Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-582/2024 17.12.2024 OĞUZ RAYON MƏHKƏMƏSİ X9 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə oğlunun iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 17 dekabr 2024-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (ərizəçi) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 53 saylı qərarı ilə verilmiş 0,12 ha torpağın mülkiyyətə verilməsinə dair JN 078A (kod ********) saylı və 0,19 ha torpağın mülkiyyətə verilməsinə dair JN 078F (kod ********) saylı şəhadətnamələrin ona məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, Ərizəçi məhkəmə iclasında iştirak etməmişdir. Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir.Ərizəçinin nümayəndəsi və vəkilinin iştirakı nəzərə alınmaqla məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək bildirdi ki, ərizəçi xx.xx.1967-ci ildə Oğuz rayonu, Qumlaq kəndində anadan olmuşdur. 2012-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır, buna baxmayaraq doğma kəndinə gələrkən yaşadığı ata evi mövcuddur. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə Oğuz rayon Qumlaq kəndində ərizəçiyə 0,12 ha və 0,19 ha həyətyanı torpaq sahələri verilmiş, bu barədə JN 078A və JN 078F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr ona təqdim edilmişdir.Torpaq sahələrinə dair mülkiyyət hüququndan Azərbaycan Respublikasının qanunlarına müvafiq olaraq istifadə etmək üçün çıxarış almaq üçün aidiyyəti orqana müraciət edərkən məlum olmuşdur ki, şəhadətnamələrdə onun adı Nəzmi əvəzinə Nazim kimi yazılıb. Bu da mülkiyyətçi kimi hüquqlarının pozulmasına səbəb olur, çünki hazırki vəziyyətdə torpaq sahələrinə öz adına çıxarış almaqdan və üzərində sərəncam verməkdən məhrum olmuşdur. Halbuki qanunvericiliyə görə ərizəçi torpaq sahələrinə öz adına çıxarış alaraq onu 1 il müddətində özgəninkiləşdirə bilər. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid X5 izahat verərək bildirdi ki, ərizəçi əmisidir. Əmisi uzun illərdir ki, Rusiyada yaşayır. Dəqiq vaxtını bilmir. 2017-2018-ci ildə gəzməyə gedib, əmisinin yanında 3-4 ay qonaq olub. Komidə Sıktıvkar şəhərində kafe-restoran işlədir. Əmisinin Qumlaq kəndində iki yerdə-0,12 ha və 0,19 ha olmaqla bağı və həyətyanı torpağı var. Onların yaşadığı evlə qonşuluqda yerləşir. Torpağın birində ev tikib, tam hazır deyil. Ailəsi də buralıdır. Azərbaycana gələndə öz evində, yaxud onlarda qalır. Onların yaşadığı ev atası və əmisinin ata evidir. Bildiyinə görə torpaq sənədində Nəzminin adı Nazim kimi yazılıb. Həm 0,12 ha, həm də 0,19 ha torpaq sahəsinin və buna dair sənədlərin ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X6 izahat verərək bildirdi ki, ərizəçi doğma qardaşıdır. O 2012-ci ildən Rusiya Federasiyasının vətəndaşıdır. Nəzmi Azərbaycana gələndə Qumlaq kəndində onun ailəsi ilə birlikdə yaşadığı evdə qalır. Torpaq islahatı keçirilərkən qardaşı Nəzmiyə 0,12 ha həyətyanı, 0,19 ha bağ sahəsi verilib. Həmin vaxt qardaşı Azərbaycan vətəndaşı idi. Hazırda onun adına olan torpaqların sənədləşdirilməsi zərurəti var, amma məlum olub ki, şəhadətnamələrdə Nəzminin adı Nazim kimi yazılıb. Sözügedən şəhadətnamələrin həqiqətən ərizəçiyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Rusiya Federasiyası vətəndaşının işə əlavə edilmiş, Komi Respublikası Sıktıvkar şəhər FMXİ tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş 87 11 521917 saylı pasportunun surətindən görünür ki, Ərizəçi xx.xx.1967-ci ildə Azərbaycan Respublikası Vartaşen rayonu Qumlaq kəndində anadan olmuş, xx.xx.2015-ci ildən Komi Respublikası Udorsk rayonu, Yedva qəsəbəsi İnşaatçılar küçəsi, ev 1, mənzil 2-də qeydiyyatdadır. Oğuz rayon Qeydiyyat şöbəsinin işə əlavə edilmiş doğum haqqında xx.xx.2024-cü il tarixli, 166/12 saylı arayışından görünür ki, Ərizəçi xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası Oğuz rayonu Qumlaq kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Oğuz kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 14 nömrə ilə qeyd edilmiş, atası X7, anası X1r. İşə əlavə edilmiş JN 078A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə X4 0,12 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 078F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 53 saylı qərarı ilə X4 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Qumlaq kənd İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 5-68-12/2-371/2024 saylı arayışından görünür ki, JN 078A və JN 078F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə texniki səhv olaraq X2 yazılmış şəxs Ərizəçidur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1997-ci il tarixli, 53 saylı qərarına əsasən 0,12 ha həyətyanı torpaq sahəsi JN 078A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə və 0,19 ha həyətyanı torpaq sahəsi torpağın mülkiyyətə verilməsinə dair JN 078F (kod ********) saylı şəhadətnamə ilə həqiqətən ərizəçiyə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 078A (kod ********) saylı və JN 078F (kod ********) saylı şəhadətnamələrin Ərizəçi məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 53 saylı qərarı ilə verilmiş 0,12 ha torpağın mülkiyyətə verilməsinə dair JN 078A (kod ********) saylı və 0,19 ha torpağın mülkiyyətə verilməsinə dair JN 078F (kod ********) saylı şəhadətnamələrin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-582/2024
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-582/2024
17.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver