Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-56/2023 01.02.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ Oğuz Rayon Məhkəməsinin hakimi Zeynalova Səadət Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 iştirakı ilə, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 (ərizəçilər) hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş torpağa mülkiyyət hüququna dair JN 151 (kod ********) saylı Dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair JN 159A saylı (kod ********) şəhadətnamələrin onlara və mərhum X10 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1958-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. Oğuz rayon Qarabulaq kəndində yaşayır. X1, anası X3r. xx.xx.1995-ci ildə X16 ilə ailə qurmuşdur. İlk nikahından 1981-ci il təvəllüdlü Mehman,1984-cü il təvəllüdlü Ülkər və 1987-ci il təvəllüdlü Gündüz adlı övladları doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə Oğuz rayonu Qarabulaq kəndində atasına, ona, arvadı Sevilə və üç övladına 4,18 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı, 0,18 ha həyətyanı torpaq sahələri verilmiş, bu barədə JN 151 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı, JN 159A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə atasına təqdim edilmişdir. Atası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Qızı Ülkər 2006-cı ildə X29 ilə rəsmi nikahla ailə qurmuş, onun soyadını qəbul etmişdir. Torpaqdan istifadəyə görə subsidiya elektron qaydada hesablanarkən onlara məlum olmuşdur ki, həm dövlət aktında, həm də şəhadətnamədə bütün ailə üzvlərinin soyadı texniki səhv olaraq Abdurazaqov yazılmışdır, halbuki atasının soyadı Abdurzaqov, onun və digər ailə üzvlərinin soyadı Abdullayevdir. Abdulla babasının adıdır. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında digər ərizəçilər Ərizəçi2, Ərizəçi3, Ərizəçi4 və Ərizəçi5 Ərizəçi1 izahatını təsdiq etdilər və ərizənin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında şahid X11 izahat verərək bildirdi ki, Ərizəçi1 dayısı Səftərın oğludur. Digər ərizəçilər Tapdığın ailə üzvləridir. Onların soyadı babası Abdullanın adından götürülmüşdür.Torpaq islahatı keçirilərkən dayısına və ailə üzvlərinə həm pay torpaq sahəsi, həm də həyətyanı torpaq sahəsi verilmişdir. Həyətyanı torpaq sahəsinə dair şəhadətnamədə və pay torpağına dair dövlət aktında ərizəçilərin soyadı səhvən Abdurazaqov kimi qeyd edilmişdir. Dayısının soyadı Abdurzaqov olsa da, onun da soyadı Abdurazaqov kimi yazılıb. JN 151 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının və JN 159A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin həqiqətən ərizəçilərə və mərhum dayısına məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid qismində izahat verən X26 ərizəçi Tapdığın bibisi oğlu olduğunu bildirdi, digər şahidin izahatına uyğun izahat verdi və təqdim edilən sənədlərin ərizəçilərə və mərhum Səftər Abdurzaqova məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuş, yaşayış yeri Oğuz rayonu Qarabulaq kəndidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1968-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1981-ci il tarixdə Azərbaycan Respublikasının Oğuz rayonu, Qarabulaq kəndində anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, C.Səlimov küçəsi, H/Hosp, ev 3-dür. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi4 xx.xx.1984-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi5 qızı xx.xx.1987-ci ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 13/12 saylı arayışından görünür ki, X7 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2022-ci il tarixli, 171/12 saylı arayışından görünür ki, Ərizəçi1 1958-ci ildə Qəbələ rayonu Kürd kəndində anadan olmuş, bu barədə Qəbələ rayon Qeydiyyat şöbəsində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1960-cı ildə 564 nömrə ilə qeyd edilmiş, atası X21, anası X3r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2022-ci il tarixli, 171/12 saylı arayışından görünür ki, X17 xx.xx.1968-ci ildə Qəbələ rayon Qəmərvan kəndində anadan olmuş, bu barədə Qəbələ rayon Qəmərvan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1968-ci ildə 33 nömrə ilə qeyd edilmiş, atası X4, anası X27r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş nikah haqqında xx.xx.2022-ci il tarixli, N- 115/12 saylı arayışından görünür ki, Ərizəçi1 Səftər oğlu və X16 xx.xx.1995-ci il tarixdə nikah bağlamış, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 07 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Abdullayev soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2022-ci il tarixli, 168/12 saylı arayışından görünür ki, Ərizəçi3 xx.xx.1981-ci ildə Oğuz rayon Qarabulaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1981-ci ildə 102 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi1, anası X5r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2022-ci il tarixli, 169/12 saylı arayışından görünür ki, X28 xx.xx.1984-cü ildə Oğuz rayon Qarabulaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1984-cü ildə 36 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi1, anası X5r. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş nikah haqqında xx.xx.2022-ci il tarixli, N- 112/12 saylı arayışından görünür ki, X29 və X28 xx.xx.2006-cı il tarixdə nikah bağlamış, bu barədə Qəbələ rayon Cığatelli kənd icra nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 11 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Mikayılov soyadı verilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2022-ci il tarixli, 170/12 saylı arayışından görünür ki, Ərizəçi5 xx.xx.1987-ci ildə Oğuz rayon Qarabulaq kəndində anadan olmuş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1987-ci ildə 88 nömrə ilə qeyd edilmiş, atası Ərizəçi1, anası X5r. İşə əlavə edilmiş ölüm haqqında AZ-İ 541152 saylı şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2012-ci ildə ölmüş, bu barədə Oğuz rayon Böyük Söyüdlü kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 13 nömrə ilə qeyd edilmişdir. İşə əlavə edilmiş JN 151 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X8, X9, X6, X12, X13 və X14 4,18 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 159A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 66 saylı qərarı ilə X8, X9, X6, X12, X13 və X14 0,18 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Böyük Söyüdlü kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, 10/25-345 saylı və xx.xx.2022-ci il tarixli, 10/25-463 saylı arayışlarından görünür ki, JN 151 (kod ********) saylı dövlət aktında və JN 159A (kod ********) saylı şəhadətnamədə texniki səhv olaraq X18, X19, X15, X22, X23 və X2 yazılmış şəxslər X20, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Abdullayeva (Mikayılova) Ülkər Tapdıq qızı və Ərizəçi5dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 66 saylı qərarına əsasən 4,18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi JN 151 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə, 0,18 ha həyətyanı torpaq sahəsi JN 159A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçilərə və onların ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağa mülkiyyət hüququna dair JN 151 (kod ********) saylı dövlət aktının, torpağın mülkiyyətə verilməsinə dair JN 159A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və mərhum X10 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 06 iyun 1998-ci il tarixli, 66 saylı qərarı ilə verilmiş 4,18 ha torpağa mülkiyyət hüququna dair JN 151 (kod ********) saylı dövlət aktının və 0,18 ha torpağın mülkiyyətə verilməsinə dair JN 159A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Ərizəçi5 və mərhum X10 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-56/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-56/2023
01.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver