Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-468/2023 22.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X1 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı Şamsi oğlunun iştirakı ilə, İddiaçı Şamsi oğlunun Cavabdehnə qarşı cavabdeh tərəfindən akt əsasında hesablanmış 12960 kub.m qazın dəyəri olan 1296 manat borcun silinməsi tələbinə dair mülki işə Oğuz şəhərində 22 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Şamsi oğlu (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı Cavabdeh tərəfindən akt əsasında hesablanmış 12960 kub.m qazın dəyəri olan 1296 manat borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı Şamsi oğlu məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz rayon Calud kəndində qeydiyyatda olmaqla yaşayır.Yaşadığı evin qaz sayğacı onun adına sənədləşdirilib. Cavabdehlə aralarında qazın alqı-satqısına dair müqavilə imzalanmışdır. xx.xx.2023-cü il tarixdə Cavabdeh işçiləri tərəfindən istifadə etdiyi qaz sayğacı növbədənkənar dövlət yoxlamasına uyğun olaraq dəyişdirilmiş, yeni sayğac quraşdırılmış və akt tərtib edilmişdir. Çıxarılmış sayğacın hesablama mexanizminin alt hissəsində dəlik olduğu ona bildirilmiş, sayğacda digər hər hansı problemin olduğu, yaxud plombun yerində olmadığı aşkar edilməmişdir. Yoxlamaya gələn şəxsləri tanıdığından onlara şifahi şəkildə sayğaca onun və ya ailə üzvləri tərəfindən hər hansı müdaxilənin olmasının mümkünsüzlüyünü bildirmişdir. Həmin sayğacın yoxlama üçün laboratoriyaya göndəriləcəyi ona bildirilmişdir. Yoxlama zamanı **********9 saylı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmiş, bu barədə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş ******* saylı aktda eyni məlumatlar göstərilməklə dəymiş ziyanın hesablanmaqla ödənişinin təmin edilməsi tələb olunmuşdur. Həmin akta əsasən guya sayğaca müdaxilə etdiyinə görə itirilmiş qazın həcmi hesablanmış və ona əsassız olaraq 1296 manat borc yazılmışdır. Aktla razı deyil, çünki sayğaca heç bir müdaxilədən söhbət gedə bilməz. Cavabdeh tərəfindən bununla bağlı sübut təqdim edilməyib. İddianın təmin olunması, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında adına yazılmış 1296 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəmənin elektron poçtuna daxil olmuş iddia ərizəsinə etirazda bildirilmişdir ki, iddiaçının adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 1828,16 manat borc vardır. Həmin borcun 272,96 manat hissəsi sayğac üzrə, 1555,20 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirir. Cavabdeh əməkdaşları tərəfindən iddiaçının istifadəsində olan G-4 markalı **********9 saylı qaz sayğacına vizual baxış keçirilərkən müdaxilə faktı müəyyən edilmişdir.Sayğac çıxarılarkən müvafiq qeydlər aparılmış, tərtib edilmiş akta iddiaçı tərəfindən də imza edilmişdir. Sayğac laboratoriyada yoxlanılmış, yoxlama aktında da eyni faktlar qeyd edilmişdir. Buna görə də ******* saylı akt tərtib olunmaqla itirilmiş təbii qazın dəyəri tələb edilmişdir. Sayğacda aşkar edilmiş müdaxilə nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının yalnız istehlakçının özünə müsbət təsiri vardır. İddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Şamsi oğlu xx.xx.1978-ci ildə Ermənistan Respublikası, Noyemberyan rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayonu Calud kəndidir. İşə əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı Şamsi oğlunun G-4 markalı, **********9 nömrəli mexaniki qaz sayğacı növbədənkənar dövlət yoxlamasına uyğun olaraq Cavabdeh İB-nin nümayəndələri Mirbala Məmmədov, Rahim Əhmədov və Ceyhun Süleymanovun iştirakı ilə çıxarılmış, Elster G-4T 10286217 nömrəli mexaniki sayğac quraşdırılmışdır. Aktdan görünür ki, sayğacın hesablama mexanizminin alt hissəsində dəlik aşkarlanmışdır. (33 saylı iş tapşırığı) İşə əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli MSK 14-2- 2/3-54804/0002 saylı aktın, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı Şamsi oğlunun G-4 markalı, **********9 saylı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmiş, G-4 markalı, **********9 nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 6 kub.m/saat, günlük iş rejimi -24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz itkisi 6x24x90=12960 kub.m hesablanmışdır. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, İddiaçı Şamsi oğlunun mənzilinə xx.xx.2023-cü il tarixdə Elster G4T Diafraqma tipli sayğac quraşdırılmış, 2023-cü ilin aprel ayında ona akt və qalıq üzrə 1555,20 manat borc hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçıların digər hüquqlarla birgə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçının təqdim etdiyi sənədlərə və onun izahatına əsasən iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı ilə əlaqədar mülki hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Oğuz rayon Calud kəndində yaşamaqla mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-cü il tarixdə onun istifadə etdiyi mexaniki qaz sayğacı növbədən kənar dövlət yoxlaması əsasında çıxarılmış, yeni mexaniki sayğac quraşdırılmışdır. Bununla bağlı akt tərtib olunmuş, aktda sayğacın çıxarılma səbəbi hesablama mexanizminin alt hissəsində dəlik aşkarlanması olaraq göstərilmişdir.Çıxarılmış sayğac laboratoriyaya göndərilmiş, tərtib edilmiş aktla G-4 **********9 saylı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmişdir. Buna uyğun olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı akt və itirilmiş qazın bərpası üzrə tələb tərtib olunmuş, itirilmiş qaz itkisi cəmi 12960 kub.m həcmində hesablanmışdır. Akta əsasən iddiaçıdan dəymiş ziyanın ödənilməsi tələb olunmuşdur. İddiaçının işə əlavə etdiyi abonentin saldosuna əsasən 2023-cü ilin aprel ayına onun 1555,20 manat məbləğində qalıq və akta görə borcunun olduğu müəyyən edilmiş, cavabdeh tərəfindən daxil olmuş etirazla iddiaçının 1828,16 manat ümumi borcunun olduğu, həmin məbləğin 272,96 manat hissəsinin sayğac üzrə, qalan 1555,20 manat hissəsinin isə akt əsasında hesablanmış borc olduğunu bildirmişdir. İddiaçı sayğaca hər hansı müdaxilə edilmədiyini bildirmiş, ondan tələb olunan 1296 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iddiaçının silinməsini tələb etdiyi 1296 manat cərimənin yazılmasına əsas olmuş faktlarla bağlı iddiaçının təqsirli olduğuna dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və mülki prosessual qanunvericiliyin hazırki iddia üzrə sübutetmə vəzifəsinin cavabdehin üzərində olduğu, lakin cavabdeh tərəfindən sübutların təqdim edilmədiyi, habelə hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmasına dair müddəası nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1296 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 217.4-ci maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İstehsal Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktı əsasında İddiaçı Şamsi oğluna hesablanmış 1296 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-468/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-468/2023
22.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver