Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-51/2023 11.04.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X4 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) qızı -xx.xx.2004-cü ildə anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Maraqlı şəxs səhhətilə əlaqədar məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Nümayəndənin əvvəlki məhkəmə iclaslarında iştirak etdiyi nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1984-cü ildə Oğuz şəhərində anadan olmuşdur. Qızı Maraqlı şəxs xx.xx.2004-cü ildə doğulmuşdur. Roza anadangəlmə “ uşaq serebral iflici, kvadroplegik spastik serebral iflici, ağır dərəcəli əqli gerilik, nitq qüsurlu ağırlaşma yüksək dərəcəli, hər iki gözdə hipermetropiya və çəpgözlük” diaqnozu ilə Oğuz MRX poliklinika şöbəsində dispanser qeydiyyatında olmaqla 1-ci qrup əlildir. Roza xəstəliyinə görə 220 manat müddətsiz sosial müavinət, 130 manat məbləğində Prezident təqaüdü alır. Roza xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Hazırda Rozanın pensiya kartının müvafiq bankdan alınması üçün ona qəyyum təyin edilməlidir. Bunun üçün isə Rozanın məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz olması müəyyən edilməlidir. İşə əlavə edilmiş ekspert rəyi ilə razıdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Humayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X2 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, ailənin problemləri barədə Komissiyada məlumat vardır. Ərizəçi əvvəlcə Komissiyaya müraciət etmiş, ona məhkəməyə müraciət hüququ izah edilmişdir. Qanunamüvafiq çıxarılacaq qərara etirazının olmadığını bildirmişdir. Məhkəmə ərizəçini dinləyərək iş materiallarını araşdırmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin 2(054)-51/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmış və mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinə göndərilmişdir. Sözügedən iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2004-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İ 493449 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2004-cü il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2004-cü ildə 148 nömrə ilə qeyd edilmiş, atası X6, anası Ərizəçidır. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10-0/913 saylı arayışından görünür ki, 1-ci qrup əlil olan X1 şəhəri, S.Vurğun küçəsi, ev 12 ünvanında yaşayan anası Ərizəçi himayəsində yaşayır. Müayinə olunan şəxs üzrə işə əlavə edilmiş elektron məlumatın surətindən görünür ki, Maraqlı şəxs müddətsiz birinci dərəcəli əlil olub, xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “uşaq serebral iflici, kvadroplegik spastik serebral iflici, tetraplegiya, spastik serebral iflic ” diaqnozu ilə ümumi xəstəlik səbəbli əlil olmaqla kənar şəxsin köməyinə ehtiyacı vardır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” X7 işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 1082 saylı arayışından görünür ki, Maraqlı şəxs Oğuz MRX poliklinika şöbəsində “uşaq serebral iflici, kvadroplegik spastik serebral iflici, ağır dərəcəli əqli gerilik, nitq qüsurlu ağırlaşma yüksək dərəcəli, hər iki gözdə hipermetropiya və çəpgözlük” diaqnozu ilə dispanser qeydiyyatda olmaqla xəstəliyə görə 1-ci qrul əlildir. Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF X7 1 saylı Şəki-Zaqatala Regional filialının (Qəbələ-Oğuz) işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, **********2 saylı məktubundan görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən ümumi səbəbdən orqanizmin funksiyalarını 81- 100 faiz itirdiyinə görə hər ay 220 manat sosial müavinət və 130 manat Prezident təqaüdü alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 500 saylı rəyindən görünür ki, Maraqlı şəxs ağır əqli geriliklə uşaq serebral iflicinin qalıq əlamətləri müəyyən edilir, o, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Maraqlı şəxs tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2004-cü il təvəllüdlü Maraqlı şəxs məhkəmə psixiatrik ekspertizası keçirilərkən onda ağır əqli geriliklə uşaq serebral iflicinin qalıq əlamətləri, onun psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmadığı müəyyən edilmiş, Maraqlı şəxs tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2023-cü il tarixli, 500 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2004-cü ildə Oğuz şəhərində anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-51/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-51/2023
11.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver