Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-468/2022 04.11.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A 082440, A 082448 və A 085266 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1950-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Kərimli kəndində yaşayır. Onun özünə məxsus sənədlərində adı, soyadı və ata adı Ərizəçi kimi yazılmışdır. Buna baxmayaraq onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2384,99 kv.metr, 2719,19 kv.metr və 6187,08 kv.metr həyətyanı təyinatlı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A 082440, A 082448 və A 085266 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində ata adı “Məhəmməd” kimi qeyd edilməli olduğu halda, səhvən “Məmməd” kimi qeyd edilmişdir. Qeyd olunan Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ona məxsus olması faktını təsdiq edən sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Hazırda həmin sənədlərin ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədlərin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, yaşadığı ərazidə torpaq islahatı aparılarkən torpaq payı almaq hüququ olan subyektlərin siyahısında onun ata adı texniki səhv olaraq “Məmməd” kimi qeyd edildiyindən hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə də ata adı “Məmməd” kimi qeyd edilmişdir. Həmin sənədlərdə ata adının düzgün qeyd edilməməsi onun bu sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə və torpaq sahələrinə dair mülkiyyət sənədləri əldə etməsinə maneçilik törədir. Həmin sənədlərdə düzəliş edilərək sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanda sənədlərə düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədlərə düzəliş edilməsi yalnız məhkəmə qaydasında mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş üzrə şahid qismində dindirilmiş X1 məhkəmə iclasında ərizəçinin izahatının məzmununa uyğun ifadə verərək göstərdi ki, ərizəçi onun atasıdır. Onların ailə üzvlərinin adına tərtib edilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərində ərizəçinin ata adı texniki səhv olaraq “Məhəmməd” əvəzinə “Məmməd” kimi yazılmışdır. İş materiallarına əlavə edilmiş ərizəçiyə məxsus xx.xx.1950-ci il tarixli doğum haqqında şəhadətnamənin, xx.xx.1978-ci il tarixli İ-ЖГ 407013 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və xx.xx.2003-cü il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin, ərizəçinin atasına məxsus olmuş xx.xx.1953-cü il tarixli İX-ЛС 524936 nömrəli pasportun surətlərindən müəyyən edilir ki, ərizəçi xx.xx.1950-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur, hazırda isə Oğuz rayonu Kərimli kəndində yaşayır. Həmin sənədlərdə onun ata adı “Məhəmməd” kimi yazılmışdır. Ərizəçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2008-ci il tarixli A 082440, A 082448 və A 085266 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərindən müəyyən edilir ki, ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 2384,99 kv.metr, 2719,19 kv.metr və 6187,08 kv.metr torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən verilmiş Torpaq sahəsinin planı və ölçüsü sənədlərində ərizəçinin ata adı “Məmməd” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Kərimli İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 83 nömrəli arayışda qeyd edilmişdir ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə Ərizəçi ata adı texniki səhv olaraq “Məmməd” kimi qeyd edilmişdir. Onun soyadı, adı və atasının adı “Ərizəçi” kimidir. Oğuz rayonu Kərimli kəndi ərazisində Ərizəçi Məmməd oğlu adlı şəxs yaşamır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli **********43 nömrəli məktubdan görünür ki, ərizəçi hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə ata adında düzəliş edilərək sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün adı çəkilən orqana müraciət etmiş, həmin orqanda sənədlərə düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahidin ifadəsi və iş materialları ilə müəyyən edildi ki, ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 2384,99 kv.metr, 2719,19 kv.metr və 6187,08 kv.metr həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A 082440, A 082448 və A 085266 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərində ərizəçinin soyadı, adı və atasının adı “Ərizəçi” kimi qeyd edilməli olduğu halda, “Ərizəçi Məmməd oğlu” kimi qeyd edilmişdir. Ərizəçinin ata adının “Məhəmməd” əvəzinə “Məmməd” kimi qeyd edilməsi ərizəçinin həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Ərizəçi hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə ata adında düzəliş edilərək sənədlərin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanda sənədlərə düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırda ərizəçi hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə ata adının “Məhəmməd” əvəzinə “Məmməd” kimi qeyd edildiyini bildirərək həmin sənədlərin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. TƏSVİRİ HİSSƏ: Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə ərizəçinin ata adının düzgün qeyd edilməməsi onun həmin sənədlərdə göstərilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə qeyd edilən hüquqmüəyyənedici sənədlərdə düzəliş edilməsi, eyni zamanda, ərizəçinin həmin sənədlərin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki tələbdə qeyd edilən hüquqmüəyyənedici sənədlərin ərizəçiyə məxsus olduğu, lakin həmin sənədlərdə onun ata adının düzgün qeyd edilmədiyi ərizəçinin dəlilləri ilə yanaşı şahidin ifadəsi və iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ərizəçiyə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən 2384,99 kv.metr, 2719,19 kv.metr və 6187,08 kv.metr həyətyanı torpaq sahələrinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli A 082440, A 082448 və A 085266 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov
Məhkəmə qərarları › İş №2(054)-468/2022
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-468/2022
04.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver