Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-499/2023 08.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X24 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 vəkili Nümayəndə iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X1, Cavabdeh10, X13 və Cavabdeh12, üçüncü şəxs Oğuz rayon Notariat Ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının və miras əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə 08 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 (iddiaçılar) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X1, Cavabdeh10, X13 və Cavabdeh12 (cavabdehlər), üçüncü şəxs Oğuz rayon Notariat Ofisinə (üçüncü şəxs) qarşı Oğuz rayon Xaçmaz Qışlaq kəndində yerləşən, mərhum ataları X8 mülkiyyətində olan və ondan miras qalmış fərdi yaşayış evi və 6,0602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin atalarına aid hissəsindən ibarət mirasın onun qanun üzrə vərəsələri kimi iddiaçılar tərəfindən qəbul edilməsi faktının və miras əmlakdakı paylarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, iddiaçılar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh7 və Cavabdeh9 xx.xx.2023-cü il tarixli, Cavabdeh12 və Cavabdeh5 xx.xx.2023-cü il tarixli, Cavabdeh3 və Cavabdeh4 xx.xx.2023-cü il tarixli ərizələri ilə növbəti məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh6 məhkəmə iclaslarında iştirak etməmiş, bunun səbəbini bildirməmişlər. Cavabdehlər Cavabdeh8, Cavabdeh10 və X9 qeydiyyat ünvanı üzrə ünvan 1 cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli məktubla qeyd edilən şəxslərin kənddə daimi qeydiyyatda olmasına baxmayaraq ərazidə yaşamadıqlarını bildirmişlər. Üçüncü şəxs Oğuz rayon Notariat Ofisi məhkəməyə ünvanlanmış məktublarla iş yükünün çoxluğu nəzərə alınmaqla işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. İddiaçı1nn nümayəndəsi, bütün iddiaçıların vəkili Nümayəndə iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçılar iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbini əsaslandıraraq bildirmişlər ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 doğma bacı-qardaş olmaqla onların atası X19 xx.xx.2005-ci ildə, anası X15 xx.xx.1997-ci ildə vəfat etmişdir. Adları qeyd edilən şəxslərin bacısı X3 xx.xx.2020-ci ildə vəfat etmiş, onun cavabdehlər Cavabdeh7, Cavabdeh8, X4, Cavabdeh10, X20 və Cavabdeh12 ibarət vərəsələri vardır. X8 vəfatından sonra onun Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi, habelə həmin kənddə 6,0602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/10 hissəsindən ibarət torpaq sahəsi miras qalmışdır. Torpaq sahəsinin qalan hissəsi hər birinin payı 1/10 hissədə olmaqla iddiaçıların, habelə Cavabdeh6 mülkiyyətindədir. Torpaq sahəsinin qalan hissəsi hər birinin payı 1/10 hissədə olmaqla X10 və X5 (Cavabdeh1 arvadı və oğlu), X6 (X12 nəvəsi) mülkiyyətindədir.İddiaçılar sözügedən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakın onlar tərəfindən qəbul edilməsi faktının və həmin əmlaklardakı paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, atasından miras qalmış ev və torpaq sahəsini o və digər iddiaçılar faktiki olaraq qəbul etmişlər.Bundan əlavə o özü, Zahirə, Əlvadə və Mətanətlə birlikdə ata evində yaşayırlar. Bacıları-2020-ci ildə vəfat etmiş Rüxsarə mirası qəbul etməyib. Bacıları Səfagül atasından əvvəl-1995-ci ildə vəfat edib. İddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı3 və İddiaçı4 məhkəmə iclasında eyni məzmunlu izahat verərək iddianın təmin olunmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, habelə Cavabdeh7 və Cavabdeh9 məhkəmə iclasında ərizə təqdim edərək miras payı ilə bağlı tələblərinin olmadığını bildirmişlər. Cavabdeh9 həmçinin bildirmişdir ki, anası Rüxsarə 1976-cı ildə ərə gedib. 2020-ci ildə vəfat edib. Atası 2007-ci ildə vəfat edib. Cavabdeh12 məhkəmə iclasında ərizə təqdim edərək miras qalan əmlakdan anası Rüxsarə Çələbiyevanın payına düşən hissədən öz payını tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi, bütün iddiaçıların vəkili Nümayəndə iddiaçıların izahatını təsdiq etmiş, iş materiallarında olan sənədlərinin məzmununa əlavə olaraq bildirmişdir ki, iddiaçıların atadan qalan mirası qəbul etdiyini cavabdehlər inkar etmirlər. İddiaçılar mirasın da daxil olduğu əmlakın bir hissəsinin mülkiyyətçisidirlər, deməli qalan əmlakı da qəbul etmiş sayılırlar. Bundan əlavə onlar miras əmlakı həm də faktiki qəbul etmişlər. Cavabdeh6 də əmlakın bir hissəsinin mülkiyyətçisi olduğundan o da mirası qəbul etmiş sayılır. Digər cavabdehlər mirası qəbul etməyiblər. Bu, iş materialları ilə və məhkəmə gedişində də öz təsdiqini tapmışdır. İddiaçıların bacısı Rüxsarə Çələbiyeva miras əmlakı qəbul etmədiyindən onun övladlarına miras əmlakdan pay düşmür. İddianın təmin edilməsini, iddiaçılar tərəfindən atadan miras qalan əmlakın qəbul edilməsi faktının və həmin mirasdan onlara düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirməklə iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş 16 oktyabr 2023-cü il tarixli, 3-21-3-42/2-5059/2023 saylı məktubuna əlavə edilmiş sənədlərdən görünür ki, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi Oğuz rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən xx.xx.1998-ci ildə verilmiş, həmin tarixdə reyestr kitabında 8-05 nömrə ilə qeydə alınmış 16 saylı qeydiyyat vəsiqəsinə və aprel 1987-ci il tarixli texniki pasporta əsasən X8 adına qeydə alınmışdır. Mülki işə əlavə edilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışın surətindən görünür ki, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən 6,0602 ha həyətyanı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri İddiaçı1, İddiaçı2, İddiaçı4, X21, X16, İddiaçı5, İddiaçı3, Cavabdeh6, X17 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş doğum haqqında İ-İE 862763 saylı şəhadətnamənin surətindən, Oğuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 95-98 saylı arayışlarından görünür ki, 1957-ci il təvəllüdlü Əlvadənin, 1959-cu il təvəllüdlü Zahirənin, 1960-cı il təvəllüdlü Nərminənin, 1969-cu il təvəllüdlü Ağaların, 1974-cünil təvəllüdlü Mətanətin atası X19, anası X11r. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İ 145300 saylı şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2005-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Xaçmaz kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 150 saylı arayışından görünür ki, xx.xx.1960-cı ildə Oğuz rayonu Xaçmaz kəndində anadan olmuş İddiaçı1 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. Ata: X19 (xx.xx.2005-ci ildə vəfat edib), ana: X15 (xx.xx.1997-ci ildə vəfat edib), bacı: X3 (xx.xx.2020-ci ildə vəfat edib), qardaş: Cavabdeh1 xx.xx.1961, qardaş: Cavabdeh6 xx.xx.1965, qardaş: İddiaçı5 xx.xx.1969, bacı: Cavabdeh2 xx.xx.1956, bacı: İddiaçı2 xx.xx.1959, bacı: Cavabdeh3 xx.xx.1968, bacı: İddiaçı3 xx.xx.1974, bacı: X14 xx.xx.1971, baci: İddiaçı4 xx.xx.1957, bacı: X18 xx.xx.1955. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 doğma bacı-qardaş olmaqla onların atası X19 xx.xx.2005-ci ildə, anası X15 xx.xx.1997-ci ildə vəfat etmişdir. Ailənin digər övladı-bacı X3 xx.xx.2020-ci ildə vəfat etmiş, onun cavabdehlər Cavabdeh7, Cavabdeh8, X4, Cavabdeh10, X20 və Cavabdeh12 ibarət vərəsələri vardır. X8 vəfatından sonra onun Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən 3 otaqlı fərdi yaşayış evi, habelə həmin kənddə 6,0602 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/10 hissəsindən ibarət torpaq sahəsi miras qalmışdır.Ev bütünlüklə Bilal Rəfiyevin mülkiyyətindədir. Torpaq sahəsinin qalan hissəsi hər birinin payı 1/10 hissədə olmaqla iddiaçıların, habelə Cavabdeh6 mülkiyyətindədir. Torpaq sahəsinin qalan hissəsi hər birinin payı 1/10 hissədə olmaqla X10 və X5 (Cavabdeh1 arvadı və oğlu-miras qoyanın gəlini və nəvəsi), X6 (X12 nəvəsi) mülkiyyətindədir. İddiaçılar sözügedən fərdi yaşayış evi və torpaq sahəsindən ibarət miras əmlakın onlar tərəfindən qəbul edilməsi faktının və həmin əmlaklardakı paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə icraatı zamanı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5, habelə mərhum Rüxsarə Çələbiyevanın övladları Cavabdeh7 və Cavabdeh9 məhkəmə iclasında ərizə təqdim edərək miras payı ilə bağlı tələblərinin olmadığını bildirmişlər. Cavabdeh12 məhkəmə iclasında ərizə təqdim edərək miras qalan əmlakdan anası Rüxsarə Çələbiyevanın payına düşən hissədən öz payını tələb etdiyini bildirmişdir. Yuxarıda qeyd edildiyi kimi digər cavabdehlərin məhkəmə icraatında iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə araşdırması ilə iddiaçılar, habelə Cavabdeh6 istisna olmaqla digər vərəsələr olan cavabdehlərin (qardaş-bacılar), habelə mərhum Rüxsarə Çələbiyevanın vərəsə kimi miras əmlakı istər qanuni, istərsə də faktiki qəbul etməsi müəyyən edilməmiş, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə,məhkəmə yuxarıda qeyd olunan mülki qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia qismən təmin olunmalı, daşınmaz əmlakın dövlət reyestrində iddiaçıların, Cavabdeh6 və onların mərhum atasının (habelə mərhumun iki nəvəsi və bir gəlini) adına qeydə alınmış 6,0602 ha torpaq sahəsinin mərhum Bilal Rəfiyevin payına düşən 1/10 hissəsinin iddiaçılar və Cavabdeh6 tərəfindən vərəsə kimi qəbul edilməsi faktı təsdiq olunmalı, iddiaçıların və Cavabdeh6 (6 nəfər) hər birinin payı miras torpaq sahəsinin 1/6 (1/10:6=1/60) hissəsində olmaqla onların vərəsə kimi mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. Bundan əlavə məhkəmə tərəfindən vərəsə kimi mülkiyyət hüququ tanınmış iddiaçılar və Cavabdeh6 6,0602 ha torpaq sahəsində hər birinin 1/10 hissəyə mülkiyyət hüququ da nəzərə alınmaqla onların ümumi əmlakda payı vərəsə olaraq hər birinə düşən 1/60 hissə ilə birlikdə nəzərə alınmaqla 7/60 (1/10+1/60) hissədə müəyyən edilməli, mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. Bundan başqa məhkəmə mərhum Bilal Rəfiyevin mülkiyyətində olmuş 3 otaqlı fərdi yaşayış evinə münasibətdə bildirir ki, həmin miras əmlakın da 6 nəfər vərəsə tərəfindən qəbul edilməsi faktı təsdiq edilməli, miras əmlaka hər vərəsənin payı 1/6 hissədə olmaqla müəyyən edilməli, mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, iddiaçılar ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçılara aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ ilə hüquq sahibləri İddiaçı1, İddiaçı2, İddiaçı4, X21, X16, İddiaçı5, İddiaçı3, Cavabdeh6, X17 və X8 adına daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 51 nömrəli vərəqində qeydiyyata alınmış 6,0602 ha torpaq sahəsinin mərhum X7 miras qalmış 1/10 hissəsinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh6 hər birinin payı 1/6 hissədə (1/60) olmaqla vərəsəlik hüququ tanınsın, vərəsələrin hər birinin ümumi əmlakdakı payı onların hər birinin mülkiyyətində olan 1/10 hissə də nəzərə alınmaqla hər birinin payı 7/60 hissədə müəyyən edilsin, onların mülkiyyətinə verilsin və qeydə alınsın. Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən, Oğuz rayon Texniki İnventarlaşdırma bürosu tərəfindən xx.xx.1998-ci ildə verilmiş, həmin tarixdə reyestr kitabında 8-05 nömrə ilə qeydə alınmış 16 saylı qeydiyyat vəsiqəsinə və aprel 1987-ci il tarixli texniki pasporta əsasən X8 adına qeydə alınmış 3 otaqlı fərdi yaşayış evinə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və Cavabdeh6 hər birinin payı 1/6 hissədə olmaqla vərəsəlik hüququ tanınsın, onların mülkiyyətinə verilsin və qeydə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-499/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-499/2023
08.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver