Məhkəmə qərarları › İş №2(054)-75/2023

Oğuz Rayon Məhkəməsi Qətnamə — İş №2(054)-75/2023

27.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Oğuz rayonu İş № 2(054)-75/2023 27.03.2023 OĞUZ RAYON MƏHKƏMƏSİ X36 Nazim qızının sədrliyi, Rəsulov Aqil Zeynəddin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili İsmayılov İsmayıl Mayıl oğlunun, cavabdeh və cavabdeh Məmmədova (Altıntaş) Zülqədə Yaqub qızının nümayəndəsi Cavabdeh1, cavabdehlər Cavabdeh2, Cavabdeh7, Cavabdeh3, Cavabdeh4, Cavabdeh11, Cavabdeh12 Allahbaxış qızının və Cavabdeh13 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X9, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Ağayeva (Məmmədova) Zeynəb Yaqub qızına, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Allahbaxış qızına, Cavabdeh11, Cavabdeh12 Allahbaxış qızına və Cavabdeh13, üçüncü şəxs Oğuz rayon Notariat ofisinə qarşı miras əmlakın qəbul edilməsi faktının və miras əmlakda payının müəyyən olunması tələbinə dair mülki işə Oğuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı (iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Ağayeva (Məmmədova) Zeynəb Yaqub qızına, Cavabdeh7 (cavabdehlər), üçüncü şəxs Oğuz rayon Notariat ofisinə qarşı mərhum X3nun mülkiyyətində olan və ondan miras qalmış, Oğuz rayon Mollalı kəndində yerləşən fərdi yaşayış evi, həmin evin yerləşdiyi 2003-cü il tarixli, JN 005F (kod ********) saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 1,75 ha həyətyanı torpaq sahəsinin mərhum atasına aid hissəsindən ibarət mirasın qanun üzrə vərəsə kimi iddiaçı tərəfindən qəbul edilməsi faktının və həmin əmlaklardakı miras payının miqdarının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsi ilə X5, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10 Allahbaxış qızının, Cavabdeh11nn, Cavabdeh12 Allahbaxış qızının və Cavabdeh13 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilməklə qeyd edilən şəxslər məhkəmə iclasına dəvət edilmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmiş, üçüncü şəxs Oğuz rayon Notariat ofisi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehlər X17, Cavabdeh5, Ağayeva (Məmmədova) Zeynəb Yaqub qızı, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 Allahbaxış qızı məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbini bildirməmişlər. Məhkəmə işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, xx.xx.1970-ci ildə Oğuz rayonu Mollalı kəndində anadan olub. X3 xx.xx.2001-ci ildə, anası X18 xx.xx.1982-ci ildə vəfat edib. Onların birgə nikahından X21 (xx.xx.1992-ci ildə vəfat edib), Cavabdeh2 (1954), Cavabdeh3 (1958), Cavabdeh4 (1962) , X22 (xx.xx.2012-ci ildə vəfat edib), Cavabdeh5 (1956), X26 (1966-kiçik yaşlarında vəfat edib), Ağayeva (Məmmədova) Zeynəb Yaqub qızı (1968), Cavabdeh7 (1964) , Cavabdeh8 (1949) adlı bacı-qardaşları doğulub. Anası 1982-ci ildə vəfat etdikdən sonra atası Zümrüd adlı qadınla ailə qurub, həmin nikahdan onların Zülqədə və Nizami adlı iki övladı doğulub. Övladlardan Gülşən 2012-ci ildə vəfat edib, onun əri Allahbaxış, övladları Şəhla, Nüşabə, Aygün və Məhəmməddən ibarət ailə üzvləri vardır. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə atasına, onun arvadı Zümrüdə, övladları Zülqədə və Nizamiyə 1,75 ha həyətyanı torpaq sahəsi verilib. Həmin tarixli qərarla ona, arvadına və 3 övladına 0,62 ha həyətyanı torpaq sahəsi verilib. Torpaq sahələri qonşudur. 1987-ci il tarixli texniki pasporta əsasən atasına aid torpaq sahəsində fərdi yaşayış evi yerləşir. Atası vəfat etdiyi vaxtdan ondan miras qalmış daşınmaz əmlaka faktiki sahiblik etmişdir. Atabir qardaşı Nizami və bacısı Zülqədənin və onların anasının qeyd edilən mirası qəbul etmiş vərəsə olduqlarını qəbul edir. Özünün mirasa vərəsəliyinin müəyyən edilməsi üçün notariat ofisinə müraciət etmiş, xx.xx.2022-ci il tarixli, 636 saylı məktubla ona müddətin buraxıldığı və vərəsələr arasında mübahisənin olması səbəbli məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Atadan miras qalmış torpaq sahəsinin faktiki qəbul edilməsi və həmin əmlakdakı payının müəyyən edilməsi barədə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia həcminin azaldılması barədə ərizə təqdim etdi, iddiaçının izahatını təsdiq etdi, əlavə olaraq bildirdi ki, iddiaçının atadan qalan mirası faktiki qəbul etdiyini cavabdehlər inkar etmirlər. Torpaq sahəsində iki ev var. Nizami birində yaşayır. Sənədlərdən də göründüyü kimi Yaqub Məmmədovun vəfatından sonra onun arvadı Zümrüd, övladları Nizami və Zülqədə də mirası qəbul edib, çünki mirasın bir hissəsinə mülkiyyət hüquqları vardır. Digər cavabdehlər mirası qəbul etməklə bağlı sübutlarını təqdim etsələr, mirasın bütün vərəsələr arasında bölünməsinə etiraz olmayacaq, əks halda qanunauyğun qətnamə çıxaılmalıdır. Qanuna əsasən miras əmlak ya notarial qaydada 6 ay müddətində qəbul edilməli, yaxud əmlaka faktiki sahiblik edilməli idi. Həyətyanı torpaq sahəsində yerləşən ev qeydiyyata alınmayıb, lakin torpaq sahəsinin mülkiyyət sənədi, yəni şəhadətnaməsi vardır. İddianın təmin edilməsini, atadan qalmış 1,75 ha torpaq sahəsinin iddiaçı tərəfindən qəbul edilməsi faktının və həmin mirasdan ona düşən payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, X3 anası X11 ilə xx.xx.1983-cü ildə rəsmi nikahla ailə qurub. Həmin nikahdan xx.xx.1986-cı ildə bacısı Zülqədə, xx.xx.1988-ci ildə o doğulub. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə atasına, anasına, ona və bacısına 1,75 ha həyətyanı torpaq sahəsi verilib. Həmin torpaq sahəsində yerləşən evdə yaşayıblar, hal-hazırda da ailəsi ilə orada yaşayır. Atası 2001-ci ildə, anası 2014-cü ildə vəfat edib. X40 Respublikasında yaşayır, orada ailə qurub. Bacısı vərəsəliyə dair işlərdə onu bütün orqanlarda, o cümlədən məhkəmədə təmsil etməklə bağlı xx.xx.2023-cü il tarixdə Zülqədə Altıntaş adından etibarnamə vermişdir. Mübahisəli torpaq sahəsi 2,37 ha olub, həmin torpaq sahəsindən 1,75 ha onlara, qalan 0,62 ha iddiaçıya verilib.1,75 ha torpaq sahəsindən atasına düşən hissənin iddiaçı Qərib, anası Zümrüd, o və bacısı Zülqədənin payları müəyyən edilməklə bölünməsinə etiraz etmir. Qanuni qərar çıxarılmasını xahiş etdi. Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirdi ki, özünə aid torpağı və ayrıca təsərrüfatı var. Atadan qalan mirası qəbul etməyib. Əslində onun heç bir tələbi yoxdur, amma atasından qalma ev və təsərrüfatı birlikdə qurub-yaradıblar. Buna görə də miras bölünəndə bütün bunlar nəzərə alınmalıdır. Atabir bacısı Ziyafət 1970-ci illərdə ərə gedib, qardaşı Nəriman 1992-ci ildə, bacısı Xumar 5-6 yaşında vəfat edib. Bacısı Gülşən 2012-ci ildə vəfat edib, əri və övladları var. Qanuni qərar çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, 1972-ci ildə ailə qurub. 1975-ci ildə Bakıya köçüb. Atası vəfat etdikdən sonra hər ilin bir neçə ayını atası evinə gedib yaşayıb. Qardaşı Qərib atadan qalan mirası qəbul edib, amma onunla birgə digər bacı-qardaşlara da pay verilməlidir. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Cavabdeh7 məhkəmə iclasında izahat verərək bildirdi ki, 1981-ci ildə ailə qurub. Bir neçə il sonra boşanıb, atası evinə qayıdıb, orada 4-5 il yaşayıb. 1988-ci ildə Bakıya köçüb. Atadan qalma mirasdan pay istəyir. Qətnamə çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahat verərək bildirdi ki, 1984-cü ildə ailə qurub, Sincan kəndinə köçüb. Atadan qalan mirasdan ona pay düşürsə qərar çıxarılarkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında mərhum Məmmədova (Mahmudova) Gülşən Yaqub qızının qızı Cavabdeh11 izahat verərək bildirdi ki, Bakı şəhərində yaşayır. Anası 2012-ci ildə vəfat edib. Babadan qalan mirası rəsmi qəbul etməsələr də, hər bir halda analarına düşən payı istəyir. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh13 bacısı Cavabdeh11 izahatını təsdiq etdi və nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh12 Allahbaxış qızı anasına pay düşdüyü halda qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdə olan sənədləri nəzərdən keçirməklə iş üzrə müəyyən olunmuş halları tədqiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin mülki işə əlavə edilmiş 12 avqust 2022-ci il tarixli, **********27 saylı məktubundan görünür ki, Oğuz rayon Mollalı kəndində İddiaçı adına 5 nəfər ilə birlikdə 0,62 ha həyətyanı torpaq sahəsi vardır. (Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə tərtib edilmiş JN 003G kod 40507048 olan 2003-cü il tarixli şəhadətnamə). Oğuz rayon Mollalı kəndində X10 adına fərdi yaşayış evi (iyun 1987-ci il tarixli texniki pasport), Cəlilova (Məmmədova) Zümrüd Bayraməli qızı və Cavabdeh1 ilə birlikdə (4 nəfər) 1,75 ha həyətyanı torpaq sahəsi (Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə ayrılmış torpaq sahəsinə tərtib edilmiş JN 005F kod 40507048 olan 2003-cü il tarixli şəhadətnamə) vardır.X6 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 005F (********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə Oğuz rayon Mollalı kəndində X15, X4, X9 və Cavabdeh1 1,75 ha həyətyanı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 003G (********) saylı şəhadətnamənin surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 64 saylı qərarı ilə İddiaçı və dörd nəfər ailə üzvünə 0,62 ha həyətyanı torpaq sahəsi verilmişdir. Hər iki şəhadətnamədən görünür ki, torpaq sahələri bir-biri ilə qonşuluqda yerləşir. Mülki işə əlavə edilmiş doğum haqqında AZ ******* saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1970-ci ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş, bu barədə Xaçmaz kənd sovetində vətəndaşlıq vəziyyəti aktlarının doğum kitabında xx.xx.1970-ci ildə 36 nömrə ilə qeyd edilmiş, X3, anası X12r. Mülki işə əlavə edilmiş nikahın bağlanması haqqında İİİ-JQ 278122 saylı şəhadətnamənin surətindən görünür ki, X20 və X13 xx.xx.1983-cü ildə nikah bağlamış, bu barədə həmin tarixdə Şəki rayon Qoxmuq kənd sovetində nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ər-arvada Məmmədov familiyası verilmişdir. Mülki işə əlavə edilmiş doğum haqqında Xİİİ-JQ 259411 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1988-ci ildə Oğuz rayon Mollalı kəndində anadan olmuş, bu barədə Oğuz rayon Sincan kənd sovetində doğum haqqında akt qeydləri kitabında xx.xx.1988ci il tarixdə 22 nömrə ilə qeyd edilmiş, X3, anası X2r. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ 017136 saylı şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2001-ci il tarixdə ölmüş, bu barədə Oğuz rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında həmin tarixdə 107 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İ 643176 saylı şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə ölmüş, bu barədə Oğuz rayon Sincan kənd icra nümayəndəliyində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 01 nömrə ilə qeyd edilmişdir. Mülki işə əlavə edilmiş ölüm haqqında AZ-İ 980055 saylı şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2012-ci il tarixdə ölmüş, bu barədə Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 1000 nömrə ilə qeyd edilmişdir. Oğuz rayon Qeydiyyat şöbəsinin mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 18 saylı arayışından görünür ki, xx.xx.1970-ci ildə Oğuz rayon Xaçmaz kəndində anadan olmuş İddiaçı barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və aşağıdakı məlumatlar əldə edilmişdir. X8 (xx.xx.2001-ci ildə vəfat edib), ana X18 (xx.xx.1982-ci ildə vəfat edib), bacı X27 (xx.xx.1954),bacı X16 (xx.xx.1958), qardaş Cavabdeh4 (xx.xx.1962), bacı X22 (xx.xx.2012-ci ildə vəfat edib), qardaş Cavabdeh5 (xx.xx.1956), bacı X26 (xx.xx.1966), bacı X24 (xx.xx.1968), bacı X31 (xx.xx.1964),bacı Cavabdeh8 (1949), bacı Cavabdeh14 (xx.xx.1986), qardaş Cavabdeh1 (xx.xx.1988) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Məhkəmə icraatı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, mərhum X1 Qərib Yaqub oğlunun və cavabdehlər Cavabdeh1, X17, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Ağayeva (Məmmədova) Zeynəb Yaqub qızı, Cavabdeh7, Cavabdeh8 atası, Cavabdeh9 qaynatası, Cavabdeh10 Allahbaxış qızının, Cavabdeh11, Cavabdeh12 Allahbaxış qızının və Cavabdeh13 babasıdır. Sonuncu 5 nəfər Yaqub Məmmədovun qızı-xx.xx.2012-ci ildə vəfat etmiş Məmmədova (Mahmudova) Gülşən Yaqub qızının ailə üzvləridir.Yaqub Məmmədovun digər oğlu Nəriman Məmmədov 1992-ci ildə, qızı 1966-cı il təvəllüdlü Xumar Məmmədova uşaq yaşlarında vəfat edib. Qeyd edilən xüsusatlarla bağlı sənədlər təqdim edilməsə də, bu, məhkəmə icraatı zamanı mübahisələndirilməyib.X43 Məmmədova ilə evli olmuş, Nizami və Zülqədə Məmmədovlar istisna olmaqla onun yuxarıda adı qeyd edilən digər övladları həmin nikahdan doğulmuşlar. Bənövşə Məmmədova xx.xx.1982-ci ildə vəfat etdikdən sonra Yaqub Məmmədov xx.xx.1983-cü ildə X28 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan xx.xx.1988-ci ildə Nizami və xx.xx.1986-cı ildə Zülqədə Məmmədovlar doğulmuşlar. Torpaq islahatı keçirilərkən Yaqub Məmmədova, onun arvadı Zümrüd Cəlilovaya, oğlu Cavabdeh1 və qızı X33 rayon Mollalı kəndində 1,75 ha pay torpaq sahəsi verilmiş, JN 005F kod 40507048 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə təqdim edilmişdir. Yaqub Məmmədov ailəsi ilə birgə həmin torpaqda yerləşən fərdi yaşayış evində yaşamışdır. Yaqub Məmmədov xx.xx.2001-ci ildə vəfat edərkən Zümrüd Cəlilova azyaşlı övladları ilə ərindən qalan mirası faktiki, habelə miras torpağın bir hissəsinə mülkiyyət hüquqları olmaqla qəbul etmişlər. Zümrüd Cəlilova xx.xx.2014-cü ildə vəfat etmişdir. Yaqub Məmmədovun vəfatından sonra iddiaçının ondan qalmış mirası faktiki qəbul etməsi cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə icraatı zamanı iddiaçı, cavabdehlər Nizami və Zülqədə Məmmədovlar istisna olmaqla digər cavabdehlərin vərəsə kimi miras əmlakı istər qanuni, istərsə də faktiki qəbul etməsi ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş, buna baxmayaraq həmin cavabdehlər miras əmlakdan paylarının müəyyən edilməsini xahiş etmişlər. Məhkəmə yuxarıda qeyd olunan mülki qanunvericilik normalarını tətbiq edərək hesab edir ki, iddia təmin olunmalı, miras qoyan X10 mülkiyyətində olan miras əmlak-1,75 ha həyətyanı torpaq sahəsinin ¼ hissəsinin onun vərəsəsi olan İddiaçı, cavabdehlər Nizami və Zülqədə Məmmədovlar, habelə mərhum Zümrüd Cəlilova (Məmmədova) tərəfindən qəbul edilməsi faktı təsdiq olunmalı, birinci növbə vərəsə kimi onların hər birinin payı həmin hissənin (1/4-in) ¼ hissəsində-yəni 1/16 hissədə müəyyən edilməlidir. Nizami və Zülqədə Məmmədovlar, habelə mərhum Zümrüd Cəlilovanın (Məmmədova) 1,75 ha torpaq sahəsinin qalan 3/4 hissəsində payları da nəzərə alınmaqla, 1,75 ha torpaq sahəsinin iddiaçının atasından miras qalmış hissəsinə münasibətdə 1/16, digər 3 şəxsin ümumi əmlakdakı payı da daxil olmaqla hər birinin 5/16 hissədə payına mülkiyyət hüququ tanınmalı və qeydə alınmalıdır. “İnsan Hüquqlarının və X14 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. (§93) Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.3-cü və 217.4-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilən Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edildiyindən, iddiaçının iddia ərizəsinə əlavə etdiyi M/V 084931 saylı vəsiqəyə əsasən müharibə veteranı olduğu müəyyən edildiyindən və işin faktiki halları nəzərə alınmaqla dövlət rüsumu dövlətə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Oğuz rayonu Mollalı kəndində yerləşən, torpağın mülkiyyətə verilməsinə dair JN 005F (kod ********) saylı şəhadətnaməyə əsasən 1,75 ha həyətyanı torpaq sahəsinin mərhum X7 miras qalmış ¼ hissəsinə İddiaçı, cavabdehlər Cavabdeh1, Məmmədova (Altıntaş) Zülqədə Yaqub qızının və mərhum Cəlilova (Məmmədova) Zümrüd Valeh qızının vərəsəlik hüququ tanınsın, İddiaçı payı 1/16 hissədə, cavabdehlər Cavabdeh1, Məmmədova (Altıntaş) Zülqədə Yaqub qızının və mərhum Cəlilova (Məmmədova) Zümrüd Valeh qızının hər birinin ümumi əmlakdakı payı da nəzərə alınmaqla 5/16 hissədə müəyyən edilsin, onların mülkiyyətinə verilsin və qeydə alınsın. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Oğuz Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim : Səadət Zeynalova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar