Məhkəmə qərarları › İş №2(054)-517/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-517/2023

16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-517/2023 16.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X26 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi1, onun və digər ərizəçilərin vəkili Vəkil iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 16 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş 0,06 ha torpağın mülkiyyətə verilməsinə dair JN 1384A (kod ********) saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1953-cü ildə Oğuz rayonu, Dəymədərə kəndində anadan olmuşdur. Digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 doğma övladları olmaqla Rusiya Federasiyasında yaşayırlar. O özü digər ailə üzvləri ilə birgə Oğuz şəhərində yerləşən evlərində qeydiyyatda olmaqla yaşayırlar. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhərində ona, arvadı X1, övladları Samir, Rasim, Elmir və Dilqəmə 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 1384A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona təqdim edilmişdir. Torpağı və üzərində yerləşən fərdi yaşayış evini sənədləşdirmək üçün müraciət edərkən məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun barəsində məlumat Ərizəçi1 qızı, oğlu Rasimin adı Qabil, oğlu Elmirin adı Elmar olaraq qeyd edilmişdir. Bu da mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur, çünki fərdi yaşayış evini və torpağı qeydiyyatdan keçirə bilmirlər. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçilərin vəkili Vəkil məhkəmə iclasında ərizəçilərin tələbinin əsaslı olduğunu bildirdi, Ərizəçi1 izahatını təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, Ərizəçi1 həyat yoldaşı, digər ərizəçilər övladlarıdır. Oğuz şəhərində qeydiyyatda olmaqla ailəsi ilə birgə yaşayır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhərində ərinə, ona və dörd oğluna 0,06 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 1384A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərinə təqdim edilmişdir. Həmin sənəddə Mirbala Tacəddin qızı kimi, oğlu Rasimin adı Qabil, Elmirin adı isə Elmar olaraq yazılıb. Ailədə Qabil və Elmar adlı şəxslər olmayıb. Sözügedən şəhadətnamənin həqiqətən ərizəçilərə məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X15 ərizəçilərin atası və qardaşları olduğunu bildirdi, digər şahid olan anasının izahatına uyğun izahat verərək JN 1384A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqətən bütün ailəyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X11 ərizəçilərin yaxın qohumu, yəni bacısı Mirvarinin ailə üzvləri olduğunu bildirdi, şahid Mirvari Abdullayevanın izahatına uyğun izahat verərək sənədin həqiqətən ərizəçilərə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçini, onun və digər ərizəçilərin vəkilini dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1953-cü ildə Oğuz rayonu Dəymədərə kəndində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 35-dir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1980-ci ildə Oğuz rayonu Dəymədərə kəndində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 37-dir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1984-cü ildə Oğuz şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 31-dir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cüil tarixli, 11/12 saylı arayışından görünür ki, Ərizəçi1 xx.xx.1953-cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Dəymədərə kəndində anadan olmuş, bu barədə Oğuz rayonu Padar kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1953-cü il tarixdə 59 nömrə ilə qeyd edilmiş, atası X12, anası X3r. İşə əlavə edilmiş nikahın bağlanması haqqında İ-JQ 407487 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 və X6 xx.xx.1979-cu il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayonu Padar kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 01 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Abdullayev soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 99/12 saylı arayışından görünür ki, Ərizəçi2 xx.xx.1980-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Dəymədərə kəndində anadan olmuş, bu barədə Oğuz rayonu Padar kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci il tarixdə 03 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi1, anası X2r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2023-cü il tarixli, 10/12 saylı arayışından görünür ki, Ərizəçi3 xx.xx.1984-cü il tarixdə Azərbaycan Respublikası Oğuz rayonunda anadan olmuş, bu barədə Oğuz rayonu Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cü il tarixdə 128 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi1, anası X2r. İşə əlavə edilmiş doğum haqqında Vİ-JQ 390128 saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1979-cu il tarixdə Vartaşen rayon Dəymədərə kəndində anadan olmuş, bu barədə Vartaşen rayon Padar kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1979-cu il tarixdə 55 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi1, anası X2r. İşə əlavə edilmiş doğum haqqında XV-JQ 353273 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1990-cı il tarixdə Vartaşen rayonunda anadan olmuş, bu barədə Vartaşen rayon VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 161 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi1, anası X2r. İşə əlavə edilmiş JN 1384A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Ərizəçi1 qızına, X1, X8, X9, X10 və X7 0,06 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-578/2023 saylı arayışından görünür ki, JN 1384A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq Ərizəçi1 qızı, X16 və X4 yazılmış şəxslər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 75 saylı qərarına əsasən 0,06 ha həyətyanı torpaq sahəsi JN 1384A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçilərə və onların ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 1384A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş 0,06 ha torpağın mülkiyyətə verilməsinə dair JN 1384A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar