Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-398/2022 03.10.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə müraciət edərək xx.xx.1998-ci il tarixli JN 0060 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Ərizəçilər öz tələblərini onunla əsaslandırmışlar ki, Ərizəçi1 xx.xx.1930-cu il tarixdə Oğuz rayonu Zərrab kəndində anadan olmuşdur, hazırda da həmin kənddə yaşayır. Onun şəxsiyyət vəsiqəsində və özünə məxsus sənədlərində soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. Digər Ərizəçi2 xx.xx.1956-cı il tarixdə Xaldan rayonu Yenicə kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Zərrab kəndində yaşayır. Ərizəçilər xx.xx.1981ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmiş və Ərizəçi2 ərinin soyadına uyğun olaraq “Əliyeva” soyadını qəbul etmişdir. Nikaha daxil olanadək isə onun soyadı “Mahmudova” olmuşdur. Hazırki vəziyyətdə onun şəxsiyyət vəsiqəsində və özünə məxsus olan digər sənədlərində soyadı, adı və ata adı Əliyeva (Mahmudova) Gülxanım Baba qızı kimi qeyd edilmişdir. Buna baxmayaraq Oğuz rayonu Zərrab kəndi ərazisində yerləşən, islahat zamanı onların ailə üzvlərinin mülkiyyətinə verilmiş 5,37 hektar həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli JN 0060 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında Ərizəçi1 ata adı “Məhəmməd” əvəzinə səhvən “Məmməd” kimi, digər Ərizəçi2 isə adı “Gülxanım” əvəzinə səhvən “Xanım” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş edilməsi və həmin Dövlət Aktının onlara məxsus olması faktını təsdiq edən sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Hazırda həmin sənədin onlara məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də qeyd olunan hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər. Ərizəçi1 öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənəddə ata adının düzgün qeyd edilməməsi onun həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə və mülkiyyət sənədi əldə etməsinə maneçilik törədir. Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında düzəliş edilərək sənədin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanda sənədə düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Digər Ərizəçi2 da öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin, eyni zamanda, Ərizəçi1 izahatının məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənəddə onun adı “Gülxanım” əvəzinə səhvən “Xanım” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, Ərizəçi1 adına verilmiş xx.xx.1948-ci il tarixli ИЕ 202718 nömrəli doğum haqqında şəhadətnamənin, xx.xx.1981-ci il tarixli İİ ЖГ 373234 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və xx.xx.2005-ci il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, o, xx.xx.1930-cu il tarixdə Oğuz rayonu Zərrab kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Həmin sənədlərdə ərizəçinin soyadı, adı və ata adı Ərizəçi1 kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, Ərizəçi2 adına verilmiş xx.xx.2022-ci il tarixli AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin və xx.xx.1981-ci il tarixli İİ ЖГ 373234 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətlərindən müəyyən edilir ki, o, xx.xx.1956-cı il tarixdə Xaldan rayonu Yenicə kəndində kəndində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Zərrab kəndində yaşayır. Həmin sənədlərdə ərizəçinin soyadı, adı və ata adı Əliyeva (Mahmudova) Gülxanım Baba qızı kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1998-ci il tarixli JN 0060 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 03 nömrəli qərarı ilə ərizəçilərin və ailə üzvlərinin mülkiyyətinə verilmiş 5,37 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Dövlət Aktında Ərizəçi1 ata adı “Məmməd” kimi, Ərizəçi2 isə adı “Xanım” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Yaqublu İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 176 nömrəli arayışda qeyd edilmişdir ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənəddə texniki səhv olaraq Ərizəçi1 ata adı “Məmməd” kimi, Ərizəçi2 isə adı “Xanım” kimi yazılmışdır. Həmin nümayəndəliyin ərazisində Ərizəçi1 Məmməd oğlu və X1 adlı şəxslər yaşamırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********88 nömrəli müracətə cavab məktubundan görünür ki, Ərizəçi1 hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənəddə düzəliş edilərək sənədin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq orqana müraciət etmiş, lakin həmin orqanda sənədə düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçilərin ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Zərrab kəndi ərazisində yerləşən 5,37 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə Ərizəçi1 ata adı, digər Ərizəçi2 isə adı texniki səhvlərlə yazılmışdır. Hazırda ərizəçilər həmin hüquqmüəyyənedici sənədin onlara məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənəddə Ərizəçi1 ata adının, digər Ərizəçi2 isə adının düzgün qeyd edilməməsi onların həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirmələrinə maneçilik törədir. Hazırki vəziyyətdə həmin hüquqmüəyyənedici sənəddə düzəliş edilməsi, eyni zamanda, ərizəçilərin bu sənədin onlara məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədin ərizəçilərə məxsus olduğu, lakin həmin sənəddə Ərizəçi1 ata adının, digər Ərizəçi2 isə adının düzgün qeyd edilmədiyi iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından qeyd olunan hüquqmüəyyənedici sənəddə ərizəçilərə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Oğuz rayonu Zərrab kəndi ərazisində yerləşən 5,37 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1998-ci il tarixli JN 0060 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-398/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-398/2022
03.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver