Məhkəmə qərarları › İş №2(054)-432/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-432/2023

17.11.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-432/2023 17.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X6 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 17 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi (Maraqlı şəxs) oğlu -xx.xx.2005-ci il tarixdə anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Maraqlı şəxs səhhətlərinə görə məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1974-cü il tarixdə Özbəkistan Respublikası Daşkənd vilayətində anadan olmuşdur.Məlum hadisələrlə əlaqədar vaxtilə Azərbaycan Respublikasına gəlmişlər, hazırda Oğuz rayonu Böyük Söyüdlü kəndində qeydiyyatda olmaqla yaşayırlar. Oğlu Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə Şəki şəhərində doğulmuşdur. Muradəli anadangəlmə “mikrosefaliya, psixi inkişafın ləngiməsi” diaqnozu ilə Oğuz MRX poliklinika şöbəsinin nevroloji kabinetində dispanser qeydiyyatında olmaqla 1-ci dərəcəli əlildir. Muradəli sosial müavinət və Prezident təqaüdü alır. Muradəli xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Ona təqaüd təyin edilsə də, üzərində qəyyumluq müəyyən edilmədiyindən həmin təqaüdün alınması, habelə onun digər hüquqlarının həyata keçirilməsi mümkün deyil. Bunun üçün isə Muradəlinin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz olması müəyyən edilməlidir. Verilmiş ekspertiza rəyinin nəticələrini qəbul edir və ona heç bir etirazı yoxdur. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Humayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X4 məhkəmə iclasında bildirdi ki, iş materiallarında olan sənədlərdən, o cümlədən aparılmış ekspertizanın nəticələrinə dair rəydən göründüyü kimi Maraqlı şəxs psixi xəstəliyinə görə öz hərəkətlərinin mənasını anlamaq və idarə etmək qabiliyyətində olmadığı müəyyən edilmişdir. Həmin şəxs məhz eyni xəstəlik səbəbli müddətsiz 1-ci qrup əlil hesab edilmişdir. Qanunamüvafiq çıxarılacaq qərara etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçini və Komissiyanın nümayəndəsini dinləyərək iş materiallarını araşdırmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin 2(054)-432/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmış və mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X2 publik hüquqi şəxsi X5 şöbəsinə göndərilmişdir. Sözügedən iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə Özbəkistan Respublikası Daşkənd vulayətində anadan olmuş, yaşayış yeri Azərbaycan Respublikası Oğuz rayonu Böyük Söyüdlü kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İ 557726 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2005-cü il tarixdə Oğuz rayonu Böyük Söyüdlü kəndində anadan olmuş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 07 nömrə ilə qeyd edilmiş, atası X3, anası Ərizəçidır. Oğuz rayon İHB Böyük Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-210/2023 saylı arayışından görünür ki, Oğuz rayon Böyük Söyüdlü kənd sakini Maraqlı şəxs həqiqətən həmin kənddə valideynlərinin himayəsində yaşayır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” X8 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-64/1-T-4xx-xx/2023 saylı arayışından görünür ki, 2005-ci il təvəllüdlü Maraqlı şəxs xx.xx.2006-cı il tarixdən Oğuz MRX poliklinika şöbəsinin Nevroloji kabinetində “Mikrosefaliya, psixi inkişafın ləngiməsi” diaqnozu ilə dispanser qeydiyyatdadır. Hazırda “F72.1 Ağır dərəcəli əqli gerilik. Müalicə tələb edən ciddi davranış pozğunluğu.Özünə qulluq qabiliyyətinin olmaması. Kənar şəxslərin qulluğuna ehtiyac F80.0 Nitq artikulyar spesifik pozğunluqları” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X8 1 saylı Şəki-Zaqatala Regional filialının (Qəbələ-Oğuz) işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-129297/2023 saylı məktubundan görünür ki, Maraqlı şəxs filialdan xx.xx.2007-ci il tarixdən xx.xx.2020-ci il tarixədək və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanı məhdud uşaq kimi sosial müavinət, anası Ərizəçi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə və xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sağlamlıq imkanı məhdud 18 yaşlı şəxslərə qulluğa görə Prezident təqaüdü alıb. Hazırda Maraqlı şəxs xx.xx.2023-cü il tarixdən ümumi səbəbdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs kimi 270 manat sosial müavinət və 200 manat Prezident təqaüdü alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X2” X8 X5 Şöbəsinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 543 saylı rəyindən görünür ki, Maraqlı şəxs orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs məhkəmə psixiatrik ekspertizası keçirilərkən ekspert onun orta dərəcəli kəmağılıq, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu nəticəsinə gəlmiş və Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi barədə xx.xx.2023-cü il tarixli, 543 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2005-ci il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Oğuz rayon Böyük Söyüdlü kəndində anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar