Məhkəmə qərarları › İş №2(054)-720/2025

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-720/2025

04.12.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-720/2025 04.12.2025 OĞUZ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Emin İlham oğlunun sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs ilə «barışıq sazişinin təsdiq edilməsi» barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: xx.xx.2024-cü il tarixli Şəki 1 saylı X1 Bahar Nazim qızı ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə 05 dekabr 2008-ci il tarixdə nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Nikahlarını həmin tarixdə 29 nömrə ilə Oğuz rayon Sincan kənd İcra Nümayəndəliyində rəsmiləşdirmişlər. Nikaha daxil olmadan öncə Bahar Nazim qızının soyadı Əhmədova olmuşdur. Nikaha daxil olduqdan sonra X3 onun soyadına uyğun olaraq Məmmədova soyadını qəbul etmişdir. Maraqlı şəxs ilə birgə nikahlarından 15 sentyabr 2009-cu il təvəllüdlü X4, 01 yanvar 2012-ci il təvəllüdlü X5 və 12 avqust 2015-ci il təvəllüdlü X6 adlı üç uşağı anadan olmuşdur. Maraqlı şəxs ilə bir yerdə yaşadıqları müddətdə xarakterləri uyğun gəlmədiyinə görə daim aralarında ciddi narazılıqlar baş vermiş, nəticədə ailə münasibətləri pozulmuşdur. Aralarında barışıq sazişi olmuş və Mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib edilmişdir. Barışıq sazişinə aşağdakılar qeyd edilmişdir: Ərizəçi və Maraqlı şəxs aralarında 05 dekabr 2008-ci il tarixdə Oğuz rayon Sincan kənd İcra Nümayəndəliyndə bağlanmış nikahın məhkəmə qaydasında barışmaları üçün vaxt verilmədən pozulmasına razıdırlar. Ərizəçi ilə Maraqlı şəxs zınun birgə nikahdan anadan olmuş uşaqlarları-15 sentyabr 2009-cu il təvəllüdlü X4, 01 yanvar 2012-ci il təvəllüdlü X5 və 12 avqust 2015-ci il təvəllüdlü X2 atası Ərizəçinın himayəsində və yanında saxlanılmalarına Ərizəçi və Maraqlı şəxs razıdırlar; 15 sentyabr 2009-cu il təvəllüdlü X4, 01 yanvar 2012-ci il təvəllüdlü X5 və 12 avqust 2015- ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öz öhdəsinə götürür və buna hər iki tərəf razıdır; 15 sentyabr 2009-cu il təvəllüdlü X4, 01 yanvar 2012-ci il təvəllüdlü X5 və 12 avqust 2015- ci il təvəllüdlü X6 ilə Maraqlı şəxsnun hər həftənin şənbə günləri saat 11:00-dan başlayaraq gecə qalmaq şərti ilə bazar günü saat 15:00-dək görüşmələrinə və ünsiyyətdə olmalarına, həmçinin buna şərait yaradılmasına Ərizəçi və Maraqlı şəxs razıdırlar; Maraqlı şəxs hər həftənin şənbə günləri saat 11:00-da görüşərək ünsiyyətdə olması üçün ona təhvil verilmiş uşaqlarını müvafiq olaraq həmin həftənin bazar günləri saat 15:00-dək uşaqları qəbul etdiyi (yəni əvvəlcə təhvil aldığı) ünvanda Ərizəçi qaytarıb təhvil verməyi öz öhdəsinə götürür. Əks, tədqirdə Maraqlı şəxs həmin uşaqlarının məcburi qaydada ondan alınıb Ərizəçi verilməsinə razıdır; Uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə mənə ödəməsini Maraqlı şəxs öz öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Oğuz Rayon Məhkəməsinin 03 iyul 2024-cü il tarixli 2(054)-391/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 05 dekabr 2008-ci il tarixdə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində 29 sayla qeydə alınmış nikah pozulsun, 15 sentyabr 2009-cu il tarixdə anadan olmuş X4, 01 yanvar 2012-ci il tarixdə anadan olmuş X5 və 12 avqust 2015-ci il tarixdə anadan olmuş X6 iddiaçı Ərizəçi himayəsində saxlanılmışdır. Məhkəmə iclasının gedişində Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2024-cü il tarixli Şəki 1 saylı X1 Bahar Nazim qızı ilə aralarında bağlanmış barışıq sazişinin alimentə dair hissədə (barışıq sazişinin 2.3 bəndində qeyd edilmişdir) təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərk bildirdi ki, uşaqların hər üçü hazırda onun himayəsindədir. Maraqlı şəxs ilə hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment ödənilməsi ilə bağlı razılığa gələrək barışıq sazişi bağlasalar da, cavabdeh aliment ödənişindən yayınır və ümumiyyətlə heç bir ödəniş etmir. Bu səbəbdən ərizəsinin təmin edilməsini xahiş edir. Ərizəyə baxılması ilə bağlı təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, ərizəyə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/MT-018/2024-00820 saylı barışıq sazişinin 2.3-cü bəndindən görünür ki, 15 sentyabr 2009-cu il təvəllüdlü X4, 01 yanvar 2012-ci il təvəllüdlü X5 və 12 avqust 2015- ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öz öhdəsinə götürmüş və buna hər iki tərəf razı olmuşdur. Həmçinin həmin Sazişin 6-cı bəndindən görünür ki, saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflə üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilmyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. - Oğuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(054)-391/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında 05 dekabr 2008-ci il tarixdə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində 29 sayla qeydə alınmış nikah pozulmuş, 15 sentyabr 2009-cu il tarixdə anadan olmuş X4, 01 yanvar 2012-ci il tarixdə anadan olmuş X5 və 12 avqust 2015-ci il tarixdə anadan olmuş X6 iddiaçı Ərizəçi himayəsində saxlanılmışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1-ci maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduğu, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldığı hallarında məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Sadalanan qanunvericilik normalarından görünür ki, tərəflər arasında mediasiya qaydasında bağlanmış barışıq sazişinin şərtləri, həmin barışıq sazişində müddət nəzərdə tutulmuşdursa həmin müddətdə tərəflər tərəfindən könüllü şəkildə icra olunmalıdır. Məhkəmə tərəfindən barışıq sazişinin qanuna zidd olmadıqda, eləcə də mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulmayan hallarda təsdiq edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə, iş üzrə müəyyən edilmiş halları, barışıq sazişinin təsdiq edilməsi xahiş edilən şərtinin alimentin ödənilməsindən ibarət olmasını, barışıq sazişi üzrə üzərinə öhdəlik götürmüş şəxsin bu öhdəliyin yerinə yetirməsindən yayınmasını nəzərə alaraq qeyd edir ki, barışıq sazişinin şərtinin qanuna zidd olması müəyyən edilmir, eyni zamanda həmin şərtin üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulması halları müəyyən edilmədiyindən ərizə əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin 2.3-cü bəndi təsdiq edilməli, alimentin ödənilməsi barışıq sazişində göstərildiyi tarixdən gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, hazırki qətnamə dərhal icra olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 355-25 - 355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Şəki 1 saylı Mediasiya Təşkilatının mediatoru X7 tərəfindən təsdiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı hissədə təsdiq edilsin: -15 sentyabr 2009-cu il təvəllüdlü X4, 01 yanvar 2012-ci il təvəllüdlü X5 və 12 avqust 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün əvvəli 01 avqust 2024-cü il tarixdən hesablanmaqla hər ay hər bir uşaq üçün 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimenti hər növbəti ayın birinci beş günlüyündə Ərizəçi ödəməsini Maraqlı şəxs öz öhdəsinə götürür və buna hər iki tərəf razıdır. Alimentin ödənilməsi xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar