Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-48/2024 18.01.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalığın tanınması və aliment tələbinə dair mülki işə 18 yanvar 2024-cü il tarixdə məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı cavabdehin 29 oktyabr 2016-cı il tarixdə anadan olmuş X4 atası olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər növ qazancından hər ay uşağa 250 manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə verilməsi barədə qətnamə çıxarılmasına dair iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verimiş,cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümükn hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Oğuz şəhərində yaşayır. 2016-cı ilin əvvəllərindən 4-5 ay Bakı şəhərində kirəyə tutduqları evdə, 4 ay müddətində isə Zərdab rayonu Əlibəyli kəndində Cavabdeh ilə ər-arvad qaydasında birgə yaşamış, cavabdehə nikahı rəsmiləşdirməklə bağlı təkid etsə də, cavabdeh bəhanələr göstərərək bunu etməmişdir. 8 aylıq hamilə olarkən qaynanası və əri ilə aralarında yaranan ailə münaqişəsinə görə 2016-cı ilin sentyabrında faktiki ayrılmış və atasının evinə qayıtmışdır. 29 oktyabr 2016-cı il tarixdə X6 adlı övladları dünyaya gəlmişdir. Cavabdeh uşağın atası olmasına baxmayaraq, doğum haqqında şəhadətnamə alan zaman atalığı könüllü etiraf etmək üçün müvafiq dövlət orqanına gəlməmişdir. Bu səbəbdən iddiaçı uşağın soyadını öz soyadına uyğun “Hüseyinli” kimi, ata qrafasında isə “X3” yazılmışdır. Uşaq hal-hazırda himayəsindədir. Doğum şəhadətnaməsində uşağın soyadının cavabdehin soyadına uyğun “Hüseynli” və ata qrafasında “Cavabdeh” yazılmasını, o cümlədən uşağın saxlanılması ilə əlaqədar aliment ödəməsini cavabdehdən xahiş etmiş, lakin imtina cavabı almışdır. Bununla bağlı müvafiq mediasiya orqanına müraciət etsə də, cavabdeh X3 mediasiya prosesinə gəlməmiş, xx.xx.2023-cü il tarixli MMŞ/MT018/2023-02640 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim olunmuşdur. Cavabdeh 200 manat aliment ödəməyə razılıq verdiyi təqdirdə etiraz etmir.Əks halda cavabdehin 29 oktyabr 2016-cı il tarixdə anadan olmuş X4 atası olmasının müəyyən edilməsi və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin hər növ qazancından hər ay 250 manat sabit pul məbləğində alimentin tutulub iddiaçının xeyrinə verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatına uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında Cavabdeh iddia tələbini qismən qəbul etmiş, ərizə təqdim edərək bildirmişdir ki, həqiqətən 29 oktyabr 2016-cı il tarixdə anadan olmuş X6 onun iddiaçı ilə faktiki nikahından doğulmuşdur. İddiaçı aliment tələb edirsə uşağa 90-100 manat aliment ödəyə bilər, çünki maddi imkanı aşağıdır. Bundan əlavə hazırda ailə qurmuşdur, həmin nikahdan 2017,2021 və 2023-cü il təvəllüdlü övladları vardır. 29 oktyabr 2016-cı il tarixdə anadan olmuş X4 atası olmasının müəyyən edilməsi və onun saxlanılması üçün 90-100 manat alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını, o cümlədən məhkəmə iclaslarının özünün iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş şahid X2 iddiaçının bacısı olduğunu, iddiaçı cavabdehə qoşulub qaçarkən özünün bibisigildə toyda olduğunu, bir müddət sonra bacısı ilə cavabdeh yola getmədiyindən onu gətirib evə qoyduğunu, bir uşağın döulduğunu, cavabdehin arabir gəlib-getdiyini, telefonla danışdığını, sonralar cavabdehin evləndiyini və uşaqlarının olduğunu bildirmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, habelə işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı ildə Azərbaycan Respublikası Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri,X.Yunusov küçəsi, ev 3-dür. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Azərbaycan Respublikası Zərdab rayonu Alıbəyli kəndində anadan olmuş, yaşayış yeri Zərdab rayonu Alıbəyli kəndidir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 048495 saylı şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 23 nömrə ilə qeyd edilmiş, atası X3 oğlu, anası İddiaçıdır. Oğuz rayon Qeydiyyat şöbəsinin İddiaçı oğluna ünvanlanmış və işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 3-16-5/11-289/2023 saylı məktubdan görünür ki, doğum haqqında şəhadətnamədə xx.xx.2018-ci il tarixdə 23 nömrə ilə qeyd edilmiş X4 doğumu şöbə tərəfindən tək ana kimi qeydə alınmış, ərizəçiyə qanunla atalığın müəyyən edilməsi qaydası izah edilmişdir. İşə əlavə edilmiş doğum haqqında AZ-İV 247315 saylı, AZ-İV 566792 saylı və AZ-İV 849695 saylı şəhadətnamələrin surətindən görünür ki,2017-ci il təvəllüdlü Xədicənin, 2021-ci il təvəllüdlü Xalidin və 2023-cü il təvəllüdlü Mədinənin atası Cavabdeh, anası X1r. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Bu Məcəllənin 307.2.10-cu maddəsində göstərilmişdir ki, məhkəmə atalığın etiraf olunması faktını da müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45-ci maddəsinə görə, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 186-cı maddəsinə əsasən, ərizə əsasında atalığın müəyyən edilməsi valideynlərdən birinin yaşadığı yerdə, atalıq məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yerdə qeydə alınır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76-cı maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsi aidiyyəti orqan və təşkilatların üzərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu təmin edən qərarlar vermək öhdəliyi qoyur. Azərbaycan Respublikasının həmin öhdəliyə uyğun qəbul etdiyi «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Qanunla uşaqlar üçün aylıq yaşayış minimumu hər ay 193 manat nəzərdə tutulmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Bronda İtaliyaya qarşı” qərarında hər bir işdə uşağın mənafeyinə uyğun olan vəziyyətin daha dəqiq müəyyən edilməsi müddəası irəli sürülmüşdür. Məhkəmə araşdırması aparılarkən müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2016-cı ildə qeyri-rəsmi ailə qurmuş, onların xx.xx.2016-cı ildə Əli adlı övladı anadan olmuşdur. Cavabdeh atalığın müəyyən edilməsi barədə ərizə verməmiş, buna görə də uşaqların doğumu ananın ərizəsinə əsasən qeydə alınmışdır. İddiaçı və cavabdeh hazırda ayrı yaşayırlar. Cavabdeh məhkəmə iclasında həqiqətən iddiaçıdan doğulmuş uşağın atası olduğunu etiraf etmişdir. Cavabdeh habelə uşağın saxlanılması üçün 90-100 manat aliment verəcəyini bildirmişdir. İddiaçı isə uşağa 250 manat alimentin cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında o da müəyyən edildi ki, cavabdehin hazırki nikahından 2017, 2021 və 2023 təvəllüdlü 3 uşağı vardır. Beləliklə məhkəmə iclasında müəyyən edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehin iddiaçıdan doğulmuş uşağın atası olması müəyyən edilməli, cavabdehdən uşağın saxlanılması üçün hər ay 140 manat aliment tutularaq iddiaçının xeyrinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İstinad olunan Məcəllənin 217.4-cü maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən, hazırki iş üzrə Cavabdeh dövlət rüsumu hesabına 36,80 manat alınaraq respublika büdcəsinə keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh-xx xxxxxxxx 1989-cu il tarixdə anadan olmuş, Zərdab rayon Alıbəyli kənd sakini Cavabdeh 29 oktyabr 2016-cı il tarixdə anadan olmuş X4 atası olması müəyyən edilsin. Atalığın müəyyən edilməsi haqqında akt qeydi tərtib olunmaqla 29 oktyabr 2016-cı il tarixdə anadan olmuş X4 doğum haqqında akt qeydində bu barədə qeydiyyat aparılsın, uşağa yeni doğum haqqında şəhadətnamə verilərkən soyadı Hüseynli, atası Cavabdeh kimi qeyd edilsin. Cavabdeh qazancından və başqa gəlirlərindən sabit pul məbləğində hər ay uşağa 140 manat aliment tutularaq, 29 oktyabr 2016-cı il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə verilsin. Alimentin bu qaydada tutulması xx.xx.2023-cü il tarixdən hesab edilsin. Cavabdeh 36,80 manat dövlət rüsumu alınaraq respublika büdcəsinə keçirilsin. Qətnamə alimentin alınmasına aid hissədə dərhal icra olunsun. Qətnamənin atalığın müəyyən olunmasına dair hissədə icrası Oğuz rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-48/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-48/2024
18.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Atalığın müəyyən edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver