Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-522/2023 16.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X20 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 16 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə verilmiş 0,36 ha torpağın mülkiyyətə verilməsinə dair JN 073F (kod ********) saylı şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1957-ci ildə Ermənistanın Vedi rayonu, Avşar kəndində anadan olmuşdur. xx.xx.1975-ci il tarixdə Ararat rayon Xəlisə kənd sakini X15 ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan beşövladı, o cümlədən xx.xx.1982-ci il tarixdə Vəfa adlı qızı, xx.xx.1983-cü il tarixdə Elnur adlı oğlu doğulub. Oğuz rayonu Qumlaq kəndində qeydiyyatda olmaqla yaşayırlar. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə Oğuz rayonu Qumlaq kəndində ona, ərinə və adlarını qeyd etdiyi övladlarına 0,36 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 073F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ərinə təqdim edilmişdir. Torpağı və üzərində yerləşən fərdi yaşayış evini nəvəsinin adına sənədləşdirmək üçün müraciət edərkən məlum olmuşdur ki, torpağa mülkiyyət hüququna dair şəhadətnamədə onun soyadı Müzəffərova, adı Mehriban olaraq yazılmış, atasının adı ilə Hümmət olaraq qeyd edilmişdir. Bu da mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur, çünki fərdi yaşayış evini və torpağı qeydiyyatdan keçirə bilmir. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X15 izahat verərək bildirdi ki, ərizəçi həyat yoldaşıdır. Onunla 1975ci ildə rəsmi nikaha daxil olub, həmin nikahdan 2 oğlan, 3 qız övladı doğulub. Oğuz rayonu Qumlaq kəndində qeydiyyatda olmaqla yaşayırlar. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə Oğuz rayonu Qumlaq kəndində ona, arvadına, 1982-ci il təvəllüdlü qızı Vəfaya, 1983-cü il təvəllüdlü oğlu Elnura 0,36 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 073F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona təqdim edilmişdir. Torpaq sahəsini və üzərində yerləşən evi nəvəsinin adına keçirmək istəyirlər.Bununla əlaqədar aidiyyəti orqana müraciət zamanı torpaq sənədində arvadı barədə məlumatın X4 olaraq qeyd edildiyini müəyyən etmişlər. Arvadının adı bütün sənədlərdə Mehridir, amma qonşular ona Mehriban deyərək də müraciət edirlər. Sözügedən şəhadətnamənin həqiqətən qeyd etdiyi ailə üzvlərinə, o cümlədən ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X18 izahat verərək ərizəçinin anası olduğunu bildirdi və atası olan digər şahidin izahatına uyğun izahat verərək mübahisəli sənədin ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə Ermənistan Respublikası Ararat rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayon Qumlaq kəndidir. İşə əlavə edilmiş doğum haqqında İ-JQ 008251 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957 il tarixdə Vedi rayonu Avşar kəndində anadan olmuş, bu barədə Vedi rayonu Avşar kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1957-ci il tarixdə 29 nömrə ilə qeyd edilmiş, atası X10, anası X6r. İşə əlavə edilmiş nikahın bağlanması haqqında İ-CL 281148 saylı şəhadətnamənin surətindən görünür ki, X13 və X11 xx.xx.1975-ci il tarixdə nikah bağlamış, bu barədə Ararat rayonu Avşar kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 06 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Müzəffərov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında Vİİİ-JQ 314670 saylı şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1982-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd XDS-də doğum haqqında akt qeydləri kitabında xx.xx.1982-ci ildə 09 nömrə ilə qeyd edilmiş, atası X13, anası Müzəffərova Mehri (adın arxasına xırda ölçüdə “ban” əlavə edilib) Hümbət qızıdır. İşə əlavə edilmiş nikahın bağlanması haqqında AZ-İ 010618 saylı şəhadətnamənin surətindən görünür ki, X17 və X12 xx.xx.2003-cü il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayonu Qumlaq kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 02 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada İsayev soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında İX-JQ 388997 saylı şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1983-cü il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Qumlaq kənd XDS-də doğum haqqında akt qeydləri kitabında xx.xx.1984cü ildə 05 nömrə ilə qeyd edilmiş, atası X13, anası X5r. İşə əlavə edilmiş JN 073F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə X7, X3, X2 və X8 0,36 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Qumlaq İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5- 68-12/2-296/2023 saylı arayışından görünür ki, JN 073F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X1 yazılmış şəxs Ərizəçidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1997-ci il tarixli, 53 saylı qərarına əsasən 0,36 ha həyətyanı torpaq sahəsi JN 073F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçiyə və onun ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 073F (kod ********) saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 53 saylı qərarı ilə verilmiş 0,36 ha torpağın mülkiyyətə verilməsinə dair JN 073F (kod ********) saylı şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-522/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-522/2023
16.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver