Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-475/2023 13.09.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X20 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Sadəddin oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 13 sentyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş 0,06 ha torpağın mülkiyyətə verilməsinə dair JN 710A (kod ********) saylı şəhadətnamənin mərhum X4na məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi qıznın nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi xx.xx.1960-cı ildə Oğuz rayonunda anadan olmuşdur. xx.xx.1989-cu il tarixdə Oğuz rayon Baş Daşağıl kənd sakini X13 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan xx.xx.1993-cü il tarixdə onların Vəfa adlı övladı doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhərində ərizəçiyə, ərinə və qızına 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 710A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərinə təqdim edilmişdir. X4 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Ərinin ölümündən sonra vərəsəliklə bağlı sənədlərin hazırlanması,həyətyanı torpaq sahəsində yerləşən evə və torpaq sahəsinə dair çıxarış almaq üçün aidiyyəti orqana müraciət edərkən məlum olmuşdur ki, torpaq şəhadətnaməsində ərinin barəsində məlumat X2 qeyd edilmiş, yəni adı Nazim deyil, Nizami yazılmışdır. Bu da mülkiyyətçi kimi onların hüquqlarının pozulmasına səbəb olur, çünki fərdi yaşayış evini və torpağı qeydiyyatdan keçirə bilmirlər. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında İ-İE 861770 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1960-cı il tarixdə Vartaşen rayonu Baş Daşağıl kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Muxas kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1960-cı il tarixdə 86 nömrə ilə qeyd edilmiş, atası X11 oğlu, anası X5r. İşə əlavə edilmiş doğum haqqında İİ-İE 118117 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1960-cı il tarixdə Vartaşen şəhərində anadan olmuş, bu barədə Vartaşen rayon ZAQS bürosunda vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1961-ci il tarixdə 16 nömrə ilə qeyd edilmiş, atası X1, anası X3r. İşə əlavə edilmiş nikahın bağlanması haqqında İV-JQ 392995 saylı şəhadətnamənin surətindən görünür ki, X13 və Ərizəçi xx.xx.1989-cu il tarixdə nikah bağlamış, bu barədə Vartaşen rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 46 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Daşdəmirov, arvada Abdulkərimov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında XVİİ-JQ 324961 saylı şəhadətnamənin surətindən görünür ki,X15 xx.xx.1993-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1993-cü ildə 119 nömrə ilə qeyd edilmiş, atası X13, anası Ərizəçidır. İşə əlavə edilmiş JN 710A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə X6, Ərizəçi və X12 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş ölüm haqqında AZ-İİ 243805 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüş, bu barədə Şəki Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 42 sayla qeyd edilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10-0/954 saylı arayışından görünür ki, JN 710A (kod ********) saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X2 yazılmış şəxs X9r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 75 saylı qərarına əsasən 0,06 ha həyətyanı torpaq sahəsi JN 710A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 710A (kod ********) saylı şəhadətnamənin Ərizəçi mərhum X4na məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş 0,06 ha torpağın mülkiyyətə verilməsinə dair JN 710A (kod ********) saylı şəhadətnamənin Ərizəçi mərhum X4na məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-475/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-475/2023
13.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver