Məhkəmə qərarları › İş №2(054)-563/2022

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-563/2022

09.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-563/2022 09.12.2022 OĞUZ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Oğuz Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: Ərizəçi məhkəməyə müraciət edərək xx.xx.2006-cı il tarixli JN - 263F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi öz tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Onun özünə məxsus sənədlərində soyadı, adı və ata adı Ərizəçi kimi yazılmışdır. Buna baxmayaraq Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,40 hektar həyətyanı torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN - 263F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə onun atasının adı “Kamal” kimi qeyd edilməli olduğu halda, səhvən “Camal” kimi qeyd edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi mümkün deyildir. Bu səbəbədən həmin Şəhadətnamənin ona məxsus olması faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də o, məhkəməyə müraciət etmişdir. Ərizəçi öz tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verərək göstərdi ki, ərizədə qeyd etdiyi hüquqmüəyyənedici sənəddə ata adı “Kamal” əvəzinə texniki səhv olaraq “Camal” kimi yazılmışdır. Qeyd olunan hüquqmüəyyənedici sənəddə ata adının düzgün qeyd edilməməsi onun həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə və qeyd olunan torpaq sahəsinə dair mülkiyyət sənədi əldə etməsinə maneçilik törədir. Həmin sənədə düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin orqanda qeyd olunan sənədə düzəliş edilməsi mümkün olmamış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırki vəziyyətdə qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi yalnız məhkəmə qətnaməsi əsasında mümkündür. Qeyd etdikləri nəzərə alınmaqla ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara almışdır. İş materiallarına əlavə edilmiş, ərizəçiyə məxsus olan, xx.xx.2022-ci il tarixdə verilmiş 338/2 nömrəli doğum haqqında akt qeydinə dair arayışdan, xx.xx.1982-ci il tarixdə verilmiş İİ-ЖГ 442685 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin və xx.xx.2007-ci il tarixdə verilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən müəyyən edilir ki, ərizəçi xx.xx.1957-ci il tarixdə Oğuz rayonu Qumlaq kəndində anadan olmuşdur və hazırda da həmin kənddə yaşayır. Ərizəçiyə məxsus olan sənədlərdə onun soyadı, adı və ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş, ərizəçinin mərhum atasının adına tərtib edilmiş ölüm haqqında akt qeydinə dair arayışdan müəyyən edilir ki, ərizəçinin atası X1 adlı şəxs olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2006-cı il tarixli JN - 263F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən müəyyən edilir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçi və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,40 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamədə ərizəçinin soyadı, adı və atasının adı “Ərizəçi Camal oğlu” kimi qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Qumlaq İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/25-284 nömrəli arayışda qeyd edilmişdir ki, hazırki ərizədə göstərilən hüquqmüəyyənedici sənəddə Ərizəçi soyadı, adı və ata adı texniki səhv olaraq “Ərizəçi Camal oğlu” kimi yazılmışdır. Oğuz rayonu Qumlaq kəndi ərazisində Ərizəçi Camal oğlu adlı şəxs yaşamır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********35 nömrəli müraciətə cavab məktubundan görünür ki, ərizəçi hazırki ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənəddə ata adında düzəliş edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün müvafiq orqana müraciət etmiş, həmin orqanda ərizəçinin müraciətinin müsbət həll edilməsi mümkün olmadığından ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında ərizəçinin izahatı və iş materialları ilə müəyyən edildi ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının müvafiq qərarı ilə ərizəçi və onun ailə üzvlərinin mülkiyyətinə Oğuz rayonu Qumlaq kəndi ərazisindən 0,40 hektar torpaq sahəsi verilməsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş hüquqmüəyyənedici sənəddə ərizəçinin soyadı, adı və atasının adı “Ərizəçi” kimi qeyd edilməli olduğu halda, “Ərizəçi Camal oğlu” kimi qeyd edilmişdir. Ərizəçi hazırki ərizəsində qeyd etdiyi hüquqmüəyyənedici sənəddə ata adının “Kamal” əvəzinə səhvən “Camal” kimi qeyd edildiyini bildirərək həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. TƏSVİRİ HİSSƏ: İşin məhkəmə tərəfindən müəyyən edlmiş faktiki hallarından görünür ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənəddə ərizəçinin ata adının “Kamal” əvəzinə səhvən “Camal” kimi qeyd edilməsi ərizəçinin həmin sənəddə göstərilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını tam şəkildə həyata keçirməsinə maneçilik törədir. Hazırki vəziyyətdə qeyd olunan sənədə düzəliş edilməsi, eyni zamanda, ərizəçinin həmin sənədin ona məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd edilən hüquq normalarının tələblərinə əsasən tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, hazırki ərizədə qeyd edilən hüquqmüəyyənedici sənədin ərizəçiyə məxsus olduğu, lakin həmin sənəddə onun ata adının düzgün qeyd edilmədiyi iş materialları ilə təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından qeyd olunan sənədin ərizəçiyə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. NƏTİCƏ HİSSƏ: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307.1, 308, 309, 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Oğuz rayonu Qumlaq kəndi ərazisində yerləşən 0,40 hektar torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Oğuz rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2006-cı il tarixli JN - 263F (KOD ********) nömrəli Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar