Məhkəmə qərarları › İş №2(054)-45/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-45/2022

17.02.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vəsiyyət üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-45/2022 17.02.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə iddiası, Cavabdeh İddiaçı qarşı mirasın faktiki qəbul edilməsi faktının tanınması və payın müəyyən edilərək verilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X8 mülkiyyətində olmuş və ondan miras qalan, Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi JN:035A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar və JN:035B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 hektar həyətyanı torpaq sahələrindən ibarət mirasın X8 vəsiyyətnamə üzrə vərəsəsi kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh da İddiaçı cavabdeh qismində işə cəlb edilməklə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum anası X9 miras qalan, Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən, JN:035A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar və JN:035B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 hektar həyətyanı torpaq sahələrinin onun tərəfindən faktiki qəbul edilməsi faktının tanınması və həmin mirasdan ona düşən payın müəyyən edilərək verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə olduğundan və onlara birlikdə baxılması mübahisəyə daha tez və düzgün baxmaqla nəticələndiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156.1.3-cü maddəsinə əsasən məhkəmə həmin iddiaya İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi barədə iddiası ilə birlikdə baxılmasını qərara almışdır. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, onun anası X16 13.12.2007-ci il tarixdə Oğuz rayon Dövlət Notariat Kontorunda rəsmi vəsiyyətnamə təsdiq etdirməklə ölən günədək özünə məxsus olan, Oğuz rayonu Mollalı kəndində yerləşən yaşayış evini, pay torpağını və əmanət pulunu ona vəsiyyət etmişdir. X16 01.03.2008-ci il tarixdə vəfat etmişdir. Oğuz rayonu Mollalı kəndində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi JN:035A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar və JN:035B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 hektar həyətyanı torpaq sahələri mərhum anasından miras qalmışdır. O, anasının vəfatından sonra ondan qalan mirası faktiki olaraq qabul və idarə etmişdir. Anasından miras qalmış fərdi yaşayış evi, həmçinin, evin yerləşdiyi 0,25 hektar və digər 0,12 hektar həyətyanı torpaq sahələri mərhum anasının vəfat etdiyi vaxtdan hal-hazıradək onun faktiki istifadəsindədir. Hazırda o, mərhum anası X9 miras qalmış əmlakları öz adına rəsmiləşdirmək istəyir. Mirasın qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürülmüş və notariat orqanı tərəfindən ona mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. O, bir müddət əvvəl hazırki tələblə ərizəçi qismində xüsusi icraat qaydasında məhkəməyə müraciət etmiş, lakin həmin mülki iş üzrə maraqlı şəxs qismində cəlb edilmiş, hazırki iş üzrə cavabdeh olan Cavabdeh onun tələbini mübahisələndirdiyinə görə o, sonradan eyni tələblə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək üçün ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bu səbəbdən həmin mülki iş üzrə məhkəmənin 15.11.2021-ci il tarixli qərardadı ilə onun ərizəsi baxılmamış saxlanılmış, ərizə və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Ona görə də o, hazırda həmin tələblə bağlı iddia icraatı qaydasında yenidən məhkəməyə müraciət etmişdir. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, anası X16 01.03.2008ci il tarixdə vəfat etmiş, vəfat edən məqamda Oğuz rayonu Mollalı kəndində yerləşən 0,25 hektar və 0,12 hektar həyətyanı torpaq sahələrinə malik olmuşdur. Həmin əmlaklara miras açılan zaman o və ailəsi miras qoyanla birgə yaşamışlar. Onların yaşadığı 604 nömrəli təsərrüfat təsərrüfatbaşına uçot kitabında anası X16 və X3nın adına qeydiyyata alınmışdır. Digər qardaş və bacıları həmin təsərrüfatdan köçüb getmiş, o özü isə həmin təsərrüfatda yaşamaqla bərabər, qazanc əldə etmək üçün Rusiya Federasiyasına gedibgəlmişdir. Anasının vəfatından əvvəl və öldüyü məqamda da o, anasının yanında olmuşdur. Anasının vəfatından sonra 08.03.2008-ci il tarixdə onun Azərbaycan Respublikasında qalma müddəti bitdiyinə görə, həmçinin, X3nın xərçəng xəstəliyindən xəstəxanada müalicə alması səbəbindən o, məcburiyyət qarşısında Rusiya Federasiyasına getmişdir. Ancaq 5 ay sonra - 24.08.2008-ci il tarixdə yenidən Oğuz rayonu Mollalı kəndinə qayıtmışdır. Daha sonra hər il mütəmadi olaraq Oğuz rayonu Mollalı kəndindəki evə gəlib-getməklə təsərrüfata nəzarət etmiş, təsərrüfatda olmadığı vaxtlarda isə təsərrüfatı yaxın qohumuna tapşırmışdır. X3 30.04.2013-cü il tarixdə xərçəng xəstəliyindən vəfat etdikdən sonra o, hazırki vaxtadək həmin təsərrüfatda yaşayır. O, anasının öldüyü vaxtdan miras əmlakı faktiki qəbul edərək təsərrüfata bütövlükdə sahiblik edir, həmin təsərrüfatı miras əmlak da daxil olmaqla idarə edir. O, miras torpaq sahəsinin üzərində olan fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır. Həmin fərdi yaşayış evini bir neçə dəfə təmir etdirmiş, evə əlavələr etmiş, yardımçı tikililər inşa etdirmişdir. Təsərrüfatda olan elektrik sayğacı onun adına qeydiyyatda olmaqla istifadə etdiyi elektrik enerjisinin pulunu müntəzəm olaraq ödəyir. Bütün bunlarla o, miras əmlakı faktiki olaraq qəbul etdiyini şübhəsiz nümayiş etdirir. Digər qardaş və bacıları isə anasının sağlığında ailə quraraq köçüb getmiş, anasının vəfatından sonra isə mirası nə faktiki olaraq, nə də qanunla müəyyən edilmiş qaydada qəbul etməmiş, ümumiyyətlə, miras əmlakla maraqlanmamışlar. Mərhum anası mülkiyyətində olan hər iki torpaq sahəsini hazırki iş üzrə iddiaçıya vəsiyyət etmiş, lakin iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində mirasın qəbulu üçün nə vəsiyyət üzrə, nə də qanun üzrə vərəsə kimi notariat orqanına müraciət etməmişdir. Miras qoyanın vəfatından 13 il keçmiş, hazırki iş üzrə iddiaçı isə miras açıldıqdan indiyədək miras əmlaka sahiblik etməyə, əmlakı idarə etməyə başlamamışdır. İddiaçı təsərrüfata gəlib-getməmiş, miras əmlaka xidmət göstərməmiş, təsərrüfatın qorunub saxlanılmasında iştirak etməmiş və sahibliyini nümayiş etdirməmişdir. İddiaçı yalnız miras əmlakın 0,12 hektar torpaq sahəsindən ibarət hissəsindən məhsulu özgə adamların vasitəsilə yığmışdır. Qeyd olunanlardan aydın olur ki, mərhum anasından qalan miras əmlakın 0,25 hektar torpaq sahəsindən ibarət hissəsini o özü təkbaşına faktiki qəbul etmiş, mirasın açıldığı vaxtdan sonra keçən 13 ildən artıq vaxt ərzində onun həmin torpaq sahəsindən tam həcmdə istifadə etməsinə digər qardaş və bacıları etiraz etməmişlər. Miras əmlakın 0,12 hektar torpaq sahəsindən ibarət hissəsinin məhsulunu isə hazırki iş üzrə iddiaçı özü bilavasitə deyil, ayrı-ayrı şəxslərin vasitəsilə əldə etmişdir. Hazırki iş üzrə iddiaçı mirasın bütövlükdə özü tərəfindən qəbul edilməsi barədə məhkəmədə ona qarşı iddia qaldırdığına görə o da mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktının tanınması və payın müəyyən edilərək verilməsi tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında öz iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, anasından miras qalan əmlakları öz adına rəsmiləşdirmək üçün notariat orqanına müraciət etsə də, mirasın rəsmi qaydada qəbulu ilə bağlı qanunla müəyyən edilmiş müddət ötürüldüyünə görə onun adına vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və həmin məsələ ilə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Hazırda vərəsəlik haqqında şəhadətnamə almaq üçün miras əmlakların onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Həmin faktı başqa qaydada müəyyən etmək mümkün olmadığına görə o, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, hazırki iş üzrə cavabdeh olan qardaşı Cavabdeh 2013-cü ildə arvadının vəfatından sonra birdəfəlik Azərbaycan Respublikasına qayıdıb gəlmiş, həmin vaxt Telmanın yaşamaq üçün yeri olmadığından onun xahişi ilə Oğuz rayonu Mollalı kəndindəki evdə yaşamasına icazə vermişdir. Hazırda da cavabdeh anasının ona vəsiyyət etdiyi evdə ailəsi ilə birlikdə yaşayır və evin yerləşdiyi həyətyanı torpaq sahəsindən də istifadə edərək məhsulu toplayır. Lakin anasından miras qalan əmlaklar cavabdeh tərəfindən qəbul edilməmişdir. Qeyd etdiklərinə əsasən öz iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ilk iddia tələbinin, həmçinin, iddiaçının izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etməklə ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, o, anasının vəfatından əvvəl də xeyli vaxt Oğuz rayonu Mollalı kəndində onun yanında olmuş, anası vəfat edərkən 7 gün ərzində dəfn və yas mərasimlərində iştirak edib sonradan arvadının səhhətinin ağır vəziyyəti ilə bağlı məcburiyyət qarşısında Rusiya Federasiyasına qayıtmalı olmuşdur. Rusiya Federasiyasına qayıtmalı olduğu vaxt anasından qalan mirasla bağlı onunla qardaşbacıları arasında hər hansı danışıq olmamışdır. Anasının vəfatından sonra o, ilk dəfə 24.08.2008-ci il tarixdə Oğuz rayonu Mollalı kəndinə gəlmiş, kənddə qaldığı müddət ərzində həyəti səliqə-sahmana salıb cari təmir işlərini həyata keçirməklə anasının təsərrüfatına xidmət göstərmişdir. Sonrakı illərdə də mütəmadi olaraq anasının evinə gəlməklə evdə və həyətdə əsaslı təmir, abadlıq işlərini yerinə yetirmişdir. Hələ anasının sağlığında ikən o və arvadı Rusiya Federasiyasında olduqları vaxtlarda Qəbələ rayonundan olan qohumları - arvadının xalası qızı Laləndə kiçik qızları Yeganə və Kəmalə ilə birlikdə onun xahişi ilə gəlib Oğuz rayonu Mollalı kəndində anasının yanında qalaraq ona baxmışlar. O, Rusiya Federasiyasından mütəmadi olaraq həm öz anasının, həm də anasına baxdıqları üçün həmin ailənin maddi ehtiyaclarını ödəmək üçün xərclik kimi pul göndərmişdir. Anası vəfat edərkən onu həmin qadın yuyub kəfənləmiş, onlar dəfn və yas mərasimlərində də ailənin yaxınları kimi iştirak etmişlər. Həmin ailənin üzvləri onun xahişi ilə anasının vəfatından sonra da bir müddət qeyd olunan evdə yaşayaraq evə və həyətə nəzarət etməkdə davam etmişlər. Adı çəkilən qızlardan biri olan Kəmalə 18-19 yaşadək onun anasının evində yaşamış və sonradan 2009 və ya 2010-cu ildə onun bacısı Minirə Kərimovanın oğlu ilə ailə qurmuşdur. Anasının yaşadığı evin həyət qapısında qıfıl olmuş və qıfılın açarı onun özündə olmaqla o, Rusiya Federasiyasına gedəndə açarı Qəbələ rayonundan olan həmin ailənin üzvü Elçin adlı şəxsə vermiş, bunu iddiaçı da bilmişdir. Elçin adlı şəxs həm də onun qızının ərinin qardaşıdır. Onların yaşadığı Oğuz rayonu Mollalı kəndi yerləşdiyi ərazi baxımından Oğuz şəhərinə nisbətən Qəbələ rayonuna daha çox yaxındır, həm də Elçin adlı şəxsin avtomobili olmaqla, tez-tez gəlib evə baş çəkmək imkanı da onun digər qohumlarına nisbətən daha artıq olmuşdur. Elçin onun xahişi ilə müntəzəm olaraq gəlib evə və həyətə baş çəkmiş, anasına məxsus olmuş fərdi yaşayış evinə dair elektrik enerjisindən istifadə haqqları və digər kommunal xərclər də 01.03.2008-ci il tarixdən sonrakı müddət ərzində onun tapşırdığı ilə həmin şəxs tərəfindən ödənilmişdir. Həyət qapısının qıfılına aid olan digər açar əvvəllər onun anasında olmuşdur və güman edir ki, anasının vəfatından sonra həmin açar hazırki iş üzrə iddiaçıda qalmışdır. Anasına məxsus olmuş fərdi yaşayış evi 0,25 hektar həyətyanı torpaq sahəsində yerləşməklə iki otaqdan ibarətdir. Sonradan o, həmin evdə abadlıq işləri görmüş və artırmalar etmişdir. Ancaq evin otaqlarından birinin - əvvəllər anasına aid olmuş otağın qapısı anasının vəfatından sonra iddiaçı tərəfindən bağlanmışdır. Anasının yaşadığı evdə olan məişət əşyalarının böyük əksəriyyəti onun özünə və mərhum arvadına məxsus olmuş, həmin əşyalar hazırda da qeyd olunan evdə olmaqla onun özünün istifadəsindədir. Onun həmin evdən başqa hər hansı yaşayış sahəsi yoxdur. Həmin evdə iddiaçıya aid heç bir əşya olmamış, ancaq bir neçə ay əvvəl iddiaçı bir ədəd dəmir çarpayı və bir dəst yorğan-döşək gətirərək evə qoymuşdur. Anasının vəfatından əvvəl və sonrakı vaxtlarda onunla iddiaçı arasında, həmçinin, bacıları ilə normal münasibətləri olmuş, lakin anasının vəsiyyət qoyması barədə məlumatı olmamışdır. O, yenidən ailə qurduqdan sonra isə iddiaçı ilə münasibətləri pozulmuşdur. İddiaçı mərhum anasından qalan mirası nə faktiki olaraq, nə də qanunla müəyyən edilmiş müddətdə müvafiq orqana rəsmi müraciət etməklə qəbul etməmiş, bununla da mirası qəbul etmək üçün müddəti də ötürmüşdür. Ona görə də o, iddiaçının hazırki iddia tələbini əsassız hesab edir. O özü də mirası qəbul etmək üçün nə qanunla müəyyən edilmiş müddətdə, nə də hazırda müvafiq orqana rəsmi müraciət etməmiş, ancaq mirası faktiki olaraq qəbul etmişdir. Mirasın qəbulu ilə bağlı tərəflər arasında fikir ayrılığı olduğu barədə notariat orqanı tərəfindən artıq iddiaçıya rəsmi cavab məktubu verildiyindən hazırki qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl də özünün notariat orqanına yenidən müraciət olunmasını zəruri hesab etməmişdir. Qeyd etdiklərinə əsasən ilk iddia tələbinin təmin edilməməsi, özünün qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehin vəkili X11 da cavabdehin izahatında qeyd edən xüsusatlar nəzərə alınmaqla ilk iddia tələbinin təmin edilməməsi, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X12 ifadə verərək göstərdi ki, həm iddiaçı, həm də cavabdeh onun qardaşlarıdırlar. Onların mərhum anaları Marqo Musayevanın xəstə vaxtlarında ona kiçik qardaşı İddiaçı baxmışdır. O özü və bacısı Qənirə İsmayılova uzun illər bundan əvvəl ailə quraraq Oğuz rayonu Molalı kəndindəki evi tərk edib ər evinə köçüb getmişlər. Həmin vaxtlarda böyük qardaşı Telman da Rusiya Federasiyasında yaşadığına görə anası özünə məxsus əmlaklarını kiçik oğlu Elbrusa vəsiyyət etmək qərarına gəlmişdir. Anası 01.03.2008-ci il tarixdə vəfat etmiş, onun dəfn və yas mərasimlərini hər iki qardaşının köməkliyi ilə birlikdə təşkil edib keçirmişlər. Böyük qardaşı Telman anasının dəfnindən və yeddi günlük yas mərasimlərindən sonra yenidən Rusiya Federasiyasına qayıtmışdır. Kiçik qardaşı Elbrus isə Oğuz rayonunda yaşamaqla anasına məxsus evə və evin həyətinə nəzarət etmiş, orada əkib-biçin işləri aparmışdır. Bir neçə il sonra Telmanın arvadı da vəfat etmişdir. Bundan sonra Telman Azərbaycan Respublikasına qayıdıb gəlmiş və Oğuz rayonu Molalı kəndindəki evdə yaşamağa başlamışdır. Həmin vaxtadək isə Telman Oğuz rayonu Molalı kəndindəki evdə yaşamamış, mərhum anasından qalan mirası qəbul etməmişdir. Telman Oğuz rayonu Molalı kəndindəki evdə və həyətdə təmir-tikinti, abadlıq işlərini 2013-cü ildə Azərbaycan Respublikasına qayıdıb gələndən sonra etmişdir. Mərhum analarından qalan mirası kiçik qardaşı Elbrus qəbul etmişdir. O özü və bacısı Qənirə mərhum analarından qalan mirası qəbul etməmişlər və hazırda da həmin əmlakla bağlı hər hansı iddiaları yoxdur. Anası öz əmlaklarını öz istəyi ilə Elbrusa vəsiyyət etdiyindən o və bacısı da miras əmlakların Elbrusa məxsus olmasını qəbul etmişlər və bununla bağlı aralarında hər hansı fikir ayrılığı olmamışdır. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X7 ifadə verərək göstərdi ki, həm iddiaçı, həm də cavabdeh onun qardaşlarıdırlar. Onların mərhum anaları Marqo Musayevaya kiçik qardaşı İddiaçı baxmışdır. O özü və bacısı Minirə Kərimova uzun illər bundan əvvəl ailə quraraq Oğuz rayonu Molalı kəndindəki evi tərk edib getmişlər. Böyük qardaşı Telman isə Rusiya Federasiyasında yaşamışdır. Anası özünə məxsus əmlaklarını kiçik oğlu Elbrusa vəsiyyət etmiş, o və bacısı da bu barədə məlumatlı olmuşlar. Həmin vəsiyyətnamədən Telmanın xəbəri olub-olmadığını bilmir. Anası ömrünün son aylarında yataq xəstəsi olmuş və onlar öz qardaşları Telmana bu barədə məlumat vermişlər. Telman Oğuz rayonu Molalı kəndinə gəlmiş, bir müddət sonra anaları vəfat etmişdir. Anasının dəfnindən və yeddi günlük yas mərasimlərindən sonra Telman yenidən Rusiya Federasiyasına qayıtmışdır. Bir neçə il sonra Telmanın arvadı da vəfat etmiş və o, Oğuz rayonu Molalı kəndində dəfn edilmişdir. Bundan sonra Telman Azərbaycan Respublikasına qayıdıb gəlmiş və Oğuz rayonu Molalı kəndindəki evdə yaşamağa başlamışdır. Həmin vaxtadək də Telman hər il ayrı-ayrı vaxtlarda Azərbaycan Respublikasına gəlmiş, həmin vaxtlarda bəzən qardaş və bacılarının evində qalmışdır. Onun həmin vaxtlarda Oğuz rayonu Molalı kəndindəki evdə yaşayıb-yaşamaması barədə dəqiq məlumatı yoxdur. Telman Azərbaycan Respublikasına qayıdıb gəldikdən sonra yenidən ailə qurmaq və Oğuz rayonu Molalı kəndindəki evdə yaşamaq istədiyini demiş, kiçik qardaşı Elbrus də buna etiraz etməmişdir. Həmin vaxtdan Telman daimi olaraq Oğuz rayonu Molalı kəndindəki evdə yaşayır. Təxminən, 10-15 il əvvəl, hələ anasının sağlığında onların Oğuz rayonu Molalı kəndindəki evdə anasının yanında Telmanın birinci arvadı tərəfdən qohumu, Qəbələ rayonundan olan qadın və onun kiçik qızları qalmış, lakin sonradan onlar da həmin evi tərk edib getmişlər. Anasının vəfatından sonra Qəbələ rayonundan olan həmin ailənin onların ata evinə gəlib-getməsi, Telmanın tapşırığı ilə evə və həyətə nəzarət etməsi barədə məlumatı yoxdur. Ancaq o özü və bacısı hərdənbir qardaşı Elbrusun idarə etdiyi avtomobillə kəndə gedib evə baş çəkmiş, təmizlik işlərini yerinə yetirmişlər. Həmin evdə həm mərhum anasının, həm də Telmanın birinci arvadının əşyaları olmuşdur. O özü və bacısı mərhum analarından qalan mirası qəbul etməmişlər və hazırda da həmin əmlakla bağlı hər hansı iddiaları yoxdur. Anası öz əmlaklarını öz istəyi ilə Elbrusa vəsiyyət etdiyindən o və bacısı da miras əmlakların Elbrusa məxsus olmasını qəbul etmişlər və bununla bağlı aralarında hər hansı fikir ayrılığı olmamışdır. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X14 ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Mollalı kəndində yaşayır. X1 qonşusu olmuşdur və onların evləri arasında, təxminən, 100 metr məsafə vardır. O, X8 ömrünün son vaxtlarında hazırki iş üzrə iddiaçının həmin evə gəlib-getdiyini və anasına qulluq etdiyini görmüşdür. Cavabdeh də həmin evə gəlib-gedərək anasına baş çəkmiş, lakin orada daimi yaşamamışdır. X8 vəfatından sonra da iddiaçının həmin həyətə gəlib-getdiyinin, təmizlik işləri etdiyinin şahidi olmuşdur. Cavabdeh də arvadının vəfatından sonra oraya köçüb gəlmişdir və hazırda qeyd olunan evdə daimi yaşayır. İddiaçının vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X18 ifadə verərək göstərdi ki, o, Oğuz rayonu Mollalı kəndində yaşayır. Mərhum X16ya məxsus olmuş evin yerləşdiyi həyətyanı torpaq sahəsi onların həyətyanı torpaq sahəsi ilə həmsərhəddir və aralarında koldan çəpər vardır. O, X8 vəfatından sonra da iddiaçının həmin həyətə gəlibgetdiyini, bağ sahəsinin kənarlarını tikanlı məftillə əhatəyə aldığını, həyətin məhsulunu topladığını və ağacların budama işlərini yerinə yetirdiyini görmüşdür. Cavabdeh Oğuz rayonu Mollalı kəndinə köçüb gələndən sonra da iddiaçının həmin bağdan məhsul toplamasının şahidi olmuşdur. Cavabdehin vəsatəti əsasında iş üzrə şahid qismində dindirilmiş X15 ifadə verərək göstərdi ki, o, Qəbələ rayonunda yaşayır və Cavabdehlə qohumluq münasibətləri vardır. Belə ki, cavabdehin mərhum arvadı Nahidə Musayeva onların xalası qızı olmuşdır, həmçinin, cavabdehin qızı onun qardaşının arvadıdır. Onların yaşadıqları ərazi də Oğuz rayonu Mollalı kəndinə yaxın məsafədə yerləşir. Cavabdehin anası Marqo Musayevanın sağlığında onlar mütəmadi olaraq bir-birilərinin evinə gəlib-getmiş, xalası Laləndə, onun qızları Yeganə və Kəmalə uzun müddət Marqo Musayevanın yanında qalaraq ona baxmışlar. 2008-ci ildə Marqo Musayeva vəfat edərkən onun dəfn və yas mərasimlərində qohum kimi yaxından iştirak etmişlər. Marqo Musayevanın vəfatından bir müddət sonra xalasıgil Qəbələ rayonuna qayıdıb gəlsələr də, həyətin məhsulunu cavabdehin tapşırığı ilə Yeganə və Kəmalənin atası Zabit toplamışdır. Cavabdeh Rusiya Federasiyasına gedəndə həyət qapısının açarını ona verib getmiş və o tez-tez qohumları ilə birgə və ya tək özü idarə etdiyi avtomobllə Oğuz rayonu Mollalı kəndinə gələrək cavabdehin yaşadığı evə və həyətə baş çəkmiş, cavabdehin tapşırığı ilə evə aid kommunal xərcləri də ödəmişdir. Cavabdeh özü də tez-tez, ən azı ildə bir dəfə Oğuz rayonu Mollalı kəndinə gələrək evə və həyətə baş çəkmiş, lazımi abadlıq işlərini yerinə yetirmişdir. 2013-cü ildə cavabdehin arvadı Nahidə Musayeva vəfat etmiş, həmin vaxtdan sonra cavabdeh Oğuz rayonu Mollalı kəndinə köçüb gələrək anasına məxsus olan evdə daimi yaşamağa başlamışdır və hazırda da orada yaşayır. O vaxtdan etibarən cavabdeh evdə və həyətdə əsaslı təmir-tikinti işlərini yerinə yetirmiş, artırmalar etmişdir. O özü də usta olduğundan həmin işlərin yerinə yetirilməsində cavabdehə yaxından köməklik etmişdir. İş materiallarına əlavə edilmiş 03.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş 17.01.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün cavabdeh tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ilk iddia tələbi qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Belə ki, işdə iştirak edən şəxslərin izahatları, şahidlərin ifadələri, həmçinin iş materiallarına əlavə edilmiş, iddiaçıya aid olan, 14.12.1961-ci il tarixdə verilmiş İİ-ИE 119687 nömrəli doğum haqqında şəhadətnamənin, cavabdehə aid olan, Azərbaycan Respublikası ərazisində daimi yaşamaq üçün 16.01.2022-ci il tarixdə verilmiş DYİ ******* nömrəli icazə vəsiqəsinin, JN:035A (KOD ********) nömrəli və JN:035B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamələrin, 1987-ci ilin aprel ayında verilmiş fərdi yaşayış evinin texniki pasportunun, 13.12.2007-ci il tarixli vəsiyyətnamənin, 21.07.2016-cı il tarixdə verilmiş AZ-İ 808133 nömrəli ölüm haqqında təkrar şəhadətnamənin surətləri, Oğuz rayon Notariat Ofisi tərəfindən verilmiş 04.08.2016-cı il tarixli 86 nömrəli müraciətə cavab məktubu, Oğuz rayon İcra Hakimiyyəti başçısının Sincan İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05.01.2022-ci il tarixli 02 nömrəli arayış, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş 21.10.2021-ci il tarixli 33/3666 nömrəli sorğuya cavab məktubu, Dövlət Sosial Müdafiə X27 Şəxsin 1 saylı Şəki-Zaqatala regional filialı tərəfindən verilmiş 14.02.2022-ci il tarixli arayışdan müəyyən edilir ki, hazırki iş üzrə iddiaçı və cavabdeh, həmçinin, iş üzrə şahid qismində dindirilmiş X12 və X7 adlı şəxslər mərhum X8 uşaqlarıdırlar. X8 mülkiyyətində Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən 0,25 hektar və 0,12 hektar həyətyanı torpaq sahələri olmuşdur. 0,25 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair X8 adına texniki pasport tərtib edilmişdir, lakin həmin yaşayış evinin mülkiyyət sənədi mövcud deyildir. X16 13.12.2007ci il tarixdə Oğuz rayonu Mollalı kəndində yerləşən yaşayış evini, pay torpağını və əmanət pulunu oğluna - hazırki iş üzrə İddiaçı vəsiyyət etmişdir. X16 01.03.2008-ci il tarixdə vəfat etmişdir, onun vəfatı ilə bağlı dəfn xərci hazırki iş üzrə iddiaçıya ödənilmişdir. İddiaçı mərhum anasından qalan miras əmlakın qəbulu ilə bağlı ərizə ilə müvafiq notariat orqanına müraciət etmiş, lakin ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmiş və müraciətinə cavab olaraq mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. X8 mülkiyyətində olmuş həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində hazırda cavabdeh ailəsi ilə birlikdə yaşayır. Cavabdeh Rusiya Federasiyasının vətəndaşı olmaqla, anası vəfat edən zaman Azərbaycan Respublikasının ərazisində olmuş, anasının vəfatından 7 gün sonra - 08.03.2008-ci il tarixdə ölkə ərazisindən çıxmışdır. Cavabdeh, təxminən 5 ay sonra - 24.08.2008-ci il tarixdə yenidən Azərbaycan Respublikasının ərazisinə gəlmiş və 02.09.2008-ci il tarixdə ölkə ərazisindən çıxmışdır. Həmin vaxtdan sonra cavabdeh 2009-2014-cü illər ərzində hər il (bəzən ildə bir neçə dəfə) Azərbaycan Respublikasına gəlib-getmiş, hazırda isə daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Hazırda iddiaçı mərhum anası X8 mülkiyyətində olmuş və ondan miras qalan, Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən fərdi yaşayış evi, evin yerləşdiyi 0,25 hektar və digər 0,12 hektar həyətyanı torpaq sahələrindən ibarət mirasın X8 vəsiyyətnamə üzrə vərəsəsi kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb edir, eyni zamanda, qarşılıqlı iddia tələbinin təmin edilməməsini xahiş edir. İddiaçı öz iddia tələbinin, eyni zamanda, qarşılıqlı iddia tələbinə etirazlarının əsası kimi anasının adına tərtib edilmiş hüquq müəyyənedici sənədlərə, anası tərəfindən onun adına verilmiş vəsiyyətnaməyə və şahidlərin ifadələrinə istinad edir və qarşılıqlı iddia tələbinə etirazının əsasları olaraq cavabdeh hazırda anasına məxsus olmuş təsərrüfatda yaşasa da, anasının vəfatından sonra ondan qalan mirasın cavabdeh tərəfindən qəbul olunmadığını bildirir. Cavabdeh isə mərhum anası X9 miras qalan, Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən 0,25 hektar və 0,12 hektar həyətyanı torpaq sahələrinin onun tərəfindən faktiki qəbul edilməsi faktının tanınması və həmin mirasdan ona düşən payın müəyyən edilərək verilməsini tələb edir. Cavabdeh ilk iddia tələbinə etirazlarının əsasları olaraq məhkəməyə hər hansı sübut təqdim etməmiş, ancaq digər qardaş və bacılarının anasının vəfatından sonra mirası nə faktiki olaraq, nə də qanunla müəyyən edilmiş qaydada qəbul etmədiklərini bildirmişdir. Cavabdeh özünün qarşılıqlı iddia tələbinin əsası kimi isə özünün məhkəməyə dəvət etdiyi şahidin ifadəsinə istinad edir, anasının öldüyü vaxtdan miras əmlakı faktiki qəbul edərək təsərrüfata bütövlükdə sahiblik etdiyini, həmin təsərrüfatı miras əmlak da daxil olmaqla idarə etdiyini, hər il mütəmadi olaraq Oğuz rayonu Mollalı kəndindəki evə gəlib-getməklə təsərrüfata nəzarət etdiyini, təsərrüfatda olmadığı vaxtlarda isə təsərrüfatı yaxın qohumuna tapşırdığını, arvadı vəfat etdikdən sonra isə hazırki vaxtadək həmin təsərrüfatda yaşadığını, bununla da miras əmlakı faktiki olaraq qəbul etdiyini şəksiz nümayiş etdirdiyini bildirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 55.1-ci maddəsinə əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər bir tərəfə və yaxud hər iki tərəfə qarşı iddia irəli sürməklə işə qarışa bilərlər. Hazırki iş üzrə iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X12 və X7 adlı şəxslər mərhum X8 uşaqları olmaqla, onun birinci dərəcəli vərəsələri hesab edilsələr də, məhkəmə prosesinin gedişində iddiaçının və ya cavabdehin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər qismində işə qarışmamışlar. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18.10.2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18.07.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddələsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər, məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı vəsiyyət üzrə vərəsə kimi mərhum anasının vəfatından sonra ondan qalan mirasdan qanunla müəyyən olunmuş müddətdə imtina etməmiş, əksinə, miras əmlak olan torpaq sahəsindən bu və ya digər şəkildə istifadə etməklə miras əmlaka sahiblənmiş və miras əmlakı faktiki idarə idarə etməyə başlamışdır. İddiaçı anasından miras qalmış torpaq sahəsində yerləşən evdə yaşamasa da, onun həmin torpaq sahəsindən istifadə edərək bilavasitə və ya digər şəxslərin vasitəsilə məhsul toplamasını cavabdeh özü də öz qarşılıqlı iddia tələbində və məhkəmə iclasında verdiyi izahatında təsdiq etmişdir. Bununla da iddiaçı vəsiyyət üzrə vərəsə kimi mərhum anasından miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Bununla da iddiaçının qəbul etdiyi miras həmin mirasın açıldığı gündən, yəni X8 vəfat etdiyi vaxtdan onun mülkiyyəti sayılır. Qeyd edilən əsaslara görə məhkəmə mərhum X9 miras qalan əmlakların iddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini qanunauyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından göründüyü kimi, hazırki iddianın predmetinə aid olan 0,25 hektar və 0,12 hektar həyətyanı torpaq sahələri X8 mülkiyyətində olmuş olsa da, 0,25 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu tanıyan sənədlər mövcud olmamışdır. Bu baxımdan həmin fərdi yaşayış evi mərhum X8 öldüyü məqamadək malik olduğu əmlak hüquqlarına aid olmamaqla, ondan qalan mirasın toplusuna daxil deyildir. X16 13.12.2007-ci il tarixdə iddiaçının adına tərtib etdirdiyi vəsiyyətnamədə Oğuz rayonu Mollalı kəndində yerləşən fərdi yaşayış evini də iddiaçıya vəsiyyət etdiyini qeyd etsə də, həmin əmlak mirasın toplusuna daxil edilmədiyindən hazırki vəziyyətdə də iddiaçı tərəfindən qəbul edilmiş miras əmlakların srasına aid edilə bilməz. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, ilk iddia tələbi qismən təmin edilməli, mərhum X8 mülkiyyətində olmuş, ondan miras qalan 0,25 hektar və 0,12 hektar həyətyanı torpaq sahələrinin miras əmlak olaraq vəsiyyət üzrə vərəsə kimi hazırki iş üzrə iddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, ilk iddia tələbi 0,25 hektar həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evinə dair hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 384.0 və 384.0.4-cü maddələrinin məzmununa görə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə iddia müddəti şamil edilmir. Məhkəmə cavabdehin iddiaçı tərəfindən miras əmlakın qəbulu müddətinin keçirildiyi, ona görə də iddia müddətinin tətbiq edilməsi və iddiaçının hazırki iddia tələbinin rədd edilməsi barədə izahatında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının hazırki iddia tələbi başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etməklə əlaqədar olmayıb, mirası qəbul etdiyi andan onun mülkiyyəti sayılan əmlaka münasibətdə onun üçün hüquqi əhəmiyyət kəsb edən faktın müəyyən edilməsi ilə əlaqədardır. Məhkəmə tərəfindən iddiaçının tələbi əsaslı hesab edilərək onun qanunla müəyyən edilmiş müddət ərzində mirası qəbul etməsi faktı təsdiq edildiyindən iddia müddətinin tətbiqi üçün əsaslar yaranmamışdır və bununla bağlı cavabdehin etirazları əsaslı sayıla bilməz. Məhkəmə cavabdehin qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, hazırki işin məhkəmə araşdırması zamanı cavabdehin də mərhum X2 üzrə birinci növbədə vərəsəsi olmaqla, ondan qalan mirası faktiki olaraq qəbul etdiyi müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh xarici ölkə vətəndaşı olsa da, anasının vəfat etdiyi ərəfədə və onun vəfatından sonrakı günlərdə anasının yaşamış olduğu evdə olmuş, onun dəfn və yas mərasimlərində iştirak etdikdən sonra ailə üzvünün səhhətinin vəziyyəti ilə bağlı Rusiya Federasiyasına qayıtmalı olmuşdur. Özü ölkə xaricində olduğu müddətədə miras əmlakı başqa şəxsin vasitəsilə idarə etmiş, bununla da miras əmlakı qəbul etdiyini nümayiş etdirmişdir. Cavabdeh anasının vəfatından sonra 6 ay keçməmiş - 24.08.2008-ci il tarixdə yenidən Azərbaycan Respublikasına - mərhum anasının yaşamış olduğu evə qayıtmışdır. Cavabdeh bundan sonra da mütəmadi olaraq qeyd olunan evə gəlib-getmiş, evdən və evin yerləşdiyi təsərrüfatdan istifadə etmişdir. Cavabdeh və onun ailə üzvlərinə, o cümlədən mərhum X3na məxsus olmuş əmlaklar X8 sağ olduğu vaxtdan indiyədək qeyd olunan fərdi yaşayış evində olmaqla, hazırda cavabdeh sonradan ailə qurduğu arvadı ilə birlikdə həmin evdə yaşayır. Fərdi yaşayış evinə aid kommunal xərclər də hazırki iş üzrə cavabdeh tərəfindən ödənilir. Cavabdehin mülkiyyətində və ya istifadəsində digər yaşayış sahəsinin olması halları müəyyən edilməmişdir. Məhkəmə mülki işin tədqiq edilmiş materiallarını məcmu halında təhlil edərək və tərəflərin məhkəməyə təqdim etdiyi sübutlara bir-biri ilə müqayisəli şəkildə qiymət verərək hesab edir ki, cavabdehin mərhum anasından miras qalan əmlakları qəbul etmək üçün qanunla müəyyən olunmuş müddətdə müvafiq orqana müraciət etməsə də, onun miras əmlakları faktiki olaraq qəbul etməsi, mirasa yiyələnərək ona sahiblik etməyə və miras əmlakı idarə etməyə faktiki başlamış olması, hazırki vəziyyətdə də miras əmlakın cavabdeh tərəfindən idarə olunması məhkəmə iclasında tamamilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 18.07.2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Qeyd edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, X16 öz əmlaklarını hazırki iş üzrə iddiaçıya vəsiyyət etsə də, belə bir vəsiyyətnamənin möğvcudluğu onun mirası qəbul etmiş qanun üzrə birinci növbədə digər vərəsələrini, o cümlədən, hazırki iş üzrə cavabdehi miras əmlakdan ona çatası məcburi payı tələb etmək hüququnu istisna etmir. X8 hazırki iş üzrə iddiaçı və cavabdeh də daxil olmaqla qanun üzrə birinci növbədə 4 (dörd) vərəsəsi qalmışdır. Cavabdehin miras əmlakda qanun üzrə vərəsə kimi payı 1/4 hissədən ibarət olduğundan, vəsiyyətnamənin də mövcudluğunu nəzərə almaqla cavabdehin miras əmlakda məcburi payı 1/8 hissə miqdarında müəyyən edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, mərhum X8 mülkiyyətində olmuş və ondan miras qalan 0,25 hektar və 0,12 hektar həyətyanı torpaq sahələrindən ibarət mirasın onun qanun üzrə vərəsəsi kimi cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilməli, həmin mirasdan cavabdehə düşən məcburi pay qanun üzrə vərəsəlik zamanı ona çatası payın yarısı olan 1/8 hissə miqdarında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə görə məhkəmə qərara gəlir ki, iddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğini tələb etmədiyinə görə ilk iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği onun özünə aid edilməlidir. Cavabdeh də məhkəməyə müraciət etmək üçün ödədiyi dövlət rüsumu məbləğini tələb etmədiyinə görə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün cavabdeh tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu məbləği də onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İlk iddia tələbi qismən təmin edilsin. Oğuz rayonu Mollalı kəndi ərazisində yerləşən, mərhum X8 mülkiyyətində olmuş və ondan miras, JN:035A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar və JN:035B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 hektar həyətyanı torpaq sahələrindən ibarət mirasın onun vəsiyyətnamə üzrə vərəsəsi kimi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İlk iddia tələbi fərdi yaşayış evinin miras əmlak kimi İddiaçı tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Mərhum X8 mülkiyyətində olmuş və ondan miras qalan, JN:035A (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,25 hektar və JN:035B (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə göstərilən 0,12 hektar həyətyanı torpaq sahələrindən ibarət mirasın onun qanun üzrə vərəsəsi kimi Cavabdeh tərəfindən faktiki olaraq qəbul edilməsi faktı müəyyən edilsin. Həmin mirasdan Cavabdeh düşən məcburi pay miras torpaq sahələrinin 1/8 hissəsi miqdarında müəyyən edilsin. İlk iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği İddiaçı aid edilsin. Qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləği Cavabdeh aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar