Məhkəmə qərarları › İş №2(054)-41/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-41/2023

09.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-41/2023 09.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə (maraqlı şəxs) qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 0012 (kod ********) saylı Dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1960-cı ildə Oğuz rayonu,Qumlaq kəndində anadan olmuşdur. Oğuz şəhərində yaşayır. X4, anası X3r.12 may 1986-cı ildə X5 ilə ailə qurmuşdur.Həmin nikahdan 1989-cu il təvəllüdlü Toğrul,1990-cı il təvəllüdlü Seymur adlı övladları doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz rayonunda ona, arvadı Gülçöhrəyə və iki övladına 0,92 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmiş, bununla bağlı torpağa mülkiyyət hüququna dair JN 0012 (kod ********) saylı Dövlət aktı ona təqdim edilmişdir. Torpaqdan istifadəyə görə subsidiya elektron qaydada hesablanarkən onlara məlum olmuşdur ki, dövlət aktında onun ata adı texniki səhv olaraq Kamil yazılmışdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, Ərizəçi ilə 1986-cı ildə rəsmi nikahla ailə qurmuş, həmin nikahdan 1989-cu ildə oğlu Toğrul, 1990-cı ildə Seymur doğulmuşdur. Torpaq islahatı keçirilərkən onlara həm pay torpaq sahəsi, həm də həyətyanı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinə dair şəhadətnamədə ərinin atasının adı Kamal yazılmışdır. Hazırda həmin torpaq sahəsini oğlunun adına keçirmişlər. Pay torpağına dair dövlət aktında ərizəçinin ata adı səhvən Kamil kimi qeyd edilmişdir. JN 0012 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının həqiqətən ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X10 ərizəçinin bacısı Gülçöhrənin əri olduğunu bildirdi, digər şahidin izahatına uyğun izahat verdi və təqdim edilən sənədin ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2019-cu il tarixli, 237/12 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1960-cı ildə 41 nömrə ilə qeyd edilmiş, X4, anası X3r. İşə əlavə edilmiş nikah haqqında İV-JQ 273142 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi və X5 xx.xx.1986-cı il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Qumlaq kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Nəbiyev, arvada Əzizova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 836989 saylı şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1989-cu il tarixdə Oğuz rayon Qumlaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu il tarixdə 28 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi, anası X1r. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 836988 saylı şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1990-cı il tarixdə Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 199 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi, anası X1r. İşə əlavə edilmiş JN 0012 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Ərizəçi Kamil oğluna, X2, X6 və X7 0,92 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10- 0/870 saylı arayışından görünür ki, JN 0012 (kod ********) saylı dövlət aktında texniki səhv olaraq Ərizəçi Kamil oğlu kimi yazılmış şəxs Ərizəçidur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 75 saylı qərarına əsasən 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 0012 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 0012 (kod ********) saylı dövlət aktının Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş 0,92 ha torpağa mülkiyyət hüququna dair JN 0012 (kod ********) saylı dövlət aktının Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar