3-cü şəxsi dinləyib işdə olan sənədləri nəzərdən keçirməklə iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü ildə Vartaşen rayonu Bayan kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Bayan kəndidir. Şəki İnzibati Məhkəməsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 2-1(116)- 463/2022 saylı qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı X8 adına hazırlanmış çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İ 077124 saylı şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2004-cü ildə Oğuz rayon Bayan kəndində ölmüş, bu barədə Oğuz rayon VVADQ şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2004-cü il tarixdə 21 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İ 337504 saylı şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2008-ci ildə Oğuz rayon Bayan kəndində ölmüş, bu barədə Oğuz rayon Bayan kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Notariat ofisinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 243 saylı məktubu ilə məhkəməyə daxil olmuş vərəsəlik işində olan qanun üzrə vərəsəlik hüququ haqqında 30 iyul 2021-ci il tarixli şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş X20 vərəsəsi-oğlu X25 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Oğuz rayonu Bayan kəndində yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 81,9 kv.m olan fərdi yaşayış evindən tam hissədə pay almalıdır. X1, X11, X6, X2, X12, İddiaçı, X7 və X21 vərəsəlik işinə əlavə edilmiş ərizələrindən (2007,2008 və 2021-ci il tarixli) görünür ki, vərəsələr X13 qalmış miras əmlakı qəbul etmədiklərini, gələcəkdə həmin əmlaka iddiaçı olmadıqlarını bildirmişlər. Qeyd edilən məktubdan görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X10 barəsində vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-21-3-42/2-4198/2023 saylı məktubu ilə məhkəməyə daxil olmuş torpağın mülkiyyətə verilməsinə dair JN 313F (Kod ********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 nömrəli qərarı ilə Oğuz rayonu Bayan kənd sakinləri X22, X4 və X26 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Bayan kənd İƏD üzrə nümayəndəsinin həmin məktuba əlavə edilmiş X3 adına verilmiş xx.xx.2008-ci il tarixli, 758 saylı arayışının surətindən görünür ki, nümayəndəliyin 3 nömrəli təsərrüfatbaşına kitabının 158-ci səhifəsinə əsasən X17 adına 0,25 ha həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 1960-cı ildə tikilmiş, 0,72 kv.m sahəsi olan 2 otaqlı yaşayış evi vardır. Həmin ev barəsində məhkəmə mübahisəsi, həbs, qadağa yoxdur. Həmin məktuba əlavə edilmiş MH seriyalı, ******* saylı, xx.xx.2009-cu il tarixli, **********97- 10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, aprel 1976-cı il və xx.xx.2009-cu il tarixli texniki pasportların surətindən görünür ki, Oğuz rayon Bayan kəndində 1968-ci ildə tikilmiş, sənəd üzrə 0,25 ha, faktiki 0,2976 ha sahədə yerləşən 1 mərtəbəli, 2 otaqlı, 48,1 kv.m yaşayış, 33,8 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X20 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. Oğuz rayon İHB Bayan kənd İƏD üzrə nümayəndəsinin həmin məktuba əlavə edilmiş vərəslik haqqında xx.xx.2009-cu il tarixli, 09 saylı arayışının surətindən görünür ki, xx.xx.2004-cü ildə vəfat etmiş X17 və xx.xx.2008-ci ildə vəfat etmiş X3 vərəsələri X25, X9, X24, X23, X14, X27, X33, İddiaçı və X5 ibarətdir. Həmin məktuba əlavə edilmiş 11 və 12 noyabr 2008-ci il tarixli 9 ədəd ərizənin surətindən görünür ki, qeyd edilən vərəsələr Oğuz rayonu Bayan kəndində yerləşən yaşayış evinin ataları X17 adına sənədləşdirilməsinə etiraz etmədiklərini bildirmişlər. Mülki işə əlavə edilmiş hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, **********97-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın, xx.xx.2021-ci il tarixli,405-48/10 inventar nömrəli texniki pasportun surətindən görünür ki, Oğuz rayon Bayan kəndində 1968-ci ildə tikilmiş, sənəd üzrə 0,25 ha, faktiki 0,2976 ha sahədə yerləşən 81,9 kv.m ölçüdə fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə hüquq sahibi X18 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının xx.xx.2000-ci il tarixdən qüvvəyə minmiş Mülki Məcəlləsinin 1133.1ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Yenə həmin Məcəllənin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr arasından başqa şəxslərin xeyrinə imtina edə bilər. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 45-ci maddəsinə əsasən notariuslar və müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda notariat qaydasında təsdiq edilməli olan əqdləri və tərəflərin arzusu ilə digər əqdləri təsdiq edirlər. Notariuslar və müvafiq icra hakimiyyəti orqanları təsdiq etdikləri əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdırlar. Həmin Qanunun 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Həmin Qanunun 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır. Həmin Qanunun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı və 3-cü şəxs Çingiz Abdulxalıqov qardaş olmaqla əlavə 7 bacı-qardaşları vardır. Onların atasına, anasına və qardaşlardan biri olan Ayaz Abdulxalıqova torpaq islahatı zamanı mülkiyyətlərinə 0,25 ha həyətyanı torpaq sahəsi və buna uyğun şəhadətnamə verilmişdir. Bundan əlavə həmin torpaqda yerləşən, 1968-ci ildə tikilmiş fərdi yaşayış evinə atanın adına ilk dəfə 1976-cı ildə texniki pasport tərtib edilmişdir. Ata-X34 xx.xx.2004-cü ildə, ana- X10 xx.xx.2008-ci ildə vəfat etmişlər. Ananın barəsində vərəsəlik işi açılmamışdır. Çingiz Abdulxalıqov istisna olmaqla digər vərəsələr notarial qaydada təsdiq edilmiş ərizələrlə atanın adına olan miras əmlakı qəbul etmədiklərini, gələcəkdə iddiaçı olmayacaqlarını, habelə yaşayış evinin atanın adına qeydə alınmasına etiraz etmədiklərini bildirmişlər. Buna uyğun olaraq xx.xx.2009-cu ildə fərdi yaşayış evi və torpaq sahəsi bütünlükdə Allahyar Abduxalıqovun adına rəsmiləşdirilməklə çıxarış verilmişdir. Çingiz Abdulxalıqovun notariat ofisinə ünvanlanmış 30 iyul 2021-ci il tarixli ərizəsinə əsasən Oğuz rayon Notariat ofisi tərəfindən Çingiz Abdulxalıqov mərhum Allahyar Abduxalıqovun vərəsəsi kimi tanınmış, adına həmin tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Həmin şəhadətnaməyə əsasən onun hüquqları xx.xx.2021-ci ildə tanınaraq adına qeyd edilən əmlakla bağlı çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir. Məhkəmə icraatı zamanı 3-cü şəxs kimi məhkəməyə dəvət edilmiş Ayaz Abdulxalıqov 0,25 ha həyətyanı torpaq sahəsindən ona düşən payı könüllü şəkildə qardaşı Çingiz Abdulxalıqova verdiyini bildirmişdir. Göründüyü kimi vərəsələr atadan qalan miras payı qəbul etmədiklərini bildirmiş, ananın payına isə vərəsəliyin müəyyən olunmasını tələb etməmişlər. Nəticədə notariat ofisi tərəfindən qeyd edilən şəhadətnamə tərtib edilmişdir. İddiaçı tələbinin təmin edilməsi ilə bağlı sübutlarını təqdim edə bilməmiş, məhkəməyə cəlb edilmiş 3-cü şəxslər də mötəbər sübutlarla çıxış edə bilməmişlər. Buna görə də məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin “hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir” müddəası nəzərə alınmaqla iddia tələbi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsinə dair hissədə təmin edilməməlidir.İddia tələbinin ikinci hissəsinin taleyi birinci hissəyə bağlı olduğundan məhkəmə həmin hissənin də təmin edilməməsi nəticəsinə gəlir. “İnsan Hüquqlarının və X40 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh Oğuz rayon Notariat ofisinə, 3-cü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə və X15 (digər 3-cü şəxslər X9, X16, X24, X33, X28, X41 və X19) qarşı Oğuz rayon Bayan kəndində yerləşən, mərhum valideynlərindən miras qalmış yaşayış evinə və həmin evin yerləşdiyi 0,25 ha həyətyanı torpaq sahəsinə 3-cü şəxs X8 adına olan qanun üzrə vərəsəlik hüququ haqqında 30 iyul 2021-ci il tarixli şəhadətnamənin, həmin şəhadətnamə əsasında X8 adına hazırlanmış xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın və texniki pasportun ləğv edilməsi tələbinə dair iddiası təmin edilməsin. 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar