Məhkəmə qərarları › İş №2(054)-431/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-431/2023

09.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-431/2023 09.08.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X21 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 09 avqust 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 070F (kod ********) saylı və JN 070G (kod ********) saylı şəhadətnamələrin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1975-ci ildə Yevlax rayonu Salamabad kəndində anadan olmuşdur. xx.xx.1997-ci il tarixdə Oğuz rayon Muxas kənd sakini X9 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 1998-ci ildə Xəyalə, 1999-cu ildə Rahib adlı övladları doğulmuşdur. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə Oğuz rayon Muxas kəndində ona, qaynatasına, qaynanasına və övladlarına 0,30 ha və 0,07 ha həyətyanı torpaq sahələri verilmiş, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN 070F (kod ********) saylı və JN 070G (kod ********) saylı şəhadətnamələr qaynatasına təqdim edilmişdir. X1 2007-ci ildə, qaynanası X5 2019-cu ildə vəfat edib. Vərəsəliyin müəyyən edilməsi üçün aidiyyəti orqana müraciət edərkən məlum olmuşdur ki, torpaq şəhadətnamələrində soyadı Əhmədova, ata adı Abid qızı kimi yazılmamış, yəni onun barəsində məlumat X12 qeyd edilmişdir. Bu da mülkiyyətçi kimi onların və vərəsələrin hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X13 izahat verərək bildirdi ki, ərizəçi Yazgül anasıdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə Oğuz rayon Muxas kəndində babasına, nənəsinə, anasına, ona və bacısına iki yerdə həyətyanı torpaq sahələri verilmiş, bu barədə torpağın mülkiyyətə verilməsinə dair JN 070F (kod ********) saylı və JN 070G (kod ********) saylı şəhadətnamələr babası Bəhərçinə təqdim edilmişdir. Həyətyanı torpaq sahələrinin birində tikilmiş evdə yaşayırlar, digər torpaq sahəsindən də istifadə edirlər. Babanənəsi bir neçə ildir ki, vəfat etmişlər. Vərəsəliklə bağlı sənədləşmə zamanı müraciət edərkən məlum olub ki, şəhadətnamələrdə anası barədə məlumat X12 yazılıb. Torpağın mülkiyyətə verilməsinə dair JN 070F (kod ********) saylı və JN 070G (kod ********) saylı şəhadətnamələrin həqiqətən ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci ildə Azərbaycan Respublikası Yevlax rayonu, Salamabad kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Muxas kəndidir. İşə əlavə edilmiş doğum haqqında İİİ-JQ 281965 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Yevlax rayonu 1-ci Salamabad kəndində anadan olmuş, bu barədə Yelax rayon Xaldan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1975ci il tarixdə 21 nömrə ilə qeyd edilmiş, atası X20, anası X14r. İşə əlavə edilmiş nikah haqqında Vİİ-JQ 272944 saylı şəhadətnamənin surətindən görünür ki, X9 və Ərizəçi xx.xx.1997-ci il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Bucaq kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 07 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Sonverdiyev, arvada Əhmədova soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında XX-JQ 342102 saylı və XX-JQ 457221 saylı şəhadətnaməlarin surətindən görünür ki,1998-ci il təvəllüdlü Xəyalənin və 1999-cu il təvəllüdlü Rahibin atası X9, anası Ərizəçidır. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 070F (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə X2, X3, X16, X6 və X11 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 070G (kod ********) saylı şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə X2, X3, X16, X6 və X11 0,07 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 237784 saylı şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Muxas kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 933043 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə ölmüş, bu barədə Oğuz rayon Muxas kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon İHB Muxas kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-111/2023 saylı arayışından görünür ki, torpağın mülkiyyət verilməsinə dair JN 070F və JN 070G (kod ********) saylı şəhadətnamələrdə texniki səhv olaraq X12 yazılmış şəxs Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 52 saylı qərarına əsasən 0,30 ha həyətyanı torpaq sahəsi JN 070F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə, 0,07 ha həyətyanı torpaq sahəsi JN 070G (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 070F (kod ********) saylı və 070G (kod ********) saylı şəhadətnamələrin Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 12 mart 1998-ci il tarixli, 52 saylı qərarı ilə verilmiş 0,30 ha torpağın mülkiyyətə verilməsinə dair JN 070F (kod ********) saylı və 0,07 ha torpağın mülkiyyətə verilməsinə dair 070G (********) saylı şəhadətnamələrin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar