Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-52/2023 30.01.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh tərəfindən hesabına əsassız işlənmiş 2160 kub.m itirilmiş qazın dəyəri olan 216 manat debitor borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) Cavabdehnə (cavabdeh) qarşı Cavabdeh tərəfindən hesabına əsassız işlənmiş 2160 kub.m itirilmiş qazın dəyəri olan 216 manat debitor borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, cavabdehin nümayəndəsi X1 xx.xx.2023-cüil tarixdə məhkəməyə ərizə təqdim edərək işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, Oğuz rayon Yemişənli kəndində qeydiyyatda olmaqla yaşayır.Yaşadığı evin qaz sayğacı onun adına sənədləşdirilib. Cavabdehlə aralarında qazın alqı-satqısına dair müqavilə imzalanmışdır. xx.xx.2021-ci il tarixdə Cavabdeh işçiləri tərəfindən istifadə etdiyi qaz sayğacı növbəti dövlət yoxlamasına uyğun olaraq dəyişdirilmiş, yeni sayğac quraşdırılmış və akt tərtib edilmişdir. Çıxarılmış sayğacda hər hansı problemin olduğu, yaxud plombun yerində olmadığı aşkar edilməmişdir. Həmin sayğac yoxlama üçün laboratoriyaya göndərilmiş, yoxlama zamanı ******* saylı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmiş, bu barədə xx.xx.2021-ci il tarixdə tərtib edilmiş ******* saylı aktda eyni məlumatlar göstərilməklə sayğacın saatlıq qaz sərfinə uyğun sayğacla əvəz edilməsi, dəymiş ziyanın hesablanmaqla ödənişinin təmin edilməsi tələb olunmuşdur. Həmin akta əsasən guya sayğaca müdaxilə etdiyinə görə itirilmiş qazın həcmi hesablanmış və ona əsassız olaraq 216 manat borc yazılmışdır. Aktla razı deyil, çünki sayğaca heç bir müdaxilədən söhbət gedə bilməz. Cavabdeh tərəfindən bununla bağlı sübut təqdim edilməyib. İddianın təmin olunması, xx.xx.2021-ci il tarixli, ******* saylı akt əsasında adına yazılmış 216 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, işdə olan sənədləri araşdırıb iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Azərbaycan Respublikası, Oğuz rayonu, Yemişənli kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Yemişənli kəndidir. İşə əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı G-4 markalı, ******* nömrəli mexaniki qaz sayğacı növbəti dövlət yoxlamasına uyğun olaraq Cavabdeh İB-nin nümayəndələri Azər Zəkəryəyev, Vüsal Lətifov və Ayaz Əliyevin iştirakı ilə çıxarılmış, Zenner G-4 **********3 nömrəli mexaniki sayğac quraşdırılmışdır. İşə əlavə edilmiş qaz sayğacının yoxlanılması barədə xx.xx.2021-ci il tarixli MSK 29/1710-03567-1 saylı aktın, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı G-4 markalı, ******* saylı qaz sayğacının hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilmiş, G-4 markalı, ******* nömrəli sayğacın nominal qaz buraxma qabiliyyəti 4 kub.m/saat, orta günlük iş rejimi -6 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qaz itkisi 4x6x90=2160 kub.m hesablanmışdır. İşə əlavə edilmiş abonentin saldosundan görünür ki, İddiaçı mənzilinə xx.xx.2022-ci il tarixdə Zenner G4T Smart tipli sayğac quraşdırılmış, 2021-ci ilin sentyabr ayında ona akt üzrə 216 manat cərimə hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsində hüquq və azadlıqların məhkəmə təminatından söhbət gedir. Bu maddəyə əsasən hər bir kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinin 1-ci hissəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçıların digər hüquqlarla birgə öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə hüquqları vardır. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçının təqdim etdiyi sənədlərə və onun izahatına əsasən iddiaçı ilə cavabdeh arasında qazın alqı-satqısı ilə əlaqədar mülki hüquq münasibətlərinin yaranması işin mübahisəsiz halıdır. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Oğuz rayon Yemişənli kəndində yaşamaqla mənzilində qaz sayğacı quraşdırılmışdır. xx.xx.2021-ci il tarixdə onun istifadə etdiyi mexaniki qaz sayğacı istismar müddəti bitdiyindən çıxarılmış, yeni mexaniki sayğac quraşdırılmışdır. Bununla bağlı akt tərtib olunmuş, aktda sayğacın çıxarılma səbəbi növbəti dövlət yoxlaması olaraq göstərilmiş, gözlə görünən hər hansı qüsurun olduğu qeyd edilməmişdir. Çıxarılmış sayğac laboratoriyaya göndərilmiş, tərtib edilmiş aktla G-4 ******* saylı sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsinin deşici alətlə deşildiyi müəyyən edilmişdir. Buna uyğun olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı akt və itirilmiş qazın bərpası üzrə tələb tərtib olunmuş, itirilmiş qaz itkisi cəmi 2160 kub.m həcmində hesablanmış, akta əsasən iddiaçıya itirilmiş qazın dəyəri olaraq 216 manat məbləğində ziyan hesablanmışdır. İddiaçı sayğaca hər hansı müdaxilə edilmədiyini bildirmiş, ondan tələb olunan 216 manat debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumatlar verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və 216 manat cərimənin yazılmasına əsas olmuş faktlara dair iddiaçının təqsirli olduğuna dair sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən və mülki prosessual qanunvericiliyin hazırki iddia üzrə sübutetmə vəzifəsinin cavabdehin üzərində olduğu, lakin cavabdeh tərəfindən sübutların təqdim edilmədiyi nəzərə alınmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 216 manat cərimə (debitor borc) silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan Məcəllənin 217.3-ci maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırmalıdır. Qeyd olunan Məcəllənin 217.4-ci maddəsində isə deyilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İstehsal Birliyinin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli, ******* saylı aktı əsasında İddiaçı hesablanmış 216 manat debitor borc silinsin. Qətnamədən sürəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-52/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-52/2023
30.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver