Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-486/2025 13.11.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X3 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü Maraqlı şəxsnın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.2007-ci il təvəllüdlü oğlu Maraqlı şəxs Oğuz RMX-nın poliklinika şöbəsinin "Ruhi əsəb" kabinetində "F73.1 Çox ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən ciddi davranış pozuntuları və özünəxidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var" diaqnozu ilə qeydiyyatdadır. Oğlu Maraqlı şəxs 1-ci qrup əlil kimi müavinət və prezident təqaüdü almalıdır. Oğlu Maraqlı şəxs hazırda onun himayəsindədir. Oğlu Maraqlı şəxs xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Hazırda oğlu Maraqlı şəxs pensiya kartının müvafiq bankdan alınması üçün ona qəyyum təyin edilməlidir. Oğlu Maraqlı şəxs məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan sayılmadan ona qəyyum təyin edilməsi barədə qərar qəbul edilməsi mümkün deyildir. Onun fəaliyyət qabiliyyəti olmayan sayılması isə yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 Sərvər Teymur oğlunın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 017454 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2007-ci il tarixdə Oğuz rayonu Xaçmaz Qışlaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Xaçmaz kənd İcra Nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.2007-ci ildə 111 nömrə ilə qeyd edilmiş, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli elektron məlumatın işə əlavə edilmiş surətindən görünür ki, Maraqlı şəxs ümumi xəstəlik səbəbli orqanizmin funksiyalarının 95 faiz pozulması ilə müddətsiz birinci dərəcəli əlil olub, xx.xx.2025-ci il tarixdə qiymətləndirilmiş, onun “ F73.1 Çoz ağır əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları və özünə xidmət qabiliyyətinin olmaması ilə kənar şəxslərin qulluğuna ehtiyacı var” diaqnozu ilə kənar şəxslərin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Oğuz RİH başçısının Xaçmaz İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Ərizəçi hal-hazırda Oğuz RİHB-nın Xaçmaz İƏD üzrə nümayəndəliyində daimi qeydiyyatdadır və ailə tərkibi 1978-ci il təvəllüdlü əri-X5 və oğlu-2007-ci il təvəllüdlü Maraqlı şəxs ibarətdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3264 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs xx.xx.2007-ci il təvəllüdlü təvəllüdlü Maraqlı şəxs “ağır dərəcəli əqli gerilik” aşkar olunmuşdur. Yoxlanılan şəxs Maraqlı şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Maraqlı şəxs tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs “ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli 3264 saylı rəyinə əsasən Maraqlı şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malik deyil. Maraqlı şəxs tam fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi oğlu onun atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, Maraqlı şəxs öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.2007-ci il təvəllüdlü təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli
Məhkəmə qərarları › İş №2(054)-486/2025
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-486/2025
13.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver