Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-406/2023 27.07.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X20 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 vəkili, Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 27 iyul 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 168F (kod ********) saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi1 və Ərizəçi2 vəkili və Ərizəçi2 nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, Ərizəçi1 xx.xx.1956-cı ildə Oğuz rayonu Muxas kəndində anadan olmuşdur. X8 ilə xx.xx.1974-cü il tarixli birgə nikahından Seymur, Anar Zabit, Səyavuş, o cümlədən xx.xx.1990-cı ildə Abit adlı oğlu doğulub. Nikaha daxil olarkən soyadını dəyişməyib. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə Oğuz rayonu, Muxas kəndində ona, ərinə və övladlarına 0,25 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 168F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərinə təqdim edilmişdir. Həyətyanı torpaq sahəsində yerləşən evə dair çıxarış almaq üçün aidiyyəti orqana müraciət edərkən ərizəçilərə məlum olmuşdur ki, torpaq şəhadətnaməsində Soğat barəsində məlumat X3, Abitin adı isə Abid kimi qeyd edilmişdir. Bu da mülkiyyətçi kimi onların hüquqlarının pozulmasına səbəb olur, çünki fərdi yaşayış evini qeydiyyatdan keçirə bilmirlər.Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçilərin vəkili və Ərizəçi2 nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1956-cı ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-cı ildə Azərbaycan Respublikası Vartaşen rayonu Muxas kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Muxas kəndidir. İşə əlavə edilmiş doğum haqqında İJ 303036 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1956-cı ildə Oğuz rayonu Muxas kəndində anadan olmuş, bu barədə Oğuz rayon Muxas kənd sovetində vətəndaşlıq aktlarının doğum kitabında xx.xx.1956-cı ildə 2 nömrə ilə qeyd edilmiş, atası X4, anası X1r. İşə əlavə edilmiş evlənmək haqqında AZ 226123 saylı şəhadətnamənin surətindən görünür ki, X8 və Ərizəçi1 Bayraməli qızı xx.xx.1974-cü il tarixdə evlənmiş, bu barədə Vartaşen rayon Muxas kənd sovetində vətəndaşlıq vəziyyəti aktları kitabında həmin tarixdə 8 nömrə ilə qeyd edilmiş, evlənmə qeyd ediləndən sonra kişiyə Mərdanov, arvada Feyzullayeva familiyası verilmişdir. İşə əlavə edilmiş doğum haqqında İİİ-JQ 364871 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1975-ci ildə Vartaşen rayon Muxas kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Muxas kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1975-ci ildə 23 nömrə ilə qeyd edilmiş, atası X8, anası Ərizəçi1 Bayraməli qızıdır. İşə əlavə edilmiş doğum haqqında XV-JQ 353421 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1990-cı ildə Vartaşen rayon Muxas kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Muxas kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı ildə 57 nömrə ilə qeyd edilmiş, atası X8, anası Ərizəçi1dır. İşə əlavə edilmiş JN 168F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə X5, X2, X9, X14, X10, X7 və X15 0,25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 192771 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 1318 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İHB Muxas kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-104/2023 saylı arayışından görünür ki, JN 168A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X3 və X6 yazılmış şəxslər Ərizəçi1 və Ərizəçi2dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 52 saylı qərarına əsasən 0,25 ha həyətyanı torpaq sahəsi JN 168F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçilərə və onların ailə üzvünə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 168F (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli, 52 saylı qərarı ilə verilmiş 0,25 ha torpağın mülkiyyətə verilməsinə dair JN 168F (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-406/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-406/2023
27.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver