Məhkəmə qərarları › İş №2(054)-684/2025

Oğuz Rayon Məhkəməsi Qərardad — İş №2(054)-684/2025

28.01.2026 · Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Oğuz rayonu İş № 2(054)-684/2025 28.01.2026 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Rəşad Ayıl oğlunun sədrliyi, Salamov Tural Fərman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Oğuz rayon Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Oğuz rayon Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə hazırlıq iclasının onun iştirakı olmadan keçirilməsini və mülki işin baxışa təyin edilməsini xahiş etmişdir. İddiaçı və digər cavabdeh Oğuz rayon Notariat Ofisinin nümayəndəsi isə işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı məhkəmə iclasına gəlmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Göründüyü kimi, tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən başqa digər tərəflər işə iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədiklərindən, habelə işə tərəflərin iştirakı olmadan baxılması mümkün olmadığından iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1-ci və 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. İş materiallarında olan ********** saylı mədaxil qəbzindən görünür ki, Oğuz Rayon Məhkəməsinə müraciət edilməsi üçün iddiaçı tərəfindən 100,0 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə ərizə baxılmamış saxlanılmalı olduğundan, ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti və Oğuz rayon Notariat Ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. **********saylı mədaxil qəbzinə əsasən Oğuz Rayon Məhkəməsi üçün ödənilmiş 100,0 manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Oğuz Rayon Məhkəməsinə şikayət vermək olar. Hakim: Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar