Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-521/2024 09.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X5 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə Mayıl oğlunun, Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə 09 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi (maraqlı şəxslər Maraqlı şəxs və Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyası) oğlu -xx.xx.2006-cı il tarixdə anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçi məhkəmə iclasında iştirak etməmiş, Maraqlı şəxs səhhətilə əlaqədar məhkəmə iclasında iştirakı mümkün olmamışdır. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin məhkəmə iclasında iştirakını nəzərə alaraq işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi xx.xx.1983-cü ildə Oğuz şəhərində anadan olmuşdur. Onun oğlu Maraqlı şəxs xx.xx.2006-cı ildə Oğuz şəhərində doğulmuşdur. Şamil xx.xx.2011-ci il tarixdən Oğuz RMX poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F72.0 ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozğunluğu” diaqnozu ilə qeydiyyatda olmaqla 1-ci qrup əlildir. Şamil xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Şamil ərizəçi olan anasının himayəsində yaşayır. Hazırda Şamil 18 yaşa çatdığından pensiya kartının müvafiq bankdan alınması üçün ona qəyyum təyin edilməlidir. Bunun üçün isə Şamilin məhkəmə qaydasında fəaliyyət qabiliyyətsiz olması müəyyən edilməlidir. Məhkəmə tərəfindən təyin edimiş məhkəmə-psixiatrik ekspertizasının rəyi ilə də Maraqlı şəxs fəaliyyət qabiliyyətli olmadığı təsdiq edilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Humayə Məsələləri üzrə Komissianın nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək bildirdi ki, ailənin problemləri barədə Komissiyada ümumi məlumat vardır. Qanunamüvafiq çıxarılacaq qərara etirazının olmadığını bildirdi. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilini, habelə Komissiyanın nümayəndəsini dinləyərək iş materiallarını araşdırmaqla belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin 2(054)-521/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-psixiatriya ekspertizası təyin edilərək icraat dayandırılmış və mülki iş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-X2” publik hüquqi şəxsinə göndərilmişdir. Sözügedən iş ekspert rəyi əlavə edilməklə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olduğundan iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə X2” X7 xx.xx.2024-cü il tarixli, 3218 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs ağır dərəcəli əqli gerilik (F72) aşkar olunduğundan (anamnezik məlumatlar-doğuş travması ilə anadan olması, erkən yaşlarından kobud nevroloji əlamətlərin qeyd olunması, psixi inkişafdan geri qalması, əqli geriliklə əlaqədar orta məktəbdə təhsil ala bilməməsi, xəstəxanada müalicədə olması, xəstəliyi ilə əlaqədar 1-ci dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər-bələdliyin pozulması, təfəkkürünün primitivliyi, davranışın qeyri-adekvatlığı, yaddaş və intellekt funksiyalarının zəif inkişaf etməsi vəs.), öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik olmadığından o, fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü ildə Azərbaycan Respublikası Vartaşen şəhərində anadan olmuş, yaşayış yeri Oğuz şəhəri, C.Cabbarlı küçəsi, ev 11-dir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ-İ 765424 saylı şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.2006-cı il tarixdə Oğuz şəhərində anadan olmuş, bu barədə Oğuz rayon VVADQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı ildə 122 nömrə ilə qeyd edilmiş, atası X4, anası Ərizəçidır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli elektron məlumatın işə əlavə edilmiş surətindən görünür ki, Maraqlı şəxs ümumi xəstəlik səbəbli orqanizmin funksiyalarının 90 faiz pozulması ilə müddətsiz birinci dərəcəli əlil olub, xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş, “ qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozuntusu, özünə xidmət qabiliyyətinin olmaması” diaqnozu ilə kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 18-1-64/2-H-475- 31-282/2024 saylı arayışından görünür ki, Maraqlı şəxs xx.xx.2011-ci ildən Oğuz MRX poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “F72.0 ağır dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən davranış pozğunluğu” diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Yenə həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2006-cı il təvəllüdlü Maraqlı şəxs məhkəmə psixiatrik ekspertizası keçirilərkən ekspert onun ağır dərəcəli əqli gerilik (F72) xəstəliyi keçirməsi səbəbindən öz hərəkətlərinin mənasını anlaya bilmək və öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olduğu nəticəsinə gəlmiş və Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilməsi barədə xx.xx.2024-cü il tarixli, 3218 saylı rəy verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, xx.xx.2006-cı il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməklə, ərizə təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Oğuz rayonunda anadan olmuş Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-521/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-521/2024
09.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver