Məhkəmə qərarları › İş №2(054)-547/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-547/2025

11.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-547/2025 11.02.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə, Maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya) şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun xx.xx.1988-ci il təvəllüdlü oğlu Maraqlı şəxs xx.xx.2005-ci il tarixdən Oguz RMX-nın poliklinika şöbəsinin Ruhi əsəb kabinetində “Uşaq serebral iflicin qalıqları, ağır dərəcəli əqli gerilik” diaqnoz ilə dispanser qeydiyyatındadır və xəstəliyə görə 1-ci qrup əlildir. Maraqlı şəxs 1-ci qrup əlil kimi müavinət və prezident təqaüdü almalıdır. Maraqlı şəxs hazırda xəstə olmaqla onun himayəsindədir. Maraqlı şəxs xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşməyən və öz hərəkətlərini idarə edə bilməyən şəxsdir. Hazırda Maraqlı şəxs da ümumi birgə mülkiyyətçi olduğu kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinə ehtiyac yarandığı üçün ona qəyyum təyin edilməlidir. Maraqlı şəxs məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan sayılmadan ona qəyyum təyin edilməsi barədə qərar qəbul edilməsi mümkün deyildir, onun fəaliyyət qabiliyyəti olmayan sayılması isə yalnız məhkəmə qətnaməsi ilə mümkündür. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin məzmununa uyğun izahat vermişdir və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəçinin izahatına uyğun izahat verməklə ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Oğuz rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiyanın nümayəndəsi X1 Rauf Tahir oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan nikahın bağlanması haqqında İ-ЖГ 405414 saylı şəhadətnamənin surətindən görünür ki, X5 və Ərizəçi xx.xx.1977-ci il tarixdə nikah bağlamış, bu barədə Vartaşen (Oğuz) rayon Bucaq kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 21 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ərə “İbrahimov”, arvada “Həmidova” soyadı verilmişdir. İş materiallarında olan Xİİİ-ЖГ 382635 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs xx.xx.1988-ci il tarixdə Oğuz rayonu Bucaq kəndində anadan olmuş, bu barədə Vartaşen (Oğuz) rayon Bucaq kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1989-cu ildə 02 nömrə ilə qeyd edilmiş, atası X5, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2025-ci il tarixli elektron məlumatın işə əlavə edilmiş surətindən görünür ki, Maraqlı şəxs ümumi xəstəlik səbəbli müddətsiz birinci dərəcəli əlil olub, xx.xx.2005-ci il tarixdə qiymətləndirilmiş, ona “Uşaq serebral iflici. Fiziki və psixi inkişafdan geri qalma və qıcıolma tutmaları ilə. Oliqofreniya imbesillik səviyyəsində. Çanaq orqanlarının funksiya pozğunluğu ilə” diaqnozu ilə kənar şəxslərin qulluğuna ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Oğuz rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, 18- 1-64/2-İ-501-31-437/2025 saylı arayışından görünür ki, Maraqlı şəxs Oğuz MRX poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində “Uşaq serebral iflicin qalıqları, Ağır dərəcəli əqli gerilik” diaqnozu ilə qeydiyyatdadır. Xəstəliyə görə İ qrup əlildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 X4 xx.xx.2025-ci il tarixli 844 saylı rəyinin nəticə hissəsindən görünür ki, yoxlanılan şəxs xx.xx.1988-ci il təvəllüdlü təvəllüdlü Maraqlı şəxs “Uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (İmbesillik dərcəsində) əqli gerilik F72.0” aşkar olunmuşdur. Yoxlanılan şəxs Maraqlı şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Məhkəmə iclasında müəyyən edildi ki, Maraqlı şəxs “uşaq serebral iflici nəticəsində yaranan ağır dərəcəli (İmbesillik dərcəsində) əqli gerilik F72.0” müəyyən edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X6 X4 xx.xx.2025-ci il tarixli 844 saylı rəyinə əsasən Maraqlı şəxs öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını başa düşmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab etməyə əsaslar vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinın asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə hesab edir ki, Maraqlı şəxs öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, habelə Ərizəçi onun anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia tələbi ilə müraciət etmək hüququ vardır. Beləliklə, Maraqlı şəxs öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, işdə olan digər sübutlarla tam sübuta yetirildi. Məhkəmə şərh olunan qanunvericilik müddəalarını rəhbər tutaraq, mübahisə üzrə işin faktiki hallarını və məhkəmə iclasında araşdırılmış sübutları nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs öz hərəkətlərinin faktiki xarakterini dərk etmədiyindən və onları idarə etmək iqtidarında olmadığından, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək, xx.xx.1988-ci il təvəllüdlü təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 307-311 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi ərizəsi təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü Maraqlı şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar