Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-627/2023 29.11.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X13 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 29 noyabr 2023-cü il tarixdə Oğuz şəhərində Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 (ərizəçiıər) maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli sənəd faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş 0,08 ha torpağın mülkiyyətə verilməsinə dair JN 033A (kod ********) saylı şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbini bildirməmişdir. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında Ərizəçi1 ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.1983-cü ildə Oğuz rayonunda anadan olmuşdur. Hazırda Oğuz şəhərində yaşayır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhərində atasına, anasına, ona və digər ərizəçi olan qardaşına 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 033A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə atasına təqdim edilmişdir. Həmin torpaq sahəsinin üzərində olan evi 1993-cü ildə alqı-satqı yolu ilə almışlar. Hazırda evin torpaq sahəsi ilə birlikdə reyestr xidmətində qeydə alınması zərurəti yaranmışdır, lakin sənədlər nəzərdən keçirilərkən şəhadətnamədə onun soyadının Lətifova, qardaşı olan digər ərizəçinin barəsində məlumatın isə X8 şəklində yazıldığını müəyyən etmişlər. Bu da mülkiyyətçi kimi onların hüquqlarının pozulmasına səbəb olur, çünki fərdi yaşayış evini və torpağı qeydiyyatdan keçirə bilmirlər. Qeyd olunanları nəzərə alaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi2 digər ərizəçinin qardaşı olduğunu bildirdi, onun izahatını təsdiq etdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid X12 izahat verərək bildirdi ki, ərizəçilər doğma övladlarıdır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə Oğuz şəhərində ona, arvadına və iki oğluna 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, bu barədə JN 033A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ona təqdim edilmişdir.Şəhadətnamədə Elçinin soyadı Lətifova, Asiman barədə məlumat isə X2 qeyd edilmişdir, halbuki eyni qərarla onlara verilmiş 0,92 ha pay torpaq sahəsinə dair dövlət aktında heç bir problem yoxdur. Sözügedən şəhadətnamənin həqiqətən ərizəçilərə və bütün ailə üzvlərinə aid olduğunu təsdiq etdi. Məhkəmə iclasında şahid X9 ərizəçilərin doğma övladları, digər şahidin əri olduğunu bildirdi, şahidin izahatına uyğun izahat verərək məlum sənədin ailəyə məxsus olduğunu təsdiq etdi. Məhkəmə ərizəçiləri dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə aşağıdakılara əsasən qanuni və əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1983-cü ildə Azərbaycan Respublikasında anadan olmuşdur. Azərbaycan Respublikası vətəndaşının işə əlavə edilmiş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci ildə Qazaxıstan Respublikasında anadan olmuşdur. İşə əlavə edilmiş nikahın bağlanması haqqında İİ-JQ 442788 saylı şəhadətnamənin surətindən görünür ki, X12 və X1 xx.xx.1982-ci il tarixdə nikah bağlamış, bu barədə Vartaşen rayon Xaçmaz kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 42 nömrə ilə qeyd edilmiş, nikah bağlanandan sonra ər-arvada Lətifov soyadı verilmişdir. İşə əlavə edilmiş doğum haqqında İX-JQ 388550 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1983-cü il tarixdə Vartaşen rayonu Xaçmaz kəndində anadan olmuş, bu barədə Vartaşen rayonu Xaçmaz kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 119 nömrə ilə qeyd edilmiş, atası X12, anası X3r. İşə əlavə edilmiş doğum haqqında İ-LB 332984 saylı şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1985-ci il tarixdə Qazaxıstan SSR Manqışlaq vilayəti, Şevçenko şəhərində anadan olmuş, bu barədə Şevçenko şəhər VVAQ şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 2673 nömrə ilə qeyd edilmiş, atası X12, anası X3r. İşə əlavə edilmiş JN 033A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə X10, X4, X7 və X5 0,08 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə edilmiş JN 0033 (kod ********) saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki,Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 75 saylı qərarı ilə X10, X4, Ərizəçi1 və Ərizəçi2 0,92 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Oğuz rayon İHB Oğuz şəhər İƏD üzrə nümayəndəliyinin işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 5-68-12/2-721/2023 saylı arayışından görünür ki, JN 033A (kod ********) saylı torpağın mülkiyyət verilməsinə dair şəhadətnamədə texniki səhv olaraq X11 və X2 yazılmış şəxslər Ərizəçi1 və Ərizəçi2dur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (MPM) 307-ci maddəsinin 1-ci bəndinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsində göstərilmişdir ki, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə icraatı zamanı aparılmış araşdırmalara və toplanmış sənədlərə qiymət verərək məhkəmə hesab edir ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının (AİK) xx.xx.1998-ci il tarixli, 75 saylı qərarına əsasən 0,08 ha həyətyanı torpaq sahəsi JN 033A (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə həqiqətən ərizəçilərə və onların ailə üzvlərinə verildiyindən, hazırda AİK ləğv edildiyindən və həmin sənədlərdə olan texniki səhvin başqa orqan tərəfindən düzəldilməsi mümkün olmadığından torpağın mülkiyyətə verilməsinə dair JN 033A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Oğuz rayon Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli, 75 saylı qərarı ilə verilmiş 0,08 ha torpağın mülkiyyətə verilməsinə dair JN 033A (kod ********) saylı şəhadətnamənin ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Səadət Zeynalova
Məhkəmə qərarları › İş №2(054)-627/2023
Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-627/2023
29.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver