Məhkəmə qərarları › İş №2(054)-523/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-523/2023

26.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-523/2023 26.12.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X45 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkil Nümayəndə Sadəddin oğlunun, cavabdeh X4 iştirakı ilə, İddiaçı cavabdeh X8, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə, X16, X21, X17 və X32 qarşı mərhum bacısı X5 miras qalmış əmlakda hissənin və payların müəyyən olunması tələbinə dair mülki işə 26 dekabr 2023-cü il tarixdə Oğuz şəhərində, Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X8, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı Oğuz rayon Dəymədağlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinə Azərbaycan Respublikası DTXK Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 2002-ci il tarixli, JN 041G (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum bacısı X5 miras qalmış əmlakda hissənin və payların müəyyən olunması, naturada ayrılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı gedişində iddiaçı iddia həcminin azaldılmasına dair ərizə ilə müraciət edərək Oğuz rayon Dəymədağlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinə Azərbaycan Respublikası DTXK Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 2002-ci il tarixli, JN 041G (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən mərhum bacısı X5 miras qalmış əmlakda hissənin və payların müəyyən olunması tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmənin təşəbbüsü ilə X24, X33, X25 və X42 3-cü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, bunun səbəbini bildirməmişdir. Üçüncü şəxslər X24, X33, X25 və X26 qeydiyyat ünvanı üzrə ünvan 1 cavab olaraq nümayəndəlik xx.xx.2023-cü il tarixli məktubla məhkəmə bildirişinin X24, X33 və X17 çatdırılmasının təmin edildiyini, X26 Türkmənistan Respublikası vətəndaşı olduğunu, uzun illərdir orada yaşadığını, həmin şəxsin özünün və ya hər hansı ailə üzvünün nümayəndəlik ərazisində qeydiyyatda olmadığını, bu səbəbdən zərfin həmin şəxsə çatdırılmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə iddia tələbini əsaslandıraraq bildirmişdir ki, atası X37 xx.xx.1966-cı ildə, anası X22 xx.xx.1992-ci ildə, bacısı X23 isə xx.xx.2006-cı ildə vəfat etmişlər. Valideynləri islahatdan əvvəl vəfat etdiklərindən onların adına torpaq sənədi hazırlanmamışdır. Onlardan miras qalmış yaşayış evində isə qardaşı X18 ailəsi ilə, o və bacısı Təzəgül yaşamışlar.Qardaşı miras qalmış evi sökərək mülkiyyətlərində olan həyətyanı torpaq sahəsində ev inşa etdirmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN 041G (********) saylı şəhadətnaməyə əsasən qardaşına, onun ailə üzvlərinə, ona və bacısı Təzəgülə həyətyanı torpaq sahəsi verilmişdir. Qardaşı Məmmədalı nəinki bacısından miras qalmış torpaqdan, hətta onun mülkiyyətində olan fındıq bağından istifadəyə icazə vermir. Bacısı Təzəgül xəstə olanda ona özü qulluq edib.Buna görə də şəhadətnamə ilə verilmiş torpaq sahəsindən ona və qardaşı ilə birlikdə ailə üzvlərinə düşən payların müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərilənləri təsdiq etmiş, əlavə olaraq bildirmişdir ki, 4 qardaş, 4 bacı olmuşlar. Ceyran adlı bacısı uşaq vaxtı olmuşdur. Bacısı Təzəgül isə 2006-cı ildə vəfat etmişdir. X56, qardaşları Bayram və Müsabir Dəymədağlı kəndində yaşayırlar. Qardaşı Elman 30 ildən artıqdır ki, Türkmənistan Respublikasının vətəndaşı olmaqla orada yaşayır. Onunla telefon əlaqəsi var. Məhkəmə işindən xəbəri var. Bacısının vərəsəsi olaraq miras torpaq sahəsi bütünlükdə ona verilməlidir, çünki birlikdə yaşayıblar, xəstə olanda bacısına baxıb. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddiaçının izahatını təsdiq etmiş, iş materiallarında olan sənədlərin məzmununa əlavə olaraq bildirmişdir ki, təqdim edilmiş sənədlərə əsasən 1,52 ha həyətyanı torpaq sahəsi islahat zamanı iddiaçıya, bacısı mərhum Təzəgülə, habelə cavabdeh Məmmədalı Məmmədov və onun 3 nəfər ailə üzvünə verilmişdir. Şəhadətnamədə iddiaçının soyadı və adı Nəsibə Məmmədova yazılsa da, şəxsiyyətini təsdiq edən sənəddə İddiaçı olduğundan bununla əlaqədar məhkəməyə müraciət edilmiş, 2021-ci ildə sənədin iddiaçıya məxsus olduğu müəyyən edilmişdir. Təzəgüldən qalan miras torpaq sahəsi iddiaçı tərəfindən qəbul edilmiş hesab olunur. Məhkəmə icraatına cəlb edilmiş 3-cü şəxslər miras əmlakı qəbul etməmişlər. İddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X18 izahat verərək bildirmişdir ki, torpaq islahatı zamanı ona, arvadına və iki övladına, həmçinin bacıları Nəsiybə və Təzəgülə 1,52 ha həyətyanı torpaq sahəsi verilmişdir.Bacısı Təzəgül subay olub, 2006-cı ildə vəfat etmişdir.Ondan miras qalmış torpaq sahəsində həm iddiaçının, həm də onun payı vardır. Qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirməklə iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Dəymədağlı kəndidir. Azərbaycan Respublikası vətəndaşının mülki işə əlavə edilmiş AZE 13467616 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X18 xx.xx.1963-cü ildə Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Dəymədağlı kəndidir. Mülki işə əlavə edilmiş evlənmə haqqında İE 284228 saylı şəhadətnamənin surətindən görünür ki, 1929-cu il təvəllüdlü X38 və 1936-cıil təvəllüdlü X27 1954-cü ildə evlənmişlər, bu barədə Vartaşen rayonu Sincan kənd sovetində vətəndaşlıq vəziyyəti aktları kitabında xx.xx.1957-ci ildə lazımi qeyd edilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında AZ-T 212665 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş, bu barədə Oğuz rayon Sincan kəndində doğum haqqında akt qeydləri kitabında xx.xx.1962-ci ildə 35 nömrə ilə qeyd edilmiş, atası X34, anası X10r. Mülki işə əlavə edilmiş doğum haqqında AZ 306153 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü ildə Vartaşen rayonu Dəymədağlı kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Sincan kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1963cü ildə 40 nömrə ilə qeyd edilmiş, atası X37, anası X19r. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 116/12 saylı arayışından görünür ki, X28 xx.xx.1965-ci ildə Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş, bu barədə Oğuz rayon Sincan kəndində xx.xx.1965-ci ildə doğum haqqında 24 saylı akt qeydi tərtib edilmişdir atası X37, anası X19r. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 29/12 saylı arayışından görünür ki, X37 xx.xx.1966-cı ildə ölmüş, bu barədə Oğuz rayon Sincan kəndində xx.xx.1966-cı ildə ölüm haqqında 12 saylı akt qeydi tərtib olunmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 30/12 saylı arayışından görünür ki, X22 xx.xx.1992-ci ildə ölmüş, bu barədə Oğuz rayon Sincan kəndində həmin tarixdə ölüm haqqında 04 saylı akt qeydi tərtib olunmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 27/12 saylı arayışından görünür ki, X23 xx.xx.2006-cı ildə ölmüş, bu barədə Oğuz rayon Sincan kəndində xx.xx.2006-cı ildə ölüm haqqında 11 saylı akt qeydi tərtib olunmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 05/09/S/185368-23 saylı arayışından görünür ki, xx.xx.1966-cı il təvəllüdlü X23 xx.xx.2006-cı il tarixədək subay olmuşdur. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 041G Kod 40507038 saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayon Dəymədağlı kənd sakinləri X8, X20, X11, X3, X6 və X7 1,52 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz Rayon Məhkəməsinin mülki işə əlavə edilmiş 2(054)-509/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Oğuz rayonu Dəymədağlı kəndi ərazisində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon şöbəsi tərəfindən tərtib edilmiş 2002-ci il tarixli, JN 041G (Kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçi İddiaçı məxsus olması faktı müəyyən edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 342 saylı arayışından görünür ki, xx.xx.1962-ci ildə Oğuz rayonu Dəymədağlı kəndində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. Ata: X37 (xx.xx.1966-cı ildə vəfat edib), ana: X22 (xx.xx.1992-ci ildə vəfat edib), bacı: X29 (xx.xx.1957-ci ildə vəfat edib), bacı: X23 (xx.xx.2006-cı ildə vəfat edib), qardaş: X18 xx.xx.1963, qardaş: X25 xx.xx.1956, qardaş: X39 xx.xx.1958, qardaş: X33 xx.xx.1961, bacı: X40 xx.xx.1959. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının həmin maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir... Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İddiaçı və cavabdeh X18, üçüncü şəxslər X24, X33, X25 və X42 doğma bacı-qardaş olmaqla onların atası X37 1966-cı ildə, anası X22 1992-ci ildə vəfat etmişdir. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayon Dəymədağlı kənd sakinləri X8, X20, X11, X3, X6 və X7 1,52 ha həyətyanı torpaq sahəsi verilmişdir. X9, X12 və X1 Məmmədalı Bilal oğlunun ailə üzvləridir. X2 və Məmmədalının doğma bacısı olmaqla 2006-cı ildə vəfat etmiş, vəfat edən tarixədək subay olmuşdur. Sənədlərdən göründüyü kimi onun vəfatından sonra onun Oğuz rayonu Dəymədağlı kəndində yerləşən 1,52 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsindən ibarət daşınmaz əmlakı miras qalmışdır. Həmin miras əmlak həm iddiaçı, həm də cavabdeh tərəfindən faktiki qəbul edilmişdir. İddiaçı bacısı ilə birlikdə yaşamaqla xəstələnərkən ona baxdığını bildirməklə sözügedən torpaq sahəsindən ibarət miras əmlaka tam payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edildiyi kimi üçüncü şəxslərin məhkəmə icraatında iştirakını təmin etmək mümkün olmamış, həmçinin onlar tərəfindən bacıları Təzəgüldən miras qalmış torpaq sahəsinin faktiki, yaxud notarial qaydada qəbul edilməsi halı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan mülki qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia qismən təmin olunmalı, Oğuz Rayon Aqrar İslahat Komissiyasının məlum qərarı ilə verilmiş 1,52 ha həyətyanı torpaq sahəsindən mərhum Təzəgül Məmmədovaya düşən 1/6 hissənin iddiaçı və cavabdeh tərəfindən vərəsə kimi qəbul edilməsi faktı təsdiq olunmalı, iddiaçının və cavabdehin hər birinin payı miras torpaq sahəsinin 1/12 (1/6:2=1/12) hissəsində olmaqla onların vərəsə kimi mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. Bundan əlavə məhkəmə tərəfindən vərəsə kimi mülkiyyət hüququ tanınmış iddiaçı və cavabdehin 1,52 ha həyətyanı torpaq sahəsində hər birinin 1/6 hissəyə mülkiyyət hüququ da nəzərə alınmaqla onların ümumi əmlakda payı vərəsə olaraq hər birinə düşən 1/12 hissə ilə birlikdə nəzərə alınmaqla 1/4 (1/12+1/6) hissədə müəyyən edilməli, mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. “İnsan Hüquqlarının və X15 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edilsə də, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Oğuz rayonu Dəymədağlı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair 2002-ci il tarixli, JN 041G (Kod ********) saylı şəhadətnaməyə əsasən Oğuz rayon Aqrar İslahat Komissiyasının 14 may 1998-ci il tarixli, 64 saylı qərarı ilə X8, Mamedova (Məmmədova) Nəsiybə (Nəsibə) Bilal qızına, X11, X3, X6 və X7 verilmiş 1,52 ha həyətyanı torpaq sahəsinin mərhum X5 miras qalmış 1/6 hissəsinə İddiaçı və cavabdeh X4 hər birinin payı 1/12 hissədə olmaqla vərəsəlik hüququ tanınsın, vərəsələrin hər birinin ümumi əmlakdakı payı onların hər birinin mülkiyyətində olan 1/6 hissə də nəzərə alınmaqla 1/4 hissədə müəyyən edilsin, onların mülkiyyətinə verilsin və qeydə alınsın. Dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar