Məhkəmə qərarları › İş №2(054)-541/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-541/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-541/2023 15.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X25 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi1 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 15 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 (ərizəçilər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 61 saylı qərarı ilə verilmiş 0,43 ha torpağın mülkiyyətə verilməsinə dair JN 544A (kod ********) saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, ərizəçilər Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 məhkəməyə ərizə və teleqramla müraciət edərək işə iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişlər. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1965-ci ildə Yevlax rayonu, Səmətabad kəndində anadan olmuşdur. Soyadı Əkbərova olmuşdur. xx.xx.1987-ci ildə Oğuz rayon Padar kənd sakini X11 ilə nikaha daxil olmuş, soyadını dəyişmişdir. Digər ərizəçilər doğma övladlarıdır. Ailə üzvləri ilə birgə Oğuz rayon Padar kəndində yerləşən evlərində qeydiyyatda olmaqla yaşayırlar. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 61 saylı qərarı ilə Oğuz rayon Padar kəndində ona, övladları Şərifə, Elvin və Nuranəyə 0,43 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 544A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona təqdim edilmişdir. Torpağı rəsmi alqı-satqı yolu ilə satmaq üçün müraciət edərkən məlum olmuşdur ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə onun və övladlarının soyadı İskəndərova (İskəndərov) əvəzinə İsgəndərova (İsgəndərov), onun özünün adı isə Nuridə əvəzinə Nuriyə olaraq qeyd edilmişdir. Bu da mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur, çünki hazırki vəziyyətdə torpağın alqı-satqısı mümkün deyil. Qızları Şərifə və Nuranə ailəlidirlər, nikaha daxil olarkən soyadlarını dəyişmişlər. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X16 izahat verərək bildirdi ki, 40 ilə yaxındər ki, ərizəçilərlə qonşudur. Ərizəçi1 və onun övladları Şərifə, Elvin və Nuranəyə Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 61 saylı qərarı ilə Padar kəndində 0,43 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 544A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə Nuridəyə təqdim edilmişdir. Həmin sənəddə Nuridənin adı Nuriyə kimi, bütün mülkiyyətçilərin soydı İsgəndərov yazılıb. Sözügedən şəhadətnamənin həqiqətən ərizəçilərə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçilərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci ildə Yevlax rayonu Səmətabad kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayonu Padar kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1988-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1991-ci ildə Oğuz rayon Padar kəndində anadan olmuş, yaşayış yeri Oğuz rayon Padar kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1999-cu ildə Azərbaycan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.1965-ci il tarixdə Azərbaycan Respublikası Yevlax rayonu Səmədabad kəndində anadan olmuş, bu barədə Yevlax rayonu Nemətabad kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1965-ci il tarixdə 167 nömrə ilə qeyd edilmiş, atası X17, anası X12r. İşə əlavə edilmiş nikahın bağlanması haqqında İV-JQ 405864 saylı şəhadətnamənin surətindən görünür ki, X11 və X15 xx.xx.1987-ci il tarixdə nikah bağlamış, bu barədə Yevlax rayonu Nemətabad kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 38 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada İskəndərov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında Xİİİ-JQ 346049 saylı şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası Vartaşen rayonu Padar kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Padar kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci il tarixdə 77 nömrə ilə qeyd edilmiş, atası X11, anası Ərizəçi1 Əsgər qızıdır. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş nikah haqqında xx.xx.2023-cü il tarixli, 51/12 saylı arayışından görünür ki, X23 və X6 xx.xx.2012-ci il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Padar kənd icra nümayəndəliyində nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 30 nömrə ilə qeyd olunmuş, nikah bağlandıqdan sonra ər-arvada Hacıyev soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında XVİ-JQ 271518 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Padar kəndində anadan olmuş, bu barədə Oğuz rayonu Padar kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 72 nömrə ilə qeyd edilmiş, atası X11, anası Ərizəçi1 Əsgər qızıdır. İşə əlavə edilmiş doğum haqqında XX-JQ 456999 saylı şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Padar kəndində anadan olmuş, bu barədə Oğuz rayonu Padar kənd icra nümayəndəliyində doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu il tarixdə 10 nömrə ilə qeyd edilmiş, atası X11, anası Ərizəçi1 Əsgər qızıdır. İşə əlavə edilmiş nikah haqqında AZ-İİ 430003 saylı şəhadətnamənin surətindən görünür ki, X13 və X8 xx.xx.2021-ci il tarixdə nikah bağlamış,bu barədə Mingəçevir Regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 185 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada İbrahimli soyadı verilmişdir. İşə əlavə edilmiş JN 544A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 61 saylı qərarı ilə X2, X3, X4 və X9 0,43 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Padar kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-105/2023 saylı arayışından görünür ki, JN 544A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X10, X6, X8 və X1 yazılmış şəxslər Ərizəçi1, Hacıyeva (İskəndərova) Şərifə Rafiq qızı, İbrahimli (İskəndərova) Nuranə Rafiq qızı və Ərizəçi4dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 61 saylı qərarına əsasən 0,43 ha həyətyanı torpaq sahəsi JN 544A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçilərə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 544A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Hacıyeva (İskəndərova) Şərifə Rafiq qızına, İbrahimli (İskəndərova) Nuranə Rafiq qızına və Ərizəçi4 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 02 fevral 1998-ci il tarixli, 61 saylı qərarı ilə verilmiş 0,43 ha torpağın mülkiyyətə verilməsinə dair JN 544A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Hacıyeva (İskəndərova)Şərifə Rafiq qızına, İbrahimli (İskəndərova) Nuranə Rafiq qızına və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar